Azərbaycanda islam

Azərbaycanda İslamın yayılması — VII əsrdə Azərbaycan (Qafqaz Albaniyası və Atropatena ərazisi) ərəblər tərəfindən fəth edildikdən sonra burada tədricən İslam dini yayılmağa başlamışdır.


Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinindediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634-644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə".


Ardı →

Allahın (c.c) qədərinə tabe olmaq !!!

Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın səbəbi isə hər şey ola bilər.


Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir oğlan evlilik təcrübələrindən danışarkən: «Bax — dedi, — mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm. Məndən istədiyini Sənə verə bilmədim. Sən də məni yoldaşımla imtahan edirsən. Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!»
İlk baxışda ağıl və məntiqin qəbul etməyəcəyi bir yanaşma tərzidir,
Ardı →

Dolanır Əli qızı..........(sinəzən)

Dolanır Əli qızı məqtəli,
Qan içində bir bədən axtarır.
Yolun üstə qafilə ləng olub, 
Bacı qardaşa kəfən axtarır.

Əli başda dörd tərəfə qaçır,
Qayıdır çuxur yerə baş vurur!
Bu nə yerdi duxti Əbu Turab,
Qədəmin turabə yavaş vurur.

Yadına o səhnə düşübdü ki,
Hamı bir yaralıya daş vurur.....((((

Gedüri Ruqəyyə yavaş-yavaş,
Üzünün tozun yuya Əlqəmə.
Deyə şərhi halini mubəmu,
Su yanında sahebe pərçəmə.
Əmu can dur əllərivə fəda,
Köməy eylə qusəli əmməmə.
Çağırır hərayə bibim səni,
Gözü yoldadı gələn axtarır, 
Bacı qardaşa kəfən axtarır.

Dolanır Əli qızı məqtəli,
Qan içində bir bədən axtarır.
Yolun üstə qafilə ləng olub, 
Bacı qardaşa kəfən axtarır.

Deyir Allahi də tumasunun, Nədən aşiyanəsi qalmayıb.
Qolu bağlı quşların evi, Talanıbdı lanəsi qalmayıb........(((((((
Davamı →

ALLAH`la insan arasındakı dialoq...

Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. («Bəqərə»,186)


Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
...Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)
Ardı →

“Şübhəsiz” inam

Namazlarını vaxtlı vaxtında camaatla məsciddə qılan,  ALLAHa ürəkdən bağlı, çox təmiz qəlbli bir adam var imiş. Amma evi, çayın o biri tərəfində olduğu üçün hər vaxt namazına bir az gecikərdi. Çünki çayı sal ilə keçmək vaxtını çox aparırdı. Bir gün, getdiyi məsciddə bir xütbə dinləyir…
İmam deyir ki: ”ALLAHa elə inanıb elə sığınacaqsan ki, elə güvənəcəksən ki, hər işin asanlıqla həll olacaq. ”..Bismillah..” –  de gir suya… İnanki suda yeriyəcəksən…” deyə  bir nümunə verir…
Adam bunu eşidincə çoox sevinir.
— Oh! – deyir. Xilas oldum artıq saldan, vaxt itirməkdən. Bismillah – deyib keçərəm qarşıya… Sevincindən içi içinə sığmır bu məsumun…
Eyni zamanda da içindən İmama acıyır ki, niyə indiyə qədər bunu ona söyləməyib. Həmin bu məsum insan İmam dediyi kimi də eliyir. Məsciddən çıxır və çayın sahilinə gəlir “Bismillah” deyir və suda yeriyib çayın o biri tərəfinə keçib gedir. Artıq arvadı da özü də çox xoşbəxt olurlar buna görə.
Bir gün xanımı deyirki : ”Sabah o  İmamıda götür gəl yeməyə..! Gör bizə nə qədər yaxşılıq elədi o…”
“Olar”, deyir adam.
Sabahı gün məsciddən çıxanda yoldaşı dediyi kimi, İmamı evə dəvət edir, İmam razılığ verir. Çayın kənarına çatırlar.
İmam: “..Gözlə bir sal tapıb keçək çayı..” – deyəndə adam təəccüblənir. ”Nə salı İmamım..? Cümə günü sən demədinki “..Bismillah..”  de və çayın üzərindən keç..! Mən o gündən bəri elə edirəm. Haydı keçək..”
İmam heyrət içində çaş – baş qalır… Bir müddət titrək ürəklə, qəmli baxır adama və deyir: “- Ah..! Kaş ki mənim imanım da, səninki kimi ” şübhəsiz”  olardı.”

Necə xoşbəxt yaşayırsan inamın çoxdu sənin,

Bircə zərrə imanında gümanın yoxdu sənin..


Davamı →

Hicrət haqqında ətraflı məlumat

«Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. «(Quran, Nisa, 100)


İstər İslam tarixində, istərsə də İslam fiqhində əhəmiyyətli yer tutan anlayışlardan biri də hicrətdir. Lüğəti mənada bu söz tərk etməyi, ayrılmağı, istilahi mənada isə Allahın qadağan etdiyi şeylərdən qəlb, dil və əməllə qaçmağı ifadə edir.


Hicrət özündə olduqca geniş  mənanı ehva edir,  onu təkcə bir yerdən digər yerə köçmək formasında, feli bir əməl kimi qəbul etmək düzgün deyil. İbn Qeyyim (Allah ona rəhmət etsin) hicrəti bədən və qəlbin birgə mühacirəti şəklində izah etmişdir. Belə ki:


Ardı →

Duyğusallıq

Duyğusallıq, insanlara sıxıntılı bir həyat yaşadan və eyni zamanda Allahın Quranda bildirdiyi anlayışa uyğun olmayan, ancaq insanların böyük bir əksəriyyətinin görəbilmədiyi əhəmiyyətli təhlükədir. Hətta, duyğusal olmaq insanlar arasında bəyənilən xüsusiyyətdir. Duyğusallıq sevginin bir təzahürü zənn edilir, halbuki Quran əxlaqından uzaq insanların yaşadıqları daxili bir əzabdır. Gerçək sevgi səmimidir və ürəkdən, açıq-aydın, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Duyğusallıq isə sevginin gizlənməsindən və ya Allaha duyulmalı  olan sevginin insanların şəxsinə yönəldilməsindən qaynaqlanır. Bu şəkildə davranan insanlar sevgilərini yönəltdikləri kəsləri sahiblənir, hətta onları bütləşdirəcək hisslər bəsləyirlər. Bu səbəblə də davamlı iztirab içində yaşayırlar. Duyğusallıq dinə müxalif olan duyğudur. 
Ardı →