Vahidsayağı

Bəndəni şad elə Rəbb: Vahidi biz yad elərik.
Dövrani-qəmə düşüb, Xudadan imdad elərik.

Biz kimik? — Əhli-fəna, zövq alarıq zinalardan.
Qiyamda zəhr içərik, qətran ilə dad elərik.

Əxlaq ki dəbdə deyil, eyləyərik işrəti biz.
Xudaya bağışlamaz — tazə büt icad elərik.

Qola altun taxalı, cəvahirə sitayişik.
Zərə qul ruhumuzu bəs nə vaxt azad elərik?

Cavidan Hacıyev
Davamı →

Şairlər aparmaz dünyayla qərəz

Şairlər aparmaz dünyayla qərəz:
Çoxunu görməyib, azından dinə
Havalı aşıq da təsanə gəzməz -
Sim özü ağlayar sazın dərdinə.
 
Deyirlər, bu eşq var- bağçadı, bağdı.
Tikanı qabadır, gülü şıltaqdır.
Deyinmə, bülbülün səsi qaçaqdır:
Çiçəyi bağçada həzin dər- dinər.
 
Yaz gəlir, açılır güllər, çiçəklər.
Utanlb, qızarır tazə ləçəklər.
Qışdan can qurtarıb, ey sevincəklər,
Heç soran olubmu yazın dərdi nə?
 
Nə aşığ deyiləm, nə də ki şair.
Nə sazım ağlayır, nə pərim gəlir 
Dünyada nə qədər dərd varsa bir-bir,
Eybi yox, dözərəm, yazın dərdimə

Cavidan Hacıyev

Davamı →

Dolub yenə könlüm mənim

Dolub yenə könlüm mənim, 
Dolub yenə dəli kimi.
Dolub, yoxdur bir həmdəmim-
Dəli olsun mənim kimi.
 
Dolub yenə, leysan kimi
Gözümdən yaş axmaq istər.
Düşüb səhrada bir quma
Gözyaşım yaşamaq istər.
 
Səhra neyləyir ki suyu?
Səhra əzəldən qurudur.
Bəlkə təsəlli duyduğu -
Səfil olmuş Məcnunudur?
 
Eşqsizi yandırar odu -
Səhranın öz səfası var.
Hər səhranın bir Məcnunu,
Hər Məcnunun cəfası var.
 
Dolub yenə dəli könlüm,
Bir ümmandır — olmur yığmaq 
İlahi, nə çətin imiş
Tənha sularda boğulmaq.

Cavidan Hacıyev

Davamı →

Nifrət

Burda bir qız sevinir
Özünə nifrət dolu.
Burda bir qız sevinir
Qəlbində ancaq. Solur
Səssizcə burda bir qız
Solur hamıdan gizli, solur hamıdan yalqız.
Solur burada bir qız,
Solur hər gündüz-gecə,
Solur burada bir qız
Diksinərək hər səsə.
Davamı →

Şeirlər. Cavidan Hacıyev

Dayandı

İnsan ozünə nur seçərək harda dayandı?
Şəmsin işığın görməyib, ehrarda dayandı.

Şər ilə Xeyir mücadələ etdi əzəldən.
Rəbb «Xeyir» dedi, bəndəsə qəddarda dayandı.

Haqqın səsini duymayıb, küfr ilə gedənlər,
Ləl, zər səsini tez eşidib, kar da dayandı.

«Ar ruhumuza hopup» deyib, mərdlik edənlər,
Altun görəni, ruh da getdi, ar da dayandı.


Davamı →

Səsimizi necə eşitdirməli

Hər şair öz məxsusiliyi ilə ədəbiyyatı zənginləşdirir, əksi ilə – yəni alışdığımız ədəbi tərzlərlə ancaq az oxumuş oxucuları, zövqü bərkə-boşa düşməmiş mütaliə həvəskarlarını təəccübləndirmək olar. Koman Şova fərqli deyim tərzi ilə dünyada (ədəbiyyatda) öz mövqeyini qurub və bu ədəbi istehkamda onu qoruyan, heç şübhəsiz ki, dayandığı poetik mövqedir.

Davamı →

...


Bu nə cür sükutdu? — kar etdi məni.
Bu nə qaranlıqdı? — kor etdi məni.
Bu nə arzu idi? — gor etdi məni.
Bilmirəm, gor mənəm? ya bu gordakı?
 
Göylərdən gələrək dünya qoynuna.
Yeni hərisliklə düşdük oyuna.
Deyəsən, bu dünya salıb toruna?
Nə qədər xoşbəxtdir, görən tordakı?
 
Çox da Səmalarda yazılsın ayyət -
Özümüz kirliyik, kirlidi niyyət.
Günahlar üstünə yeni qəbahət
Yazmaqdan yorulur indi ORDAKI.

Cavidan Hacıyev

Davamı →

Süpürgəli Nənə.

Hər sübh günəşdən əvvəl, günəş yatarkən hələ,
Çıxırlar küçələrə Süpürgəli Nənələr.
Hər sübh azandan əvvəl, təkcə Tanrı oyaqkən,
Zibildən təmizlənər yuxulamış küçələr.
Təmizlənir sübhçağı- kirlənir axşamadək.
Kirlənsin da, uzağı nənələr süpürəcək.
Davamı →

Gözləyirəm

Gözümü yolda qoyub ali-bəşər, gözləyirəm,
Bilirəm ki, gələcək, şamu-səhər gözləyirəm.

Səhəri gözləsə bir kəs, yuxu getməz gözünə,
Nə deyim mən də yalandan, o təhər gözləyirəm?

O zaman ki, yetişər vəslə tamam aşiqlər,
Xoş olar hali-pərişanım, əgər gözləyirəm.
Davamı →