Orijinal şahmat

Yaranma tarixinə və digər şahmatlarla müqayisədə orijinal, unikal, simpataka-şahmat. Onlar öz orijinallıqlarına və sirlərinə görə digərlərindən fərqlənirlər.

Ardı →

Şahmatın tarixi haqda əfsanə

Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər. Bəzi sənədlər şahmatın hindistanlı bir alim tərəfindən kəşf olunduğunu göstərir. Alim bu oyunu kəşf etdikdən sonra şaha hədiyyə edir. Şah bu hədiyyədən razı qalır və: “Oyunu bəyəndim, buna görə məndən nə istəyirsən?” — deyə soruşur. Alim: “Bir qədər buğda istəyirəm”, — deyə cavab verir. Sonra isə: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda istəyirəm”, — deyir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına: “Onun dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin”, — deyə tapşırır.
Davamı →

Şahmat üzrə dünya çempionatı

Hər yarışın maraqlı tarixi var və iddiaçıların turniri, ümumiyyətlə, şahmat üzrə dünya çempionatı da istisna deyil. Araşdırmalar nəticəsində məlum olur ki, şahmat aləmində dünyanın ən güclüsünün müəyyənləşdirilməsi prosesi təxminən 5 əsr əvvəl, XV əsrdən başlayıb. O vaxt ispanlar daha güclü olub və tədqiqatçıların yekun qənaətinə görə, təqribən 1495-ci ildə dünyanın ilk şahmat çempionunu müəyyənləşdirmək üçün xüsusi yarış keçirilib: turnirdə ispaniyalı Luis Ramires de Lusena qalib gəlib. O, qədim şahmat erasının ilk dünya çempionu hesab olunur.
XVI-XVII əsrlərdə, sonra təxminən 100 illik fasilənin ardınca ta XIX əsrədək oxşar çempionatların təşkil edildiyi barədə məlumatlar var.
Davamı →

Şahmat haqqında

Şahmat oyununun dəqiq yaşı məlum deyil. Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini miladdan öncə 3-2-ci minilliklərə aid edir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata 5-ci əsrə aid fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər.
Sasani şahı Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə ( 531-579 ) şahmat İranda, o cümlədən Yaxın şərqdə geniş yayılır. Şahmat oyunu haqqında məlumata Ə.Firdovsinin " Şahnamə " əsərində də rast gəlmək olar. Poemada hind racəsi tərəfindən Sasani şahına təqdim edilən hədiyyələr arasında iki ordunun döyüşünü xatırladan oyundan danışılır.
Ardı →

Şahın matı qurudu...

İyulun 20-nin Beynəlxalq şahmat günü olduğu artıq hamıya məlumdur. Lakin dünyanın ilk şahmatçı qadını barəsində, yəqin ki, çoxlarınız eşitməmisiniz. Elə isə, keçək mətləbə…

Söhbət Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvidən gedəcək. Məhsəti Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə düşüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də məşhur Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub.
Ardı →

Aleksandr Alyoxin | Dahi şahmatçının həyatı

Tacı heç kimə vermədən həyatla vidalaşan yeganə dünya çempionu Aleksandr Alyoxin 1892-ci il oktyabrın 31-də Moskva şəhərində anadan olub. Dördüncü dünya çempionu olan Alyoxin bu titula 1927-35 və 1937-46 cı illərdə sahib çıxıb. Rusiyalı şahmatçı «gözübağlı» oyunda dünya rekordçusu sayılır. L. İ. Polivanov adına klassik gimnaziyanı bitirən (1901-10) şahmatçı ardından İmperator hüquq məktəbində (1911-14) təhsil alıb. Hüquq məktəbini bitirən Alyoxinə titullu məsləhətçi rütbəsi verilib. Bu amil onun yüksək şahmatçı keyfiyyətlərindən xəbər verirdi.
Alyoxin şahmatda ilk addımlarını 7 yaşında atıb. O, 12 yaşından etibarən şahmata ciddi münasibət bəsləməyə başlayıb. Alyoxinin beynəlxalq aləmdə debütü 1908-ci ilə təsadüf edib. İlk beynəlxalq turnirdə 4-5-ci yerləri bölüşüb. Qrossmeyster qismində qatıldığı ilk beynəlxalq yarış isə 1914-cü ildə Manheymdə olub. Lakin turnir 11-ci turdan sonra yarımçıq dayandırılıb. Buna səbəb I dünya müharibəsinin başlamasıdır. 16 yaşında M. İ. çiqorinin xatirəsinə həsr olunmuş ümumrusiya turnirinin qalibi adını qazanan Alyoxinə maestro titulu verilib.
Davamı →

Şahmat taxtasındakı buğda

Bu gün şahmat deyə bildiyimiz oyunu hazırlayan alim, oyunu hind şahına  təqdim etdiyində çox məmnun olan şah:- «Dilə məndən, nə diləyirsən» deyir. Alim ona uzadılan xəzinə otağının açarını əlinin tərsiylə itələyib, şahdan şahmat taxtasının sol alt küncündəki xanaya bir buğda dənəsi qoymasını və sonra hər xanaya bir əvvəlki xanadan iki qat artıq buğda dənəsi qoymasını, bu şəkildə 64 xanaya qədər getməsini istəyir. «Mənə bu qədər buğda versəniz yetər»- deyə cavab verir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına:
Ardı →

Şahmat terminləri

  • Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı
    Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir.
    Debüt üç növə bölünür:
    * açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1… e5);
    * yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1… e5 gedişindən başqa istənilən gedişi edə bilərlər);
    * bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər).

  • Mittelşpil — Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi


Ardı →

Şahmat oyunu

Şahmat — taxta lövhə üzərində keçirilən strateji oyun növüdür. Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə şahmat Hindistanda yaradılmışdır.Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı.Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.
Ardı →