Həyat şahmatı

Gənc bir adam öz bölgəsində çox tanınan bir müdrikin yanına getdi. Dərdi bir az fərqli idi. Gənc yaşında həmişə müvəffəqiyyət qazanmışdı. Atasından götürdüyü kiçik işi sürətlə böyütmüş, zəngin olmuşdu. Ətrafındakı hər kəs ona hörmət göstərirdi.
Düşməni yox idi. Evlilikləri müvəffəqiyyətli olmuş, çox gənc yaşlarda başlayaraq bir neçə dəfə ata olmuşdu. Və gənc adamın dərdi də bundan sonra başlayırdı. Bu qədər erkən müvəffəqiyyət, sayılıb hörmət edilmək üzündən bütün ətrafındakı insanları «kiçik» görməyə başlamışdı.
Gənc adam üçün "əhəmiyyətli" heç bir iş, heç bir insan, heç bir vəziyyət qalmamışdı. Heç bir danışığı bir neçə dəqiqədən çox dinləyə bilmir, oxumağa başladığı hər şeyi bir neçə dəqiqə içində əlindən buraxırdı.
Ardı →

Robert Fişer

Heç bir dünya çempionu haqqında Robert Fişer qədər yazılmayıb. Yaxşı da yazırdılar, pis də. Onun heyrətamiz qələbələrindən və şıltaqlıqlarından yazırdılar. Lakin hər hansı bir görkəmli şahmatçını qiymətləndirmək üçün başlıca meyar onun idman nəticələridir. «Fişerin nəticələri isə çox şeydən xəbər verir:bu, misilsiz hadisədir».—A. Karpov öz sələfi haqqında 1980-ci ildə belə yazmışdır. Bəs, bu Fişer kimdir?
Robert Fişer-şahmat çemiponu,chess champion
Robert Ceyms Fişer 1943-cü il martın 9-da Çikaqoda (ABŞ); anadan olmuşdur. Onu tibb bacısı işləyən anası tərbiyə etmişdir. Bobbinin (uşaqlıqda Fişeri belə çağırırdılar) 6 yaşı tamam olanda böyük bacısı Coan ilk dəfə olaraq onu şahmatla tanış etdi. Həmin vaxtlar Bobbidən arzuladığı şey barəsində soruşanda o, belə demişdir: «Yeganə arzum şahmat oynamaqdır». Bobbi elə bil ki, şahmat üçün doğulmuşdu. Şahmata dair əlinə düşən bütün kitabları birnəfəsə oxuyur, bu qədim müdrik oyunun sirlərinə tezliklə bələd olurdu. Biləndə ki, şahmata aid ən çox kitab rus dilində nəşr edilir, o, sovet şahmat ədəbiyyatını orijinaldan oxumaq üçün müstəqil olaraq rus dilini öyrənir. Dünyanın ən güclü şahmatçılarının görüşlərini təhlil edə-edə o özü də öyrənirdi.
Davamı →

Mixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.Mixail BotvinnikKapablankanın bu sözləri çox keçmədi ki, özünü doğrultdu. Botvinnik 2 ildən sonra usta normasını yerinə yetirdi. 6 ildən sonra ilk dəfə olaraq SSRI çempionu adını qazandı.
Davamı →

Aleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION


«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.


Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı.


Ardı →

Şahmat haqqında nə bilirsiniz?..

Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər. Digər tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır. Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı.
Davamı →

Dahilər və şahmat

Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.
Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
Ardı →