Süleyman Rüstəm

Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, XX ərs Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. Süleyman Rüstəm öz yaradıcılığında Azərbaycanın bütün dilbər qüşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edib. Yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimi təbliğ edən şeirlərə də yer ayırdığı üçün bu günün baxışı ilə şair tənqidlərə məruz qalsa da onun yaradıclığını bir heç saymaq olmaz. Tənqidçi Bəkir Nəbiyev Süleyman Rüstəmi Azərbaycan poeziyasının müxtəsər, poetik ensiklopediyası adlandırırdı.
Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıclığınında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi öz poeziyasında işıqlandırıb.


Davamı →

Musa Yaqub Şeirləri

Musa Yaqubun Şeir dünyasından seçmə 8 mənalı şeir

MƏN SƏNİN KÖNLÜNDƏ

Yaman gündə sənin, 

xoş gündə sənin.

Həyat ağacıyam könlündə sənin;

Onu atmaq olmaz, qurutmaq olmaz,

Daha bacarmarsan özünü yorma.

Bir bahar ömrünü unutmaq olmaz,

Sevdiyin ağaca baltanı vurma.

Nahaqdan könlünü ağrıtma belə.

Köhnə xatirəni ağlatma belə.

Ömür ehtiyacı, gün ehtiyacı,

Mən sənin könlündə həyat ağacı –

Özün də bilmədən ürək qanınla,

Bütün vücudunla, bütün canınla

Onu ömrün boyu yaşadacaqsan,

Unutmaqmı asan, atmaqımı asan?..


Davamı →

Əhməd Cəmil haqqında maraqlı faktlar

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberniyasının İrəvan şəhərində, Təpəbaşı məhəlləsində kustar sənətkar ailəsində anadan olub. Babası Mir Cəmil ağa İrəvanın tanınmış Seyid nəslindən idi. Mir Səttarın 11 uşağı olub, bunlardan ən kiçiyi Əhməd Cəmil idi. Bu uşaqlardan əksəriyyəti körpə ikən dünyasını dəyişmiş, yalnız 4-ü sağ qalmışdı. Mir Bağır, Mir Mehdi, Mir Əhməd, Nazəninbəyim.

Davamı →

İlahi eşqin Zəlimxan Yaqubu

 Orta məktəbi yarılamış vaxtlarım idi. Utanıb üzə çıxarmadığım beş-altı şeirimlə nəfəs alırdım. Hərdən açıb oxuyur, qəribə bir həzz alır, saralmış vərəqləri gizli xəzinə kimi yenidən hansısa kitabın arasına qoyurdum. Bir dəfə televizorumuzda dərinnəfəs, şələbığ bir kişi şeir deyirdi. Atam televizorun səsini artırdı. Anam dördayağın üstündə yaydığı yuxadan əl çəkib oxlovunu astaca dördayağın qırağına döyəclədi ki, sakit olaq. Ailəlikcə hamımız köhnə "əlli iki ekran" televizordakı kişiyə qulaq asırdıq. Kişi gah danışır, gah da şeir söyləyirdi. Bayaqdan fətir gözləyən ailə peçin üstündə yanan yuxadan xəbərsiz ekrandan asılmışdı. Kişi elə danışırdı, elə danışırdı ki, elə bil bu saat ekranı yarıb evimizə girəcəkdi.
Davamı →

Azərbaycan ədəbiyyatının səhnəsi - İki yaxın dostun qəvi düşməni, yaxud Paraselsin qızılgülü

Şair obrazı. Şeir yazanların hamısı bu obraza malik olmur. Ələkbər Salahzadə və İsa İsmayılzadə. İnsani, həyat tarixçəsi, nəhayət, ədəbiyyata gəlişləri baxımından bu qədər yaxın şairlərin üslubu, dəst-xətti əslində, çox fərqlidir, o qədər fərqli ki, bəlkə onlardan eyni kontekstdə söz açmaq belə düzgün olmazdı. Ona görə bu iki şair haqqında ənənəvi yozumdan vaz keçib son dərəcə fərqli rakursdan bəhs etməyə çalışacağıq. Bu acıdan onlar haqqında indiyə qədər (qoşa vərəqdə-!) deyilənləri sözə başlanğıc, mətləbə giriş kimi ala bilərik, yəni bu hekayələrin hər bir sətrini artıq bilirik, indi isə necə deyək, ağ vərəqə yazılan hərflərin üstüylə gedib onları pozur və hər bir hərfin altında dustaq olan nəfəsi görmək istəyirik.

Davamı →

Rüstəm Sadiqli-şeirlər

Gənc yazar Rüstəm Rüstəmov da ucqar dağ rayonunda anadan olub. O, 21 dekabr 1995-ci ildə Lerikin Babakücə kəndində doğulub. 2011-2015 -ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində «Təsviri İncəsənət müəllimliyi» ixtisasında oxuyub. Elə həmin illərdə Lənkəran ədəbi mühitində “Sadiqli” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Tələbəlik illərində «Məşəl» jurnalının xüsusi müxbiri, sonralar isə bədii redaktoru vəzifəsində çalışıb. Dediyinə görə yaradıcılığı ilə bağlı bəzi telelayihələrdə iştirak edib.  2016-2018-ci illərdə müəllim  kimi fəaliyyət də göstərib. Hazırda Bakı Avrasiya Universitetində filologiya ixtisası üzrə ikinci kursda təhsil alır.


Davamı →

Elcan Rəcili-şeirlər

Gənc şair Elcan Rəcili 1 may, 1995-ci ildə ucqar dağ rayonu olan Yardımlının Bürzünbül kəndində doğulub. 2011-ci ildə Bürzünbül kənd orta məktəbinin 10-cu sinfini bitirdikdən sonra elə həmin il Lənkəran Dövlət Humanitar Kollecinə daxil olub. 2015-ci ildə bu orta ixtisas təhsili müəssisəsini bitirdikdən sonra öz ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmayıb. Hazırda mebel fabriklərinin birində usta kimi fəaliyyət göstərir. Dediyinə görə ədəbiyyata orta məktəb illərində gəlib.


Davamı →

İsmayıl bəy Nakam

Şəki Azərbaycanın ədəbiyyat və mədəniyyətinin inkişafına mühüm töhfələr verən tanınmış şəxsiyyətlər diyarıdır. Bu ədəbi mühitdə yetişən söz adamları arasında İsmayıl bəy Nakamın özünəməxsus yeri var.

İsmayıl bəy Məhəmməd bəy oğlu Sədrəddinbəyov 1829-cu ildə Şəki şəhərində dünyaya göz açıb. Ulu babaları əslən şamaxılı olub. İbtidai təhsilini molla məktəbində alır. Ərəb-fars dillərini öyrənir. Sonra atası evə rus dili müəllimi dəvət edir və o, üç ilə yaxın rus dilini öyrənir. Dünyagörüşünün artması məqsədilə bir sıra Şərq ölkələrində olur, zəngin bilik qazanır.
Davamı →

Rəfiq Zəka Xəndan

Tanınmış şair, yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndan Azərbaycan poeziyasında və elmində öz dəst-xətti olan ziyalılardandır. Milli düşüncənin, etnik-mədəni yaddaşın əsas təzahürlərini yaradıcılıq nümunələrində tərənnüm edən şairin bu il anadan olmasının 80 illiyi qeyd olunur.

Rəfiq Cəfər Xəndan oğlu Hacıyev 16 iyun 1939-cu ildə Bakıda dünyaya göz açıb. Çox erkən çağlardan poeziyaya maraq göstərir. Onu şeirə, sənətə ilhamlandıran isə M.Ə.Sabir, H.Cavid, M.Müşfiq, M.Hadi və türk şairi Əbdülhəq Hamid yaradıcılığı olub.
Davamı →