Sevdim | Pol Elüar

Səni,
Tanımadığım bütün qadınların yerinə sevdim
Yaşamadığım bütün zamanların yerinə,
Sonsuzluğun geniş qoxusu,
İsti çörək ətrinin xətrinə,
Əriyən qarın,
İlk açılan çiçəklərin yerinə
İnsandan hürkməyən suçsuz heyvanların xətrinə
Səni sevginin xətrinə sevdim.
Davamı →

İlan balası | Ramiz Rövşən

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Davamı →

Təbriz Əli - Bu təkcə laylay deyil!




TƏKCE LAYLAY DEYIL, VƏTƏNIMIN SƏSIDIR!!!
Gecənin bu çaginda, qar-tufan boraninda,
Gözəl Laylay səslənir, ananin ocağında,
Bu təkcə Laylay deyil…!
Vətən, torpaq, cəngidir,
Qayasında hər bitən çiçəklərin rəngidir,
Bu körpə damarında,
Qan deyil, Kür-Arazdır.
Əsrlər arxasından bizə gələn ayazdır,
Mavi alov saçan Xəzərimin səsidir,
Qayaları hayqıran Kəlbəcərin səsidir,
Dağı,daşı,mamırı
Laləsi yalqız qalan, Laçınımın səsidir.
Bu təkcə Laylay deyil! Qarabağın səsidir.
Xarı Bülbül səsidir, Üzeyirin səsidir.
Tənqidləri dağ yaran Sabirin nəfəsidir.
Bu təkcə Laylay deyil! Tarımın,Kamanımın,
Ürəkləri oxşayan Turanımın səsidir.
37-di qurbanı Müşviqimin səsidir.
Əsrlərin övladı Xəlilimin səsidir.
Torpaq üçün şəhid olan,
Adı ürəkdə qalan, Mübarizin səsidir.
Sorma kimdir O ANA?!
Südü qarışar qana, sevgi dolu insana,
Bütün Bəşər bir yana, mənim Anam bir yana,
Çünki Vətən bir Ana!!!
Bu təkcə Laylay deyil! Vətənimin Səsidir!
Vicdanımın səsidir!
Ləyaqətin bayrağı, cəsurların rəmzidir.
Bu Təbrizin səsidir!!!
 
Davamı →

...

Yazılmayan şeirlərdən kağız çiçək dəstələri.
Bəmbəyazdı bu güllərin mürəkkəbsiz ləçəkləri.
Sadə bəyaz vərəqlərdi, yox mürəkkəb, yoxdur sətir,
Nə gözyaşı yağışı var, nə yolda qız, nə də çətir.
Bircə O var. Həsrət ilə baxıb çölə pəncərədən,
Ürəyində şeir deyir yazılmamış sətrlərdən.


Davamı →

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa min-min məclisi-məstanələrden çıxmışıq.
Davamı →

Qəbir

Qəbrini qazıram arzularımın.
Özüm öz arzuma qatil olmuşam.
“Xoşbəxtlik” adında bir xəyalımın,
Sən demə, sadəcə, qurbanıymışam.
Qəhrəman sayırdım mən də özümü
“Həyat” ismi olan qəddar savaşda.
Uduzub, açaraq ona gözümü,
Gördüm, düşmən olub doğma qardaş da.
Görünür, qəribə döyüşdü həyat.
“Vur ki, vurmasınlar” – olub tək qayda.
Məğlubsan, nə qədər etsən ehtiyat:
Öldürsən – qatilsən, ölsən – nə fayda?
Sanarıq, baxırıq diqqətlə ona,
Həyata dörd açıb gözlərimizi.
Tək göz yox, qəlb baxsa həyat yoluna,
Görərik, nə sirlər gözləyir bizi.
Bəlkə da, savaşa başladım erkən,
Bəlkə, başlamadan məğlub olmuşam.
Bir daşmı vururdu sinəmdə, görən,
Bir kora hədiyyə güzgü almışam.
Kor adam alaraq güzgünü ələ,
Gətirdi aynanı gözünə sarı.
Baxsa da, görmürdü aynada heç nə,
Gülüşlə boğurdu göz yaşlarını.
Sadəcə baxaraq bu mənzərəyə,
Gördüm ki, əslində kor o deyilmiş.
Qatili qoysaq da biz igidliyə,
“Zalongo rəqqası” qəhrəman imiş.
Döyünə bilərmi, görən, daş ürək?
Almazmı gücünü ürək duyğudan?
Duyaraq yaşasın insanlar gərək:
Yaşamaq fərqlənir mövcudiyyatdan.
Qəbrini qazıram arzularımın.
Bəlkə arzumun da yaşam haqqı var.
Ölməsin görərək xəyallarının,
Yaşayır arzuya qəbirqazanlar.
Cavidan Haciyev

Davamı →

...

Vəsf elə məni şair,
Onsuz da vəsf zamanı heç vaxt olmayacaq.
Vəsf elə məni şair.
Qurumuş çiçək yağışda təzədən solmayacaq.
Mənsə itib gedəcəm, hamı məni unudacaq.
Dünya ərköyün uşaqdı — bizlər köhnəlmiş oyuncaq.
Oynadılıb atılacaq — zibillikdə kiçik bir yer.
Hələ ki atılmamışam — Vəsf elə məni şair.
Heç vaxt görünməyəcək məndə olan hüsnü-camal,
Soyacaqlar məni də həqqdən qaçan barmaqlılar.

Hacıyev Cavidan
Davamı →

4000 illik sevgi şeiri

  • Sevgi
1889-cu ildə Bağdadın 150 km yaxınlığındakı Şumer şəhəri Nippurda bir tablet tapıldı. Bu tableti 1955-ci ildə amerikalı şumeroloq Samyuel Kramer deşifrə etdi. Həmin tabletdə bir sevgi şeiri vardı, şeirin hekayəsi belədir: Şumer inancına görə torpağın bərəkətli və məhsuldar olması üçün gərək kral ildə bir dəfə Bərəkətə və Sevgi ilahəsinin yerinə, bir rahibə ilə evlənsin. Böyük ehtimalla tabletdəki şeir də kral Şusin ilə evlənmək üçün seçilmiş gəlin tərəfindən törəndə oxunmaq üçün yazılıb.

Davamı →