Qarğıdalı şorbası

Ərzaqlar:
5 stəkan su
toyuq sinəsi
1 stəkan qarğıdalı
1 çay qaşığı duz
1/2 çay qaşığı istiot
1 yumurtanın sarısı
3 qaşıq un
4 qaşıq qatıq

Hazırlanması:
5 stəkan suda toyuq filesini pörtün. Daha sonra yumurta sarısı, un və qatığı çalın. Toyuq suyunu əlavə edib qarışdırın. Toyuq ətini didib duz, istiot və qarğıdalı ilə bərabər qazana tökün. Şorba qatılaşana qədər orta odda bişirin. Nuş olsun!
Davamı →

Südlü göbələk şorbası

İnqridientlər:
Təzə göbələk – 250 qr.
Un – 4 x.q.
Süd – 1 stəkan
Duz

Hazırlanması:
Göbələkləri yaxşıca təmizləyib, yuyun. Sonra xırda-xırda doğrayın. Un və su blenderdən keçirilib qazana əlavə edilir. Daha sonra da göbələklər əlavə olunur. Duz töküb 20 dəqiqə bişirilir.

Ən sonda süd əlavə edilir, 5 dəqiqə də bişirilir, sobadan götürülür. Nuş olsun!
Davamı →

Kərəkoş şorbası

Tərkibi:
Qatıq – 1 lt.
Su – 1lt.
Xama – 150 qr.
Un – 100 qr.
Yumurta – 1 ədəd
Nanə qurusu – 4 x.q.
Duz

Hazırlanması:
Qatığa su qatılıb qarışdırılır. Xama, yumurta və un başqa qabda çalınaraq qatığın üzərinə əlavə edilir. Kərəkoş arası kəsilmədən qarışdırılaraq bişirilir. Bişənə yaxın nanə qurusu və duz əlavə olunub odun üzərindən götürülür.
Davamı →

Gül kələmi şorbası

İnqridientlər:
Gül kələmi – 250 qram
Yaşıl bibər (başqa rəngli bibərlər də ola bilər) – 2 ədəd
Kök – 2 ədəd
Soğan (qırmızı soğan da ola bilər) – 2 ədəd
Kartof – 4-5 ədəd
Sarımsaq – 3-4 diş
Orta ölçüdə pomidor – 5-6 ədəd
Duz
Qırmızı istiot
Cəfəri (olmasa hazır göyərtili ədbiyyatdan və ya başqa göyərtilərdən istifadə etmək olar)
Zeytun yağı
Davamı →

Avqolemono şorbası

Yunan dilində bu şorbanın adı — yumurta və limon deməkdir. Turşməzəliyi yaşıl şiyə bənzəyir, amma ondan fərqli olaraq daha doyumludur.

Tərkibi:
2 l toyuq bulyonu
4 x.q. uzun düyü
3 yumurta
3 x.q. limon şirəsi
2 ç.q. tərxun (doğranmış təzə, yaxud qurudulmuş)
duz
istiot

Hazırlanması:
Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. 15-20 dəqiqə, düyü yumşalınca bişirin. Ocaqdan götürməzdən 5 dəqiqə əvvəl bulyondan bir neçə xörək qaşığı götürüb iri kasaya tökün.
Davamı →

Əriştəli şorba

İnqridientlər:
— 1 stəkan əriştə
— Yarım soğan
— Yarım çay stəkanı yaşıl mərcimək
— 2 diş sarımsaq
— 1 ədəd pomidor
— 1 ədəd bibər
— 1 xörək qaşığı ölçüsündə duru yağ və kərə yağı
— 5 stəkan su

Davamı →

Brokoli şorbası

Bol vitaminli və ləzzətli brokoli şorbası qış aylarının vazgeçilmez yeməyidir. Həm qida dəyəri yüksək, həm də dəyişik bir dad olaraq soyuq havalarda içinizi isidəcək. Brokoli sevən, sevməyən hər kəsin xoşlayacağı bu şorbanı bişirməyə dəyər. Brokoli şorbası sağlamlığa faydalıdır, üstəlik dadı da gözəldir.

Tərkibi:
500 qr brokoli
1 kök
1 kartof
2 stəkan süd
1 soğan
2 qaşıq qaymaq
2 qaşıq kərə yağı
duz
istiot
1 qaşıq un

Hazırlanması: Brokolini yuyun, soğanı, kartofu kub-kub doğrayın, kökü yumru-yumru dilimləyin. Hamısını bir qazanda qarışdırın, üzərinə çıxacaq qədər su əlavə edin və tərəvəzlər yumşalana qədər qaynadın.
Davamı →

Südlü toyuq şorbası

Uşaqların qidalanmasında şorbanın yerini heç bir yemək verə bilməz. Şorbalar uşaqların menyusunda ön sırada durur. Südlü toyuq şorbası 6 aylıq və ondan böyük uşaqlar üçündür.

Lazım olan ərzaqlar:
¼ su stəkanı süd
1,5 çay stəkanı toyuq suyu
1 desert qaşığı un
1 xörək qaşığı qədər toyuq əti
1 kök

Hazırlanma qaydası:
Bir xörək qaşığı qədər toyuğu bir kiçik köklə bişirin. Toyuq bişəndən sonra didin. Kökü yaxşıca əzin.

Ayrı bir qabda 1/4 su stəkanı südlə 1 desert qaşığı unu bişirin. İçinə 1,5 çay stəkanı toyuq suyunu, əzilmiş kökü və toyuğu əlavə edin. Qaynayana qədər qarışdıraraq bişirin.
Davamı →

Noxud şorbası

Tərkibi:
700 q sümüksüz toyuq əti
300 q yaşıl noxud
100 q yerkökü
1 diş sarımsaq
duz
istiot

Hazırlanması:
Toyuq ətini yuyun. 2 litr suda qaynadın. Qaynara düşəndən sonra duz qatıb orta odda 7 dəqiqə bişirin. Əti çıxarıb qaba yığın. Bulyona noxudu əlavə edin, 10 dəqiqə bişirin. Yerkökünü sürtgəcin orta gözündən keçirib bulyona əlavə edin. Toyuq ətini xırda doğrayıb qatın. Daha 5 dəqiqə bişirin. Sarımsağı təmizləyib xırdalayın. Şorbaya əlavə edib ocaqdan götürün. Nuş olsun!
Davamı →

Göbələkli krem-şorba

Tərkibi:
22 qr kərə yağı
85 qr baş soğan (orta ölçüdə)
22 qr kərəviz saplağı
500 qr göbələk (şampinyon)
1 litr velüte sousu
300-500 ml toyuq bulyonu (isti)
175 ml yağlı qaymaq (isti)
duz
istiot

Hazırlanma qaydası:
Kərəviz və soğan doğranılır. Soğan şəffaf və yumşaq olana qədər kərəvizlə birgə kərə yağında qızardılır. Yarı doğranmış göbələklər əlavə edilir. Göbələklər tam hazır olana qədər (suyu tam çəkilənə qədər) bişirilir. Bir neçə göbələk sonda şorbanı bəzəmək üçün kənarda saxlanılır. Hazır göbələklər qazana yerləşdirilir və üzərinə velüte sousu əlavə edilir.
Davamı →