Göbələk şorbası

Ərzaqlar:
50 qram kərə yağı
500 q göbələk
Soğan — 2 ədəd
Qaymaq (20-25 % yağlı ) 500 ml
Duz
İstiot

Hazırlanması:
İlk olaraq soğanları xırda-xırda doğrayın. Təmiz yuduğunuz göbələkləri mətbəx robotundan keçirib soğanın içinə qatın. Kərə yağında 10-15 dəqiqə ərzində qızardın.

Qaymağı bir qazana töküb göbələk-soğan qarışımını üzərinə töküb orta istilikdə qaynayana kimi bişirin. Zövqə görə duz, istiot əlavə edin.

Nuş olsun!


Davamı →

Tərəvəz şorbası

Tərkibi:
4 xörək qaşığı qarğıdalı yağı
1 ədəd soğan1 ədəd balqabaq
2 ədəd kök
1 dəstə yaşıl soğan
1 ədəd sarı bibər
1 ədəd qırmızı bibər
1 dəstə kərəviz
5 stəkan isti toyuq suyu
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Ədviyyat üçün:
1 ədəd yumurta sarısı
3 xörək qaşığı qatıq
2 xörək qaşığı un
1 stəkan su


Ardı →

Yayla şorbası

Tərkibi:
4 stəkan qatıq
5 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
Stəkanın 4/1-i qədər düyü
3 xörək qaşığı kərə yağı
1 yemək qaşığı quru nanə
(nanə nə qədər xırda olsa, o qədər yaxşıdır. Buna görə nanəni ovun)
Zövqə görə duz, istiot


Davamı →

Balqabaq şorbası

Ərzaqlar:
Balqabaq – 300 q
Kərəviz -150 q
Kök – 150 q
Zəncəfil kökü – 1 ç.q
Soğan – 1 baş
Sarımsaq – 1 diş
Zeytun yağı – zövqə görə
Yaşıl bibər – 1 əd

Hazırlanması: (45 dəq)
Balqabaqla kökü iri kub şəklində doğrayıb, üzünə çıxana kimi su əlavə edin. Zövqə görə duzlayıb, yumşalana qədər qaynadın.

Soğan, kərəviz və sarımsağı xırdalayıb, zeytun yağında qızardın. Sonra balqabaqla kökün üstünə qızarmış tərəvəzləri və sürtgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edib, blenderda xırdalayın.

Zövqünüzdən asılı olaraq zolaq və yaxud kub şəklində doğranmış bibər və quru çörəklə süfrəyə verin.


Davamı →

Yemiş şorbası

İnqrediyentlər:
Yemiş – 1 ədəd
Şəkərsiz yoğurt – 5 x.q.
Təzə limon şirəsi – 3 x.q.
Ətirli sirkə – 1 x.q.
Bal – 25 ml.
Təzə rozmarin – 1 ç.q.
Darçın – 1/3 ç.q.
Qara istiot – 1/3 ç.q.
Dəniz duzu – bir çimdik

Hazırlanması:
Yemişin meyvə ətini blenderdə əzin və üzərinə yağsız yunan yoğurtu, limon şirəsi, sirkə, xırdalanmış rozmarin, darçın, istiot və duz əlavə edin.

Bütün inqrediyentləri təkrar blenderdə qarışdırın. Süfrəyə verməzdən əvvəl desert şorbanı soyuducuda soyudun.
Davamı →

Narlı şorba

Tərkibi:
-1 kq turş nar
-Yarım litr ət suyu
-3 xörək qaşığı un
-Kərə yağı
-İncə doğranmış nanə və cəfəri
— Duz və istiot

Hazırlanması:
Ət suyunu qaynadın. Narlardan birini ikiyə bölüb dənələyin. Qalan narların suyunu sıxın.

Sıxılmış nar suyunu ət suyuna əlavə edin. Unu kərə yağında qovurun. Ət və nar suyunu qaşıq-qaşıq azca götürün, qovurduğunuz una əlavə edib qarışdırın. Un qızarmış rəng alandan sonra qaynatdığınız nar və ət suyuna əlavə edin.

Şorba qatı hala gələnə kimi qarışdırın. Üzərini cəfəri, nanə və ayırdığınız nar dənələri ilə bəzəyib, süfrəyə təqdim edə bilərsiniz. Nuş olsun!
Davamı →

Kabak şorbası

Tərkibi:
Kabak – 1 əd.
Kök – 1 əd.
Soğan – 1 baş
Qarğıdalı unu – 1 yemək qaşığı
Kərə yağı – 2 yemək qaşığı
Duz, Qaynar su

Hazırlanması:
Soğan, kök və kabakları doğrayıb kərə yağında bir az pörtlədin. Digər ərzaqları əlavə edərək qaynadın. Hazır olduqdan sonra blenderlə çəkin. Vitaminlə zəngin şorbanız hazırdır.


Davamı →

Əriştə

Tərkibi:

1 st bişmiş lobya
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 ədəd yumurta
1 x.q qurudulmuş nanə
duz, istiot zövqə görə
Ardı →

Köklü ərtiştə şorbası

Tərkibi:
* 1 litr su
* 1 ədəd toyuq döş əti
* 3 ədəd kök
* 3 yemək qaşığı əriştə
* Zövqünüzə görə duz, qara bibər
* Yarım limonun suyu

Hazırlanması:
* Köklərin qabıqlarını soyub, halqa şəklində doğrayın.
* Toyuq ətlərini kub şəklində doğrayın.
* Dərin bir qazana kök, su, limon suyu, döş əti, duz və qara bibəri alın.
* Kökləri yumşalana qədər yüksək istilik üzərində bişirin.
* Əriştələri qazana əlavə edib, yumşalana qədər qaynadın.
* Kasalara pay edin və xidmət edin.

Nuş olsun! 
Davamı →

Noxudlu şorba

Tərkibi:
350 q noxud
1 iri baş soğan
150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
2 x.q. un
cəfəri
0,5 limon
duz
istiot
Noxudu gecədən suda isladın.

Hazırlanması:
Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun.


Ardı →