Sonsuz intizar | Frensis Skott Fitscerald

1

Frensis Skott FitsceraldBiz qədim fransız qəsrlərindən danışırdıq, sonra söhbət orta əsr dəhşətlərinə, deyək ki, XI Lüdovikin kardinal Balünü altı il ərzində saxladığı dəmir qəfəsə və ya daş kisələrə keçdi. Daş kisələri mən öz gözlərimlə görmüşdüm. Bu, sadəcə, dərinliyi otuz-qırx fut olan quru quyudur, dustağı onun içinə atırdılar və onun xilasına ümid olmurdu. Onların məni göstərdiyi təsir indiyədək yadımdadır, bu heç təəccüblü də deyil, klaustrafobiyaya olan meylim ucbatından mən hətta qatarın kupesində də özümü pis hiss edirəm. Ona görə də həkim bu əhvalatı danışmağa başlayanda mən sevindim, çünki onun əvvəlinin diri-diri basdırılanlarla heç bir əlaqəsi yox idi.

Bu dünyada missis Kinq adlı gənc bir qadın yaşayırmış, o öz əri ilə birlikdə xoşbəxt ömür sürürmüş. Onların kifayət qədər pulu vardı, bir-birini sevirdilər, lakin missis Kinq ikinci uşağını dünyaya gətirərkən uzunmüddətli komaya düşdü, ayılanda isə onda adi doğum sonrası şizofreniya halı – “şəxsiyyətin ikiləşməsi” baş verdi. Onun sayıqlaması İstiqlaliyyət Bəyannaməsi ilə əlaqəli idi, amma bunun hekayəyə heç bir aidiyyəti yoxdur. Qadın özünə gəlməyə başlayanda onun ruhi pozğunluğu da keçib getməyə başladı. Onuncu ayın tamamında o özünü çox sağlam hiss edirdi və xəstəxananı tərk edəcəyi günü səbirsizliklə gözləyirdi.

Onun iyirmi bir yaşı təzəcə olmuşdu, simasından gənclik və mülayimlik yağırdı, bir sözlə, bütün xəstəxana heyəti ona qarşı xüsusi rəğbət hiss edirdi. Onun özünü xeyli yaxşı hiss etdiyini gördükdə həkimlər qərara gəldilər ki, missis Kinqi əri ilə birlikdə kiçik bir istirahətə göndərsinlər və bu xəbər o dəqiqə bütün söhbətlərin əsas mövzusuna çevrildi.


Ardı →

Əyri evin qadını | Rasim Qaraca

Kişi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. 

Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. 

Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. 

Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç kimsənin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı artıq neçə illərdir sürdürür.

Çatı üzərində sağa-sola, yuxarıya-aşağıya doğru var-gəl edir, siqaret çıxarıb yandırır, qəzet götürüb kresloya çökür və oxumağa başlayır, bu zaman qara bir milçək uçub gəlir, vızzz, onu narahat edir, kişi tələsmədən ayağa qalxıb milçəyi öz evindən qovur – çatının bütün ərazisi onundur.

Yaşadığı bu evin neçə mərtəbə olduğunu özü də bilmir, lakin çox yüksək bina olduğundan əmindir, çünki küçədə gəzişən adamlar buradan qara nöqtə kimi görünür.

Bir qarğa evin bacasına qonur, yumurtlayır, bir neçə dəqiqə qarıldadıqdan sonra uçub gedir. 

Yumurta diyirlənib yerə düşə-düşdə kişi əyilib onu götürür, qayğanaq bişirir.
Ardı →

Sevdasız aylar (II hissə) | Salam Qədirzadə

Müəllif
   Elektrik qatarının tәkәrlәri relslәri yeknəsәqliklə döyəclәyirdi. Sevda açıq pәncәrә qabağında oturmuşdu. Sәfillәri oxuyurdu. İçәri dolan yel nadinc uşaq kimi şıltaqlıq edirdi; qızın tellәrini dağıdıb sifәtinә sәpəlәyir, onun mütaliәsinә mane olurdu. Havanın sәrin nәfәsindәn gaһ şor suyun, gaһ neftin kәsif qoxusu duyulur, gaһ da Abşeron barlarındakı meynәlәrin, әncir, nar ağaclarının payız әtri gətirirdi. Dәniz mövsümü sona yetdiyindәn vaqonda sәrnişin az idi.
Sevda kitaba elә qapılmışdı ki, qorxurdu düşәcәyi stansiyanı ötüb keçә, xәbәri olmaya. Әsәrin tәsirindәn ayrıla bilmirdi. Hәrdәn başını qaldırıb gözlәrini uzaqlara dikәrək fikirlәşirdi. Fikirlәşirdi ki, bu yazıçılar arı kimi bir mәxluqdur. Arı öz pәtәyindәn çox-çox uzaqlara uçur… Çöllәrdәki güllәrә-çiçәklәrә qonub zәrrә-zәrrә şirә çәkir. Sonra şanasına qayıdaraq әtirli bal yaradır… Yazıçılar da alәmi gәzib-dolanır, görüb-götürür, nәһayәt, iş otağına tәləsәrәk qalın-qalın maraqlı әsәrlәr yaradır. Onların isә şanası kitabdır, balları söz.
Ardı →

Sevdasız aylar (I hissə) | Salam Qədirzadə

Oğlum Ruslana itһaf edirəm

Müəllif
  Ay qızlar! Yәqin Sevda yaşında olanda çoxunuz sevib-sevilmisiniz. Burada tәәccüblü nə var ki? Mәһəbbәtsiz ürәk, günәşsiz һәyat—ikisi dә birdir. Onsuz bu tәbiәtin füsunkar gözәlliklәrini necә görmәk, necә duymaq olar?

    Sevda da sizin kimi ötüb-keçәn qayğısız uşaqlıq çağlarının fәrqinә varmadan qarşıdan gәlәn gәncliyi salamlayırdı. Qoynunda әtirli gül-çiçәk, dodağında şaqraq qәһqәһә, köksündә ülvi mәһәbbәt gәtirәn ilkin baһarını salamlayırdı. Ömrünә sәadәt bәxş edәcәk, yollarına işıq sәpәcәk ulduzlu-aylı gecәsini, günәşli gündüzünü salamlayırdı. Sevinc ona qanad verirdi, fәrәһ göylәrә uçururdu, әngin fazalarda pәrvazlandırırdı.

   Sevda universitetin ikinci kursuna tәzәcә qәdәm qoymuşdu. Tələbəliyin tam bir ili arxada qalmışdı. Dərslәr yenə başlanmışdı. O, һәr sәһәr mәrmәr pillәkәnlәri qalxır, auditoriyalarda oturub müһazirәlәri dinlәyir… yazır, oxuyur… öyrәnirdi…
Ardı →

Salam Qədirzadə

Leyla Qədirzadə atası Salam Qədirzadə haqqında

  Salam QədirzadəKəndimizdə bir gözəl var — adı Leyladır onun"… Hər dəfə atamın — yazıçı Salam Qədirzadənin qələminə məxsus bu sətirlər yadıma düşəndə qəlbimi fərəh bürüyür. Düşünürəm: «O Leyla mənəm». Əlbəttə ki, mən atamın «Kəndimizdə bir gözəl var» əsərində həyatından bəhs etdiyi qız deyiləm. Sadəcə, romanın müəllifi həmin əsəri mənə — yeganə qızına ithaf edib. Eləcə də «Su pərisi Mariana» əsəri anam Roza xanıma, «Sevdasız aylar» isə qardaşım Ruslana həsr olunub. 

   Atama qədər nəslimizdə heç kim yazıçılığa meyl göstərməyib. Onun valideynləri sadə adamlar olublar. Ticarətlə məşğul olan atası özünün, ailəsinin ruzusunu balaca dükanından gələn gəlirdən çıxarıb. Anası Ziba isə elə evlərində dərzilik edib. Nənəmin də, babamın da əsilləri Maştağadandır. Sonradan Bakıya köçüblər. Atam bu şəhərdə 1923-cü il aprelin 10-da dünyaya göz açıb. Evin ikinci uşağı olub. Ondan böyük bir bacısı varmış. Atamdan sonra ailələrində dörd qız, bir oğlan uşağı da dünyaya gəlib. 

   O, orta təhsil aldığı 150 saylı məktəbdə keçən illərini həmişə minnətdarlıqla xatırlayardı. Qardaşımla mən balaca olanda bizi gəzməyə çıxarar, çox vaxt da yolunu mütləq həmin məktəbin yanından salardı. Ora çatanda ayaq saxlayar, məktəbin binasını bizə göstərər, qürurla «Mən burada oxumuşam», — deyərdi. 
   Lap uşaq yaşlarından atamın ailələrində xüsusi yeri olub. Qardaş-bacıları onu həddindən artıq çox istəyib, böyük qardaşlarıyla fəxr ediblər.
Ardı →

Elif Şafak

Elif ŞafakMüasir türk ədəbiyyatının ən məşhur simalarından biri olan yazıçı Əlif Şəfəqin “Eşq” romanı Türkiyə kitab bazarında yeni bir rekorda imza atdı. Belə ki, bu roman türk ədəbiyyatı tarixində ən qısa müddətdə ən çox satılan kitab kimi tarixə düşdü.
Hətta yazıçının kitablarının satışı Nobel mükafatı laureatı olmuş türk yazıçısı Orxan Pamukun kitablarını da kölgədə qoydu.

Yazıçı xanım əsərlərində maraqlı süjet xəttinə, obraz zənginliyinə, axıcı dilinə və digər yüksək bədii xüsusiyyətlərinə görə nəinki türk ədəbi mühitinin, eləcə də bütün ədəbiyyat dünyasının diqqətini özünə yönəltməyi bacardı.

Tezliklə yazıçının imzası ölkə hüdudlarını aşaraq bütün dünyaya yayılmağa başladı. Xarici nəşriyyatlar Əlif Şəfəqin adını eşidən kimi tez bir zamanda onunla yaxından maraqlanmağa başladı. Görəsən, bu gənc türk xanımı kim idi? 
Ardı →

Zəbt edilmiş ev | Xulio Kortasar

Xulio KortasaEv xoşumuza gəlirdi. O, geniş, lakin köhnəydi. Bu ev əcdadlarımızın, ata babamızın, anamızın, atamızın və uşaqlığımızın yadigarı idi.

Biz İrene ilə təklikdə yaşamağa alışmışdıq və əlbəttə, bu, ağılsızlıq idi, çünki evimizdə səkkiz adama yetəcək qədər yer vardı.

Yuxudan saat 8-də oyanırdıq, yır-yığış edirdik, saat 11-ə mən ocaq başına, mətbəxə gedirdim və yalnız iki-üç otağı bacımın öhdəsinə buraxırdım. Düz günorta çağı biz nahar edirdik və boşqabları yumaqdan sonra özgə işimiz-gücümüz qalmırdı.

Süfrə başında böyük, sakit evə öz gücümüzlə, yəni kimsənin köməyi olmadan köçəcəyimiz haqqında düşünməyi xoşlayırdıq.

Bəzən bizə elə gəlirdi ki, məhz bu evin ucbatından tənha qalmışıq.
Ardı →

İnsan beyninə təsir edən 10 roman

Bir qrup elm adamı ədəbiyyatın müsbət keyfiyyət aşılayan xüsusiyyətlərini üzə çıxarmaq məqsədilə bir sıra romanların insan beynini inkişaf etdirdiyini müəyyən edib.

Alimlər apardıqları təcrübənin nəticəsində bu qərar gəliblər ki, bəzi romanlar sosial əlaqələri gücləndirərək insan xarakterini dəyişdirir, ünsiyyət qurmağı asanlaşdırır.

Toronto Universitetinin müəllimləri psixiatr Keyt Otley və İnqrid Vikelqren tərəfindən “Scientific American”da (“Elmi Amerika”) yazılan məqaləyə görə, roman qəhrəmanları ilə doğmalaşmaq həm xəyal dünyasını genişləndirir, inkişaf etdirir, həm də sosial əlaqələri gücləndirir.

Keyfiyyətli romanlar bu təsirləri ilə insan beynini itiləşdirir və insani münasibətlərə aid maraqlı məlumatlar verir. İki elm adamı insan beynini ən çox inkişaf etdirən 10 kitabı da müəyyənləşdiriblər

Siyahıda Lev Tolstoyun “Anna Karenina”sı və ya Virciniya Vulfun “Xanım Dellouy”u ilə yanaşı pakistanlı yazıçı Möhsin Həmidin 2007-ci ildə yazdığı “Könülsüz fundamentalist” romanı da yer alır.
Ardı →

Anasına qulaq assaydı Molla Ömər olacaqdı

Omər Faiq Nemanzadə1877-78-ci illərdə Rusiya ilə Osmanlı arasında növbəti mübaribə baş verdi. Müharibə başlananda Axalsix uyezdinin Azqur kənd sakini Ömər Faiqin cəmi 5 yaşı vardı. Bu müharibəyə gedən rus qoşunlarına baxmaq üçün məktəbdən qaçan Ömər falaqqa qorxusu ilə bir daha məktəbə getmədi.

Molla məktəbindəki əzbərçilik, cəhalət onu sıxırdı, rus məktəbindəki uşaqlar kimi mahnı oxumaq, həyət bağçasında oynamaq istəyirdi 6 yaşlı Ömər. Rus məktəbinə meyllənmişdi. 
Anası qarşısında, atası yanındaydı.“Orda nə oxudurlar, Quran yox, dua” yox deyirdi. Oğlunun könlünü konfet, armud qaxı ilə almaq istəyirdi.

Səhər evdən çıxanda çox düşüncəliydi, hansı məktəbə gedəcəyini qərarlaşdıra bilmirdi. Bir tərəfdə rus məktəbinin sərbəstliyi, bir tərəfdən də anasının hədiyyələri...
“Anamın dadlı yeməklərini düşündükcə məndə köhnəyə qarşı meyl artırdı”.

 Axırda molla məktəbinə getdi, lakin çox oturmadı. Bədəninin istəyini yox ruhunun tələbatını düşünürdü. Rus məktəbinə yazıldı. 


Ardı →

Ədəbiyyatın pis qadınları

Ədəbiyyatın “pis uşaqları” deyəndə ağlımıza kimlər gəlir? Martin Amis, Salman Rüştü, Conatan Franzen, Ernest Heminquey.
Bəs qadınlardan yazarlardan kimləri “pis qadın” adlandıra bilrəik? “Flavorwire” saytı hazırladığı ədəbiyyatın “ədəbsiz” qızlarını müəyyənləşdirməyə çalışır. 

 Sapfo (e.ə. 630-570; Qədim Yunan şairəsi)
O Yunanstanın ən məşhur lirik şairlərindən sayılırdı. Lesbos adasında dünyaya gələn Sapfo altı yaşında yetim qalanda qohumları onu orada olan hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verirlər. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir.


Ardı →