Nəsrimizin günah hissi, yaxud Mənim Mübarizim- Şəhriyar del Gerani

Yazıya başlamazdan əvvəl tezisləri düşünərkən niyəsə yaddaşımın ən uzaq bucağında qısılıb qalan «Yaşamaq yanğısı»nı xatırladım, bəlkə də haqlı, nə bilim, bəlkə də aidiyyətsiz paralellər apardım özüm üçün. Hə, İrvinq Stounun adıkeçən romanını tələbəlik illərində oxumuş, daha sonra detalları unutmuş, aurasını, məğzini isə idrakıma həvalə etmişəm. Yox, maraqlıdır, görəsən, Mübariz Örənin mətnləriylə həmin roman arasında nə kimi mahiyyət, ruhani intonasiya oxşarlığı var? Hə, niyə məhz bunca oxuduqlarım arasında yalnız həmin romanla səsləşdi təəssürat ahəngim? Yox, bəlkə, bu, sadəcə, aldanışdır? Hə, bu məşum duyğunun adını desəm, əl-yəqin çoxlu sayda qələm dostlarımızın xətrinə dəymiş olacam. Yox, bunu, əlbəttə, istəmirəm.

Davamı →

Yeni dövrün mətnləri: "Qələmsiz yazılanlar"

  • Esse
Sənət yaratmaq günün həqiqətlərini gələcəyə simvollarla çatdırmaq cəhdidir. Borxesin bütün zamanlar üçün öz isbatını tapmış bu fikri zəmanəmizdə — kompüter erasında necə, aktual olaraq qalırmı? Yəni bu gün həqiqətləri gələcəyə ötürmək üçün sənət yaratmağa ehtiyac varmı?
Sürətli zamanın tələskən fərdinin vaxtını alacaq, başını qatacaq o qədər çox şey var ki, yüzlərlə səhifəlik kitabı oxumaq, ondan informasiya almaq, hələ bir də müəllifin fərdi üslubunu, estetikasını kəşf etmək həvəsi absurd görünürdü. Texnologiyanın inkişafı ədəbiyyatşünaslarda bu fikri konkretləşdirmişdi:

Davamı →

Örnək insan ömrü

Onun XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında xidmətləri misilsizdir. Yazıçı, alim, pedaqoq, xeyirxah insan ömrü yaşamaq, bir ömrə bu qədər böyük işləri sığdırmaq hünərini göstərib Mir Cəlal Paşayev.
Ürək yanğısı ilə oxunan əsərlərin müəllifi olan görkəmli yazıçının öz həyatı da elə maraqlı bir romandır. Bu romanın ilk sətirləri kədərlidir… 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açan Mir Cəlal kiçik yaşlarından dünyanın qəmli, qüssəli üzünü görüb. Əzabını, dərdini tanıyıb...

Davamı →

Müasir qazax ədəbiyyatında Nizaminin özü və sözü

 Müasir mərhələdə türk milli-estetik təfəkkür keyfiyyətlərini özündə qoruyub saxlayan, milli-mənəvi varislik ənənələrindən əhəmiyyətli dərəcədə bəhrələnən, onun genetik-funksional daşıyıcısına çevrilən, türk xalqları mədəniyyətinin inkişafına layiqli töhfələr verən xalqlardan biri də qazaxlardır. XIX əsrin əvvəllərindən başlayaraq yeni tipli yazılı ədəbiyyata sahiblənən qazaxlar son iki yüz ildə Abay Kunanbayev, Cokan Vəlixanov, Cambul Cabayev, Sabit Dopentayev, Səkən Seyfullin, Sabit Mukanov, Mukaqali Maqotayev, Muxtar Auezov, Xalijan Bekxojin, Oljas Süleymenov və b. sənət adamlarının formalaşdırdıqları böyük ədəbiyyat nümunələri ilə qazax ədəbi sərhədlərini aşaraq ümumtürk mədəniyyəti arenasında özlərini təsdiqləmiş və bu arenada əhəmiyyətli yerlərdən birini tuta bilmişlər.

Davamı →

Ən böyük donosbaz kim idi?

XX əsrin 30-cu illərində ədəbiyyatımızdan, mədəniyyətimizdən keçən qara zolaq həm də bir çox şəxsiyyətlərin, incəsənət xadimlərinin üzərinə kölgə saldı. Bir zamanlar canının, ailəsinin qorxusundan, hələ yazmaq istədiklərini vərəqə tökə bilmədiyindən bir çox istedadlı şəxslər dostlarına, həmkarlarına şər atmaq zorunda qaldı.
Təkcə ədəbiyyat qəzetinin 1937-ci ilin bahar saylarına baxsaq görərik ki, əli qələm tutan və sonradan “çiçəklənən ölkə”nin vətəndaşı kimi yaşamaq haqqı qazanan hər kəs bu haqqa dostlarını satmaqla nail olublar. Hər kəs bu ölkənin qanlı astanasından qalxmaq üçün bir istedadlı dostunu ayağının altına qoymalı olub.

Davamı →

Bədii publisistika

Ötən ilin publisistika mənzərəsində Azərbaycanın tarixi, əhalisi, onların milli kimliyi, mədəniyyəti, dili, ədəbiyyatı, adət-ənənələri, azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi haqqında elmi-publisist araşdırmaları yenə də fəal görünür. Bu baxımdan, keçən il çapdan çıxmış bir sıra müxtəlif janrlı məqalə topluları (məsələn, Vidadi Babanlının «Yaddaş saxlancları», Akif Əlinin «Yaradan», Gülnar Səmanın «Sözümüz sözdür», Rövşən Ağayevin «Hadisələrin, tədbirlərin fraqmentləri» və s.) qələmin əsas vəzifəsini vətənə, millətə, dövlətçiliyə xidmətdə görmək amalını təcəssüm etdirir.

Davamı →

Nəsrdə ritm - Zaman və məkanda yerdəyişmə

Poeziya, ədəbiyyat… təbiətin ölü, cansız halından dirçəlib canlandığı məqamı tutmaq üçün əlləşir və həmişə ilk misra və sətirlərdə ağacların yarpaqları arasından quş civiltisinin eşidilməsini, bayaqdan tutulmuş havanın quşların səsiylə oyanmasını qeydə alır. Ona görə bu ilk misra və ilk sətir səndən bütün gücünü istəyir...
Amma bəzən elə olur ki, içinə dolmuş, səni yazmağa, anlamağa, hiss etməyə sürükləyən nəsnə (aşağıda bəhs edəcəyimiz hekayələrin birində belə bir ştrix var: qız istəyir ahıl kişinin üzündəki göz yaşlarını silsin, amma ürək eləmir, çünki onlar o üzə çox yaraşırdı...) içindən qopan enerjinin ağrısını, iztirab və əzabını sənə hiss etdirmir.

Davamı →

Semih Gümüşdən tənqid haqda esse

  • Esse
Təkcə yazmaqla kifayətlənməyib yazının arxasındakı bədii həqiqəti araşdıran; öz içinə qapanmaq əvəzinə irəli aparacaq yollar axtaran; haradan gəldiyini təkcə öz mövcudluğunu başa düşmək üçün yox, ədəbiyyatın sirlərini saf-çürük etmək üçün də düşünən; deməli, gələcəklə bağlı planlar quraraq proqnozlar verən mütəxəssis kimi ədəbiyyatımızın necə inkişaf edəcəyəni müəyyənləşdirməyə çalışan; içində qərar tutduğu ədəbi reallıqda başqalarının da olmasından narahatlıq keçirməyən düşüncə tipi ədəbiyyatımızın əsas problemlərindən olmayıb.

Davamı →

Ədəbiyyat könül işidir

Elmi araşdırmalarını və publisistik yazılarını maraqla izlədiyim qələm dostum Orxan Arasın özümün də çalışdığım qəzetin ötən sayında dərc edilən "Ədəbiyyat bir elmdir, yoxsa əfsanə?" başlıqlı yazısını da maraqla oxudum. Eyni zamanda Orxan bəyin Roma hüququna istinadən diqqətə çatdırdığı fikirlərə şərik oldum ki, «iddia sahibi iddiasını isbat etmək məcburiyyətindədir» təməl ünsürü hələ qüvvədədir və yaxşı ki, var, yoxsa kim nə istəsə yazar və sübut edər".

Davamı →

Əziz Feministlər, ədəbiyyatdan əl çəkin!

Mən nikbinliyimi qorumağa çalışaraq hər gün Karl Popperin danlağını xatırlayıram; o deyirdi ki, bütün qüsurlarına baxmayaraq, bəşəriyyət heç vaxt indikindən yaxşı olmayıb. Ancaq etiraf edim ki, nikbin qalmaq mənim üçün get-gedə çox çətinləşir.
Əgər mən rus dissedenti və Putinin tənqidçisi olsaydım, bir restorana ya da dondurma verilən kafeyə getməyə qorxardım ki, məni zəhərləyəcəklər. Bir Perulu (və ispan) olaraq mən ABŞ prezidenti Trampa baxanda da həyəcanlanıram ki, bu məsuliyyətsiz, yarımçıq yetişmiş insan absurd lovğalığı ucbatından nüvə müharibəsinə başlaya və planetdəki ikiayaqlıların çoxunu məhv edə bilər. Ancaq son vaxtlar məni başqa bir şey də sarsıdır – bu, mənim üçün həyatda pessimizdən xilas olmağın yeganə yolu olan ədəbiyyatın yoxa çıxmaq ehtimalıdır.

Davamı →