Güldürən, düşündürən qaravəllilər

«Qaravəlli Azərbaycan folklorunun tarixən aktual janrlarından olub. Qaravəlli mətnləri epik növə daxil olan nağıl, lətifə, əfsanə, rəvayət və s. kimi janrlardan ciddi şəkildə fərqlənir: epik və dramatik növün fövqündə dayanan, mətn-təhkiyə tərəfilə epik folklora, mərasimi tərəfilə dramatik folkora aid olan janrdır». Folklorşünas Tahir Orucov bu fikirdədir.
Azərbaycan folkloru olduqca zəngindir. Son illər folklorşünaslığımızda bir çox problemlərlə bağlı maraqlı araşdırmalar yaranıb. Tahir Orucov ilk dəfə olaraq 200-ə qədər qaravəlli mətnini geniş araşdırmaya cəlb edib. Bu araşdırmada qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilib, qaravəlli janrının təsnifatı aparılıb. T.Orucov deyir: «Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi uzun onilliklər ərzində diqqətdən kənarda qalıb.
Ardı →

Qanlı Otto | Ken Kizi

Ken KiziDayan, dayan… Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk-vələk elədim ki, bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə heç cür qalxmaq bilmirdi… Yox, Sadom ilə Qomorra deyil. Heç Romanın yıxılmağı da deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu xüsusda sitatlar gətirirdik: “Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir qədər uçur və bilmərrə çəkilib gedir”. Ho-ho-ha-ha… Əxbar, 20:70, yaxud buna oxşar bir şey. Deyəsən, bir şey xatırlayıram. Amma nə isə, davam edək (1. Apokalipsis. Parafraz. 20:7: “Min ilin sonunda İblis qaranlıqdakı məhbəsindən qurtulacaq və xalqları haqq yolundan döndərəcək...”)

Miladın 999 il, 11 ay və 30-cu günüdür dayanıb, Ermaniya ilə Farşlandiyanın uzun sürən cütlüyü yenə də hansısa mənfi- müsbət göstəricilərdə toqquşub. Toplar hardasa qıyma hazırlayır. Onun adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun yeganə oğluydu, dini ayinlərə hörmətlə yanaşan adam idi, altı rahib, yeddi keşiş ona ağıl öyrətməklə məşğul idilər. Özü də onlardan nəsə öyrənirdi. İdeal resept – mənəvi qidadır. Hələ uşaq vaxtından Otto artıq İncili əzbər bilirdi və yeddi keşiş ona Giyamət Günü barədə danışanda ləzzətdən bihuş olurdu.
Ardı →

Romanlarda ən yaxşı dostlar

Dr. Uatson – “Şerlok Holms”
Ən yaxın dostunuzdan nə gözləyirsiniz? Yəqin ki sizi diqqətlə və səbirlə dinləməyini. Şerlokun arxasında duran, onu dəstəkləyən və bəzən də dostuna görə ona yönələn istehzalı baxışlara dözən Uatson sadiq dost kimi siyahıda yer alır.

Sanço Panso – “Don Kixot”
Sanço yel dəyirmanlarını özünə düşmən bilən birinin dostu idi. Üstəlik, dostu ilə səyahət etmək üçün ailəsindən uzaqlaşır, Don Kixotu düşdüyü çətin vəziyyətlərdən çıxarır. 

Enkidu – “Gılqamış dastanı”
Endiku bizə göstərir ki, bir diktatoru bərk-bərk qucaqlayaraq onun imperiya üzərində qurduğu basqısını zəiflədə bilərsən! Endiku Gılqamış qəlbinə yenidən sevgi bəxş edir, onu yaxşı insana çevirməyə çalışır. Endikunun əsl dost olduğunu başa düşəndə Gılqamış sakitləşir və ikisi birləşərək şərlə savaşırlar.


Ardı →

Sənətdən həyata yol uzaqdırmı?

Etiraf edək ki, sənət və ədəbiyyat adamlarına münasibətimiz həmişə birmənalı olmur. Bir çox hallarda böyük sənətlə böyük ruhun vəhdətini axtarırıq bu insanlara və sənətə həm də yaradıcı insanın şəxsiyyətinin konteksindən baxırıq. Bəlkə də yanılırıq, səhv edirik. 

 

Amma burada mənim yadıma F.Dostoyevski haqqında filmdən bir epizod düşür. F.Dostoyevskidən soruşanda ki, Sizə belə danışmağa nə haqq verib, o, ayaqlarındakı qandal izlərini göstərir. Təbii ki, bu da kinodan və yenə də sənətdən misaldır. Amma ola bilsin, həyat bütün sənət əsərlərindən qat-qat mürəkkəbdir. Çox güman ki, elə belədir də, çünki başımız Göylərə tuşlansa da ayaqlarımız Yerə bağlıdı və hər zaman bizi Yerə doğru çəkir. Buna bəzən reallıq hissini itirməmək də deyirlər. Amma məsələ daha qəlizdir.

Hərdən mənə elə gəlir ki, biz ədəbiyyat və sənət üçün yanlış bir sosial missiya uydurmuşuq. Bizə həmişə elə gəlib ki, onlar həm də tərbiyə etməlidirlər. Amma belədirmi? Güman etmirəm. Bunu tarixçilər hamıdan gözəl ifadə ediblər — tarix göstərir ki, o heç kimə heç nəyi öyrətmir.

Ədəbiyyat və sənət adamları belə etirafda bulunmurlar, onlar bu haqda susmağa üstünlük verirlər. Fəqət, onlar sussa da həyat susmur, çünki ən böyük əsər elə həyatın özüdür. Çox vaxt həyat elə situasiyalar yaradır ki, heç bir sənətkar bunu nəinki yaratmaq, heç təkrar etmək iqtidarında da olmur. Həyat qəribə sınaqlar silsiləsidir. Bir sınaqdan o birisinə qədər biz çox məğrur, qürurlu oluruq, qəhrəmanlarımızı təqlid edirik. Elə ki sınaq yetişir və imtahan vermək anı çatır, onda başlayır — etiraflar, bəraətlər, tövbələr… Çox az sənət adamı bu sınaqlardan öz qəhrəmanları kimi çıxır, əksəriyyət onu dizləri üstündə qarşılayır və yola salır...

Biz də bundan qeyzlənirik, bəzən coşub-daşırıq. Amma buna dəyərmi? Primitivləşdirmək həyatda bəzən yaşamağa kömək edir. Bəlkə ədəbiyyata və sənətə də belə yanaşaq? Birdəfəlik qəbul edək ki, hamı kimi sənət adamlarının da işi var və bu iş böyük idealları, lap açığı, pafoslu bəyanatları tərənnüm etməkdən ibarətdir. Belə yanaşsaq, bizim üçün də, onlar üçün də daha asan olmazmı? Amma burada sual yaranır. Onda nədən qədim yunanlar faciəni, teatrı və böyük ədəbiyyatı yaratdılar? Nədən bəşəriyyət fəlsəfəsiz keçinə bilmədi? Nədən ilk insan əlinə bir daş parçası götürüb böyük daşların üzərində təsvirlər cızmağa başladı? Nədən? Nədən min il bundan əvvəl də, indi də insanın ürəyini bir işıq — yaratmaq işığı şölələndirir?

Elmlə bağlı deyirik ki, insanlar bunsuz keçinə bilmədi. Bəs sənət? Bəs ədəbiyyat? Doğrudanmı, bunsuz keçinmək mümkün deyildi? Kor Homer öz hekayələrini uydurmaq üçün haradan enerji alırdı? Axı Odisseyin rastlaşdığı sınaqlar və yaşadığı həyat Afinanın bəlkə də yüzlərlə korunun təsəvvür edə biləcəyindən qat-qat mürəkkəb idi! Bunu Servantes haqqında da, Dante haqqında da demək olar… Əgər bütün bunlar bir əyləncə idisə, kiminsə eqosunun təsdiqi idisə, nədən belə uzun ömürlü oldu? Nədən biz Don Kixotda Servantesi, Faustda Göteni görməyə başladıq? Bəlkə bunlar da elə adsız, müəllifsiz nağılların bir davamı idi? Bəlkə bunlar da elə axşamlar ocaq qırağında söylənilmək və sonra da unudulmaq üçün yazılmışdı?
“Qədim yunanlar bəşəriyyətin uşaqlığıdır” — deyiblər. Bəlkə elə bundan yapışmaq lazımdır? Uşaqlar axı həmişə nəsə uydurmağı sevirlər! Onda bəs ispanlar, italyanlar, almanlar, fransızlar? Onlar necə olsun? Axı fransızların ensiklopediyanı və yaxud Volteri uşaqlıqdan uydurduqlarını qəbul etmək çətindir! Uşaqlar belə ciddi oyunlar oynamırlar axı… Əgər elm vardısa və yaxud da sonradan yarandısa, fəlsəfəyə nə ehtiyac vardı? Məgər biz Platonsuz, Aristotelsiz, Kantsız və ya Hegelsiz keçinə bilməzdikmi? Səbəbini yazmaqda acizəm, lakin məlum oldu ki, keçinə bilmirik! Fəqət, nədən? Bax, bunu bilmirəm...

Həyat onu yaşamağa dəyərmi?

Bəzən deyirlər ki, hətta dini ayinlər təsəlli üçün yaradılıb. Bəlkə elə sənət, böyük ədəbiyyat və elə fəlsəfənin özü də təsəlli üçün yaradılıb? Amma nədən təsəlli üçün? Bəlkə A.Şopenhauerin uydurduğu bəşəri kədəri sovuşdurmaq üçün? Bəs bəşəri kədəri uydurmaq nə üçün lazım idi?

A.Kamyu burada deyərdi ki, hər şey çox sadədir — insan mənasızlığı özündən uzaqlaşdırmaq, faniliyə bir məna vermək üçün bütün bunları uydurmaq zorundadır, çünki o həmişə bir sualla əlləşir: həyat onu yaşamağa dəyərmi?


Hüseynbala Səlimov

Azadliq.az

 


Davamı →

Gəl gedək bu şəhərdən | Sona Vəliyeva

Yığıb xatirələri də,gəl gedək...
Gəl gedək bu şəhərdən.
Yarpaqlar saralıb,
Töküləcək qəfildən.

Sarı yarpaqlar içində,
Hər şey itib gedəcək.
Dəli xəzri küləyi,
İçimi göynədəcək.

Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.
Ardı →

Adəmdən Akif Səmədə

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

Müəllif: Akif Səməd
Davamı →

Adları dəyişmiş 10 roman

1. “Möhtəşəm Qeytsbi” -  Frensis Skot Fitscerald əsərin adının bir sözdən ibarət olmasını istəyirmiş. Yazıçı sonradan “Möhtəşəm Qeytsbi” üzərində dayanır.

2. “1984” – Naşir Corc Oruelin bu gün “1984” kimi tanınan məşhur antiutopik romanına “Avropada sonuncu adam” adının verilməsinə qarşı çıxıb. Bu adın oxucu marağına səbəb olmayacağını düşünüb və əsəri “1984” adı ilə çap etdirib.

3. Ayn Rendin məşhur “Atlas çiyinlərini gərdi” əsəri üçün düşündüyü ilk ad “Tətil” olub. Əsəri çap olunmazdan 1 il əvvəl, 1956-cı ildə yazıçı əsərin bu qərara gəlir ki, “Atlas çiyinlərini gərdi” adı daha uğurludur. Qərarın qətiləşməsində ərinin məsləhəti də rol oynayıb.  


Ardı →

Hekayə yazmağın sirləri

Məşhur Peru yazıçısı Xulio Ramon Ribeyronun (1929-1994) hekayə yazmaq istəyənlərə bəzi tövsiyələri var. Qeyd edək ki, Riveyro daha çox qısa hekayələr müəllifi kimi tanınır. O, Limada ədəbiyyat təhsili alıb, 1960-cı ildə Parisə köçərək orada jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayıb.


Ardı →

Debüt | Maksim Qorki

Maksim QorkiO, səhnəyə çıxmağı və balaca rolunu sənətkarlara xas süni həyəcanla deyil, sadə və aydın şəkildə tamaşaçılara çatdırmağı arzulayırdı. Özü də kütlə onu dinləyərkən düşünəcəkdi:

“Bax, əsl sənət budu! Hər kəsin ruhun necə yaşadığını anlaması üçün onu məhz bu cür təsvir etmək lazımdı”.

Ona, debütanta, kütləni hələ az tanıyan qızcığaza elə gəlirdi ki, toplumun ruhuna yalnız səmimiyyətilə toxuna bilər, — yalnız səmimiyyətilə!

Düşünürdü ki, rolu elə sadəliyi və sadəlövhlüyü ilə öz sözünü deyir. Həqiqi gözəl olan – sadədi və o, tamaşaçını riqqətə gətirmək üçün sadədil və həqiqətə sadiq olmalıdı.


Ardı →