Bəxtiyar Vahabzadə - 2

Görkəmli şəxsiyyətlərin Bəxtiyar Vahabzadə haqqında olan yüksək fikirləri


...Bəxtiyar Vahabzadə… fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır...

“ Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur”. Mehdi Hüseyn.

“Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir”. Rəsul Rza.

Vahabzadə şeirimizin Fizuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan. Mirzə İbrahimov.
Ardı →

Bəxtiyar Vahabzadə - 1

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, «Səməd Vurğunun lirikası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə «Ana və şəkil» adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. «Mənim dostlarım» adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", «Vicdan», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad» və «Hara gedir bu dünya», "Özümüzü kəsən qılınc", «Cəzasız günah», «Dar ağacı», «Rəqabət» (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Ardı →

Gözləyirəm - dini şeir

Gözümü yolda qoyub ali-bəşər, gözləyirəm,

Bilirəm ki, gələcək, şamu-səhər gözləyirəm.

Səhəri gözləsə bir kəs, yuxu getməz gözünə,

Nə deyim mən də yalandan, o təhər gözləyirəm?

O zaman ki, yetişər vəslə tamam aşiqlər,

Xoş olar hali-pərişanım, əgər gözləyirəm.
Davamı →

Luvina | Xuan Rulfo

«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş – kəsəklisidir. Həmin bu dağ sanki bütünlükləəhəng daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl – ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir. Yəqin elə buna görədir ki, Luvinanın zirvəsinə aparan yamacın adı «vəhşi daşlar» adlanır. Günəş və külək buralarda daşın – torpağın qənimidir. Buraların ağappaq torpağı sanki işıq saçır. Elə bil bu torpaq səhər şehini canına çəkib, amma əridə bilmir. Əslində isə belə deyil. Burada səhər şehi deyilən şeyin nə olduğundan heç kimin xəbəri yoxdur. Çünki Luvinada gecə də, səhər də hava soyuqdur. Rütubət şehə çevrilib torpağa qonmağa imkan tapmamış dönüb bulud olur.
Ardı →

FIRTINA

Sanki fırtınadır dənizdə. Dəniz coşur, sularınıı sahilə vurur. Elə bil onu yox etmək istəyir. Bu gün o çox qəzəblənib. Yəqin o da mənim kimi çarəsizlikdən, əlacsızlıqdan belə edir. Mənim əsəblərimə bənzəyir bu gün bu dəniz. Mən də onları cilovlaya bilmirəm, necə ki, dəniz öz dalğalarına cavabdeh deyil. Bəlkə o da mənim kimi sənə hirslənib, sənə qəzəblənib, bəlkə o da mənim kimi qarşıda səni təbəssümlə gözləyən bəladan qurtarmaq istəyir. O bəladan ki, sən özün də xəbərdarsan. Lakin buna əhəmiyyət vermək istəmirsən. Sən risk etmək istəyirsən. Çünki inanırsan ki, hər şey yaxşı olacaq. Ancaq belə deyil. Bunu dəniz də bilir. Sən də bilirsən.
Davamı →

Karel Çapek kimdir?

Karel Çapek (1890—1938) XX əsr çex nəsrinin məşhur adlarındandır. Nasir, dramaturq. “Makropolus vasitəsi”, “Ana”, “R.U.R.” pyeslərinin, “Absolyutfabriki”, “Krakatit”, “Qordubal”, “Meteor”, “Adi həyat” romanlarının və bir çox hekayə, esse, felyeton və oçerklərin müəllifidir. Müasir Fransız poeziyasının tərcüməçilərindəndir. 1917-ci ildən Národní listy (Milli Qəzet) jurnalist-tənqidçi, 1921-ci ildən həyatının sonuna qədər Lidové noviny (Xalq Qəzeti) qəzetində mədəniyyət və siyasət redaktoru kimi işləyib.
1916-cı ildən ədəbiyyatla məşğul olub. Hələ sağkən öz ölkəsində və kənarda məşhur olub. 1936-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı nominantı olub. Çexoslovakiya Pen Klubunun yaradıcısı və rəhbəri olub (1925—1933).
Çapek qatı antifaşist idi. 1938-ci ildə ölümündən qabaq cəmiyyətdən tamamilə təcrid edilməyinə baxmayaraq ölkəni tərk etməyə razı olmamışdı. Ölümündən sonra arxivi dul qalan xanımı tərəfindən son 3 ilini yaşadığı bağ evinin həyətində gizlədilmiş, yalnız müharibədən sonra aşkar edilmişdir. Sosializmə də rəğbət bəsləməyən (“Mən niyə kommunist deyiləm” adlı məşhur məqaləsi) Çapekin əsərləri kommunist Çexoslovakiyasında ilk illər qadağan edilmiş, 50-60-cı illərdə yenidən çap edilib oxunmağa başlamışdır.
Karel Çapek və qardaşı rəssam Yozef (Bergen-Belzen konslagerində tifdən vəfat edib) “robot” sözünün həmmüəllifidirlər. Çex dilində iş – práce, robota isə – “katorqa”, “ağır iş” mənasını verir.
Davamı →

Şair (Satirik detektiv) | Karel Çapek

Adi bir hadisə: səhər saat dörddə Jitni küçəsində sərxoş bir qarını avtomobil vurmuş, sonra da yüksək sürətlə aradan çıxmışdır. Gənc polis məmuru Meyzlikin qarşısında bu avtomobili tapmaq dururdu. Məlum olduğu kimi gənc polis məmurları işlərinə çox ciddi yanaşırlar.
— Hımm… Deməli, siz özünüzdən üç yüz metr məsafədə sürətlə uzaqlaşan avtomobili və yerə sərilmiş adamı gördünüz. Hər şeydən əvvəl siz nə etdiniz? – deyə Meyzlik 141 nömrəli polis nəfərindən soruşdu.
— Hər şeydən əvvəl zərərçəkmişin yanına qaçdım ki, ona ilk tibbi yardım göstərim, – polis sözə başladı.
— Əvvəlcə maşının nömrəsinə diqqət yetirmək lazım idi, – Meyzlik deyindi, – sonra da bu arvadınan məşğul olmaq. Əslində elə mən də bu cür hərəkət edərdim,- deyə əlavə etdi və əlindəki karandaşla başını qaşıdı. – Demək, maşının nömrəsinə diqqət yetirmədiniz. Bəs, başqa əlamətlər?
— Mənə elə gəlir ki, – 141 nömrəli polis inamsız halda cavab verdi, – maşın tünd rəngli idi, ya mavi idi, ya da tünd qırmızı. Səsboğanından gur tüstü çıxırdı, heç nə görmək olmurdu.
Ardı →

Lələk və Qılınc

Qılınc geniş otağın bir küncündəydi. Poladdan olan parlaq tiyəsinə günəşin kürən şəfəqləri toxunur və onu daha da parıltılı edirdi. Öz varlığının otaqda sezildiyini qururla seyr edirdi, hiss olunurdu ki, burdakı hər şey onun parıltısından zövq alır. Hər şeymi? Yox bu zövqdən kənar düşən də vardı. Bu da stolun üstündəki mürəkkəbqabına dayanıb qalmış lələk idi və yalnız o silahın möhtəşəm parıltısına uymamışdı. Bu vəziyyət qılıncı özündən çıxardı və onu dinməyə məcbur etdi.
“ Kimsən axı sən, ey dəyərsiz əşya? Niyə sən də digərləri kimi mənim parıltıma baş əymirsən? Niyə buna təəccüblənmirsən? Bir ətrafa nəzər sal! Buradakı hər şey qaranlığa qərq olub. Parlaq günəş məni, yalnız məni öz sevimlisi bildi, məni öz alovlu öpüşü ilə əzizlədi, əslində mən elə buna layiqəm, onun işığını dəfələrlə artıq əks etdiriəm. Günəş mənim gücümə bələddir, buna görə də parıltısını özündən sonra mənə həvalə edir.”
Ardı →

Edqar Allan Po

Edqar Allan Po (1809-1849) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi.Edqar Allan Po Amerika ədəbiyyatında romantizm hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminaloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir.


Ardı →

Söz sənətinin acı səhifələri.

Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim «qurban getdilər» deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!

20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə;  yaranmalar və devrilmələr — Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə  təkan vermişdi.
Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar.


Ardı →