Siyasətə alət ədəbiyyat

Tofiq Yaqublunun azad olunması ilə bağlı sosial şəbəkələrdə yayılan etiraz aksiyasında bir məqam aydın görünür: onun həbsi üzərindən ayrı-ayrı siyasi partiya üzvlərinin bir-birilə köhnə haqq-hesablarını çəkmələri, mübariz obrazla maskalanaraq, fürsət düşmüşkən, nifrətlərini rəqibinə ziyan verəcək şəkildə ifadə etmələri.
Bir qrup da var, xüsusən, xaricdə yaşayan “üsyankarlar”: T. Yaqublunun azad edilməsi tələbini sanki qəsdən aşırı aqressiv, hakimiyyəti mümkün qədər qıcıqlanıdırıcı şəkildə ifadə edirlər ki, bu da hansısa siyasi məqsədlər üçün “onun ölümünü arzulayırmışlar” təsəvvürünü yaradır. Görünənlər, ölkədə siyasi ünsiyyət böhranını aradan qaldırmaq üçün (istər hakimiyyət, istər müxalifət tərəfdən) uyğun dilin, ünsiyyət vasitələrinin tapılmasını zəruri edir.

Davamı →

Həyat filmə, film həyata bənzəyəndə

«Hər şey elə tez baş verdi ki həyatımda. 16-17 yaşlarımdan başlayaraq üzümün dərisi qocalmağa, qırışmağa başladı. İyirmi beş yaşımda elə bil, qoca qarı idim. Hər kəsdə bu cürmü olur, bilmirəm, heç maraqlanmıram da… Məni on yeddi yaşımda Fransaya gəldiyim vaxt görənlər iki il sonra yenidən gördükləri zaman çaşıb qalmışdılar. Bu üz-bu yeni üz daha dəyişmədi, təravətli olmadı. Əksinə, daha da yaşlandı». Marqaret Dürasın bu sözləri 1982-ci ildə Qonkur mükafatına layiq görülmüş avtobioqrafik «Məşuq» povestini oxuyan hər kəsə tanışdır…

Davamı →

Dünya ədəbiyyatı: nağıl, yuxu, yoxsa tərcümə?

Dünya bir zamanlar həqiqi bir dünya idi; buradan getməyin də, burda qalmağın da hansısa mənası vardı. Və dünya öz varlığını dərdli-sərli adamlara borcluydu. Keçmişdə dünya sirr idi. «Dolu gələn boş gedər” – bir yer idi. Firdovsi üçün dünya „əsli olmayan bir nağıl”dır və bu nağılın gerçək üzü o biri dünyada görünəcək. Emile-Aqust Şarter, qısa adıyla Alen Firdovsinin dünyasıyla qəribə bir rabitə yaradırdı O da “Dünya sədəcə bir yuxudur” deyirdi. Stendal! Bizə yuxarıdan aşağı baxan qəhrəmanlar yaradan bu adam daha irəli gedirdi: „Dünya bütünlükdə komediyadır”. İnsanı bitirən bu misallara daha bir film səhnəsini əlavə etmək istəyirəm: Faşizm haqqındakı bir filmdə günahkar belə deyirdi: “Siz haqlısınız, çünki güclüsünüz!”

Davamı →

Ədəbi məktəb məsələsi

Ədəbiyyat tarixinin zənginliyi, bu tarixin dövr və mərhələləri, onun yaşamaq qüdrəti bilavasitə yazıçıların şəxsiyyətinə və onların yaratdıqları bədii əsərlərə bağlıdır. Bədii əsərlərin gücü və gücsüzlüyü bu əsərləri qələmə alan sənətkarların mənsub olduqları həm ədəbiyyatın, həm də müəyyən qədər xalqın gücünü və gücsüzlüyünü ifadə edir. Ona görə də bütün tarix boyu ədəbiyyatın öyrənilməsi və təbliği heç vaxt arxa plana keçməyib, ədəbiyyat həmişə insanlara təsir gücünü, tərbiyəvi əhəmiyyətini qoruyub saxlayıbdır. Bədii əsərlərin mütaliəsində, öyrənilməsində və yayılmasında müəyyən ləngimələrin, əngəllərin və gecikmələrin müşahidə edilməsi isə tamamilə ayrı bir məsələdir.

Davamı →

Zərərli və zəhərli dərdlər haqqında

– Demişdiniz ki, yazıçı fikirlərinə görə qiymətləndirilməməlidir.
– Xeyir, fikirlərin vacib olduğuna inanmıram.
– Bəs onda bir yazıçını nəyə görə qiymətləndirməliyik?
– Məncə, yazıçı yazdıqlarının oxucuya verdiyi zövqə və oyandırdığı hisslərə görə qiymətləndirilməlidi.
Xorxe Luis Borxesin müsahibəsindən.

Davamı →

 Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti

Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər, hətta bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər. Başqa qrup dövlət başçıları şeir həvəskarları olmuş,  rəğbət bəslədikləri şairlərin əsərlərini ən ciddi məclislərdə əzbər söyləmişlər. Hətta tarixdə şeir yazan, dramatik əsərlərini teatrlara təqdim edən rəhbərlər də olmuşdur.
Az da olsa ədəbiyyatdan, yazıçıdan uzaqda dayanan, bu sahəyə rəğbəti olmadığını gizlədə bilməyən ölkə başçıları haqqında da məlumatlar mövcuddur. Bütün bunlarla bərabər, ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı  şəkildə faydalanan dövlət xadimləri də olmuşdur.

Davamı →

Əsərin bədii gücü, yoxsa yazarın nümunəvi həyat tərzi

Sənət adamları, yazıçı və şairlər bir qayda olaraq nümunəvi həyat tərzi ilə seçilmirlər. Dünya ədəbiyyatında sözünü demiş yazıçıların arasında qumarbaz, içki, narkotik düşkünü olan da az deyil. Örnək ola biləcək fərdi keyfiyyəti olmayan yazıçının əsəri cəmiyyətə nəsə verə bilərmi?
Yazıçı, filoloq Firudin Qurbansoy bildirib ki, ədəbiyyat insanı müsbət ruha kökləməlidir:

Davamı →

Ədəbiyyatımız, yoxsa bədbəxtliyimiz

Bizdən əvvəl yaşayanları müzakirə edə-edə bizdən sonrakı nəslə özümüzün nələr ötürəcəyimizi bilmədiyimiz halda, hərəmiz bir ideya ilə yaşayırıq. Bu ideyanın cəmiyyətin formalaşmasında xeyirli və yaxud zərərli olduğundan xəbərsiz halda özümüzdən əvvəl yaşamış ziyalılarımızı tənqid, hadisələri öz zamanının tələbi ilə deyil,  müasir dövrün qayda-qanunları ilə şərh edirik. Bu gün  bizim doğru sandığımız nələrinsə nə vaxtsa rədd edilə biləcəyini düşünmək istəmirik. Necə ki, məlum quruluşun ideyaları bizə indi qəribə görünür, ola bilsin ki, gələcəkdə də bizim yaratdıqlarımız, qurduqlarımız qınaq obyekti olsun. (Bu cümlələr gələcəyimizin sığortası kimi qəbul edilə bilər.)

Davamı →

Ədəbi prosesə çəpəki bir baxış

Ara-sıra mədəniyyət saytlarında, ədəbi portallarda, hətta sosial şəbəkələrdə qələm adamlarının çağdaş ədəbiyyatımızda mövcud olan müxtəlif problemlərə dair yazıları rastımıza çıxır. Ümumilikdə ədəbi mühitə, baş verən müəyyən ədəbi hadisələrə, yaxud müxtəlif yazarların yaradıcılığına aid olan həmin yazıların sonunda, əksər vaxtlarda, müəlliflər həll yolunu göstərmir.

Davamı →

Kamal Abdulla mətninin söylədikləri

Ədəbi cərəyanlar müəyyən dövrdə formalaşaraq həmin tarixi zamanın xüsusiyyətlərini əks etdirir, ədəbi prosesdə bir növ mayak rolunu oynayır.
Ədəbi fikir tarixində fenomenal adlandırıla biləcək belə cərəyanlardan biri postmodernizmdir. Postmodernizm tarix səhnəsinə çıxdığı gündən böyük səs-küyə, müzakirələrə səbəb olmuşdur. Hər bir tənqidçi, nəzəriyyəçi, yazıçı, oxucu onu öz başa düşdüyü kimi izah etməyə səy göstərmişdir. Bu bəlkə də postmodernizmin öz mahiyyətindən doğan bir haldır.

Davamı →