Ana südü və oksitosin hormonu

Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər.

Davamı →

Ana südünün xərçəngə qarşı mübarizəsi

  • Qadın
Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, yenidoğulmuş körpələr optimal boy, çəki, inkişaf səviyyəsi və səhhəti üçün ilk altı ay ərzində ana südü ilə qidalanmalıdır. Daha sonra körpələr adekvat qidalandırıcı və təhlükəsiz qidalar qəbul etməli, habelə döşdən qidalanma da iki il və daha uzun müddətə davam etməlidir.

Beləcə, ana südü uşaq üçün ilk qida mənbəyidir və erkən yaşlarında onun inkişafı prosesinə əhəmiyyətli dərəcə təsir göstərir. Döşlə qidalanma və uşaq leykozu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparılıb.


Davamı →

Çatlamış süd vəzi gilələri – Əmizdirən qadınların problemi

Süd vəzi uclarının çatlaması çox vaxt ana südü ilə qidalanan zaman ən çox rast gəlinən ümumi problemdir.

Süd verən anaların və ya hamilə qadınların 80-90%-də məmə uclarında ağrılı çatlar olur. Simptomlar çox vaxt körpə doğulduqdan sonrakı ikinci və ya üçüncü həftədə görünür.

Çatlamış gilələr o qədər ağrılı ola bilər ki, hətta əmizdirməyə mane ola bilər. Lakin həm ev şəraitində, həm tibbi müalicə ilə onu aradan qaldırmaq olar.


Davamı →

Dovşan dodaq, qurd ağız körpənin əmizdirilməsi

Dovşan dodaq (yarıq dodaq)-üst dodağın bir yaxud iki tərəfində yarıq olmasıdır. Deformasiya daha çox dodağın sol tərəfində rast gəlir. Qurd ağızda (yarıq damaq) sərt və/və ya yumuşaq damağın orta qismində ara (dəlik) var və beləliklə ağız və burun boşluğu arasında anormal bir əlaqə yaranır.*
Dovşan dodaq və ya qurd ağız, əmizdirməni çətinləşdirən problemlərdir. Lakin, buna baxmayaraq, dovşan dodaqla doğulmuş uşaqlar hətta əməliyyat olunmadan da döşü yaxşı əmir. Qurd ağız isə, südəmizdirmə üçün daha böyük maneələr yaradır.

Davamı →

Ağuz südü

Uca ALLAH bütün məməlilər üçün spesifik qida növü yaratmış və insan öz spesifik qida mənbəyi olan ana südü üçün kodlaşdırılmışdır. Ona görə də yeni doğulmuş uşaqların başqa biloji növlərin südü ilə qidalanması onlar üçün ekoloji fəlakət hesab olunur. Bütün süni qida qarışıqları heyvan və bitki südündən hazırlanır. Dünyaya körpə gətirən ana övladına ilk günlərdəki südünü verməməklə onun sağlamlığına nə qədər ziyan vurduğunu bəlkə də anlamır.

Ana südünün, xüsusilə də ağuz südünün (molozivo, kolostrum) əvəzsiz bir nemət olduğunu analara izah etmək hər bir tibb işçisinin vəzifə borcudur. Doğulan andan bir yaş yarıma qədər uşaqlar üçün ən adekvat qida ana südüdür. Südün əmələ gəlmə prosesi hamiləlik və doğuşdan sonrakı dövrdə baş verir. Həmin proses hipofizin prolaktin hormonunun təsiri ilə təmin olunur.
Davamı →

Əmizdirən anada ağrıyan döş gilələri

Yenicə doğulmuş körpənizi əmizdirməyə başladığınıza görə döşünüzün gilələrinin zərif və həssas olması normal bir haldır. Lakin çox ağrılı, çatlamış və qanayan gilələr normal hesab edilmir. Adətən, bu problem körpənin döşü nə cür götürməsindən asılı olaraq meydana gəlir. Körpənizin ağzını geniş açıb, döş giləsindən və areoladan (gilənin ətrafında olan tünd hissə) “ağızdolusu” yapışması çox önəmlidir. Uşağınızı sinəniz boyunca və ya yan tərəfinizdə qoltuğunuzun altında başı döşünüzə sarı yönəlməklə “futbol topu” mövqeyində tutmağınızdan asılı olmayaraq körpənizi yanı üstə çevirin (qarın-qarına) və onu elə saxlayın ki, körpənizin ağzı düz döşünüzün (gilə körpənin burnuna yönəlməlidir) önündə giləyə yaxın olsun.

Düzgün vəziyyət
Yastıqlardan istifadə etməklə körpənizi döşünüzün hündürlüyünə çatmış vəziyyətdə yerləşdirin. Bu döş gilənizin dartılmasını azaldacaq və ağrının qarşını alacaqdır. Körpənizi tamamilə yanı üstə elə çevirin ki, o sizinlə “qarın qarına” qalsın. Bu da həmçinin gilənin dartılmasını və ağrısını azaldır. Yeni doğulmuş körpəni sinə boyunca və ya qoltuğun altında “futbol topu” mövqeyində saxlamaq döşdən yaxşı yapışmaq üçün ən yaxşı vəziyyətdir.
Davamı →

Südüm yoxdur

Təbiətdə anadangəlmə süd verməyə qabil olmayan qadınla­r cəmi 2,4%, müxtəlif fizioloji səbəblərə görə sonradan laktasiya prosesi pozulan qadınların isə 1 – 5% təşkil etmələrindən asılı olmaya­raq, xüsusən sənayeləşmiş ölkə və şəhər­lər­də statistik göstəricilərə baxmayaraq “südüm yoxdur” yaxud “südüm kəsildi” təzad doğuran məşhur ifadələrdəndir.

Bunun başlıca səbəbi obyektiv və subyektiv əsaslara görə kifayət qədər maariflən­məyən gənc ananın özünə inamının az olması nəticəsində bir sıra iqtisadi, sosial, mədəni təsirlərə tez məruz qalmasıdır. Əksinə, süd əmizdirmə­yin həyat tərzinin təbii tərkib hissəsi olduğu, bu sahədəki təcrübənin nəsildən – nəsilə ötürüldüyü və yüksək qiymətləndirildiyi cəmiyyətlərdə isə hətta ana, yaxud uşağın səhhətində nasazlıqlar olduğu halda belə laktasiya prosesi uğurla həyata keçirilir.
Davamı →

Süddən nə zaman ayırmalı?

Qəribə də olsa, sizdən körpənizi süddən nə vaxt ayıracağınız barədə özünüzün bu barədə düşündüyünüzdən daha çox soruşacaqlar. Lakin tələsməyin, səbrli olun və bir neçə qaydanı nəzərdə saxlayın:

1. Körpənizi süddən ayıracağınız müəyyən bir gün təyin etməyin.

2. Bilin ki, siz körpənizi süddən zamanı gəldikdə ayıracaqsınız.

3. Yadda saxlayın: körpəni süddən ayırmaq üçün müəyyən bir müddət yoxdur.
Davamı →

Süddən təcili ayırma

Vəziyyətlər:
*ananın hospitalizə edilməsi
*əmizdirmə ilə uyğun gəlməyən dərmanların qəbulu zərurəti
*ailədə ananın getmək məcburiyyətində olması
*körpə döşü dişləyir və ya zədələyir
*digər gözlənilməz hadisələr.

İlk baxışdan əmizdirməyə davam etmənin mümkün olmaması kimi görünən halların əksəriyyətində, südəmizdirməyə davam etmək və ya vəziyyəti yaxşılaşdırmaq olar:
Davamı →

Gecə əmizdirilmələrinin dayandırılması

Gecə tez-tez süd əmmək, yüksək tələbatlı körpələr üçün səciyyəvidir. Bunu, sevimli bir restoranda yeməyə bənzətmək olar. Sakit abu-hava, zövqünüzə yaxşı bələd olan ofisiant, ləzzətli yeməklər və effektiv menecment. Həyat gözəldir! Heç gecə qurmanından incimək olarmı?

Bu problemin həlli yolunu axtarmazdan əvvəl, özünüzdən sual verin, həqiqətənmi gecə əmizdirmələri problemdir? Bu dövr öz-özünə keçib gedəcəkdir. Bir gün, tezliklə, körpəniz daha bütün gecəni süd əmməyəcək və hər ikiniz səhərə qədər yatacaqsınız.
Davamı →