Dərini və saçları gözələşdirən qida

İllərdir xolestrolu yüksəltdiyi deyilən yumurta haqqında olan mənfi fikirlər alt üstü olur. «Huffington Post» yumurtanın önəmli və bilinməyən faydalarını açıqlayıb. 

Belə ki, yumurtanın tərkibindəki kolin adlı maddə ancaq beynin inkişafını dəstəkləməklə qalmır, həm də süd vəzi xərçənginin qarşısını alır.

Yeniyetməlik zamanı müntəzəm olaraq yumurta yemək süd vəi xərçəngi riskini dəfələrlə aşağı salır. Yumurta protein və luteinlə zəngindir. 

Bu maddələr katarakt yaranmasının da qarşısını almağa kömək edir. Gündə bir yumurta kardioloqla görüşünüzü gecikdirə bilər. Belə ki, bu məhsul infarkt və iflic riskini azaldır. 

Bu məhsulun tərkibindəki sulfid B vitaminin qaraciyərdə sovrulmasını asanlaşdırır, saç,dırnaq, dəri gözəlliyi üçün gərəkli olan kollejin, keratin kimi maddələrin istehsalına kömək olur. 

6 qram proteində bədənin əzələ quruluşu üçün gərəkli olan amino asitlər var. Əzələlərin inkişafı üçün yumurta əvəzsiz bir nemətdir. Xüsusilə hamilələr üçün yumurta məsləhətdir, çünki o körpələrin ana bətnində beyin inkişafına müsbət təsir edir.
Davamı →

Sirkənin bilmədiyimiz xeyirləri

Sirkənin müəyyən növləri tonlarla dərmanı əvəz edə bilər.

Sirkənin tərkibində qocalmanın qarşısını alan antioksidantlar var. O, həmçinin xərçəng xəstəliklərini və beynin degenerativ pozğunluğunu önləyir. Bundan başqa, sirkənin iltihab əleyhinə təsiri də var. O, diabetin orqanizmə təsirini azaldır.  Sirkə qəbul edərkən ürək-damar sisteminin vəziyyəti yaxşılaşır, qan təzyiqi aşağı düşür.

Belə məlumatlar da var ki, sirkə idmançılara ağır fiziki yükdən sonra bərpa olunmağa kömək edir. İnsan hər gün sirkə istifadə edərsə, onun iştahı azalır və təbii ki, artıq çəkidən azad olmaq istəyənlər üçün dəyərli ərzaqdır.

Alimlər deyirlər ki, hər gün 1-2 qaşıq sirkə qəbul etməklə orqanizmdəki «yaxşı» xolesterinin qədərini artırmaq olar. Onlar bunu 120 nəfər könüllünün üzərində təcrübə keçəndən sonra isbat ediblər. Onların yarısına sirkə, qalanına isə plasebo verirdilər. Təcrübə ümumilikdə 2 ay çəkdi.

Məlum oldu ki, sirkə qəbul edən insanlarda yüksək sıxlıqlı lipoproteinlər — «yaxşı» xolesterin — çoxalıb. Yeri gəlmişkən, alma sirkəsi artrit və podaqra xəstəliyndə də effektlidir: qanda şəkəri, iştahı azaldır, yağların metabolizmini sürətləndirir.

 


Davamı →

Bu ərzaqları soyuducuda saxlamayın

Pomidor
Pomidor, soyuducunda bütün dadını itirər. Bundan daha böyük cinayət ola bilərmi? Şkafdakı soyuq hava yetkinləşmə mərhələsini dayandırar və yetkinləşmə pomidora dad verən şeydir. Pomidorlarınızı şkafın xaricində bir səbətdə və ya kasada saxlamalısınız.

Reyhan
Reyhan soyuducunda buraxıldığında sürətlə solar, ayrıca ətrafındakı bütün yeməklərə
qoxusunu buraxar. Ən yaxşısı onu çöldə, eynilə kəsilmiş çiçəklər kimi bir stəkan suyun içində saxlamaqdır. Əgər reyhanı uzun müddət saxlamaq istəyirsinizsə Martha Stewart onları qurudub dondurmanızı tövsiyə edir.

Kartof
Kartofu soyuducunun soyuğunda saxlamaq nişastasının şəkərə çevrilməsinə səbəb olur. Kartofları şkafa qoymaq yerinə kağız bir torbaya qoyub sərin bir yerdə saxlamalısınız, soyuq deyil. Kağız torbalar plastiklərdən daha çox işə yarayar çünki bu nəfəs almalarını və gec çürümələrini təmin edər.

Ardı →

Təzə yumurtanı ayrıd etmənin 3 praktik qaydası

Təzə yumurtanı seçmək qaydası:

* Yumurtanı duzlu su ilə dolu qaba qoyaraq, təzə olub-olmadığını anlaya bilərsiniz. Yumurta suyun üzündə qalırsa, boyat, dibinə çökürsə, təzədir.

 * Yumurtanı astaca sirkələyin, içində yüngülcə hərəkət hiss edirsinizsə, bu da boyat olduğuna işarədir.

 * Yumurtanın təzəliyi qabığından da bilinir. Təzə yumurtanın görünüşü bir az mat və kirəclidir. Boyat yumurta isə parlaq və sürüşkən olur.

P.S: Təzə nanə, şüyüd və reyhan kimi göyərtilərin xarab olmasının qarşısını almaq üçün kiçik parçalar şəklinə salıb, falqa kağızına bükün və soyuducuda dondurun.

Bundan əlavə, xırda doğranmış göyərtiləri qaba töküb, üstünə daş duz, sirkə və ya bitki yağı əlavə edərək soyuducuda saxlaya bilərsiniz.


Davamı →

Pendirin tərkibi

Pendir - demək olar ki, hami tərəfindən sevilən çox xeyirli və dadlı süd məhsuludur.

Onun xeyirli xüsusiyyətləri qida dəyərinə bağlıdır. Pendirin tərkibində insan orqanizmi üçün vacib olan zülal, süd yağı, mineral maddələr, vitamin və ekstraktiv maddələr vardır. Onların konsentrasiyası ,süddə oaln miqdardan 10 dəfə daha yüksəkdir. Məhz buna görə 50 qr pendir yemək, 0.5 lt süd içməyə bərabərdir. Pendirin tərkibində olan zülal, südün tərkibində olan zülaldan daha yaxşı mənimsənilir. Pendirin tərkibinin 3% — i mineral maddələrdən ibarətdir ki, onların böyük hissəsini kalsiy və fosfor, qalan hissəsini isə sink, yod, selen, dəmir, mis və kaliy tutur. Tərkibi həmçinin A, B1, B2, B12, C, D, E, PP vitaminləri və pantoten turşusu ilə zəngindir. Enerji dəyərinı gəldikdə isə tərkibində olan yağ və zülaldan asılı olaraq dəyişərək, ümumilikdə isə 100 qr məhsula 300-400 kkal təşkil edir.

Nə üçün bu qədər xeyirlidir?
Ekstrativ maddələr həzm vəzilərinə yaxşı təsir edərək, iştahı artırır. Tərkibində olan zülal insan orqanizminin əvəzedilməz bioloji mayesi olan qan və limfaların ayrılmaz hissəsi olub, həmçinin imun telləri, hormon və enzimlərinin vacib komponenti sayılır.

Pendir- universal qida məhsulu olaraq, zülal, kalsiy və kalinin əvəzedilməz mənbəyi sayılır. Bu isə hamilə, süd verən və ağır fiziki yüklə məşğul olan insanlar üçün çox məsləhətlidir.
Ardı →

Yumurta qabığının faydası

Bildiyimiz kimi, kalsium elementi insan orqanizmində böyük rol oynayır. Kalsium sümüklərimiz, dişlərimiz və dırnaqlarımız üçün əsas «tikinti» materialıdır.

Bundan əlavə kalsium əzələlər (o cümlədən, ürək əzələsi), gözlər, sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.

Uşaqların, hamilə və uşaq əmizdirən qadınların və yaşlı insanların bu elementə olduqca çox ehtiyacı var. Bu qrup insanlara adətən həkimlər tərəfindən müəyyən kurslarla kalsium preparatları təyin olunur.

Kalsiumun çatışmazlığı uşaqlarda ağır pozulma olan raxitə, yaşlı insanlarda isə osteoporoza (sümüklərdə kalsiumun azalması nəticəsində sümüklərin kövrək olması) səbəb olur. Hamilə və uşaq əmizdirən qadınlarda isə kalsiumun çatışmazlığı həm onların özlərinin, həm də uşaqların orqanizmi üçün ziyanlıdır.

Keçmişdə nənələrimiz uşaqlarına yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurdular.
Ardı →

Yağın insan sağlamlığına vurduğu ziyan

Yağ: başa bəla
Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində 100 qramdan artıq yağ qəbul etməlidir. Qəbul edilən yağın 60 faizi isə mütləq kərə yağı olmalıdır. Çünki onun tərkibi insan orqanizmi üçün lazım olan A, E, D vitaminləri ilə zəngindir. Ancaq yağı normadan artıq qəbul etmək də bədənə mənfi təsir göstərə bilər.

Yağlı yeyək, yoxsa yavan?
Həkim-qastroenteroloq Gülçöhrə Müslümovanın dediyinə görə, yağdan ifrat dərəcədə istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın əmələ gəlməsinə şərait yaradır: «Kərə yağının tərkibində insan orqanizmi üçün faydalı olan mineral maddələr, vitaminlər var. Bu səbəbdən də yağdan tamamilə imtina etmək düzgün olmaz. Ancaq kərə yağından həddən artıq istifadə də orqanizm üçün zərərlidir. Xüsusilə də keyfiyyətsiz kərə yağlarından.

Keyfiyyətsiz kərə yağlarından istifadə zamanı mədədə ağrılar, mədə bulanması kimi hallar müşahidə olunur. Həzm prosesi düzgün getmədiyi üçün mədədə göynəmələr, ağırlıq ortaya çıxır. Zərərli yağlardan istifadə nəticəsində yaranan mədə-bağırsaq xəstəlikləri zamanı xəstədə ilkin olaraq mədə bulanması, epiqastral nahiyədə ağrılar, iştahsızlıq və halsızlıq kimi hallar müşahidə edilir. Bir müddət sonra isə xəstənin vəziyyəti ağırlaşır və daha ciddi problemlər ortaya çıxır. Ağır yeməklər yeyəndə mədədə kəskin ağrılar baş qaldırır».
Ardı →

Lobyanın xeyirli xüsusiyyətləri

Bu məhsulun 200 dən artıq növü vardır. Qədim zamanlardan bəri bu məhsulu dərman bitkisi kimi istifadə edirdilər. Belə ki, lobyanın tərkibində, insan orqanizminin normal fəaliyyəti üçün lazım olan bütün komponentlər vardır.

Bu məqalədə sizə lobyanın arıqlamağa kömək olan xüsusiyyətlərindən məlumat verəcəyik. Tərkibi karbohidratlarla çox zəngin olduğundan, bir çox pəhrizlərdə bu məhsulun rasion üçün məsləhəhət görülməməsinə baxmayaraq, yaxın zamanda aparılan araşdırmalar bəlli etmişdir ki, lobya, əksinə karbohidratlar üçün blokator rolunu oynayır. Məhz bu səbəbə görə bir çox dietoloqlar lobya haqqında fikirlərini dəyişdi və onu bir çox pəhriz menyusuna aid etməyə başladılar.

Lobyanın mikroskop altında görünən xeyirli xüsusiyyətləri
Beləliklə, lobya kifayət qədər qidalı və doyumlu məhsul olduğundan, arıqlama periodunda sizə aclıq hissi keçirtməməyə kömək olacaq. Bunun səbəbi odur ki, tərkibində olan çətin karbohidratlar, bağırsaqda şişərək gec həzm olunur və bununla siz uzun zaman aclıq hissi keçirtmirsiniz. Həmçinin lobyanın tərkibində yavan zülallar vardır ki, o, sağlam çəki korreksiyası üçün vacib komponent sayılır.
Ardı →

Hansı düyü daha xeyirlidir?

Dənli bitkilərə aid olan bu məhsulun tərkibində, insan orqanizminin ehtiyac duyduğu bir çox mikroelemt və vitaminlər var.

Bunlara: sink, dəmir, kalsiy, marqanes, fosfor, selen və kaliy mikroelmentləri, PP, E və B qrup vitaminləri aiddir. Həmçinin düyü, tərkibində çətin karbohidratlar olan məhsullar arasında lider sayılır. Bu karbohidratlar, əzələ kütləsində yığılan uzunmüddətli enerji axınını təmin edir.

Bir dəfə də olsa artıq çəkidən azad olmaq istəyən hər bir insan, düyünün nə üçün xeyirli olduğunu bilir. Pəhrizlərdə istifadə olunan bu məhsul, effektivliyindən əlavə düyü həmçinin təmizləyici xüsusiyyətə malikdir. Məhz bu xüsusiyyətlər, ağır xəstəlik və uzunmüddətli aclıqdan sonra, iştahı bərpa edir. Bu məhsul həmçinin, yuxunu normallaşdırır və süd verən analarda laktasiyanı gücləndirir.
Ardı →

Şokolad çox faydalıdır

Bu dadlı şirniyyata görə biz Xristofor Kolumba borcluyuq. Vaxtılə məhşur səyyah onu Meksikadan Avropaya gətirib. Əvvəllər şokolaqı duru vəziyyətdə qəbul edirdilər.

Daha sonra ondan müxtəlif şirniyyatları istehsal etməyə başladılar.

Bir çox insanların fikirincə şokoladın ziyanı onun xeyirindən daha çoxdur. Lakin bu yanlış fikirdir. Yaxşı və keyfiyyətli şokolad (söhbət ilk növbədə şokolad plitkalarından gedir) insana yalnız xeyir gətirə bilər. Ucuz və keyfiyyətsiz saxta şokolad isə tək xeyirsiz yoz, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda daha tez-tez hallarda məhz saxta şokoladla rastlaşmaq olur. Diqqətli olun və şokolad plitkalarının bağlamalarını oxuyun.

Yaxşı şokolad dedikdə, biz təbii şokoladı nəzərdə tuturuq. Onun tərkibində təbii kakao və kakao yağı var (palma, bitki və s. yağlar yox!). Yaxşı şokolad kifayyət qədər bahalı məhsuldur və bu səbəbdən ucuz şokolad sizdə şübhə yaradmalıdır. Ən faydalı şokolad növü acı şokoladdır. Bu şokoladın tərkibində şəkər azdır, lakin kakao çoxdur.


Ardı →