Cinsi əlaqə


Cinsi əlaqə (koitus, sex) iki və daha çox fərdin arasında həzz almaq yaxud nəsil artırmaq üçün konüllü genital aktdır.
Delfinlər,meymunlar və insanlar seksdən yalnız ləzzət almaq üçün istifadə edən yeganə canlılardır, qalan bütün canlılar yalnız çoxalmaq, nəsli artırmaq üçün cinsi əlaqəyə girir.
Cinsi əlaqədə əsas məqsəd intim yaxınlıq zamanı orqazm (həzzin ən yüksək pilləsi) əldə etməkdir. Orqazmdan sonra əzələ boşalması,xoş süstlük və rahatlıq hiss edilir.
Davamı →

Oşo - Seksdən Ali Təfəkkürə - От секса к сверхсознанию

Sek oyundur və insanlar böyük məmnuniyyətlə bu oyunu oynayırlar.

Bu kitabında Oşo bizlərə insanın həyatında vacib rol oynayan əks cinslə olan cinsi əlaqədən söhbət açır. Bir çoxları bunu hərfi mənada başa düşür. Oşo bu kitabında deyir ki, ailə həyatı ruhi bir şeydi və insanın aydınlanmasında rol oynayır.


Ardı →

Sekslə bağlı doğru hesab edilən yalanlar

Çoxsaylı xahiş və müraciətləri nəzərə alaraq sizlərə bu mövzunu paylaşmaq qərarına gəldim ancaq ilk baxışdan göründüyü kimi mövzu daha çox maarifləndirici xarakter daçıyır. Sekslə bağlı elə özünüzə, partnyorunuza dediyiniz və yaxud ya elə sizə söylənən çoxlu yalan var. Mövzu da elə həmin yalanları ortaya çıxartmaq və daha düzgün məlumatları sizinlə paylaşmaqdan ibarətdir. 

Seksin insan vücuduna müsbət təsirli hərəkət olduğu dəqiqdir. Seks sağlıq baxımından yaxşıdır amma xəstə olduğunuz zaman sizi yaxşı etməyəcək, sizə mənfi təsir göstərəcək. Qrip kimi keçici xəstəliklərin cinsi əlaqə zamanı daha sürətli yayıldığı hər kəsə bilinən bir gerçəkdir. Xəstəlik zamanı cinsi əlaqədən uzaqlaşmaq çox vacib məsələdir.
Ardı →

Seksin faydaları

Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.
İngiltərədə aparılan araşdırma zamanı isə kişilərin orqazmla ölümləri arasında əlaqə araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxıb.
Həmçinin, müntəzəm orqazm prostat vəzi xərçəngi riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyənləşib.
Ardı →

Günə sekslə başlamağın xeyirləri

Alimlər günə sekslə məşğul olmaqla başlayan kişilər və qadınların gün ərzində özlərini daha sağlam və xoşbəxt hiss etdiklərini üzə çıxarıb.

Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma səhər seksinin insanın immunitetini gücləndirdiyini, onu infeksiyalardan qoruduğunu da sübut edib. Üstəlik, təxminən 1 ay ərzində hər səhər sekslə məşğul olan insanın dərisi səpkilərdən, sızanaqlardan təmizlənməyə başlayır.

25-37 yaş arası kişi və qadınlar arasında aparılmış araşdırma göstərib ki, hər səhər yataqda intim münasibətlərə təxminən 10 dəqiqə ayıran şəxslərin dərisinin rəngi yaxşılaşır, dəri təravətlənir, hətta saçlar möhkəmlənir. Eksperimentdə iştirak edənlərin bir qrupu sonda qripə yoluxma hallarının xeyli azaldığını, gün ərzində özlərini daha gümrah hiss etdiklərini bildirib.
Davamı →

Orqazm

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.
  • Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.
  • Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir. Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.
  • Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır.

Davamı →

Seks lüğəti

Aseksual
Seksə qarşı maraqsız və ya istəksiz olan. İmpotent, Cinsi zəifliyi olan adam,seksə qarşı marağı olmayan adam

Aybaşı
Hamilə olmayan qadınlarda, yetkinlik çağından klimaksa qədər ayda bir dəfə vaginadan gələn qan.

Bəkarət (bakirəlik)
Bakir və ya bakirə olma vəziyyəti. Cinsi əlaqədə olmamış kişiyə bakir, cinsi əlaqədə olmamış qadına isə bakirə deyilir. İslam və Şərq ölkələrində bakirəliyə xüsusi fikir verilir. 
Ardı →

Seks və marketinq

Reklamların seksuallığı bizə nə deyir?
Müasir dövrdə həyatımızın bir parçasına çevrilən reklamın yaxşısı pisi yoxdur deyərək məhsulun hər cür reklamı üçün hər vasitəyə əl atılır. Bu vasitələrdən biri də reklamlarda seksuallıqdan istifadə etməyə çalışılmasıdır. Çünki görüntünüzə, səsinizə, söz və ya ifadə xəzinənizə bir az seksual dad qatmaq, həqiqətən başdan çıxarıcı ola bilər. Lakin ondan istifadə etmək istəyib-istəmədiyinizə əvvəlcədən qərar verməlisiniz. İstədiyiniz halda nə qədər istifadə edə biləcəyinizi də bilməlisiniz. Reklam potensial alıcının məhsul ilə bir anlıq, xəyala gətirilən bir əlaqə qurulmasını hədəfə alır. Bu əlaqənin qurulmasına sevgi, simpatiya, dostluq, yaxınlıq, aktivlik, ucuzluq, rahatlıq, xoşbəxtlik, komfort, lüks kimi təsvirlər xidmət etdiyi kimi, seksuallıq da stimul, həzz və zövq kontekstində effektlidir.
Ardı →