Nahid_Nesirov
Reytinq
+11.11
Güc
18.42

Nahid_Nesirov

Exceli 55 dərsə necə öyrənmək olar?

Bildiyiniz kimi muasir iş həyatında bir sıra proqramlar var ki, Onlar üzərində üstün biliklərə sahib olmaq həm məhsuldarlığımızı artırır, həm də qərar vermə prosesinin sürətlənməsinə effektli şəkildə təsir edir. Biz də INNAB komandası olaraq Exceli 0-dan mükəmmələ doğru online şəkildə öyrətməyi qarşımıza hədəf qoyduq. Məqsədimiz vaxtları məhdud olan şəxslərə bu imkanı yaratmaqıdır. Tədris PULSUZDUR və video şəklindədir. Hər dərsin sonunda biliklərinizin yoxlanılması üçün testlər əlavə olunmuşdur. Ayın tək günləri günün ikinci yarısında bu saytda yeni dərslər və testlər yerləşdirilir. Yekun nəticəsi ən yüksək olan oxuyucumuza komandamız tərəfindən oxumağı təşviq etmək məqsədi ilə Kindle E Book hədiyyə ediləcəkdir. Yekun nəticəyə hər dərsin sonundakı testlərin ortalaması (30%), həm də tədrisin sonundakı yekun imtahan (70%) təsir edir. Yekun imtahan nəticəsində müvafiq sertifikatla da təmin ediləcəklər.

BİLİK PAYLAŞDIQCA ARTAR


Davamı →

30 illik təcrübəmi, bir illik 30 təcrübəmi?

Şatış şöbəsinin rəhbərliyinə yeni bir müdir gətirilmişdir.

Şirkəttə 30 illik təcrübəsi olmasına rəğmən, niyə özünün bu vəzifəyə gətirilmədiyi iddiasını edən bacarıqsız mütəxissə Şirkətin baş direktoru tərəfindən bu cavab verilmişdir:

– Sizin reallıqda 30 illik təcrübəniz yoxdur, 30 ədəd bir illik təcrübəniz vardır.

Nəticə: İş həyatında daim yenililər haqqında maraqlanmaq, müştəri fokuslu olaraq yeni işlər, layihələr üzərində çalışmaq Bizə daha çox təcrübə qazandırar.

 

nahidnesirov.wordpress.com/

#BilikPaylashdiqcaArtar


Davamı →

Bax buna biznes deyərlər

Amerikanın Portlend şəhəri öz mərkəzi meydanının qeyri-adiliyi ilə fərqlənir. Burada şəhər sakinlərinin bir çoxunun adına rast gəlmək olar. Bunun üçün ayaqların altına baxmaq kifayətdir. Bir neçə əvvəl mərkəzi meydanın daha keyfiyyətli, daha gözəl kərpiclə döşəməsi fikrinə düşmüş bələdiyyə idarəsi maliyyə çatışmazlığı səbəbindən çətinlik qarşısında qalmışdı.
Lakin bir neçə gündən sonra bu işin həlli yolu tapıldı. Bələdiyyə idarəsi şəhər sakinlərinə belə bir təkliflə müraciət etdi: kim 25 dollara bir kərpic almağa razı olsa, həmin kərpicdə alıcının ad və familiyası həkk ediləcək. Əhali bu təklifə elə bir həvəs göstərdi ki, bircə ayın içərisində meydanın döşəməsi üçün tələb olunduğundan da çox vəsait toplanıldı. Hazırda isə potlendlilər böyük məmnunuyyətlə mərkəzi meydana öz “şəxsi” kərpiclərinin “ziyarət”inə gəlirlər. Hətta, bəkədiyyə idarəsi adları tapmaq üçün xəritə də düşünmüşlər ki, bundan da idarə müəyyən gəlir əldə edəcəkləri planları var. Bu azmış kimi bu məkan turistlər üçün də çox maraqlı bir meydana çevrilmişdir.

Mənbə: Xəzinə kitabı


Davamı →

İş effektivliyinə təsir edən daha bir faktor – işçilərlə maraqlanma

1924-cü ildə Amerikada Westinghouse Fabrikinda bir təcrübə  aparılmışdır. 500 nəfərin işlədiyi bir fabrikdə fiziklər, kimyaçılar, fərqli elm sahibləri işığın artırılmasının orada işləyənlərin üzərində nə kimi təsirləri olacağına aid bir araşdırma aparmaq üçün toplanmışdılar.
İşçilər işləyərkən fabrikin işığı yavaş yavaş artırılmış, buna uyğun olaraq da iş məhsuldarlığı artmışdır. Bir müddətdən sonra işığın artmasının bundan çox olması mümkünsüz olduğundan məcburən işığı artmasını dayandırdılar. Araşdırma aparanlar, artıq məmnun idilər, çünki, Onlar artıq işıqla iş effektivliyi arasında bir asılılıq müəyyən etmişdilər. Ancaq, psixoloqlar bunun səbəbinin işığın səviyyəsi ilə birbaşa olmadığı qənaətinə gəlmişdilər. Onlar, işığı yavaş-yavaş azaltmağa başladılar. İşığın azalmasına baxmayaraq iş məhsuldarlığı yenə də artırdı. Günlər ötür, məhsuldarlıq yeə də artırdı.
Uzun sürən araşdırmadan sonra hər şey artıq  məlum idi. Orada olan 500 işçi belə böyük elm adamlarının Onlarla maraqlandıqlarını görüb daha çox işləmişdilər. Özlərinə önəm verildiyini görmüşdülər. İşığın artmasının və ya azalmasının deyil, işçilərə müsbət təsir edən effektin Onlarla maraqlanmanın olması qənaətinə gəlinmişdir.
Deyilənə görə iş həyatında insani münasibətlərlə əlaqədar bu ilk təcrübə idi və bu təcrübənin paylaşımından sonra bir çox rəhbərlər işçilərlə maraqlanmanın nə dərəcədə effektli olduğunu artıq başa düşdülər.

Nüvit Osmay – İnsan Mühəndisliyi


Davamı →