İSTİFADƏÇİ RAZILAŞMASI
kayzen.az saytı (bundan sonra Sayt) www.kayzen.az domenində yerləşib öz daxili qayda-qanunları ilə fəaliyyət göstərən eyniadlı veb-resursdur. Burada qeydiyyatdan keçən şəxs təsdiq edir və razılaşır ki, saytda qeydiyyatdan keçməklə bu İstifadəçi Razılaşmasının şərtləri çərçivəsində fəaliyyət göstərəcək.
1.Razılaşan tərəflər
- kayzen.az veb-resursunun administrasiyası (bundan sonra administrasiya)
- qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər (bundan sonra istifadəçi)
2. Razılaşmanın müddəaları
Administrasiya istifadəçilərə aşağıdakılardan istifadə imkanını yaradır:
- Administrasiya tərəfindən nəzərdə tutulmuş mətn, qrafiki, video, audio informasiyanın yerləşdirilməsi
- Administrasiyasın və istifadəçilərin öz aralarında əlaqə yaratması, müzakirə aparması
3.İstifadəçinin hüquqları
- Saytda axtarış aparmaq, qanun və sayt daxilindəki qaydalar çərçivəsində informasiyanı əldə etmək, yaratmaq,onu yaymaq
- Yerləşdirdiyi informasiyaya digər şəxslərin yetişimini məhdudlaşdırmaq və qadağan etmək
- Digər şəxslərin reytinqinə qaydalar çərçivəsində müdaxilə etmək, öz subyektiv fikrini bildirmək
- Sayt administrasiyasına müraciət etmək,onu maraqlandıracaq məsələ ilə bağlı sayt administrasiyasından dəstək almaq təklifi ilə çıxış etmək
- Digər istifadəçilər ilə əlaqə qurmaq, şəxsi münasibət yaratmaq
4.Administrasiyanın hüquqları
- İstifadəçi tərəfindən yaradılmış kontent və istifadəçi hesabını dəyişdirmək və ləğv etmək
- İstifadəçi hesabını dondurmaq, istifadəçinin reytinqinə müdaxilə etmək,istifadəçi tərəfindən yaradılmış kontentə yetişimi məhdudlaşdırmaq
- İstifadəçi tərəfindən yaradılmış kontentdən axtarış optimizasiyası,reklam və marketinq alətləri üçün istifadə etmək
- Sayt istifadəçilərinin öz aralarında və üçüncü kənar şəxslə münasibətlərini nizamlamaq üçün arbitraj funksiyasını yerinə yetirmək
- Sayt istifadəçilərinə elanlar, bildirişlər göndərmək
5.Sayt fəaliyyəti
- Saytda həm istifadəçilər,həm də administrasiya tərəfindən postmoderasiya həyata keçirilir.
- Saytda yerləşdirilən kontentin məzmununa,ondakı səhvə və sayt istifadəçilərinin öz aralarında paylaşdığı informasiyaya görə administrasiya məsuliyyət daşımır. Bu informasiyanın istifadəsi nəticəsində baş verən zərərə görə administrasiya cavabdeh deyil.
- İstifadəçinin saytdaxili fəaliyyəti administrasiyanın nəzərdə tutduğu qaydalar, mövcud qanunvericilik və beynəlxalq internet-etiket kodeksinə uyğun həyata keçirilir.
- Razılaşmanın istənilən zaman dəyişdirilməsi hüququnu administrasiya özündə saxlayır. İstifadəçi Razılaşması https://kayzen.az/page/agreement ünvanında yerləşir