Offtop nədir?
Ingilis dilində off topic sözündən götürülüb. Mövzuya uyğun olmayan söhbət anlamındadır. Qədim Roma imperiyasının tarixini müzakirə edərkən nisbilik nəzəriyyəsi haqqında danışmaq offtopa misaldır.

Flud nədir?
İngilis dilində flood sözündən götürülüb mənası daşqın, sel deməkdir. Forumda eynitipli mənasız informasiyanın dəfələrlə təkrarı flud adlanır. Yerli-yersiz, addımbaşı mən səmimi qızam, insan gərək səmimi olsun,səmimi olmaq lazımdır kimi eynitipli şeyləri yazmaq olmaz.

Fleym nədir?
İngilis dilində flame sözündən götürülüb tərcüməsi od, alov deməkdir. Mənası söz qırğınıdır. Əsəb xəstəlikləri mövzusunda bir istifadəçinin digərinin pişiyinə dəvə deməsi nəticəsində başlanan dava zamanı iki yuzer bir-birilə qırğına çıxırsa,qarşılıqlı olaraq söz atəşinə tutursa,bu fleym sayılır.

Ban nədir?
Ingilis dilində ban sözü qadağan deməkdir. İstifadəçini müəyyən hüquqlardan məhrum etmək, çox vaxt isə internet-resursdan istifadə etməyi qadağan etməyə ban deyilir.
Dünyada ən böyük cəzalardan biri kayzen.az saytında ban olunmaqdır. Xeops piramidasını təkbaşına tikmək ban olunmaqdan daha üstün sayılır. Ban olunmuş istifadəçi saytda hər-hansı yazı yazmaqdan məhrum olunur,onun hesabı bağlanır,məktub göndərmək imkanı olmur. Gərək istifadəçi elə böyük nifrət sahibi olsun yaxud sayta qarşı elə bir pis hərəkət etsin ki,onu belə ağır cəzaya layiq bilsinlər. Ban olunmuş istifadəçinin yaratdığı kontenti redaktə etmək imkanı olmur.Buna görə də sayt qaydaları ilə yaxşı-yaxşı tanış olmağı məsləhət görülür.

Çat stilində yazmaq nə deməkdir?
+1, Razıyam, Ura!, Super!!!, Twk, Twkkurler!, Sən yeksən! kimi qısa,məna yükü olmayan ifadələrdən saytda qaçılması tələb olunur.

Niyə mövzum silinir?
Bir mövzunu bir yerdə açmaq lazımdır. İtinizin yeni doğulmuş küçüyünün rənginin qara olduğunu bir yerdə yazmaq kifayətdir. Təkrarən eyni mövzunu açmağa ehtiyac yoxdur.

Overkvot nədir?
Оverquotation ingilis sözüdür, mənası çox sitat deməkdir. Bir şərh daxilində 2-3 kommentdən artıq sitat gətirmək olmaz.

Capslock nədir?
BAX BELƏ YAZMAĞA CAPSLOCK DEYİRLƏR. Şərhlərdə lazım olmayan yerdə CAPSLOCK işlədənlər nəzarətə götürüləcək. CAPSLOCK yaxud yuxarı registrdən istifadə yalnız istisna hallarda oluna bilər.

Spam və ya qeyri-müvafiq məzmuna necə etiraz edə bilərəm?
Spam, pornoqrafiya, ədalətsiz davranış haqda bizimlə əlaqə bölümünə müraciət etməniz xahiş olunur. Tezliklə lazımi ölçü götürəcək.

Dini dözümsüzlük nə deməkdir?
  • Dini liderləri,fəlsəfi cərəyanları yaradanları,böyük dini avtoritetə malik olan şəxsləri təhqir etmək
  • Müqəddəs kitabları,dini ehkamları gözdən salmaq, onları səfeh, mənasız saymaq
  • Bir dini cərəyanın nümayəndələri digərinə qarşı provokasiyaya sövq etmək
  • Təfsirləri,xarici dini ədəbiyyatı səhv yozmaq
Düzgün yazı qaydaları ilə harada tanış olum? Siolkovski yazmalıyam yoxsa Tsialkovski?
Azərbaycan dilinin orfoqrafik qaydalarını oxuyun.