Redaktor

  • Çox insanlar yazılarını Microsoft Word proqramında yazırlar. Öz vərdişlərindən əl çəkib saytımızın redaktorunda yazmayan yaxud Word sənədindən mətni redaktora copy-paste etmək istəyən insanlar üçün məhz bu düymə nəzərdə tutulub. Məlumunuz olsun ki, Worddə yığılmış yazıların çox pis kodu olur. Ağıllı adamlar yazılarının populyar olmasını, Google tərəfindən yazınızın tapılmasını istədiyi üçün mütləq bu düymənin basıb sonra yaddaşdakı mətni əlavə edir. Daha ağıllı adamlar isə heç Microsoft Worddən istifadə etməyib elə saytın öz redaktorunda yazılarını tez və rahat yazırlar.
  • yazıda müəyyən yeri qalın etmək üçündür. Rus dilində жирный, ingilis dilində bold.
  • kursivlə yazı üçündür. Rus dilindəki курсив,ingilis dilindəki italic.
  • yazılmış yazının üstündən xətt çəkir. Qələt eləmişəm, əcəb etmişəm,kefim istəyəcək bundan da qısa yubka geyəcəm!
  • başqa sayta keçid (hiperlink) qoymaq üçündür.
  • qoyulmuş keçidi silir.
  • bu düyməyə basmaqla öz kompüterinizdən yaxud başqa saytdan şəkili postunuza yükləyə bilərsiniz.
  • bir dostunuzun toyunda olmuş gülməli hadisəni YouTube-dan qoymaq istəsəniz, video əlavə etmə düyməsinə basın.
  • Fayl yükləmək. Topik yaradarkən bəzən faylı bərkitmək (attach, прикрепить) lazım gəlir. Elektron kitabı paylaşmaq, Excel cədvəlində bəzi məlumatları vermək lazım gələndə bu funksiya köməyə çatır. Aşağıdakı formatlarda olan faylları saytda yükləmək və paylaşmaq olar:

    Səs faylları mp3,wav

    Arxiv- rar, zip

    Ofis sənədləri- doc,docx,xls,xlsx,ppt,pptx

    Digər – pdf, txt,rtf,3gp, bmp, tiff

  • başqa istifadəçini əlavə etmək. Məsələn, admin əlavə etmək üçün.
  • kiminsə sözlərindən sitat gətirmək istəyirsinizsə, bu düymə köməyinizə çata bilər. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
  • postunuz nə qədər maraqlı olsa da, onu bütövlükdə saytın əsas səhifəsində yerləşdirmək olmaz. Xüsusilə də, orada çox fotoşəkillər varsa. Ona görə də yazının bir qisminin Ardı keçidi arxasında olması üçün səhifə bölənindən istifadə etmək lazımdır (ona çox vaxt kat deyilir). Çox vaxt saytın ilk abzasını tanışlıq üçün qoyur, qalan hissəni isə kat altında gizlədirlər.

Ola bilər ki,sizin redaktorunuzda bir çox əlavə düymələr olsun(yaxud əksinə). Hər şey sizin istəyinizdən asılıdır. Əgər redaktor ilə bağlı hər hansı təklifiniz,sualınız olsa,bizimlə əlaqə saxlayın.