ayxansevda
Reytinq
+2016.70
Güc
2808.59

ayxansevda

Zeynalova V.M

Qürurum əl vermir

Həyatim boyu etmədiyim bir şeyə görə günahlandırılmışam və bunun əksini sübut etməyə qürurum imkan verməyib.


«Etibarsızsan» dedin, etibar gördüyünü sandıqların kimi süni gülmədim üzünə,
«Yalan söylədin» dedin, yalan demədim, susdum, həqiqəti deyə bilmədim, deyə bilməzdim,
«Soyuqsan» dedin, qəlbimdə əzizlədim, qorudum səni, yaninda olmadım, ola bilmədim, ola bilməzdim, amma yanindakılar kimi şirin sözlər söyləyib də yaltaqlanmadım, səssizcə gülüşündən zövq aldım, səni xoşbəxt görüb sadəcə sevindim.
Sevgimi gözünə soxmadım, qamaşdırmadım gözlərini, sadəcə təbəssümlə ötüb keçdim. Hər şey tək məndən asılı deyil ki. Etibar, yalan, soyuqluq, uzaqlıq, məsafə bunlar menden asılı deyil… menden asılı olanı etdim… bunlara sinə gəldim ...Küsmədim, incimədim bu sözlərə, onların nə günahı...
Məni belə sandın, məni duymadın, duymaq istəmədin, mənsə sadəcə təbəssüm etdim. Sən şıltaq, kədərli, tez küsən, nə deye bilərdim, nə edə bilərdim? 
Məni belə sandın, elə olmadığımı sübut edə bilməzdim, imkanım yoxdu, imkanım səni daim əziz saymaq, uzaqda da olsan səni duymaq, xoşbəxt gözlərinə heyranlıqla baxmaq, onların həmişə belə qalmasını arzulamaqdır.
Indi yanindamı olmaq istərdim? Əsla yox, nə dostun olmaq, nə yaxının olmaq istəyirəm, sənin üçün illərdir «heç kiməm», elə «heç kim» qalsam yaxşıdır, yadlaşmışıq, uzaqlaşmışıq...«Heç kim» olmağa öyrəşmişəm, belə yaxşıdır, belə xeyirlidir, amma etibarsız dediyin mən öz yaddaşıma sadiqəm, buraxdığın izinə sadiqəm...xatirənə, sənli günlərimə. Etibarsız olmaq istəməzdim, belə anılmaq ,yaddaşında belə qalmaq, əlbət ki istəməzdim, lakin başqa seçimim də yoxdu... 
Bunun əksini sənə sübut etməyə, səni axtarmağa, hətta çox vaxt səni xatırlamağa belə qürurum əl vermir... 
Sadəcə sakitcə, uzaqdan uzağa səni xoşbəxt görmək xoşdur. 


04.12.13 Zeynalova V.M

Davamı →

Tanınmış akademik övladına “5” yazmağımı istədi

Kərəm kişidir, yoxsa arvad? Hər dəfə dərs keçəndə, valideynlərlə görüşəndə qiymətləndirmə ilə əlaqədar bir xeyli ideyalar yaranır və bunları da yazıya köçürmək üçün kompyuterin qarşısına keçəndə reallıqlar və faktlar o qədər sərt hücum edir ki, başımı itirib yazını da yarımçıq qoyuram. Amma bu dəfə iş yoldaşlarımdan birinə məişət zəminində verdiyim suala aldığım cavab bu məqaləni yazmağıma səbəb oldu. Artıq 7 ildir ki, orta məktəb təhsilində kurikulum islahatı həyata keçirilir, amma müəllimlərimiz və valideynlərimiz bu layihəni bilmərrə yaxına buraxmaq və qəbul etmək istəmirlər ki, istəmirlər. Hətta iş o yerə çatıb ki, müəllimlərin təkmilləşmə kurslarında apardığım seminarda müəllimlərdən biri dedi ki, yeni nazirimiz gəldi, yəqin kurikulumu yığışdırarlar.
Bunu o zaman dedi ki, mən bir doxsan dəqiqə bu müəllimlərə kurikulum layihəsinin nəzəri məsələlərini kənara qoyub vətəndaşyönümlü təhsilin mahiyyətindən danışmışdım. Elə dərsdə yadıma bir əhvalat düşmüşdü. Orada deyə bilməsəm də, indi yazmağı vacib bilirəm.
Ardı →

Mən

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm !
Bəxtiyar Vahabzadə.
 
Hamidan və hər şeydən uzaqda. ..Hamıdan və hər şeydən qıraqda...
Bu günlərə necə gəldim, nə vaxt gəldim. Qurduqlarım necə də yerə yıxıldı, dağıldı, məhv oldu. Onları  əlimdə saxlamağa, yaşatmağa  imkan belə edə bilmədim, bacarmadım,  alınmadı. Həmişəmi belə olacaq. Əvvəlki ola biləcəyənmi, yoxsa həmişəmi belə ümidsiz, aciz, asılı, çarəsizmi olacağam. Özümə güvənimi, qərarlı olmağı unutmuşam. Heç nəyə qərar verə bilmirəm, heç nə məndən asılı deyil. Öz gücümü bütövlüklə itirmişəm. Mən sevdiklərimin yanında ola bilmirəm, mən mənə əziz olanlardan çox uzağam. Belə çox çətindi. Mən istəklərimin xaricindəyəm, mən arzularımın, içimin, düşüncəmin, varlığımın xaricindəyəm. Sanki başqasının həyatını yaşayır kimiyəm. Sanki mən özümə aid deyiləm. Günlər ötür...günləri belə izləyə bilmirəm. Mən ancaq baxıram, baxıram… elə hey baxıram. Müşahidəçi mövqeyi, ancaq müşahidəçi mövqeyi...  Hadisələrsə fasiləsiz, bir-birinin ardınca davam etməkdədir, məndən asılı olmadan, mənlə hesablaşmadan, soruşmadan. Durğunluq. Hər şeyi yenidən başlamaq, hər şeyi yenidən qurmaq, hər şey yeni, dünənimi mənə xatırladacaq heç bir, adi bir xatirə belə yox. Necə amansızcasına, qəddarcasına hər şey devrildi, yox oldu. Mənsə günahkar birisi kimi heç müqavimət belə göstərə bilmədim, gücüm çatmadı, iqtidarında deyildim. Heç bilmirəm, mən “mən” kəlməsini işlədə bilərəmmi, buna haqqın çatırmı, heç bunu istəyirəmmi? Düzü, bilmirəm… lakin indi yaşamış olduqlarımı ...bütün bunları bu “mən”lə davam etmək istəmirəm. Mən özümü istəyirəm. Mən…  
Hələ də özümü tapa bilmirəm. Günlər bir- birini əvəz etsə belə… ara- sıra kiçik hissələrimi tapsam da onları bir araya gətirə bilmirəm. Sanki nəsə, kimsə, hansısa qüvvə buna mane olur. Nə səbəbə? Anlaya bilmirəm. Dünənimdə ilişib qalmışam. Mənsə dünənimdəki məni yeni daha da inkişaf etmiş mənlə əvəz etmək istəyirəm. Geri boylanmaqdan, keçmişimdə özümü tapmaqdan yorulmuşam, artıq boynum da yorulub, mən bu günümü yaşamaq istəyirəm, keçmişimdəki günlərin xiffətini çəkə — çəkə yox, yeni günləri istəyirəm, arzularla dolu, yeni qələbə, zəfərlə dolu günləri.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Bəxtiyar Vahabzadə.
17. 06. 2012
müəllif: Zeynalova V.M
 
 
Davamı →

Azərbaycan dili fənnindən testlər (ümumi)

  1. Sözlərdən birində vurğunun yerini dəyişməklə məna dəyişir

a)      Mürəkkəb   b) sürmə   c)həkim   d) alim  e) mövzu 

2. Cütlüklərin birində vurğu fərqlidir:

a)      Sürfə -süfrə  b) katib- kitab  c) serviz –servis  d) malik –məlik  e) arıq –araq 

3. Aşağıdakılardan hansında orfoqrafik qayda pozulmuşdur?

a)      Nəzir  b) desert  c) dosent  d) təhkiyə  e) kərkədan 


Ardı →

Fonetika,leksika, morfemikadan testlər

  1. Aşağıdakı sözlərdən hansı  “oo” sait qoşalığı [ a ] kimi tələffüz edilir?

a)      Kooperativ   b) zoologiya  c) zoopark  d) zootexnik   e) zooloji 

2. “Arxeologiya, teatr, maneə, teorem “ sözlərinin tələffüzü hansı bənddə düzgün göstərilmişdir?

a)      [arxiyalogiya], [tiyatr], [ma:niyə ], [tiyarem]

b)      [arxiyologiya], [teyatr], [maneyə], [teyarem]

c)       [arxeologiya], [teatr], [maneə], [teyarem]

d)      [arxeyologiya], [tiyatr], [maniyə], [teyorem]

e)      [arxeyo:logiya], [tiyorem], [ma:niyə], [tiyarem] 


Ardı →

Azərbaycan dilçiliyi dilimizlə ayaqlaşa bilmir

Müəllif:    f.e.f.d.,dos.Şəmil Sadiq
Azərbaycan dili ilə bağlı ölkə rəhbərliyinin müxtəlif zamanlarda müxtəlif fərmanlarının olmasına baxmayaraq, Azərbaycan dilinin inkişafını təmin edən ən ali qurum olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bilmir.  Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda, dildən dəfələrlə geridə qalır desək yanılmarıq.

            Artıq nə deməyə, nə də yazmağa gərək var, Azərbaycan dili zəngin dillər içərisində önəmli yerlərdən birini tutur. Azərbaycan dilinin kökü, ana xətti, genetikası o qədər möhkəmdir ki, əsrlərlə işğala məruz qalmasına, təcavüz olunmasına baxmayaraq, bu gün də ayaqda məğrur durub. Amma təəssüflər olsun ki, dilçilik elmimiz bu məğrurluğun arxasında dura bilmir.

            Dilin zənginləşməsi bu gün birbaşa televiziya və mətbuat orqanlarının fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, bu inkişafda bədii ədəbiyyatın rolunu kənara qoymaq olmaz. Bunun üçün də hər kəs yazıçı və jurnalistlərin ədəbin dilin nomralarını pozmasını görür, ağız dolusu təndiq də edir. Təbii ki, bu tənqidlərimiz haqlıdır. Zövqsüz verilişlərə baxmaq gözlərimizi ağrıtdığı kimi, kobud şəkildə pozulan dil normaları isə qulaqlarımız yaralayır. Televiziyaların simasını təşkil edən xəbər proqramlarında belə həmin sözünühə`minbaşqa sözünü ba`şqaParis sözünü Pa`risAzərbaycan sözünü  Azə`rbaycan kimi tələffüz edilir. Son zamanlar Türkiyə türkcəsinin diksiyasına uyğun bütün sözlərin vurğusunun sonda deyilməsi dili bilməyən insanları belə əsəbləşdirir, özündən çıxardır.


Ardı →

Fonetika testləri -3

Hansı sözlər hecalara düzgün ayrılmayıb?

a)  A-lı-cı-la-rı-mız, o-xu-duq-la-rı-mız

b)  Sev-dik-lə-ri-miz-dir, o-dun-çu-lar

c)   Ma-ar-if-çi-lər, və-tən-sev-ər-lər

d)   Na-mə-lum, mü-şa-hi-də

e)   Mu-si-qi-şü-nas, mü-ka-li-mə


Davamı →

Orucun növləri

«Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür»

Mübarək Ramazan ayında möminlər adətən niyyət edərək səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qalıraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər. Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, yeməkdən, içməkdən uzaq olur. İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur. «Rəcəb Allahın, Şəban mənim, Ramazan da ümmətimin ayıdır», – buyurur Məhəmməd Peyğəmbər(s).  

Orucun dərəcələri

İmam Baqir(ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq(ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli(ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür». 


Ardı →

Müasir təhsil sistemimiz

Düzü, topiki necə adlandırım bilmədim, naəlac qalıb, məhz bu cür «Müasir təhsil sistemimiz» adlandırdım. Daha nə yazmaq olar? Müasir tupoylaşma sistemi deyə bilməzdim ki? 90- cı illərdə, bəlkə daha əvvəl də olmuşdu( mən bu dönəmi xatırlayıram) məktəblərimizdə, eləcə Universitetlərimizdə müəllimə «hörmət etmək» dəbi yayılanda, bunun müasir texnika, internet, komputer və s kimi inkişaf edəcəyi heç ağlıma gəlməzdi. Yadımdadı 96-98 -ci illər idi, sinifdə uşaqlarla yığışıb, sevinə- sevinə keçmiş «Baksovet», indiki "İçəri şəhər" metrosunin qarşısında gül köşkü vardı, ora müəllimimiz üçün gül almağa yollandıq, həvəslə, uşaq saflığı, məsumluğu ilə müəllimimizi bayram münasibəti ilə təbrik etməyə tələsirdik. Nə başınızı yorum gül buketini sinfə gətirdik, bir-birimizin üzünə baxa- baxa ki, indi müəllimimizi sevindirəcəyik, müəllim heç başını qaldırmadı, biz də ürəyimizə pis heç nə gətirmədik.


Ardı →

Yazıq Abituriyent

Ah Abituriyent! Abituriyent! Çoxları bu adı daşımağa məcbur olurlar. Bu adı daşımağa məhkumdurlar. Neyləsinlər? Əlacları nədi? Getməsələr evdə günləri qara olacaq, valideyn tənqidinə, ailə və ictimai qınağa düçar olacaq. Ən yaxşısı elə YVG eləyəsən. Abituriyentlərin bir çoxu bir — birinə elə bunu məsləhət bilirlər- Yola Ver Getsin. Özünü oxumuş kimi göstər — bəsindir. 

Mama otağa girdi ciddi sifət al, guya dərin düşüncəyə qərq olubsan, sonra özünü məşğul apar guya bir misalın üstündə iki saatdı baş sındırırsan, riyaziyyatın atasısan, müəllimin sənin yanında söz deməyə çəkinir ki, birdən səhv tutarsan onda, bağ belə, bostan belə. Elə ki, gördün mamanın başını yastığa qoydun dayy səni bir müddət narahat eləyən olmayacaq. Kef elə də facebookda. Ən krutoy statusları yaz ki yazasan, like gəlsin.Yoxsa neynirsən açıq sualları, 5 dənə guya yazsan nolacaq, yazmasan nolacaq, lap 10 -nu olsun alim olan deyilsən ki? Camaat ödənişlidə oxuyur, bəyəm pulları azalır? İndiki zamanda əsas puldu. Oxumaq nədi eee? Havayı vaxt itirmək!!! 

Görürəm də oxuyanları. Məncə «savadlı» və «savadsız» sözlərini artıq arxaizm hesab etmək lazımdı, voobşe mənə görə lüğətdən də çıxarmaq olar. Kimə lazımdı? Əşi, indi oxumaq ancaq müəllimlərə lazımdı və başqa heç kimə. Yazıqlar ömürlərinin sonuna kimi elə hey oxuyur, imtahan verirlər ən az maaş da alan onlardır. Adamı gülmək tutur. İndi repetitorluqla məşğuldurlar, day neyləsinlər çörəkləri ondan çıxır, azca axsasalar kim gələcək onların yanına? Yenə hər uşaqdan 60-70 manat cib xərci edirlər də. Bu Azərbaycan dili və ədəbiyyat fənnini qəbulda ayırmaq lap onlara əl verdi. Bunu fikirləşənin atasına rəhmət. Yoxsa dil müəllimlərini lap  pis çıxmasın lom yerinə qoymuşdular iki fənnə eyni qiymət. Elə şey olar? Camaat fizikadan, nə bilim kimyadan bir fənnə eyni pul alır, bu həm Azərbaycan dili keçir, həm ədəbiyyat, iki fənnə eyni qiymət. İnsafsızlıqdı. Belə də ki, indi ədalət öz yerini tutdu. Müəllimləri demirəm bizi- abituriyentləri deyirəm, lazım idi hələ bir ədəbiyyat oxumaq? Lap ağın çıxarıblar. Az qala desinlər gedin fransa, italiya ədəbiyyatını da oxuyun. Onlar Azərbaycan ədəbiyyatını bilirlər, mən də onların ədəbiyyatını öyrənim? Yaxşı ki, Eurovision -2012 oldu. Yoxsa hardan biləcəkdilər ki, Bakı Azərbaycanın paytaxtıdır, Xəzərin sahilində yerləşir. 

«Oxumaq, oxumaq, yenə də oxumaq!» deyəsən bunu rəhmətlik Lenin baba demişdi, mamadan eşitmişəm. Amma mama bunu səhv anlayır. Lenin bildiyimə görə çox uzaqgörən adam idi. Kişi bilirdi ki, vaxt gələcək Şou- biznes deyilən bir termin yaranacaq və bu cəmiyyətdə tüğyan edəcək. Kim oxusa onun pulu, evi, maşını olacaq. Kim iki dəfə oxusa iki maşını, iki dəfə çox pulu olacaq. Kim onun dediyi kimi 3 dəfə oxusa, axı deyib də " oxumaq, oxumaq yenə də oxumaq" lap kef eləyəcək. Özü üçün gedəcək Bodruma, Londona, nə bilim canım sizə desin Misirə piramidalarda şəkil çəkdirəcək, «Versace», «Dolce gabbana»dan geyinəcək elə bir ayaqqabısı «roberto botticelli» olsa bəh bəh bəh. Yox,  kişi uzaqgörən olmağına söz ola bilməz, indi camaatdı da qazançanı tapança eşidir onun bir günahı yoxdu.

Guya ki, Universiteti fərqlənmə ilə bitirdin noldu, bitirmədin noldu? Biri var ali təhsillidi. Elə ağız dolusu «Mən ali təhsilliyəm» -deyir ki! adama deyərlər hanı diplomların? Deyəcək şkafdadı, hələ bir lovğa — lovğa gedib gətirəcək də, Allah ətivi töksün. Bir für görüm, diplomların tozundan göz — gözü görmür, otağı bir toz- duman bürüsün ki. Kimə lazımdı? Çoxusu şöhrətə oxuyur. Bilmirəm guya? Yox, yox deməklərinə baxma, rus demiş «в глубине души» ( ürəklərinin dərinliklərində, əlçatmaz yerində) yaxşı bilir ağ ağdı, qara qaradı. Oxumaq boş şeydi. Mahnı oxumağa demirəm haa. Kitab oxumağı nəzərdə tuturam. Bir çoxları bilməz (bu sözdə arxaikləşmə gedir ondan), qoy izah edim. 

Kitab — üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cilidlənmiş, indiki zamanda bəzən surəti çıxarılmış,  yəni kserokopiya edilmiş nəşriyyat növüdür. Deyəsən qəliz oldu. Nə isə elə vacib bir şey deyil dəqiq bilməsəniz də olar. Canı sağ olsun internetin, saytların. Necə də bu sözləri sevirəm, qulağa xoş gəlir, sevirəm də bu neologizmləri. Heyf deyil yenilikləşmə, müasirləşmə, avropalaşma. Hər axşam atamla (uşaqlıqdan bizi məcbur edib ki, ata deyək, papa deyə çağıranda cavab vermirdi, indi day öyrəşdik ata deyirik. Hələ də bu yaşıma çatdım, anlaya bilmədim fərqi nədi ee, papa ya ata? Hər nəsə, ixtiyar sahibidi deyir ata demək ata. Oyan -buyan eləsək yenə də ata) mübahisə edirəm, düzdü ağzım nədi, duram fikrimin üstündə amma YVG eliyirəm, başqa yol qoyub ki? Onun bir yolluq fikri budur ki, «müəllim yanına getdi var, döndü yoxdu». Deyir :" Bala var dövlətini əlindən alarlar, başındakı biliyi ala bilməzlər" Offf bu sovetski atalar sözləri, qınamıram ee, amma indiki zəmanədə başındakını da alarlar, lap o tərəfə keçərlər. Mənə lazımdı!!? 

İndi bacarıqlıların zəmanəsidi. Biri var, öndə gedən Universitetlərdən birini bitirib, CV verəndə Mühafizə işinə verir. Day diplomunu gizlət, bilən olmasın ki, əlində o boyda kağızın var. Gül kimi feyzdə keçirməli vaxtını durub nəyə xərcləmisən, sonra da daxil oldun ali təhsil ocağına. Qohum -əqrəba təbrikə gəldi ki, ay bala nənələr demiş «məktəb oldun». Lap doluyublar adamı, demirlər ki,  əsas boy buxundu, onu da Allah versin, ya da uşaqlıqda mama çoxlu yerkökü, balıq, qatıqdan, pendirdən versin ki, kalsiumun çox olsun, verəsən boya olasan şkaf, get işdə, kef elə. Heyif deyil mühafizəçilik? Gecə smende ya xorulda, başıvı at yat, ya da facebookda, internetin küçələrində veyillən özün üçün. Ayın axırı 300-500 manatıvı qoy cibinə, dünya sənin olsun. Düzdü o pula ilə saxlamaq olmur, heçnə olmaz, sənə kim deyir ee get evlen. Bir gözde 30-zu keç, ondan sonra ya Allah Kərim. Ən sevdiyim sözlərdən biri «baxarıq».

 Bircə onu bilirəm ki, qonşumuzda biri var, qızı sözünə baxmayanda qarğıyır ki, " Görüm səni müəllim olasan". Müasir folklordu da. Yəni min zillətlə oxuyub diplom alasan, sonra işə düzələ bilməyəsən, əziyyətin yerdə qalsın. Ya da ikinci variant — gedib işə düzəlmək üçün yenə imtahan verəsən, bal yığsan da qıraqda qalasan yana- yana. Tarix müəllimi də olsan, ingilis dili də fərq etməz bilmirsənsə yarısının yarısının yarısının 3 misli 24 olub onun üstünə də 8 gəlib cavabı 45 dir, day sənin tarix müəllimi kimi Səfəvilərin 18 əsrdə necə böyük xanlıq qurduğundan danışmağa haqqın yoxdu, nə də day demə ki, mən Azərbaycan dili və Ədəbiyyat müəllimiyəm, bəs gəlin sizə öyrədim Hüseyn əfəndinin 6 pərdəli şah əsəri olan "İblis" faciəsi 1909 -cu ildə səhnələşdirilib. 

Ehh, deməklə bitməz, Allah valideynlərimizin canın sağ eləsin qoymurlar zövq -səfa içində dolanaq, biz sizdən nə istəyirik? -İki göz ,bir əyri monitor, bir də ayda  düz 20 manat pul ki, internet çəkək. Bundan yaxşı övlad? " Sənin evini internet yıxacaq!"- deyrsiz — hansı evi? Tikməyə vaxt olub ki, yıxsın, siz Allah, qoyun oturaq oturduğumuz yerde. O da düzələcək. Cəlil demiş vallahi, billahi, tallahi yaxşı olar, hər zamanın bir dəbi var, bizim zamanın dəbi facebookdu, likedı. Guya atamın, ya anamın zamanında internet  olsaydı, onların facebookda, ya odnoklassnikdə, vkontaktedə profili olmayacaqdı, müəllim yanına gedib, super oxuyacaqdılar. Deməyə nə var, inanan daşa dönsün. Qınamayın məni, zəmanə oğluyam, onlar da öz zamanlarının. Neylək bizimki də belə gəlib.  

 

Müəllif: Zeynalova V.M

 26 avqust 2012

 


Davamı →