mahira2001
Reytinq
+18.66
Güc
66.14

mahira2001

miki_zeko_8A

Molla Pənah Vaqif: Hayıf ki, yoxdur.

   Molla Pənaf Vaqifin bu qoşmanı yazma səbəbi ilə bağlı belə maraqlı bir rəvayət var:
 Deyilənlərə görə, İbrahim xan öz atlıları və vəziri ilə birlikdə Kür qırağındakı obaların birinə düşür. Xanın getməsi uzanır.Yerli əhali onlara qulluq etmək əziyyətindən xilas olmaq üçün xanın saraya qayıtmasını tezləşdirməyi Vaqifdən xahiş edir. Ağsaqqalları dinləyən Vaqif xanda Şuşaya dönmək həvəsi oyatmaq məqsədi ilə bu qoşmanı yazır və onun məclisində oxudur:
Ardı →

Bürclərin mənfi xüsusiyyətləri

Qoç

Qoçlar burnu havada, özünü bəyənmiş tiplərdir. Dünya onların ətrafında dönər zənn edərlər. halbuki heç də elə bir şey yoxdur. Bir ağcaqanad belə onların ətrafında dönməyə tənəzzül etməz. Qoç bürcündən birinə aşiq olmayın. Çünki əgər elə bi qəflətə düşsəniz sizi iztirab, əziyyət və gözyaşı dolu günlər gözləyir deməkdir. Türk filmində pərişan olan artistlərdən daha çətin vəziyyətə düşərsiniz. Çünki bu qoç qıçınıza təpiyi bir gün yapışdıracak və o günün hazırlığını çox əvvəldən etməyə başlayar. Oyananda iş-işdən keçmiş olar.
Davamı →

İnsan orqanizmi haqqında maraqlı məlumat

1. Gün ərzində 1 paçka siqaret çəkən insan il ərzində yarım stəkan qatran içmiş hesab olunur.

2. İnsan heyvan aləminin yeganə nümayəndəsidir ki, düz xətlər çəkə bilir.

3. Sarışın insanlarda brünetlərə nisbətən saqqal daha tez çıxır.

4. Gülüş zamanı insanda 17 əzələ işləyir.

5. Ağ ciyərin səthi 100 kvadrat metrdir.

6. İnsan DNK-sinda 80000 gen mövcuddur.

7. Kişilərin boyu 130 sm-dən aşağı, qadınların boyu isə 120 sm-dən aşağı olduqda karlik sayılırlar.

8. Leykositlər insan orqanizmində 2-4 gün, eritrositlər isə 3-4 ay yaşayırlar.
Ardı →

Milad bayramı

Milad bayramı  hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır.  Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.                                                                     Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Ardı →