nusret2205
Reytinq
+15.64
Güc
28.70

nusret2205

Qruplar haqqında məlumat

İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər.

Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? Qrupları səciy­yələndirən əsas amillər nədən ibarətdir? Bu kimi suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını da düzgün dərk etmək mümkün deyildir.

Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur. Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, onların bir-birini qavraması halları da aradan çıxır. Bu baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir». Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir.  


Ardı →

Mənlik Şüuru haqqında öyrənək

İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun  formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə və gələcəkdəki eyniliyini anlayır.

İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun­müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz «mən»ini  kəşf etməsi   sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün  öz «mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. «Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.  


Ardı →

Şəxsiyyət haqqında anlayış

Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.

İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte­ristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.


Ardı →

Dırnaqların rəngi ilə xəstəliyi müəyyən etmək olar

Amerikalı elm adamlarının araşdırmaları nəticəsində məlum olub ki, dırnaqların rəngi bəzi xəstəliklərin göstəricisidir. Belə ki, dırnaqlardakı ağlıq hepatitin, sarı, qalın və yavaş uzanan dırnaqlar ağciyər xəstəliklərinin, dib qismi ləkəli sarı dırnaqlar diabetin, yarısı çəhrayı, yarısı ağ rəngli dırnaqlar böyrək xəstəliklərinin əlamətidir. Dırnaq dibləri çox tünd çəhrayı ya da qırmızı rənglidirsə, bu, ürək xəstəliyinin göstəricisidir. Dırnaqlarda soyulma revmatizm əlamətini, dırnaqların alt qismində qırmızı ləkələr varsa, dəri vərəmi ehtimalı göstərir. Dırnağın alt qisimində tünd ləkələr varsa, dəri xərçənginə tutulma ehtimalı var. 

Dırnaqların tam yenilənməsi əllərdə 3-4 ay, ayaqlarda 6-8 aya başa gəlir. Hamilə qadınların və dırnaqlarını yeyənlərin dırnaqları yavaş uzanır. Bəzi vitaminlərin əskikliyi, həddindən artıq yorğunluq, artıq zəiflik, düzgün qidalanmama, bəzi dərman zəhərlənmələri isə dırnaq uzanmasını yavaşada bilər. 

Sağlam bir dırnaq parlaq, hamar səthli, elastik və xarici faktorlara müqavimətlidir. Bədəndəki dəyişik xəstəliklər, fiziki faktorlar, dərmanlar, birbaşa dırnaqları tutan xəstəliklər dırnaqlarda problemlərə səbəb ola bilər. Bu problemlər dırnaqlarda estetik qüsurlar meydana gətirməklə yanaşı, dırnaqların funksiyalarını da pozur. 

Tibbi estetik uzman Nuran Əliyeva Kabakçının sözlərinə görə, rəng dəyişiklikləri dırnaqlar üçün çox əhəmiyyətlidir. Belə hallarda bu problem xəstəlik əlaməti olaraq araşdırılmalıdır. "Çox zaman pasiyentlər dırnaqların ağarmasından şikayət edirlər. Bunun konkret səbəbi bilinməsə də, buna göbələk xəstəlikləri, dərmanlar və ya kimyəvi maddələr, vitamin əskiklikləri və manikür zamanı zədələnmələr səbəb ola bilər". 

Həkim bildirir ki, dırnaqların narıncı rəngə çalması sədəf xəstəliyinin, sarı rəngə çalması isə göbələk xəstəlikləri, eləcə də bəzi dərmanlarla əlaqədar ola bilər. Siqaret çəkənlərdə də dırnaqlar sarı rəngə çala bilər. Bu, siqaretin tüstüsündən əmələ gələn ləkələrdir. Bəzən isə dırnaqlar mavi və ya qara rəng alır. Həmsöhbətimizin sözlərinə görə, hormonil preparatlar və ağır dərman qəbul edənlərin dırnaqlarının rəngi çox zaman belə olur. «Dırnaqlarda qara ləkələnmələr kiçik hissələri əhatə edirsə, öncə ağla dırnaqaltı ətlərin qanaması gəlir. Amma bu ləkələnmələr melanoma adlı təhlükəli xərçəng növünün əlaməti ola bilər. Ləkə dırnaqla birlikdə irəli gedirsə, bu, ət qanamasıdır. Yox, əgər dırnaq uzanır, ləkə isə yerində qalırsa, mütləq həkimə müraciət etmək lazımdır» deyən həkim hesab edir ki, dırnaq üzərində uzununa qara xətlər də dərman istifadəsinin əlaməti ola bilər. Dediyinə görə, dırnaq uclarındakı kiçik, qara xətlər isə səthi qanamalara bağlıdır ki, bu da çox zaman zədələnmələr zamanı meydana gəlir. 

Ən çox müşahidə edilən dırnaq xəstəliklərindən biri də dırnaqların qalınlaşıb, kobudlaşmasıdır. Bu zaman dırnaqlar qalınlaşır, quruyur, sərtləşir, parıltısını itirir və asan qırılır. Bu əlamətlər göbələk xəstəliyinə məxsusdur və çox zaman ayaq dırnaqlarında baş verir. Həkim bildirir ki, göbələk xəstəliyi yoluxucudur və qayçı, corab və s. bu kimi alətlərin istifadəsi zamanı keçə bilər. 

N.Kabakçının dediyinə görə, dırnaqların qırılma səbəbləri müxtəlif ola bilər. Belə ki, dırnaqlar B7, A, D vitaminlərinin və dəmir, maqnezium, kalsium və sink çatışmazlıqları zamanı qırılır. Genetik və ailəvi səbəblər, xüsusilə zülal zəifliyi, dırnaqların hava almaması, davamlı lak istifadəsi və aseton da dırnaqların qırılmasına səbəb ola bilər. 

Müsahibimiz dırnaq qırılmasının qarşını almaq üçün zülal tərkibli qidaların qəbulunu məsləhət görür. Bundan əlavə, ərik, kök və üzüm şirəsi içmək də bu problemin arada qalxmasına yardım edir. 

Bəzi insanların dırnaq yemə kimi mənfi vərdişləri olur. Dırnaq yemək insanda müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər. Dırnaq yemək bəzilərində vərdiş halını alsa da, bunun da özünəməxsus səbəbləri var. İnsanlar əsəbi, gərgin, çətin və ac olduqları zaman dırnaq yeməyə üstünlük verirlər. 

Bəzən qadınlar dırnaqları uzanmadığından, süni dırnaqlara və ya süni yolla uzadılan dırnaqlara üstünlük verirlər. Manikür ustası Səadət Səlimovanın sözlərinə görə, müasir zamanda dırnaqlar müxtəlif səbəblərdən quruyub, qırıldığı üçün qadınlarımız süni dırnaqlara, daha doğrusu, dırnaqların uzadılmasına üstünlük verirlər. «Biz buna protez dırnaq da deyirik» deyən S.Səlimova protez dırnaqların təbii dırnaqlar kimi olub, heç bir narahatlıq yaratmadığını bildirib. Onun dediyinə görə, süni dırnaqlar ayda bir dəfə manikür etdirilməli, səliqəyə salınmalıdır.
Davamı →

“Bir zənglə bir ömrü uzatmaq olar”...

 

 

DƏYƏRLİ ŞAİRİMİZ ÇİNGİZ ƏLİOĞLUNUN DOĞUM GÜNÜNƏ

 

...Anlayıb, hiss edib, duyaraq yaşamağın çox əzabları var. Odur ki, təkcə yaşadığı məkanın yox, həm də dünyanın dərdi ilə yaşayan şairin qafasında həmişə bir qəzavü-qədər sevdası dolanar.

“Şair ürəyindən keçir Yer oxu” söyləyən şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun ayın 29- da doğum günüdür. Onu tanıyandan bu günədək nədənsə doğum gününü heç vaxt təbrik etməmişəm. Nəhayət bu gün  çoxlarının sadəcəbir şair kimi tanıyıb sevdiyi mənim üçün isə həm də olduqca xeyirxah, çətin anlarımda diqqət və qayğısını hiss etdiyim Çingiz müəllimi ürəyimdən gələn bir yazı ilə təbrik etməyi düşündüm.  Odur ki, məndən xeyli uzaqda olan, tanımadığım, oəvvəlki, gənclik illərindən başlayaraq şairin kitablarını vərəqləməyə başladım. Üz tutduğum yaxınlıqdakı kitabxanada sənətkarın beş kitabı var idi və onların hamısını evə götürdüm. Tanışlığa 1978-ci ildə “Gənclik” nəşriyyatında çap edilmiş“Soraqladı sevgi məni” adlı kitabdan başladım. Məlum oldu ki, bu, şairin “Nikbinlik”, “Vağzallar, yollar” adlı kitablarından sonra işıq üzü görən üçüncü kitabıdır. Kitabda hamıya deməyə sözü olan şairin şeirlərindən elimizin-obamızın havasıdoldu könlümə, ümumiyyətlə bu işıqlı duyğular, yaşantılar mənə çox doğma gəldi. Bu saf könüldən gələn boyasız, tər-təmiz düşüncələrə, xoş arzulara və ən əsası sevgiyə bükülmüş şeirlər oxucunu özünə elə çəkir ki, az qala birnəfəsə hamısınıoxumaq istəyirsən. Ondan ki:

 

Gəzib dolaşdığım bu şehli yaylaq

Sevgi sərgisidi, məhəbbət köşkü.

 

...Bir yanar tonqaldı –tufana düşüb

Közərir köz kimi xalı bu sazın.

Hər teli bir qulac işıqdır, oddur

Tutuşub alova qolu bu sazın.

 

Bütün varlığıyla torpağa, milli yaddaşa və xalqın mənəvi sərvətlərinə bağlı olan şairin şeirlərində nələr yoxdur. Saz, kaman, qaval, tütək vəs. qədim musiqi alətləri, el nəğmələri, layla, bayatı nəfəsi şeirlərin canına hopub sanki oxucunuonun kimliyi ilə tanış edir. Düşünürəm ki, bir əcnəbi vətəndaş bu şeirləri oxusa mənəvi sərvətlərimizlə əməlli-başlı tanış ola bilər.

“Ağaclar torpağın qanadlarıdır” söyləyən şair həm də bir təbiət aşiqidir. Meşə, çəmən, dəniz, yağış, külək, ulduz və s. bu şeirlərin dilində ayrı bir gözəllik tapır.

Bu meşənin yaddaşında qala biləydim

 

Və ya

 

Yorulsam bir axşam,

tükənsə sözüm, səsim

Dönüb bir şam ağacına

Bu yerlərə qayıdacağam.

 

...və bu cür istiqanlı şairi kim və kimlər incidib görəsən?

 

...Mənim gözlərimə siz açıq baxın

Sözün qiyməti yox sözlər nə gərək

Məni az incidin yandırıb-yaxın

Doğmalıq istəyir bu kövrək ürək.

 

Amma “Arxamca daş atan olsa da nə qəm” deyib keçərək, cavan şair sözlə elə lövhələr yaradır ki:

 

Bir ovuc Vətən torpağı,

Bir duyum muğamat

Bir udum dağ havası,

Bir əlçim bulud

Bir yağım yaz yağışı

Bir əsim “xəzri”

Qədim xalçaların sirli naxışı

Abşeron göylərinin

Rəng qarışığı-

Səni mənə bağışlayıb....

 

Yazıb da haradasa, kimdənsə sınan qəlbinə məlhəm edir elə bil...

İkinci kitabı götürürəm. “Ömür ağacı”, 1980-ci ildə “Yazıçı” nəşriyyatında çap edilib. Sevgi şeirləri ilə doludur. Və o qədər təbii, səmimi qələmə alınıb ki, oxuduqca yeni bir məna, bir gözəllik tapırsan.

Bu şeirlər “Əzizim, biz necə oxşarıq indi”, “Sonuncu nəfəsim sənin adındı”, “Nəfəs almaq kimi bir şeydir məhəbbət”, “Bu ayrılıq bir dənizmiş hara üzüm?”, “Könlümün sorağı, gözümün şəhdi!” və başqa bu kimi ürəkdən gələn zərif, incəmisralarla doludur.

 

Haçandır mən sənə şeir yazmıram.

Yox, səni bir an da unutmamışam!

Unutmaq olarmı ürək sevəni?

Unutmaq olarmı hər saat, hər an

 

Səni düşünəni, yol gözləyəni!

Yox, səni bir an da unutmamışam!

 

Yaxud da

 

Bu boyda səadət, bu boyda sevinc,

Bu kövrək qəlbimə sığışa bilmir.

Gözlərim öyrəşib, nə edim gözəl,

Gözlərim gözündən yığışa bilmir.

 

Və bir də şairin

 

Vaxt tapa bilmirik dosta zəng edək,-

Bir zənglə bir ömrü uzatmaq olar...

 

– bəndi çox xoşuma gəldi.

 

 Bu da 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Alnından ay doğan adam” kitabı. Digər kitablarından fərqli burada ön söz də verilib. “İstedad+zəhmət+dözüm” adlı ön sözün müəllifi unudulmaz Rəsul Rza yazır ki, şair birxarakter şeirindən də də tanına bilər. “Çingizin misralarında bu sadəliyi ilə mürəkkəb və dərin, geniş və düşünümlü olan sətirlərin orijinal ifadəsi, dadı, duzu ilə bərabər işığı başqa yöndən salınmış fəlsəfi tutumlu, lirik, düşündürücü rəngləri dəvardır”...

Deyirlər, şair odur ki, oxucu onun yazdıqlarında özünü tapır. Bu baxımdan Ç.Əlioğlunun şeirlərində o qədər özünü tapmalı anlar, mənalar var ki...

 

Özümü itirən anlarım olur.

Naqafil bir sözdən, nadan bir sözdən.

Bir axmaq baxışdan, şit bir gülüşdən

Özümü itirən anlarım olur

Danışa bilmirəm nitqim tutulur...

 

Doğrudan da, mən heç vaxt həmin o naqafil anlarda adamın cavabını verə bilmirəm. Tutulub qalıram və heç vaxt bunun sirrini tapa bilməmişəm.

 

Yükləyin bu yazı trolleybusa,

Metro qatarıyla daşıyın barı.

Alça çiçəyilə çiçəkləsin qoy

Şəhərin toz basmış tramvayları.

 

Bu da, dünyanı bir yaz kimi görmək istəyi, üzlərdə-gözlərdə bir çiçək təbəssümü...

Əlimdəki dördüncü kitab isə 1993-cü ildə “Şərq-Qərb” nəşriyyatında çap edilib. “Gün keçdi” adlı bu kitabın ön sözünün müəllifi filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğludur. Arif müəllim “Əzizdir keçdiyim bu əzablı yol mənə” adlıyazısında belə bir qənaəti söyləyir. “Şairi şəxsən və yaxından tanıyanlar poeziyasının heyrətamiz dərəcədə özünə bənzədiyini təsdiq edə bilərlər.Onun poeziyası da şəxsiyyəti kimi mədəni, abırlı və səliqəlidir, uşaqvari təmizliyini vəsadəlövhlüyünü, qədərini keçməyən çılğın romantikliyini qoruyub saxlayır, ən başlıcası isə təmənnasız və iddiasızdır”.

“Sözündən, gözündən tanınır şair” deyən 50 yaşlı şair dünyaya “unutma məni” deyir. Çünki özü unuda bilmir. Kitaba daxil etdiyi şeirlər həm quruluş, həm də məna etibarilə fərqlənir. Müxtəlif formalarda qələmə alınan bu rəngarəng şeirlərbəzən şirin bir nəğmə kimi səslənir .

 

Ürəyimdən keçənləri

Gözlərimdən oxuyursan.

..Bir az çiçək, bir az yağış,

Bir az alma qoxuyursan...

 

Və ya

 

Necə çıxdım bilmirəm,

Bu havalı yaza mən...

Sevdalıyıq birimiz

Ya sən, ya mən, yasəmən!

 

Gözəldi, deyilmi?

Gül içində gül var, başa dırmanar,

Mən xoşlayan – kol dibində itəndir...

Bu, əsl Çingiz müəllimin özüdü, öz ruhudu.

 

“Mən şeir qoşmuram bekarçılıqdan” söyləyən şair düşünür ki, hər kəs öz ağacına bənzəyir və o da:

 

Qərib qaraağacam mən də

Onların arasında...

 

– deyir. Sadə, adi ancaq möhkəm vücudlu dözümlü bir ağacdı qaraağac, hər əsən küləkdən sınmaz...

Məndə olan beşinci kitabı isə “Qapp-Poliqraf” nəşriyyatında 2003-cü ildə nəfis şəkildə çapdan çıxmış “Ruhumun həndəsəsi”dir. Kitaba müxtəlif səpkidə, həmçinin modern üslubda çox sayda şeir daxil edilib. Kitabın bir özəlliyi də şairinmüxtəlif ölkələrdə konqreslərdə, ədəbi müşavirələrdə, həmçinin səyahətdə olduğu zamanlarda bir anın yaddaşına çevrilən şəkilləri ilə bir az da oxucuya yaxın olmasıdır. Bu gün belə şəkilli kitablar dəbdə olsa da düşünürəm ki, Ç.Əlioğlunun bukitabı onlardan çox fərqlənir. Çünki şeirlərinin dili ilə desək, azad düşünən, nəğməylə qol-boyun gedən bir insandı və kiminsə şəklinin kölgəsinə sığınan, dediyi kimi, öz qalstukundan asılan adam deyil ki… Bu şəkillərdəki o xoş anlara baxdıqcadüşünürəm ki, yenə özü dediyi kimi ömründə nə bir kəsə tələ qurub, nə də tor hörməyən şairin xoşbəxt olmağa haqqı var. Və əgər səni sevirlərsə, düşünürlərsə, həmişə xeyirxah bir insan kimi xatırlayırlarsa, deməli xoşbəxtsən.


Davamı →

Tale Yazısı

Elə ağırdır ki xatirələrin,
Yanıb qovruluram eşqin odunda.
Ömürlük qalacaq həsrət izlərin 
Mənim bu əzablı ömür yolumda.




Gəl məni qınama mənimlə deyil,
Qəlbim həsrət dolu qəm yuvasıdır,
Qisməti dəyişmək əlimdə deyil,
Bu da taleyimin tərs yazısıdır.




Qələmin qırılsın, ay yazı yazan,
Tale yazısında çaşmaq olarmı?
Yoxdurmu yanında tərəzi mizan?
Qananı qanmaza yazmaq olarmı?



Yəqin ki belədir həyat qanunu,
Yaxşılar yamana qismət olarmış,
Görəsən fələyin insafı bumu?
Sevən sevdiyinə həsrət qalarmış.




Qəddimi əyəcək yazılan yazı,
Daha döz uzaqdan sevəsiyik biz,
Sındı taleyimin çalınan sazı.
Qismətdir buna da dözəsiyik biz...
Davamı →

Ölünün adına xörəyə duz tökmək?

O biri dünyadakılarla rabitə

Bir gün bu dünyaya gəldiyimiz kimi, bir gün də buradan köçməliyik. Bu, qaçılmaz bir həqiqətdir. İnsan artıq kiçik yaşlarından bu dünyanın hər birimizin müvəqqəti evi olduğunu anlasa, ölümü qəbul etmək daha asanlaşar. Əlbəttə, bütün bunları anlasaq da, əzizlərimizi itirmək bizləri kədərləndirir. Onlar üçün darıxır, yanımızda olmalarını istəyirik. Görəsən, haqq dünyasına qovuşan insan üçün yaxşılıq etmək mümkündürmü? Onun ruhunu şadlandıra və ya qəmləndirə bilərikmi?..

Ölünün adına xörəyə duz tökmək?

Yəqin, hər azərbaycanlı bu səhnənin şahidi olur: anamız, nənəmiz yemək bişirən zaman (adətən, bu, cümə axşamları baş verir) ölülərimizin adına qazana duz tökürlər. Ancaq duz tökənlərin özləri də bəlkə bunu nəyə görə etdiklərini bilmirlər. Öncə onu deyək ki, ölünün adına duz tökmək kimi bir göstəriş İslam dinində yoxdur. Sadəcə, bu bizlərdə bir ənənəyə çevrilib. Düzdür, bunu etmək günah deyil. Bəlkə də əzizinin adına xörəyə duz tökməklə yaxınları qəlblərindəki nisgili çıxarmış olurlar. Yeri gəlmişkən qeyd edək ki, İslam şəriətində duz pakedici bir maddədir; məsələn, murdar bir şeyi duz anbarına yerləşdirsən, o, pak olur. Onu da deyək ki, ölünün adına xörəyə duz tökmək ənənəsi hər yerdə yayılmayıb.

Həyatda olmayan insanın ruhunu necə şad etmək olar?

Bəzən əzizinin ruhunu sevindirmək ürəyindən keçir. Ancaq bilmirsən bunu necə edəsən. Dinimiz bu barədə nələri tövsiyə edir, görəsən? Bu haqda bir çox hədislər var; məsələn, rəhmətə gedən insanın övladları, valideynləri, qohumları yoxsula, ehtiyaclıya əl tutub, mərhumun ruhuna hədiyyə edə bilər və bununla da əzizinin ruhunu şad etmiş olarlar. Maddi cəhətdən bunu etməyə imkanın yoxdursa, onda mərhumun ruhuna Quran oxuyub, dua edib, namaz qılıb hədiyyə edə bilərsən. Bu namaz qılındıqda isə niyyəti belə etmək olar: məsələn, «anamın (adını qeyd etmək yaxşı olardı — red.) ruhuna hədiyyə olaraq iki rükət namaz qılıram, qürbətən iləllah». Və ya başqa bir misal çəkək. Mərhum oructutan idisə və müəyyən səbəblərə görə orucunu tam tuta bilməyibsə, onda onun əvəzinə qəza orucu tutmaqla da ruhuna hədiyyə etmək mümkündür.

Bir gün Məhəmməd Peyğəmbərin (s.ə.s) yanına bir nəfər gəlib belə deyir: «Ey Allahın Rəsulu! Mən vəfat edən valideynlərimə necə yaxşılıq edə bilərəm?». Həzrət Məhəmməd (s.ə.s) belə cavab verir: «Bunu etməyin dörd yolu var: Allahdan onlar üçün bağışlanmaqlarını istəmək, ata-ananın (sağlıqlarında) verdikləri sözlərini yerinə yetirmək, valideynlərinin dostluq etdikləri şəxslərə hörmət etmək, ata-ananın vasitəsilə qohumluğun çatan insanlarla əlaqə saxlamaq».

Zalımın da bir ruhu var!

Yəqin, eşitmisiniz də, deyirlər, filankəsə heç rəhmət də düşmür. Ölüdən-ölüyə nə fərq var axı? Onu qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əməlləri etməklə həyatda olarkən xeyirxah işlər görən ölünün ruhunu şad etmək mümkündür. Yəni pis bir insana nə qədər dua oxusan da, ruhuna hədiyyələr etsən də, bir faydası yoxdur. Əlbəttə, hər bir insan üçün doğması əzizdir. Zalım da olsa, pis də olsa, insan əzizinin ruhunu şadlandırmaq istəyər. Lakin mənəviyyatsız həyat tərzi sürən insanın ruhuna edilən hədiyyələrin savabı bunu edən insanın özünə qayıdacaq. Bilirsiniz bu nəyə bənzəyir? Təsəvvür edin, sizin bir əziziniz həbsxanaya düşüb. İndi siz onun üçün xoşladığı yeməkləri bişirib bir zənbildə oraya aparırsınız. Ancaq bunu ona çatdırmağa icazə vermirlər. Belə olduqda siz nə edərsiniz? Əlbəttə ki bu yeməkləri aparıb öz ailənizə yedizdirəcəksiniz. Yəni bu işin xeyiri özünüzə qayıdacaq. Beləliklə də ancaq mənəviyyatlı, xeyirxah bir insanın ruhunu şad etmək olar… 

Onun borcunu kim qaytarsın?

Tutaq ki, bir nəfər rəhmətə gedir, ancaq onun kiməsə borcu qalır. Belə olduqda onun borcunu kim ödəməlidir? İslam şəriətinə görə, məsələn, rəhmətə gedən ata-ananın borcunu övladları ödəməlidirlər. Valideyn bu dünyadan köçüb gedəndə, adətən, övladlarına imkan daxilində nəyisə irs qoyub-gedir. Yaxşı, əgər sən atanın xeyirini görürsənsə, onda ziyanını da gör də! Dinimizə görə, bu, hər övladın üzərinə düşən bir vəzifədir. Ümumiyyətlə, mənəvi nöqteyi-nəzərdən mərhumun bütün övladları imkan daxilində birləşib, valideynlərinin borcunu ödəməlidirlər.

Şəriətimizdə belə bir məsələ də var ki, mərhum valideynin borcunu ödəmək əsasən böyük oğulun üzərinə düşür. Bu da atadan övladlarına çatan fərqli irs payına görədir; məsələn, İslam şəriətinə görə, oğlanlardan fərqli olaraq qızlar yarım pay irs alırlar. Ona görə mərhumun qızlarına da yarım pay irs çatırsa, onlar valideynlərinin yarım pay borcunu ödəyə bilərlər. Əlbəttə, elə ola bilər ki, atadan övlada heç bir irs keçməsin. Ancaq yenə də mənəvi baxımdan övlad imkan daxilində valideyninin borcunu ödəməlidir.

Dua oxumaq elə çətindirmi?

Adətən, qəbirüstünə çıxanda doğmamızın ruhuna Quran oxutdururuq. Bəziləri deyə bilər, ölüyə nə dua, torpağa basdırılır, bədəni də çürüyüb gedir! Ancaq gəlin unutmayaq ki, insanın fiziki vücudu ilə yanaşı, ruhu da var. Mənəviyyatlı bir insanın ruhuna oxunan Quran ayələri, dualar onun ruhunu şad edər. Özü də bu ayələri, duaları çox rahatca özümüz də oxuya bilərik. Və şəxsən öz dilimizdən əzizimizin ruhunu şad edə bilərik. Məcbur deyil ki, bu işi mütləq kimsə başqası görsün. Qəbirüstündə «Yasin», «Cümə», «Fələq», «Nas» və s. surələr, dualar oxuna bilər. 

Əməl dəftərimizin boş qalan səhifəsi

İnsan bu dünyanı tərk edəndə dolu bir əməl dəftəri ilə Axirət həyatına qədəm basır. Bir çox hədislərdə qeyd olunur ki, insan vəfat edəndən sonra onun əməl dəftərinin bir səhifəsi boş qalır. Görəsən, bu səhifəni kim və nə vaxt doldura bilər? Axı insan artıq dünya həyatında yaşamır? Sən demə, insan bu boş səhifəni hələ də ya pis, ya da xeyirli əməlləriylə doldura bilər! Necə? Məsələn, əgər sən özündən sonra xeyirxah övlad qoymusansa və o, cəmiyyətə fayda verirsə, bunun savabı sənin o boş səhifənə yazılır. Əgər sən sağlığında məscid, körpü, bulaq, xəstəxana və s. faydalı ocaqlar yaradıbsansa, o müddətdə ki insanlar bu şeylərdən faydalanır, sənə duaçı olur, sənin bu boş səhifən savab işlərlə dolmaqda davam edəcək. Özündən sonra şər işlərin yayılmasına səbəb olarsansa, insanlar sənin sayəndə ziyana uğradıqları müddətdə boş səhifən də pis əməllərlə dolmaqda davam edəcək.

Vəsiyyəti yerinə yetirmək, yoxsa unutmaq? 

İnsan ölümündən əvvəl (Allahın buyuruqlarına zidd olmayan!) bir işi yerinə yetirməyi övladlarına tapşırırsa, uşaqları bunu mütləq etməlidirlər. Bu vacibdir! Əlbəttə, bu məsələdə istisna hallar da ola bilər; məsələn, əgər valideyninin tapşırığını yerinə yetirməyə övladın maddi və başqa imkanları çatmırsa, bir sözlə, bu işin icra olunması onun üçün problemlər yaradırsa, o bunu etməyə də bilər. Belə bir sadə misal gətirək. Bir kişi ölümündən əvvəl oğlu və ya qızına tapşırır ki, kəfənləmədən öncə ona hansısa sevimli paltarını geyindirsinlər. Bu xahişi mütləq yerinə yetirmək lazımdır. Ancaq məsələn, əgər ata övladlarına onu evinin həyətində basdırmağı tapşırırsa, bu, el arasında yayılmayan bir əməl olduğundan övladları bu işi görməyə də bilərlər. Və ya ola bilsin ki, mərhum ölümündən öncə ona mərmərdən başdaşı qoymağı vəsiyyət edir. Əgər övladlarının buna imkanları çatmırsa, bunun üçün borc-xərcə düşəcəklərsə, bu işi həyata keçirməyə də bilərlər.

Odur ki imkan daxilində xeyirxah, inanclı doğmalarımızın ruhunu şad etməyə çalışaq və özümüz də gələcəkdə ruhumuzun şad olması üçün mənəviyyatlı insan olmağa səy göstərək!..
Davamı →

«Həbsxanada duzlu uşaqlığ»ın «onları hansı ana dünyaya gətirmişdi» sualı (REPRESİYA)

Stalinizmlə, onun represiyaları ilə bağlı mübahisələr on illərdir davam etməkdədir. Məsələyə xüsusi diqqət yetirilməsi isə Aleksandr Soljenitsinin «İvan Denisoviçin bir günü» povestinin 50 illik yubileyi ilə bağlıdır. 1962-ci ildə povestin senzuradan yayınaraq işıq üzü görməsi sanki barıt çəlləyini ildırımın vurması effekti yaratmışdı. Amma daha böyük səs-küy müəllifin 1990-cı ildə çapa getmiş «QULAQ arxipelaqı» əsərindən sonra qalxmışdı. Həmin əsərdə artıq hansısa məhbusun bir günündən söhbət açılmırdı. Bolşevizmin yaratdığı qeyri-insani sistemdən danışılırdı.

Hazırda QULAQ (SSRİ dövründə islam-əmək düşərgələrinin baş idarəsi) barədə danışmaq asandır. Amma maraqlıdır ki, indi Rusiyada stalinizm və onun repressiyalarına münasibət ötən əsrin 90-cı illərinə nisbətən birmənalı deyil. Ölkənin liderləri belə demək mümkünsə, destalinizasiya barədə pafoslu danışmaqlarına baxmayaraq, bu mövzudakı diskussiyanı tez bir zamanda bağlayırlar. Əlbəttə, tarixçilər, siyasətçilər və tarixi keçmişlə maraqlanan vətəndaşlar üçün hər şey aydındır… Amma Rusiya əhalisinin müəyyən hissəsi heç də stalinizmin mənfi təsirlərindən danışmır. Bu günlərdə keçirilmiş rəy sorğularının nəticələri göstərib ki, respondentlərin 10 faizi Kobanın hakimiyyəti illərində kütləvi repressiyaların ümumiyyətlə olmadığını düşünür. 12 faizin fikrincə, baş vermiş zorakılıq hallarına bəraət qazandırmaq mümkündür. Maraqlıdır ki, rəyi soruşulanların üçdə biri məsələyə cavab verməkdə çətinlik çəkdiyini vurğulayıb. Düşüncələri dumanlı olanların sayının artacağı da proqnozlaşdırılır. Çünki 90-cı illərdə Rusiyanın birinci prezidenti Boris Yeltsinin fərmanı ilə təhqiqat işləri üçün açılan arxivlər yenidən bağlanıb. Maraqlıdır, belə bir addımın atılması kimə lazımdır?

Rusiya ictimaiyyətinin çox hissəsi buna qarşı çıxır. Çünki kütləvi repressiyaların və qorxu mühitinin ümumilikdə xalqın mənəvi-psixoloji durumuna mənfi təsir göstərdiyi şübhəsizdir. Amma adamlar sadə sovet insanının, həmçinin azərbaycanlının da həmin vaxtkı mühitdə necə dözdüyünə, hansı məşəqqətlərdən keçdiyinə, yaşantılarının xüsusiyyətlərinə dair çox az şey bilir. Məlumatların əksəriyyəti ümumi səciyyə daşıyır, yaxud digər siyasi proseslərin tərkib hissəsi kimi nəzərdən keçirilir. Rusiyada məsələyə önəm həm də ona görə aktualdır ki, ictimaiyyətin əhəmiyyətli kəsimi baş verənlərin heç də keçmişdə qalmadığını vurğulayır. Belə düşünənlərin qənaətincə, ölkə və xalq zorakılığa, təcavüzə və yalana qarşı loru desək, peyvənd olunmayıb. Görünür, elə buna görədir ki, Rusiyada stalinzmin mahiyyəti ilə əlaqədar yeni əsərlər meydana çıxmaqdadır. Bu baxımdan tanınmış yazıçı-jurnalist Vyaçeslav Kostikovun «Həbsxanada duzlu uşaqlıq» kitabına maraq böyükdür. Hələ kütləvi nəşri həyata keçirilməmiş əsər barədə söz-söhbətlər indidən başlayıb. Deyilənə görə, əsəri oxumaq «İvan Denisoviç»in bir gününü mütaliə etməkdən daha qorxuludur. Məsələ burasındadır ki, kitab müəllifin uşaqlıq gündəliyi əsasında yazılıb. Kostikov əsərində bədiiliyə qaçmır və mövcud cəhət onun həqiqətini daha təsirli edir. Hansısa mənada gündəliyi məşhur «Anna Frankın gündəliyi» ilə də müqayisəyə gətirmək mümkündür. Qeyd edək ki, «Anna Frankın gündəliyi» 1942-1944-cü illərdə Hollandiyanın paytaxtı Amsterdamdam şəhərindəki evlərin birinin gizli sığınacağında ailəsi ilə birlikdə faşistlərdən qorunan yəhudi qızının xatirələrindən bəhs edir. Onu da deyək ki, İkinci Dünya Müharibəsindən dərhal sonra çap olunmuş gündəlik böyük rezonans doğurmuşdu.

«Həbsxanada duzlu uşaqlıq» «Anna Frankın gündəliyi» kimi tutarlı yaradıcılıq nümunəsi olacaqmı, bu barədə indidən nə isə söyləmək çətindir. Hər halda kitab haqqında irəli sürülən fikirlər ilkin təəssüratları formalaşdırmaq baxımından maraqlıdır.

Məlumat verək ki, müəllif Pixtov komendant zonasının düşərgə həyatının əzablarını təsvir edir. O, yeni kitabı ilə bağlı deyir: «Yenidənqurma vaxtı bütün dünya düşərcələrlə və həbsxanalarla bağlı həqiqətlərdən agah oldu. Amma heç vaxt bizim Pixtov həbsxanası barədə eşitməmişik. Bizimlə bir yerdə məşhur adamlar — güllələnmiş Nikolay Buxarinin (sovet partiya xadimi) qızı Svetlana Buxarina, güllələnmiş yazıçı Artyom Vesyolının qızı Zayara Vesyolaya yaşayıblar. Çoxlu sayda aktyorlar, musiqiçilər, alimlər, rəssamlar, zabitlər, mühəndislr, iqtisadçılar, həkimlər, sadə insan var idi. Burada «Stalinin çəkməsi» tamamilə heç bir günahı olmayan adamları təpikləyirdi…»

Müəllif əsərində Vasyuqansk bataqlığından keçən Bakçar yolunun tikintisindən söhbət açır. Bu yolun inşası əmrini Pixtov həbsxanasının rəhbərliyi 1949-cü ildə, yəni repressiyaların növbəti dalğasının başlandığı vaxt verib. O zaman ərazidəki köhnə yol məhbusların daşınmasının öhdəsindən gələ bilmirmiş. Yeni yol həm bu vəzifəni asanlaşdırmağa yönəlibmiş, həm də bataqlıqda boğulub ölən belə desək, köhnələrin yeri boşaldılırmış. Beləcə yenilərin saxlanılması üçün xərclərdən qənaət edilirmiş: «…Bizim yolumuz tayqanın dərinliklərinə uzanırdı. Yolun hər iki tərəfi isə xaçsız qəbirlərlə dolu idi. Bunu izin qalmaması üçün edirdilər. Ölənləri ya kiçik xəndək qazıb orada basdırır, ya da bataqlığa atırdılar. Bizi adam yerinə qoymurdular. İtdən də betər yanaşırdılar. Əgər gündəlik plan yerinə yetirilmirdisə, döyürdülər. Azacıq danışanı qorxulu ölümlə qətlə yetirirdilər — çılpaq soyundurur, ağaca bağlayırdılar. Soyuqda sabahadək saxlayır, dondurur, isti havalarda isə bataqlıqdan qalxan ağcaqanad və digər həşəratların dəstəsinə yem edirdilər. Səhərə yaxın qışqırıq səsləri azalır, tədricən sakit ah-naləyə çevrilirdi. Səhər ağarmış, qan çıxmamış meyitləri ağacdan açırdılar. Dəhşətli səhnə idi! Bu vəhşiliyi edənlər gülüb danışırdılar. Onları hansı ana dünyaya gətirmişdi? Onlar haradan idilər?»

«Onları hansı dünyaya gətirmişdi?» deməklə müəllif əslində Stalin repressiyaları dövrünün ən ağır suallarından birinə toxunur. Hazırda repressiya qurbanlarını yada salarkən çoxları məsələnin qeyd etdiyimiz tərəfinə diqqət yetirmir. Görəsən, onların sayı nə qədər idi? Söhbət prokurorlardan, «NKVD» təhqiqatçılarından, mühafizəçilərdən, «işverənlərdən» gedir. Məsələn, Soljenitsinin «QULAQ arxipelaq»ına diqqət yetirsək, belələrinin sayı on minlərlədir. «Kimlərdir onlar?» sualını verən dahi belələrini anadangəlmə cəllad adlandırır və deyir: «…və ya onlar «böyük dəyişikliklər» əsrinin məhsulları, Stalinin murdar uşaqları idilər».

Vyaçeslav Kostikov üsyana qalxan barakla (kiçik dəstə düzümü) qəddar rəftardan da söhbət açır: «Üsyançıları qovurdular. Hamısı çılpaq və əlləri bağlı halda idi. Bayırda isə şaxtalı hava hökm sürürdü. Mühafizəçilər onları üç tərəfli dövrəyə alırdılar və itləri üzərilərinə salırdılar. Artıq müqavimət də göstərmirdilər, qarın üzərində uzanırdılar. Onlara başqalarının gözləri önündə əzab verirdilər ki, digərləri sınsın, mübarizəyə qalxmasın. Bu adamların bədən üzvlərini, gözlərini, bağırsaqlarını çıxarıb itlərə yedizdirirdilər. Görəsən, ölkədə bu qədər vəhşi haradan tapılırdı?»

Ümumən bu dövrü tədqiq edən müəlliflərinin bir çoxu bildirir ki, boşşevizmin, sonra isə stalinizm mahiyyətcə insanları təkcə ağlagəlməz qəddarlıqla öldürməklə məhdudlaşmır, eyni zamanda onların daxilində vəhşi, mutant yaradırdı. Bu baxımdan «Həbsxanada duzlu uşaqlıq»da yer alan qeydlər də maraq doğurur. Əsərin kuliminasiya anı isə ondadır ki, müəllif o zaman tikilən yolun hazırda yenidən bataqlıq olduğuna diqqət çəkir və mistikaya varır: «Deyilənə görə, hərdən insan sümükləri bataqlığın üzərinə çıxır. Hətta insanların gözünə ölənlərin ruhları görünür. Bu ruhlar «Stalin xöşbəxtliyi» yolunu salırdılar, indi o yolun yerində bataqlıqdır. Bütün bunları unutmaq olarmı?»


Davamı →