xiridar
Reytinq
+1.31
Güc
0.00

xiridar

Xodda maşını,Nabrana sür (Gülağa və Cavid)

xodda maşını Nabrana sür, nə sizə gedək, nə bizə gedək
İki dənə ceyran götürək iki qardaş dənizə gedək.


Yenə şəhər od tutub yanır,yaydı bu cənnət Bakıda
Adam bayıra çıxa bilmir, istidi dəhşət Bakıda
Yenədə Nabrana min şükür,
xodda maşını Nabrana sür.


Nəyə lazımdır Bakının istisində əzab çəkək?
Manqalı bağdan götürək, gedək meşədə kabab çəkək
Sonra da Atlanta gedək, diskateka səhərə qədər
Cavansan cavanlığ elə, vermə cavanlığıvı hədər.
Axı beş günlükdür ömür...
xodda maşını Nabrana sür,
nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək
iki qardaş dənizə gedək


Yiyək-içək sərxoş olaq, səhərə qədər keyf eliyək
Ömrümüzun bir gününü əyləncəyə sərf eliyək.
Sərin yer sərin hava meşə də ki düz yanımızda
Bir oğlanda ata bilməz qızlara söz yanımızda
Atsa da istəyər üzr...
xodda maşını Nabrana sür,


Yarla əl-ələ sahildə gəzməyin öz ləzzəti var,
Dəniz ədə bir kəllə vurub üzməyin öz ləzzəti var.
Hər nə var dənizdə var nə var dəniz qırağında,
Dənizdən çıxıb eliyərik zaqar dəniz qırağında.
Gün bizi eyliyər kömür...
xodda maşını Nabrana sür,
nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək
iki qardaş dənizə gedək


Səndə qara nolyeddi,məndə də ağ nol yeddi,
Peredoku qalxıb yuxarı,nömrəsi nolnol yeddi,
Bardaçoka pivə yığaq baqaja bir yeşik araq
QAİ birdən qovar bizi,benzini də polnu bak vuraq.
Radarı qoyub bağda güdür
xodda maşını Nabrana sür,


Görsən əgər QAİ eliyir arxamızca miqat sürək,
Tutsa pravalar gedir, ikidən dördə at sürək.
Mən sürürəmsə səndə sür dayanma ay brat sürək,
Nabranacan maşın sürək, ordan o yana həyat sürək
Maşında sür həyatda sür...




Yayın ən məşhur mahnılarından biri. Sözlərin yazılmasında göstərdiyi kömyə görə Natiqə təşəkkürümü bildirirəm.


Davamı →

Pənco-pənco vurasan gərək (Eyvaz)

Deyirlər ki,araq cana ziyandı,
Amma,pənco-pənco vurasan gərək,
Bu sözü kim deyib Ətağa yalandı,
Dost-qardaşnan məncə vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.

Bu sözdən kiminsə təmannası var,
O deyıb arağın çox əmması var,
Gündüzlər vurmağın nə manası var?
Ya axşam,ya gecə vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.
Ardı →

Mahir-Ay brat,ay brat

Tutuldunsa voronokda,
Gedəcəksən etap.
Zona girəndə adını denən,
Bağlanaıbdır kitab.
Sən işlədin işləmədün,
Verəcəklər əzab.
Karsa girib narada yat,
Ay brat,ay brat.


Yenə türmə, yenə qazamat, ay brat,ay brat.
Yaxşısı azadə həyat,ay brat,ay brat.


Ardı →

Məşədibabanın Neyləmisən qəzəli

Sənə çox can dedim ey can,can olub neynəmisən?
Demə canan özüvə,canan olub neynəmisən?

Getmisən biganəni şad eyləmisən,
Həsrətinlə ürəyim al-qan olub neynəmisən?

Demə imkanım olanda səni yad eyləyirəm,
O qədər imkan olub, fürsət olub neynəmisən?

Dərmanım olsa da səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub neynəmisən?
Davamı →

Yaz yağışı-Yetim Eyvazın ifasında

Yetim Eyvaz adıyla tanınan Eyvaz Siyəzənli Azərbaycanın titulu,adı olmayan şairlərindədir. sözün düzünü deyən,əyrini yəri,düzü düz deyən bu şair Azərbaycandakı 5 kişidən biridir. Öz satirası ilə,şerləri ilə çoxlarının deyə bilmədiyi şeyləri deyir Eyvaz.Amma o həm də incə ruhlu,lirik təbiətli bir şairdir. Abşeron toylarında onun «Səni,yox,fotoşəklini», «Yağış yağır,ona qurban olum», «gör məni nə günlərə saldı məhəbbət», «qoca dünya» kimi mahnıları artıq şedevr sayılır. Onun ən gözəl,ən tanınmış mahnısı isə əlbəttə ki,«Yaz yağışı» sayıla bilər. Youtube-da gözəl musiqi ilə,lakin görüntüsü elə də yaxşı olmayan bir videosunu tapıb sizə göstərirəm. məxsusui olaraq söz qədrini başa düşənlər üçün şerin sözlərini də yazdım.
Ardı →

Azerbaycanlılar rusca meyxana deyir

Mehdi Xaçmazlı və Mehman Əhmədli rus dilində meyxana deyir. Bolşe takogo momenta ne naydesh(Belə anı bir də tapmayacaqsan).

мы с тобою были знакомы заочно,
ты мне позвонил- приходи срочно.
я из Баку, но я знаю что точно,
ты мою речи, акцента не найдешь.
Больше такого момента не найдешь



Ardı →