Pənco-pənco vurasan gərək (Eyvaz)

Deyirlər ki,araq cana ziyandı,
Amma,pənco-pənco vurasan gərək,
Bu sözü kim deyib Ətağa yalandı,
Dost-qardaşnan məncə vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.

Bu sözdən kiminsə təmannası var,
O deyıb arağın çox əmması var,
Gündüzlər vurmağın nə manası var?
Ya axşam,ya gecə vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.

Məclisdə ədəblə,həm ərkan ilə,
Sağında-solunda tar-kaman ilə,
Birdənə də bomba bir canan ilə,
Ürəkdən gülüncə,vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.

Arağı içəsən,deyib-güləsən,
Nə lazım çox içib şirə dönəsən,
Ölçüsün biləsən,yerin biləsən,
Ata qəbirə gedincə vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.

Doldur badələrdən yavaş-yavaş,
Paxmeldi 4 gündü ayılmır bu baş,
Deyənlər özü üçün qoy desin qardaş,
Qalmıyasan veylcə,vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.

Eyvazın içdiyi qram-qramdı,
Vaxtı vədə ilə aram-aramdı,
Artıq yeyiləndə pomidor haramdı,
Biləsən ki,necə vurasan gərək,
Amma,pənco-pənco vurasan gərək.
 

5 şərh

Bilici

Turgenev «Tüstü» romanında yazır: «Yalnız əsl incəsənətin, əsl elmin olmadığı yerdə anadangəlmə istedadlarla fəxr edə bilərlər. Dad anadangəlmə istedadların əlindən».


www.mia.az/news/10478.html — bu linkdəki yazını oxuyun


bu cür şeirlərə isə sözüm yoxdu


poeziyanı söyməyə ehtiyac yoxdu, bu şeirlər kifayətdir

xiridar
Turgenev qələt edir. Motsart anadangəlmə dahi idi.
Bu şer başa düşənlər üçündür. Əgər başa düşmürsünüzsə oxumayın.
Leyla
Sizin Motsartı tanıdığınıza sevindim.Sözümü pis mənada başa düşməyin.
kastanka
Oxuduq, başa düşdük, amma bir məna verə bilmədik..bu cür şerlər kimə lazımdı? Mənə lazım deyil.Əminəm ki,kayzençilərin çoxu da bu fikirdədir.
Magicboy
Obaaaaaaaaa, yeri vaaarrrr… Heyif araqla aram yoxdur, olmasa mən də pənco-pənco vurardım:)) Bu «pənco-pənco» sözünü birinci dəfə eşitsəm də ləzzət elədi. Gərək xiridardan xahiş edək pivə və kokteyl-Viski üçün də şerlər tapsın… Pis olmazdı:))