MASON
Reytinq
+548.51
Güc
1417.61

MASON

Hikmət

Cənnəti dadmaq istəyənlər üçün

Tanqo sözü latın dilindəki “tangere” sözündən götürülüb. Sözün mənası “toxunuş” deməkdir.  Rəqs kimi təxminən 1890-cı illərdə Uruqvayla Argentinanın sərhədində yerləşən Rio de la Plata ərazisində formalaşıb. Avropa və Afrika mədəniyyətinin vəhdətindən yaranan Tanqo sonradan dünyanan bütün yerlərinə yayılır.

Tanqo özündə sevgini, şəhvəti, qüssəni, həyəcanı, ağrını, azadlığı və birgəliyi ehtiva edir. Əbəs yerə demirlər ki, “Tanqo hisslərin rəqsidir”.  Tanqo sevgidir. O, sadəcə rəqs və ardıcıl xareoqrafiya elementlərindən ibarət hərəkətlər toplusu deyil. Tanqo iki ruhun, iki qəlbin, iki bədənin çılğın və məsum söhbətidir. O, improvizasiyadır. Tanqdoda hərəkətlərə, addımlara tabe olmaq mümkün deyil. Tanqoda idarə edən hisslərdir, siz sadəcə onu izləyirsiniz. El Flaco Dany Garcia deyir: “Tanqoda musiqi qulaqlarımdan daxil olur, ürəyimin süzgəcindən keçir və daha sonra ayaqlarımla ətrafa yayılır”.


Ardı →

Qayınana-Kürəkən "Fərqli baxış"

Ta bineyi qədimdən indiyə kimi mütəlif yerlərdə qayınanaya münasibət birmənalı olmayıbmış.Belə k, Banks adalarında kürəkənlə qayınana bir-birlərinə yaxınlaşa bilməzmiş, qəflətən yolda qarşılaşsalar, ya qadın bir tərəfə çəkilər, kürəkəni keçənə qədər arxasını çevirərmiş, ya da kürəkən.Vanna Lavada kürəkən sahildə qayınanasının gəzdiyi yerdə gəzə bilməz.Kürəkən yalnız dalğalar qadının ayaq izlərini yuyub sahildən izi itirdikdən sonra oradan keçə bilər.Bir-birlərinə müəyyən bir məsafədən səslənə bilərlər.Heç şübhəsiz ki, hər ikisi də bir-birinin adını çəkə bilməz.Ən maraqlısı isə Solomon adalarındadı:Solomon adalarında bir adam evləndiyi andan qayınanasını nə görə bilər,nə də onunla danışa bilər.Qayınanası ilə qarşılaşsa, kim olduğunu bilmirmiş kimi davranmalı və özünü saxlamaq üçün mümkün qədər sürətlə qadından uzaqlaşmalıdır. 


Ardı →

Şafak`ın "İskəndər"i

Bu yaxınlarda məşhur türk qadın yazarı Elif Şafakın romanlarından biri olan “İskəndər”i oxuyub bitirdim.Bu yeni roman oxucuya Fərat çayı yaxınlarında yerləşən Mala Çar Bayan adlı kürd kəndində yaşayan, sonradan Londona köçən kürd-türk əsilli bir ailənin faciəsi şəklində təqdim olunur.Əsər bu kənddə yaşayan onbir nəfərdən ibarət ailənin sonuncu iki nümayəndəsindən biri olan Pəmbə Kaderin (digəri Cəmilə Yeter) kədərli həyat hekayəsinin qızı Əsma tərəfindən onun həqiqi ölümündən sonra yazdığı əlyazmalardan ibarətdir.Təsadüfən Pəmbənin həqiqi ölümü ifadəsini işlətmədim,belə ki, bir dəfə Pəmbənin oğlu İskəndər tərəfindən öldürüldüyü zənn edilmiş və İskəndərə buna görə 13 il həbs cəzası da verlmişdi.Amma əslində İskəndər səhvən anasının yerinə onun Londona qonaq gələn əkiz bacısı Cəmiləni öldürmüş,Pəmbəyə çox yaxın bəzi insanlardan başqa heç kim bunun fərqinə varmamışdır.
Davamı →

Maraqlı aforizmlər

Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram(Mahatma Qandı)

Eger bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.

Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)

Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.QANDİ)
Ardı →

Biz insan deyilik...

İnsan- öz azadlığı


Biz – insan deyilik, kişiyik, müsəlmanıq, yerliyik, qohumuq, qadınıq, valideynik, qonşuyuq, qardaşıq, bacıyıq, övladıq, əmiyik, dayıyıq, kürəkənik, yeznəyik, gəlinik, qayınatayıq, qayınanayıq, məhlə uşağıyıq, iş yoldaşıyıq, tanışıq… bir sözlə, biz azərbaycanlıyıq. Amma insan… deyilik.Kişilik, müsəlmanlıq, qadınlıq, qonşuluq… bunların hər biri müəyyən bir roldur. Hər bir rolun öz normalar kodeksi var. Məsələn, qadın olmaq qadınlıq rolunun normalar kodeksini icra etmək deməkdir. Misal üçün qadınlıq kodeksimizdə “ağır olmaq” dəyərdir, əksinə, yüngüllük bu kodeksdən kənara çıxmaqdır, ayıbdır. Bütövlükdə, azərbaycanlılıq kodeksindəki dəyərlər milli mənəvi dəyərlər adı verilən davranış oriyentrləridir. Və bütövlükdə, azərbaycanlılığın normalar kodeksi mentalitet deyilən şeydir. Dilimizdə yaxşı və ya pis adam öz rolunu (məsələn, qonşuluq rolunu, qayınanalıq rolunu və s.) yaxşı və ya pis icra edən adam deməkdir. Ümumiyyətlə, mənim müşahidəmə görə, “adamlıq” sözünü biz “azərbaycanlılıq” mənasında işlədirik.Azərbaycanlı olmaq milli-mənəvi dəyərlərə görə hərəkət etmək, milli mentaliteti yerinə yetirmək deməkdir.


Ardı →

Alber Kamyu- esseler

Prometey cəhənnəmdə

Müqavimət göstərən olmayanada Allah mənə “əskik” təsiri bağışlayır. (Prometey Qafqazda). Bugünün insanı üçün Prometey nədir? Hərçənd ki, Allahlaramüqavimət göstərən bu adam çağdaş insan üçün örnək sayıla bilər. Deyə bilərik ki, min illər əvvəlki bu qarşıçıxma bu gün tarixin əvəzsiz sarsıntısı ilə sona çatır. Amma bir yandan da adama elə gəlir ki, bu alçaldılmış insan bizim aramızda da əzilə-əzilə gedir, dünyaya saldığı səs-sədaya, insanı dəyişdirməyin əks-sədasına qarşı hamımız karıq. Həqiqətən bugün saysız-hesabsız insan yığınları bu dar dünyada əzab çəkirlər. İstilikdən, yeməkdən məhrum insan üçün azadlıq heç də tələsik olmayan bir lüksdür. Hələ çətin günləri qabaqdadı insanların, azadlıq və onun şahidləri getdikcə azalacaq. Promotey insanlara atəşi və azadlığı, texnikaları və sənətləri bir yerdə verməyə qadir olan qəhrəmadı. Bügünki insanlıqsa ancaq texnikaya ehtiyac duyur, ancaq onun qayğısındadır. Inqilabını makinasının içində eləyir. Hesab eləyir ki, sənəti və ona bağlı olan hər şeyi bir əngəl və köləlik nişanəsidi. Prometeyin fərqliliyi tam əksinə, makinanı (aləti) sənətdən ayırmasıdır. O qədər bədənlər və ruhlar bir yerdə də azadlığa qovuşa bilərlər. Bugünün insanı düşünür ki, əvvəlcə bədənin xilas olmalıdı. Bu yöndə ruhun bir müddətlik ölməsinə belə razı olur. Amma ruh bir müddət üçün ölə bilərmi?
Ardı →

Təkayaqlı casus qadın Virciniya Hai


Dünyada tanınmış casuslar arasında qadınlar da özlərinəməxsus iz buraxıblar. Onlardan biri də Virciniya Haildir. Virciniya Hail 1907-ci ildə adlı-sanlı, varlı bir ailədə dünyaya gəlib. Virciniya hələ uşaq yaşlarından öz çalışqanlığı, bacarığı ilə valideynlərinin rəğbətini qazana bilmişdi. O, orta məktəbdə oxuduğu müddətdə öz çalışqanlığı, dərslərdə fəallığı ilə yaşıdlarından seçilirdi. Atası da qızının bu cür çalışqanlığını nəzərə alaraq, onu təhsil alması üçün Parisə göndərir. Daha sonra Virciniya Almaniyada və Vyanada təhsilini davam etdirir. Gələcəyin casusu ilə təhsilini fərqlənmə başa vurur. Həmin dövrdə Virciniyanın ailəsində hər şey normal gedirdi. Bir sözlə, o dövrdə Virciniya qayğısız bır həyat yaşayırdı.
Ardı →

Bəhlul Danəndənin gördükləri

Bəhlul Danəndə bir gün Harun ər-Rəşiddən vəzifə istədi. Harun ər-Rəşid də ona çarşı-bazar ağalığını tapşırdı. Bəhlul dərhal işə başladı. Əvvəlcə, çörəkçinin yanına getdi. Bir neçə çörəyi çəkdi, hamısı çəkisindən az idi. Çörəkçidən:

— Həyatından razısan, dolana bilirsənmi? — deyə soruşdu.

Çörəkçinin bütün suallara cavabı mənfi idi. Heç bir şeydən razı deyildi.

Bəhlul bir söz demədən oradan ayrıldı və başqa bir çörəkçinin yanına getdi. Orada bir neçə çörəyi çəkdi. Gördü ki, bütün çörəklər çəkisindən ağır gəlir. Eyni sualları ona da verdi və hər suala müsbət cavab aldı. Bəhlul oradan birbaşa Harun ər-Rəşidin yanına getdi və yeni bir vəzifə istədi. Harun ər-Rəşid:

— Bəhlul, sənə daha yeni vəzifə verdim. Nə tez bezdin? — dedi.

Bəhlul cavab verdi:

— Şahım, çarşı-bazarın ağası var imiş. Məndən əvvəl çörəkləri çəkib, tərəziləri yoxlayıb, hər kəsə də hesabını verib. Artıq mənə ehtiyac yoxdur.

Davamı →

Ana-Övlad sevgisi

Bir ananın iki balası varmış. Ən kiçiyi beş yaşında olarmış. Bir gün ana sonbeşiyini əzizləyərkən uşaq anasından soruşur:


-Əziz ana, sən mənim səni nə qədər çox sevdiyimi bilməzsən. Bəlkə də, məni sən o qədər sevməzsən.

-Niyə oğlum?

-Çünki balan ikidir:

Sənin könlün iki eşq ilə vurar,


Mənim isə yalnız bir sevgili ANAm var.

Davamı →

İslandiya - buzlaqlar və göy qurşaqları ölkəsi

İslandiya-uzaq Şimal ölkəsiAtlantik okeanının şimalında yerləşən İslandiya əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edib. Bu da təsadüfi deyil. Soyuq iqlim qurşağında yerləşən İslandiya istər yayda, istərsə də qışda özünəməxsus təbii gözəlliyə malikdir. Bu gözəlliyi İslandiyada ilboyu müşahidə etmək mümkündür. İslandiyanın ecazkar gözəlliyi onun özünəməxsus iqlim şəraitinə malik olması ilə bağlıdır. İslandiyanın havasına iki dənizin su axını (isti Şimali Atlantika, qolfstrim və soyuq Şərqi Qrenlandiya), həmçinin Arktikadan gələn üzən buzlaqlar təsir göstərir. İslandiyada ən isti aylar iyul və avqust hesab edilir. Ölkənin paytaxtı Reykyavikdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava tez dəyişir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır. Noyabrın ortalarından başlayaraq, ölkə qaranlığa qərq olur və qütb gecələri başlayır. Bu, yanvarın sonlarına kimi davam edir.
Ardı →