BMT sisteminin iqtisadi müəssisələri və onların fəaliyyət istiqamətləri

BMT-nin təşkilatları tərəfindən həll edilən bir sıra məsələlər çox geniş olmaqla, son vaxtlar ön plana siyasi məsələlər deyil, iqtisadi məsələlər çıxır. Belə pro­blemlərə aşağıdakılar aid edilir:
  1. müasir dünyanın qlobal iqtisadi problemləri;
  2. inkişaf məqsədilə köməklik göstərmək;
  3. nisbətən az inkişaf etmiş və keçid iqtisadiyyatında olan ölkələrə yardım etmək;
  4. təbiətin müdafiəsi fəaliyyəti və ətraf mühitin mühafi­zəsi məsələləri;
  5. fövqəladə hallarda humanitar yardım göstərmək.
Qlobal iqtisadi problemlər makroiqtisadi, əhali artımı, statistika,  elm və texnika, dövlətin  idarə  edilməsi,  maliyyə  və
Digər sahələri  əhatə edir.   XX əsrin  90-cı  illərində  BMT-nin qlobal inkişafının müxtəlif aspektləri üzrə apardığı araşdır­malar dünya ictimaiyyəti qarşısında ilk növbədə iqtisadi mə­sələlərdə möhkəm inkişaf əldə etmək, təbiətin qorunması və sosial istiqamətli prioritet vəzifələr qoymuşdur.
BMT-nin inkişaf məqsədi ilə köməyi (BMT operativ fəaliyyəti) fondların yaradılması, ölkələr və regionlar sə­viy­yə­sin­də layihə proqramlarının hazırlanması üçün bütün resurs­ların səfərbər edilməsinə istiqamətlənir. Son vaxtlar möhkəm müəyyən edilmiş sosial inkişafın tələbləri nəzərə alınmaqla bu fəaliyyət dəyişmişdir. BMT-nin fond və pro­qram xətti ilə (EKOCOC) hər il əvəzsiz köməyin həcmi 4-5 mlrd. dollar təşkil edir. Bu vəsait əsasən ən kasıb ölkələrə is­tiqamətləndirilmişdir. Baltikyanı ölkələr, MDB dövlətləri, Mərkəzi Avropa, Rusiya bu fond və proqramın genişlənmə­sinə kömək edirlər.
BMT-nin iqtisadi işində əsas diqqət ən yoxsul ölkə və region qruplarına – Afrikaya, yoxsul ölkələr və dövlətlərə nisbətən inkişaf etmiş ölkələrə (qrupda 48 ölkədə hər adam­başına düşən gəlir çox aşağıdır, Afrikada bu daha üstünlük təşkil edir), kiçik ada dövlətlərinə edilir. Son illər BMT dünya təsərrüfatında inteqrasiya və bazar iqtisadiyyatı insti­tutlarını tətbiq etmək məqsədi ilə keçid iqtisadiyyatı ölkələri ilə də iş aparır.
BMT-nin işində aparılan başlıca işlərdən biri təbiətin qorunması üzrə fəaliyyətidir. BMT-nin davamlı inkişaf üzrə Komissiyası (bu istiqamətdə ictimai gücü əlaqələndirmək üçün siyasi bir orqan kimi) və BMT-nin ətraf mühit haq­qında Proqramı (YUNEP – təbiətin mühafizəsini yaratmaq üçün aparıcı bir təşkilat kimi)  ətraf mühitin qorunmasına kompleks yanaşmanı təmin edir, ekoloji normativlərin və standartların işlənib hazırlanmasını, ayrı-ayrı bölmələrdə müvafiq qaydaların (qlobal iqlimin mühafizə olunması, tul­lantılarla təhlükəsizlik davranışı, bioloji müxtəlifliyin qorunması, meşələrdən istifa­də­nin səmərəliliyi, atmosferin, də­nizlərin, okeanların çirklən­məsinə qarşı mübarizənin)  yaranmasını təmin edir. Qlobal təbiəti mühafizə fəaliyyəti, resurs təmi­natı, qlobal ekoloji yondu, YUNEF fondu, müxtəlif bəyan­namələr çərçivəsində birbaşa fondlar və daxil olan donar fondları hesabına həyata keçirilir. Ətraf mühitin mühafizəsi və inkişafı üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiy­asının qərarlarında (23-27 iyun 1997-ci il) o cümlədən BMT-nin gələcək prioritet fəaliyyət istiqa­mətlərinə, həmçinin enerjidən istifadə olunma möh­kəmliyi, nəqliyyat, şirin sularla təmin olunma, meşədən istifadə olunmanın səmərəliliyi, öl­kələr tərəfindən resursların və istehsalın qorunub saxlanması üzrə istehlak modelinin tətbiq edilməsi kimi məsələlər də da­xil edilmişdir.
Son illərdə fövqəladə hallarda humanitar yardım gö­stərmək məsələləri BMT-nin işində ön plana çəkilmişdir. Tə­bii fəlakətlərin ənənəvi nəzərə alınması ilə yanaşı təşkilat siy­asi, etnik və digər əsasda baş verən kompleks humanitar böhran­ların yerini doldurmaq üçün daha çox cəlb olunur. Fövqəladə hallarda əziyyət çəkən əhalinin sayı artır və o hər il 3-4 mlrd. dollar həcmində dəyişir.
BMT-nin iqtisadi istiqamətdə fəaliyyəti qlobal iqtisadi inkişaf, onun mövcud və perspektiv, o cümlədən informasiy­anın inkişafı, ölkələrin və regionların vəziyyəti, ekspert – məsləhət xidmətinin göstərilməsi, norma və standartların iş­lənib-hazırlanmasına yardım, konkret proqram və layihələrin həyata keçirilməsi fövqəladə və böhran vəziyyətində kömək­lik göstərməsi və digər istiqamətləri əhatə edir.
 

0 şərh