İş effektivliyinə təsir edən daha bir faktor – işçilərlə maraqlanma

1924-cü ildə Amerikada Westinghouse Fabrikinda bir təcrübə  aparılmışdır. 500 nəfərin işlədiyi bir fabrikdə fiziklər, kimyaçılar, fərqli elm sahibləri işığın artırılmasının orada işləyənlərin üzərində nə kimi təsirləri olacağına aid bir araşdırma aparmaq üçün toplanmışdılar.
İşçilər işləyərkən fabrikin işığı yavaş yavaş artırılmış, buna uyğun olaraq da iş məhsuldarlığı artmışdır. Bir müddətdən sonra işığın artmasının bundan çox olması mümkünsüz olduğundan məcburən işığı artmasını dayandırdılar. Araşdırma aparanlar, artıq məmnun idilər, çünki, Onlar artıq işıqla iş effektivliyi arasında bir asılılıq müəyyən etmişdilər. Ancaq, psixoloqlar bunun səbəbinin işığın səviyyəsi ilə birbaşa olmadığı qənaətinə gəlmişdilər. Onlar, işığı yavaş-yavaş azaltmağa başladılar. İşığın azalmasına baxmayaraq iş məhsuldarlığı yenə də artırdı. Günlər ötür, məhsuldarlıq yeə də artırdı.
Uzun sürən araşdırmadan sonra hər şey artıq  məlum idi. Orada olan 500 işçi belə böyük elm adamlarının Onlarla maraqlandıqlarını görüb daha çox işləmişdilər. Özlərinə önəm verildiyini görmüşdülər. İşığın artmasının və ya azalmasının deyil, işçilərə müsbət təsir edən effektin Onlarla maraqlanmanın olması qənaətinə gəlinmişdir.
Deyilənə görə iş həyatında insani münasibətlərlə əlaqədar bu ilk təcrübə idi və bu təcrübənin paylaşımından sonra bir çox rəhbərlər işçilərlə maraqlanmanın nə dərəcədə effektli olduğunu artıq başa düşdülər.

Nüvit Osmay – İnsan Mühəndisliyi

 

0 şərh