Ordusu olmayan ölkələr

Ordu ölkənin təhlükəsizliyinin əsas təminatıdır. Amma bu bütün ölkələr üçün belə deyil. Bəzi dövlətlər həm çoğrafi mövqeləri, həm də sahib olduqları dövlət quruluşu sayəsində orduya heç bir gərək duymurlar. Ən kicik hərbi gücə belə sahib olmayan və çoxu ada dövlət olan bu ölkələr hərbi məqsədlərə hər il milyard dollarlarla vəsait ayıran ölkələrdən fərqli olaraq daha sakit yaşayırlar.
1.Solomon adaları
Solomon adaları yüzlərlə xırda adadan ibarətdir. Ölkədə təhlükəsizliyə polis qüvvələri nəzarət edir. Ölkədə hər hansı savaş çıxacağı təqdirdə isə buna Avstraliya müdaxilə edəcək.
2.Kosta Rika
Ölkədə bir zamanlar ordu olub. Ancaq 1948-ci ildə prezident olan Jose Fiqueres Ferrer 2 min insanın ölümünə səbəb olan daxili çəkişmələrdən sonra ordunu ləğv edib. Amerika ölkələri qarşılıqlı anlaşmasına görə, hər hansı ölkə Kosta Rikaya hücum etsə ABŞ, Çili və Kubanın da aralarında olduğu 21 ölkə Kosta Rikanın müdafiəsinə qalxacaq.
3.Samoa
Samoa hərbi gücə ehtiyacı yaranacağı təqdirdə, Avstraliyaya müraciət etmək haqqında saziş imzalayıb.
4.Andorra
Heç bir ordusu olmayan Andorra 1914-cü ildə 10 nəfərlik hərbi heyətlə Almaniyaya hücum etməyə cəhd edib. Hazırda ölkədə 240 nəfərlik hüquq-mühafizə dəstəsi var. Andorrada odlu silahı olan kişilərin polis güclərinə qatılmağı şərtdir. Bundan başqa Andorranın 3 müdafiəçisi var. Bunlar Fransa, İspaniya və NATO-dur.
5. Marşall adaları
Adaların mühafizəsini ABŞ öhdəsinə götürüb. Hökumət daxili sabitliyi qorumaq üçün polis təşkilatı yaradıb.
6. Lixtenşteyn
Ölkə 1868-ci ildə Avstriya –Prussiya savaşından sonra büdcəyə ziyan vurduğu üçün ordunu ləğv edir. Ölkə daxilində təhlükəsizliyi təmin etmək üçün polis qurumu yaradılıb. Bundan sonra bir necə dəfə dövlət rəsmiləri ordu qurmaq istəsələr də, büdcə buna imkan vermir. Hazırda baş verəcək bir hücum halında ölkəni qoruyacaq hərbi sistem yoxdur.
7. Vatikan
Dünyanın ən kiçik ölkəsi olan Vatikan qanunlara görə, ordu yarada bilmir. Bu gün Vatikan isveçrəli mühafizəçilər tərəfindən qorunur. Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdır. Ölkədə jandarma qüvvələri də var. Şəhər isə ümumilkdə İtaliyanın himayəsi altındadır.
Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&nid=50794
 

7 şərh

Aynur
«Heç bir ordusu olmayan Andorra 1914-cü ildə 10 nəfərlik hərbi heyətlə Almaniyaya hücum etməyə cəhd edib.»
Almaniya gör nə gündə imiş ki,ona Andorra 10 nəfərlə hücum edib. Almanların yerinə utandım:)
papatürk
Yerinə utandığınız Almaniya həmin 1914-cü ildə bütün Avropanı fəth etmək istəyirdi və buna nail olmağa da yaxın idi.
azadmamedov90
cox qeribedir,heqiqetende gulmeli hemcinin aglamali olan fakt...goresen bu ingilisler evveller o romalilar daha onceleri ise misirliler ve daha basqalari olublar...???
Medikamentoz
Bəlkə də Andorra adı altında başqaları hücum edib.İndi bir ordunun edə bilmədiyini 3 kəşfiyyatçı edə bilər.
pascal
Sadalanan ölkələrin  «dişə dəyən»  təbii sərvətləri olsaydı, güclü orduları da olardı. Dəqiq bilməsəm də, yəqin, bu ölkələrin də təbii sərvətləri var, amma, yenə deyirəm, «dişə dəyən». Kipr, İraq, Misir, Liviya, Suriya və saymadığım, mədəni surətdə «işğal olunmuş» ölkələr kimi çoxdan da işğal olunmuşdular. Bu ölkələr arasında bir az populyar olan Vatikandır, orda da Papadan qiymətli «sərvət» yoxdur deyəsən. Onunda ki, arxasında İtaliya durub. 
pascal
Və təbii sərvətlərdən başqa bir də, yalnız o ölkələr «qiymətli» olur ki, strateji əhəmiyyətə malik coğrafi ərazidə yerləşsin. Qiqant dövlətlərə yalnız bunlar lazımdır.
Medikamentoz
Vatikanda yaşamaq istəyərdim :)