Bloq haqda
Fəlsəfə,fəlsəfə tarixi,böyük filosoflar,fəlsəfi dünyagörüşlər
Fəlsəfə haqqında mühazirə materialları əsasında
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (26)
IDEAL Boz Elsamir TM-çi bloqçu mr13 Bella luminat fistaşka pedaqoq ORIGINAL Niyaz Qiyasli Nailə Qasarayeva Xrizoberil Mysteryo music_and_love kulturoloq Aristotel yravilВсе читатели блога
Təbiət
a) Təbiət varlığın təzahürüdür
«Təbiət» anlayışı bir sıra mənalarda işlədilir. Bəzi lüğətlərdə təbiət– canlı, təbii kainat, bütün dünya, görünən hər şey, 5 hiss üzvünün qəbul etdiyi nə varsa mənasında şərh olunur. Sadələşdirilmiş şəkildə geniş formada yayılmış təbiət anlayışı altında bizim dünya, yer və onun üzərində yaradılan hər şey başa düşülürdü. Lakin hazırda bu anlayışın tərifləri də müəyyənləşdirilməkdədir. Ancaq hər dəfə bu tərifə müxtəlif əlamətlər və cizgilər əlavə olunmaqdadır. Yəni təriflərin sayı az deyildir. Onlardan birində təbiətə münasibət dedikdə məskun olunan yerə münasibət kimi başa düşülürdü. Digərində isə təbiətə münasibət dedikdə, bu, təbiətin insan fəaliyyətinin və elmi idrakın obyektinə çevrilməsi kimi şərh olunur.
Ardı
- ?
- 13 may 2012, 13:41
- pedaqoq
- şərh əlavə et
Dialektik fəlsəfənin kateqoriyaları. Zərurət və təsadüf
Məlum olduğu kimi, kerçəkliyin hansı sahəsini öyrənib öyrənməməsindən asılı olmayaraq hər bir elm təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalar– yəni ümumi anlayışlar sistemindən istifadə edilir.
Ümumiyyətlə, fəlsəfi kateqoriyalar gerçəkliyin ümumi cəhətlərini və əlaqələrini, tərəflərini və xassələrini əks etdirən anlayışlardır. Biz artıq bu kateqoriyalardan təkcə, xüsusi və ümumi haqqında qısa da olsa məlumat vermişik. Əslində dialektikanın kateqoriyaları insanların min illər boyu davam edən təcrübəsinin, onların əmək fəaliyyəti və idrakının yekunu, ümumiləşdirilməsidir. Bəzi tədqiqatçıların fikrincə, dünyanı dərk etməyin pillələridir. Həmin kateqoriyalardan zərurət və təsadüf, azadlıq və zərurət, azadlıq və məsuliyyət, forma və məzmun, mahiyyət və hadisə, səbəb və nəticə, imkan və gerçəklik haqqında bir az ətraflı danışaq.
Ardı
- ?
- 04 may 2012, 22:44
- pedaqoq
- şərh əlavə et
Kəmiyyətin keyfiyyətə keçməsi qanunu
Ardı
- ?
- 13 aprel 2012, 14:55
- pedaqoq
- şərh əlavə et
Dərvişlər
İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. «Dərviş» fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər deyillər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.
«Dərviş» sözü zaman-zaman geniş coğrafi məkanda uzun müddət istifadə edilməsi səbəbiylə dəyişik və daha geniş mənalar qazanıb. Məsələn, dərvişliyin bir mənası yoxsulluq və könül zənginliyi olubsa, ikinci mənası faniliyi ifadə edib.
Ardı
- ?
- 11 aprel 2012, 14:36
- Ali_Aliyev
- şərh əlavə et
XX əsrdə fəlsəfi cərəyanlar
a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası;
b) «Həyat fəlsəfəsi», Şopenhauer və Nitşe;
c) Freydizm və yeni Freydizm;
ç) Neopozitivizm;
d) Elmin fəlsəfəsi;
e) Fəlsəfi antropologiya;
ə) Ekzistensializm;
f) Personalizm;
g) Praqmatizm;
ğ) Neotomizm;
h) Sovet fəlsəfəsi.
Ardı
Formasiya
Ardı
- ?
- 11 fevral 2012, 00:05
- Bakılı
- şərh əlavə et
Şəxsi mülkiyyət
Qoca dünyamız son min illərdə xüsusilə son 200 ildə 4,5 milyard ilə nisbətən daha dəhşətli hadisələrə şahidlik etmişdir. Bu vəziyyət bir növün özü-özünü məhv etmə prosesidir.Bəşəriyyət tarixi boyu heç bir canlı növü öz növünə qarşı bu qədər amansız olmamışdır.İnsanlığın qəddarlığının biz və bizdən əvvəlki nəsillər müharibələrdə, genositlərdə, şovinist-irqçi siysətin əyani şahidi olub və böyük ehtimalla şahidi olacaqdır.
Ardı
- ?
- 07 fevral 2012, 00:05
- Niyaz
- şərh əlavə et
Satanizm
Satanizm – Şeytana sitayiş edən dindir. Bu dində Satana güc və höküm simvoludur.
Satanizmin rəqəmi 666, bəzi hallarda 616 hesab edilir. Heyvan rəqəmi (666) İncildə qeyd edilmiş satanizm rəqəmidir. Böyük heyvan, və ya Antixristin rəqəmi hesab edilir. Amma satanizmin böyük banisi olan Anton Laveyin dediyinə görə, 666 rəqəminin elə də mənası yoxdur, bu sadəcə boş inamdır.
Ardı
Sürrealizm
Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner («sürrealizm» terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar.Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik,irrosionallıq,standartlara cavab verməmək xarakterikdir.Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq,əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır.Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir».
Ardı
Freydizm haqda bir neçə söz

Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.
… Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur.
Ardı
- ?
- 16 yanvar 2012, 22:58
- Niyaz
- şərh əlavə et
