Qəhvə-Coffea Arabica

  • Flora
Qəhvə boyaqotu Rubiaceae fəsiləsindəndir.Lazımi miqdarda istifadə olunduqda,orqanizmin fəaliyyəti və qüvvəti xeyli artır,eyni zamanda fiziki və zehni yorğunluq götürülür.
Qəhvə poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır.Bu ağacın isə əsl vətəni Həbəşistan və Ərəb ölkələridir.Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında becərilir.Lakin hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Braziliyadır.Bu ölkələrdə qəhvə ağaclarının beynəlxalq əhəmiyyətli plantasiyaları vardır.


Maraqlıdır ki,qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyildir.Məsələn bu günə qədər qəhvə ağacını nə Avropa ölkələrində nə də digər ölkələrdə becərmək mümkün olmamışdır.
Qəhvə ağacı xeyli məhsuldar bitkidir.O ildə 3 dəfə meyvə verir.Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir.,hər bir meyvəsində qalın qabıqla örtülmüş,yastı qabarıq şəkildə iki toxumu yerləşir.
Toxumlarının tərkibində kofein alkaloidi,2%-əqədər kofein,20%-ə qədər aşı maddə,40%-ə qədər piyli yağ,0,2%-efir yağı,şəkər, üzvi turşular və digər vacib maddələr vardır.

qəhvə (kofe) bitkisi
Bir çay qaşığı qəhvə paraşokunda 0,2%kofein olur.Bu miqdarda qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır,zehni və fiziki qabiliyyəti yüksəlir,əhval-ruhiyyəsi yaxşılaşır.
Yadda saxlamaq lazımdır ki,qəhvəni hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz,çünki belə şəraitdə qəhvənin tərkibində olan müalicə əhəmiyyətli maddələr efir yağı,kofein və digər qiymətli maddələr parçalanaraq öz təsirini itirir.Nəticədə qəhvəyə xas olan xoş ətirli iyi və dadı,eləcə də başqa müalicəvi maddələrin təsiri yox dərəcəsinə çatır.
Qəhvə çox faydalı və qiymətli təbii nemətdir.Lakin ondan lazımi qədər istifadə etmək məqsədə uyğundur.
Qəhvə haqqında olan bu gözəl fransız melodiyasından sonra qəhvə içmək istəyəcəksiniz:

 

14 şərh

Sufi
İlahi bu nə musiqi! mən kofe istəyirəm!!!
təpəgöz
Bilirəm,hamı o dəqiqə musiqini axtarmağa getdi.Musiqnin sözlərini qoyuram.mənə + verərsiniz:=) Mahnı Oldelaf Et Monsieur D adlı fransız duetinindir.Prikol mahnılar oxumağı xoşlayırlar.

Pour bien commencer
ma petite journée
et me réveiller moi
je pris un café

Un arabica
noir et bien corsé
j'enfile ma parca
sa y'est je peux y'aller

«Où est-ce que tu vas»
me cri mon aimée
«prenons un kawa je viens de me lever»
étant en avance
et un peu forcé
je change de sens et reprend un café

A huit heure moins le quart
Faut bien avouer
les bureaux sont vides on pourrait s'ennuyer

Mais je reste calme
je sais m'adapter
l'temps qu'ils arrivent
j'ai le temps pour un café


La journée s'emballe
tout le monde peut bosser au moins jusqu'à l'heure...
de la pause café

Ma secrétaire rentre
«jlé faire comme vous l'aimez»
Ah mince j'viens d'en prendre
mais maintenant qu'il est fait

Un repas d'affaire
tout près du sentier
Il fait un temps superbe mais je me sens stréssé
mes collègues se marrent
«T'es trop fort René!!!»
«Prend un bon cigare et un p'tit café»

Une fois fini
mes collègues crevés
j'appelle un taxi ...
mais moi j'ai envie de sauté!!!
Je fais tout Paris
pi je vois un troquet
j'commande un déca.
mais re-caféiné

hummm...
hummmmm...
etc...(partie instrumentale)

J'arrive au bureau
ma secrétaire me fait:
«Vous êtes un peu en retard je me suis inquiétée!»
oh! j'la jette par la f'nêtre
!!!
elle l'avait bien cherché !!!
T'façon faut que je rentre
mais d'abord un café!!!

Attendant le métro
je me fais agrésser
une p'tite vieille me dit:
«heu vous avez l'heure s'il vous plaît?»

hé! j'lui casse la tête et j'la pousse sur le quai!!!
Je file à la maison et j'me sert un… devinez?!!

«Papa mon papa!
En classe je suis premier!»

P'TIN MAIS QUOI!!!
T'VAS ARRETER D'ME FAIRE ...
CHIER!!!
MAIS QU'IL EST CON CE GOSSE!!!
PI EN PLUS IL S'MET A CHIALER
!!!
J'M'ENFERME DANS LA CUISINE!!!
IL RESTE UN PEU DE CAFE!!!

CA FAIT QUELQUES JOURS QUE JE SUIS ENFERME!!!
CHUIS SEUL DANS MA CUISINE ET JE BOIS DU CAFE!!!
IL FAUDRA BIEN Q'JE DORME!!!
LES FLICS VONT M'CHOPPER!!!
ALORS JE COULE UNE BANK ET J'REPREND DU CAFE!!!!

hummmm...
hummmm...
ramzes
Camaat reytinqdən ötrü allah evinə gedir))))))
şərh silinmişdir
papatürk

Ay camaat,kofe içməyin,yoxsa Diorun gününə düşəcəksiniz. Qız çox kofe içməkdən ağlını itirib:) İnanmırsınızsa baxın:






Mahnın həqiqətən yeri var.

Freddie
Qəşəng qız imiş :)
Dior
Bir ALLAH bilir ki,indi nə gündəyəm ölmüşəme gülməkdən. :)
Vaxseyy nə gündə imişəm.Xəbərim də yoxdu))
p.s videoya axıra qədər baxmadım.
ramzes
Qəhvənin vətəni düzdür Həbəşistandır, amma bilməyənlər ola bilər, yəni indiki Efiopiya
niqulya
Mən də bu videonun bəzi nümunələrini tapıb bloquma qoydum.Dior,belə maraqlı mahnıya görə dostlara əlavə edildin.Minimum 3 gün gözəl musiqiyə qulaq asacam.
Dior
ALLAH bu mahnını bura yükləyənlərin canını sağ eləsin.))
2ral
Oldelafın Le Cafe mahnısınə çatmasa da,kofe haqqında daha bir maraqlı klip var.
donkey donkey,
whats in da trunkey?
coffee coffee,
i like coffee


Dr_Həkim

Qəhvənin ziyanları


Gündə 4-5 stəkan qəhvə içdikdə təzyiq yüksəlir. Həmçinin həddən artıq qəhvədən istifadə etmək ürək döyüntülərinin artmasına səbəb olur.
Qəhvə mədə yarasına təsir edərək, yaranı daha da dərinləşdirir. Buna görə də mədəsi xəstə olanların gündə 2 fincandan çox qəhvə içmələri məsləhət görülmür. Şəkər xəstəliyi olanların da qəhvə içməsi məqsədəuyğun deyil. Qəhvə orqanizmdə su itkisinə səbəb olur.
Qəhvənin tərkibindəki kofeinin ana bətnindəki körpəyə zərərli olduğu da məlumdur.


Qəhvənin faydaları


Yaşıl və qara çay kimi qəhvə də antioksidləşdiricilərlə zəngindir ki, bu da xərçəng xəstəliyinə yol açan hüceyrələrin çoxalmasının qarşısını alır.
Gündə 4 stəkan qəhvə içmək öd kisəsi və qaraciyər üçün faydalıdır.
Qəhvə uşaqların zehni inkişafına müsbət təsir edir.

jolie
Super mahnı.Buna qulaq asandan sonra necə kofe icmeyəsən? Adamın sümüyünə düşür mahnı.
SHATENKA407

deyilənə görə hətta çox içdikdə insan «piyan» olur,keflənir :)
ama mənim heç aram yoxduda  kofeylə..