Uşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər
1. Uşaqlıqdan kənar hamiləlik normal inkişaf edib uşağın dünyaya gəlməsi ilə nəticələnə bilməz. Bu birmənalıdır.
Uşaqlıqdan əlavə qadın orqanizmində uşağın inkişafı üçün uyğun olan orqan yoxdur. Bəzən eşidmək olur ki, hansısa qadının qarın doşluğunda uşaq inkişaf edib və sağlam doğulub. Bu cəfəngiyatdır. Dölün inkişafı üçün qidalı maddələr və oksigen lazımdır. Bunun üçün mayalanmadan sonra döl uşaqlığa düşür və uşaqlığın divarına implantasiya edir (bərkidilir). Bu yerdə kapilyarlar və damarlar əmələ gəlir və daha sonra cift formalaşır. Bu damarların vasitəsi ilə döl uşaqlıqdan ona lazım olan maddələri alır.
2. Bəzi qadınlar fikirləşir ki, hamiləliyin əvvəlində qarının aşağı hissəsində olan ağrılar və qanlı ifrazatlar normal haldır. Lakin bu belə deyil. Bir çox hallarda belə ağrılar və ifrazatlar uşaqlıqdan kənar hamiləliyin ilk simptomlarıdır. Bu səbəbdən özündə bu kimi simptomları aşkar etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir.
Ardı →