Рейтинг
+14.46

Hər şey daxil

8 üzv, 10 topik

Yaşınızı Təxmin edək...

 Testin sonunda sizin neçə yaşınız olduğunu «deyəcəyik»
 1. Ağlınızda 1 ilə 10 rəqəmləri arasından bir rəqəm tutun.
2. Ağlınızda tutduğunuz rəqəmi 2 yə vurun. 
3. Alınan nəticənin sonuna 5 yazın. 
4. Alınan nəticəni 50 yə vurun. 
5. Əgər 2015 ilində ad gününüz keçibsə, çıxan nəticəyə 1765 əlavə edin. 
6. Əgər 2015 ilində ad gününüz hələ olmayıbsa, çıxan nəticəyə 1764 əlavə edin. 
Ardı →
 

Ümumdünya gülüş günü


Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli «Səfehlər günü», Fransada isə «Aprel balığı günü» adlandırırlar.
Tarixi

1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.


Ardı →
 

"OSKAR" 2015

ABŞ-ın Los Anceles şəhərində ilin ən böyük kino hadisəsinə sona çatdı.

ANS PRESS-in məlumatına görə, “Dolby Theatre” zalında Amerika kinoakademisyasının təsis etdiyi 87-ci ”Oskar” mükafatının verilmə mərasimində Hollivudun məşhur ulduzlarının, demək olar ki, hamısı iştirak edib. 

Film dünyasının ulduzlarından başqa «Oskar»da Ledi Qaqa, Con Leqend, Anna Kendrik, Rita Ora, Maroon 5, Ceniffer Hudson, Adam Levin, Cek Blek kimi məşhur müğənnilər səhnə alıb.

Ən yaxşı film nominasiyasında “Oskar” kino mükafatına meksikalı Alexandro Qonsalies İnyarritunun “Berdmen” kinosu layiq görülüb. Öz növbəsində bu dilm ən yaxşı rejissor işinə görə də “Oskar”a layiq görülüb. Bundan əlavə kinonun operatoru Emmanuel Libeski öz profil kateqoriyasında mükafata layiq görülüb.

Ən yaxşı əcnəbi film mükafatına polşalı rejissor Pavel Pavlikovskinin “İda” filmi layiq görülüb.

Ardı →
 

Qeyri adi hind filmləri-Video

Yəqin ki, hər biriniz ömürünüzdə bir dəfə də olsun Hind filmi izləmisiniz.Ən maraqlı hind filmlərini toplayıq məqalə halında birləşdirib Sizlərə gülüş,heyrət bir az da fantastika «Hədiyə» etmək istədim.Hind filmlərı haqqında fikirlərinizi Şərhlərdə oxuyacağam.
Beləliklə filmləri təqdim edirəm.
       
Ardı →
 

ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

«ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ» BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT 
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» bölməsi bu problemin hərtərəfli öyrənilməsinə imkan verən səkkiz əsas yarımbölmədən ibarətdir. Birinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yönəldiyi və onun işğalçı müharibə yolu ilə Azərbaycandan qoparmağa cəhd etdiyi, Qarabağ bölgəsinin tarixinə həsr edilmişdir. Burada «Qarabağ» sözünün etimologiyası müəyyənləşdirildikdən sonra, Qarabağın tarixi, ərazisi və sərhədləri haqqında məlumat verilmiş, Azərbaycanın tarixi inkişafına uyğun olaraq Qarabağın tarixi dövrləşdirilmiş, əsas hadisələr şərh edilmişdir. Qarabağın tarixi inkişafının öyrənilməsi sübut edir ki, bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddialarının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri faktlarla göstərilmişdir.

İkinci yarımbölmə «Qarabağ problemi və erməni məsələsi»nin əlaqəsi və onun təzahür formalarına həsr edilmişdir. Erməni xislətinin daha dərindən dərk edilməsi üçün bu yarımbölmədə dünyanın qabaqcıl fikir xadimlərinin ermənilər haqqında tənqidi mülahizələri və ermənilərin özləri haqqında baxış prizmaları verilmişdir.


Ardı →
 

Oturaq iş görənləri gözləyən təhlükə


 Mütəxəssislər oturaq işlə məşğul olanların gün ərzində sabit formada oturmamalarını, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzmələrini tövsiyə edirlər. 

Dövrümüzün iş həyatında kompüter istifadəsinin artmasıyla yanaşı, mənfi iş şəraitilə əlaqədar olaraq oturaq işlə məşğul olanlar sağlamlıq problemlərilə qarşılaşırlar. Xüsusən saatlarla masa arxasında əyləşib işləyən insanlarda hərəkətsizliklə bağlı boyun və bel ağrılarının yarandığını bildirən manipulyasiya üzrə mütəxəssislır, müəyyən vaxtdan sonra əmələ gələn bu ağrıların getdikcə artaraq insanın dözməyəcəyi həddə çatdığını qeyd edirlər.

Ardı →
 

Azərbaycan Televiziyası

Şirkət haqqında

          Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radiosudur. 
          Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Televiziya məkanımızın BIRINCISININ izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
          2005-ci il martın 23-də Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. 
          Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. Aprel ayının 5-dən isə Ərəb ölkələri və Şimali Afrika  bürosu fəaliyyətə başlayıb. Bürünün müdiri Elzar Ağayevdir.
          2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. «Teleradio» Istehsalat Birliyinin mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV – Up-link stansiyası quraşdırması nəticəsində Azərbaycan televiziyasının verilişləri Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür. 

Ardı →
 

Valideynlərin məktəb dərdi

                                                                  

Bir uşağı məktəbə göndərmək valideynə neçəyə başa gəlir?

 

Dərs ili yaxınlaşır. Uşaqlar sevinir, onların valideynlərini isə qayğı bürüyüb. Xüsusən, bir neçə övladını məktəbə yola salan valideynlər çətin vəziyyətdə qalıblar. Çünki məktəbə göndərilən övladlarına forma almalı, həmçinin kitab-dəftər və digər ləvazimatlarla təmin etməlidirlər.


Bütün bunların həyata keçirilməsi isə orta statistik azərbaycanlının cibinə uyğun deyil. Ayda 300-400 manat maaş alan ailə başçısı övladını məktəbə göndərmək üçün bir ayın maaşının ən azı yarısından gözünü çəkməlidir.
Ardı →
 

"Bir vedrə buzlu su"

*Bu günlərdə dünyada “buzlu su” çılğınlığı yaşanır… Təqdimat bir qədər şou-biznesvari olsa da, əslində dünya məşhurları ALS xəstəliyinə diqqət cəlb etmək, eləcə də onlara maddi yardım etmək üçün ilginc bir kampaniyaya başlayıblar.


Aksiyanın prinsipi isə belədir: başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir.
Ardı →
 

Kürdəmir Süd Kompleksi-Fotolar

Aərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tapşırığına əsasən tərkibində süd emalı savodu və 500 başlıq heyvandarlıq kompleksi olan Kürdəmir heyvandarlıq və süd emalı kompleksi istifadəyə verilmişdir. 

Müəssənin gundəlik emal gücü 160 tondur.140 nəfərə yaxin işçisi vardir.10 növdə,36 çeşiddə məhsul istehsal olunur.Süd emalı zavodunun İsverç Krallığınin «TETRA PAK» şirkətinin ən son avadanliqlari ilə təchiz edilmişyeni qablaşdirma sahəsi 2013-cu il avqustun 7-də İlham Əliyev tərəfindən açılmışdır.


Ardı →