Üzüm bağlarında gübrələmə

Gübrələrin verilmə vaxtı böyük əhəmiyyət kəsb edir və adətən gübrələrin bir necə elementini birdən vermək lazımdır. Azot və fosfor gübrələrinin torpağa birlikdə verilməsi onların ayrılıqda verilməsindən daha səmərəlidir.Azot gübrələrini fosfor gübrələri ilə birlikdə verilməsi yaxşı olar ki, yazda və yayın birinci yarısında həyata keçirilsin; kalium yayın ikinci yarısında yaxşı mənimsənilir. Üzvi gübrələri payızda vermək lazımdır, bu zaman azot gübrələrinin miqdarı gələn ilin yarısı üçün yarıbayarı azaldılmalıdır. Əlavə yemləmə gübrələrinin səmərəliliyini təmin etmək üçün, gübrələr torpağın 40-60 sm dərinliyinə, əsas köklərin yerləşdiyi zonaya 1 m radiusda verilməlidir. Gübrələrin duru halda verilməsinin ən yaxşı üsulu onların suvarılması üçün drenaj çalalarına tökülməsidir.
Drenaj boruları üçün asbest-sement, yaxud diametri 80-100 mm, uzunluğu 50-60 sm olan borulardan istifadə etmək olar. Drenaj çalalarınm ölçüsü ~ 50 x 50 sm olur, 70-80 sm dərinlikdə qazılır, üstü 30 sm qalınlığında çınqılla örtülür. Çınqılın üstünə polietilen pərdə sərilir, bunun üstündən çalanın mərkəzində drenaj boru quraşdırılır.
Borunun yuxarı kənarı torpaqdan təxminən 10 sm yuxarıda durmalıdır. Beləliklə, hazırlanmış drenaj çalası oradan çıxarılmış torpaqla yerin səthinə qədər doldurulur. Belə drenaj çalalarını uzun illər əlavə yemləmələr, həmçinin üzüm tənəyinin dərin suvarılması üçün istifadə etmək olar.
Kökdənkənar əlavə yemləmə (yarpaqlara çiləmə)
Qida bitkiyə yalnız köklərindən yox, həm də yarpaqları vasitəsilə daxil ola bilər. Kökdənkənar əlavə yemləmə zamanı qida elementləri bitkilər tərəfindən çox səmərəli, tez və tamamilə mənimsənilir. Kökdənkənar yemləmələr mildyu və oidium xəstəliklərinə qarşı çiləmə ilə bir vaxtda həyata keçirilir. Kökdənkənar yemləmələr tutqun havada, yaxud gün batandan sonra, axşam aparılır.
Kökdənkənar əlavə yemləmənin reseptləri
1. İlk kökdənkənar əlavə yemləmə. Şüşə qabda 3 1 suya 200 q superfosfat tökülərək sutka ərzində duruldulur. Kökdənkənar əlavə yemləmə aparılan gün ayrı qabda 30 q ammonium şorası, yaxud 50 q ammonium-sulfat, 100 q kalium-sulfat, 10 q bor turşusu və 100 q mis kuporosu həll olunur. Çöküntüdən superfosfat məhlulu tökülərək digər komponentlərin məhlulu ilə qarışdırılır. Eyni vaxtda ayrıca qabda 100 q əhəng məhlulu hazırlanır. Bütün komponentlərin məhlullarının qarışığına neytral reaksiyaya qədər əhəng südü əlavə edilir ki, bunu da lakmus kağızının, yaxud təzə dəmir mismarın köməyi ilə təyin etmək olar (əgər məhlul turşdursa mismar pasla örtülür). Sonra hazırlanmış məhlullar qarışığı 10 litrə qədər duruldulur.
2.         İkinci kökdənkənar əlavə yemləmə məhlulu da birinci kimi hazırlanır, yalnız ondan bor turşusu və bordos qarışığı (mis kuposunun əhəng südü ilə qatışığı) çıxarılır.Məhlulu içməli soda əlavə etməklə neytral reaksiyaya çatdırırlar.
3.         Üçüncü kökdənkənar yemləmədə məhluldan tərkibində azot olan komponent də çıxarılır.
4.         Dördüncü kökdənkənar əlavə yemləmənin resepti: 200 q superfosfat 3 litr suya qarışdırılaraq sutka ərzində duruldulur. Eyni zamanda, 450-500 q ağac külü də 3 1 suda həll edilərək sutka ərzində duruldulur. Çöküntü qalmaqla qalan məhlullar bir qaba tökülür, içməli soda ilə neytral reaksiyaya çatdırılır və 10 litr su ilə qarışdırılır.
Mikroelementlərin zəif məhlulu ilə kökdənkənar əlavə yemləmə mövsümdə bir dəfə, ilk kökdənkənar əlavə yemləmədən bir gün sonra aparılır.
Məhlulun hazırlanması üçünmikroelementlərin hər hansı kompozisiyasından təlimatına müvafiq surətdə istifadə etmək olar.
Bütün növ əlavə yemləmələri aparmaq üçün aşağıdakı cədvəldən istifadə etmək məqsədəuyğundur. Gübrələrin normaları məhsuldarlığı 10 kq planlaşdırılan bir üzüm tənəyinə (koluna) hesablanmışdır. Superfosfatın və kalium-sulfatın normaları hesablamaya nisbətən iki dəfə artırılmışdır, çünki bu gübrələrin yarısı bitkilər tərəfindən mənimsənilmir. Kökdənkənar əlavə yemləmələrin normaları ~ 10 tənəyin işlənməsi üçün verilmişdir.

Əlavə yemləmə Vaxtı Gübrələrin normaları
Ammonium şorası (selitra) Super-fosfat Kalium-sulfat
Çürüntü, yaxud kompost Payız, 2-3 ildə bir dəfə
1-ci əlavə yemləmə Quru 90 q 100 q -
bağlamadan sonra
2-ci əlavə yemləmə Çiçəkləmədən 5-7 gün qabaq 40 q 30 q 80 q
1-ci kökdənkənar əlavə yemləmə Çiçəkləmədən 2-3 gün qabaq 30 q 200 q 100 q
Mikroelementlər ilə kökdənkənar əlavə yemləmə 1-cikökdənkənar əlavə yemləmənin sabahısı günü Mikroelementlərin məhlulunun tərkibi təlimat üzrə
2-ci kökdənkənar əlavə yemləmə Çiçəkləmədən dərhal sonra 30 q 200 q 100 q
3-cü əlavə yemləmə Çiçəkləmədən 5-6 gün sonra 40 q 30 q 30 q
4-cü əlavə yemləmə Günün axırında 30 q 30 q
3-cü kökdənkənar əlavə yemləmə Yetişmənin başlanğıcında 200 q 100 q
5-ci əlavə yemləmə 30 q 30 q
4-cü kökdənkənar əlavə yemləmə 200 q 450-500 q ağac külü

 

Azad Əkbərov, özəl məsləhətçi

 

 

0 şərh