Ağaclar üzərində möhtəşəm ev

ABŞ-da 6 ağacın üzərində Ginnesin rekordlar kitabına düşmüş taxtadan 10 mərtəbəli ev tikildi.

Bu ev ABŞ-ın Krossvil şəhərciyində (Tennse ştatı) yerləşir. 9 ilə tikilən bu ev dünyanın ən yüksək ağac evidir.

Kahin Hores Bergesə adlı şəxs məxsus olan ev 80 otaqdan ibarətdir, sahəsi 3 min kvadrat metr, hündürlüyü təxminən 30 metrdir. Otaqların tikilməsində 258 min mismardan istifadə olunmuşdur.

Evin sahibi hazırda da bu evdə yaşayır. Evdə bir kilsə hətta bir basket sahəsi belə var. Bu evin hazırlanması üçün sahibi 120 min dollar xərcləmişdir.

      

 

 

0 şərh