Pedaqoji anlayışlar lüğəti

A


 
ABİTURİYENT – ali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.
AVTOREFERAT – müəllifin özü tərəfindən yazılan  hər hansı elmi araşdırmanın nəticəsi.
ADYUNKTURA — hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması.
AĞIL   — insanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada  düşüncə ilə bağlı beyində gedən  əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı. 
 
AçIq tİplİ alİ təhsİl müəssİsəsİ – yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. A.t. t.m.-də qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.
 
AÇIQ TİPLİ TƏHSİL NÖVÜ – təhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək.
 
AKADEMİYA — müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.
 
AKKREDİTASİYA — təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur.
 
   ALİ TƏHSİL MÜƏSSİSƏSİ – orta təhsil bazası əsasında  təsərrüfat, elm və mədəniyyətin müxtəlif sahələri üçün ali təhsilli mütəxəsislər yaradır, əksəriyyəti həmçinin, nəzərivə tətbiqi xarakterli elmi-tədqiqat işləri aparır, orta və ali məktəb müəlimlərinin və diplomlu mütəxəssislərin ixtisasartımını həyata keçirir. Ali məktəblərə universitetlər, institutlar, ali kolleclər, konservatoriya aiddir. Təhsil müddəti 4-7 ildir.
 
ALİ TƏHSİL — mütəxəssisin tam orta təhsil bazasında aldığı və uyğun diplomla təsdiq olunan ali təhsil müəssisələrində aldığı ixtisas səviyyəsi
ALİ MƏKTƏBİN ELMİ ŞURASI  — rektorun yanında çağırılan məşvərətçi orqan olub  təhsil müəsissəsinin əsas fəaliyyətini; təlim-tədris işlərinin, elmi tədqiqatların aparılmasını, müəllim- professor heyətinin işi barədə danışılır.A.m.e.ş. seçkili orqan olub, 5 il müddətinə seçilir. E.ş.-ya vaxtından əvvəl seçkilər isə onun üzvlərinin yarısının tələbi ilə keçirilə bilər. Şuranın tərkibinə təhsil müəssisəsinin bütün növ işçiləri seçilə bilər.  Elmi şuraya seçki qaydası müəllimlərin ümumi iclasında keçirilir.
ALQORİTM – əməliyyatların yerinə yetirilmə ardıcıllığını, daha doğrusu, müəyyən sinfə aid olan məsələləri həll etməyə imkan yaradan təlimat. Alqoritmin əsasında müəllim tərəfindən şagirdlər üçün müxtəlif yaddaş məsələləri, öyrənilən hadisə və faktların təhlili sxemləri tərtib edilir.
 
ASPİRANTURA –  (lat. dilindən  Aspiro  cəhd edirəm, yaxınlaşmağa çalışıram), elmi işçilərin hazırlanması forması. Əksər xarici ölkələrdə aspiranturaya uyğun olan hazırlıq universitetlərin daxilində xüsusi mərkəzlərdə həyata keçirilir. Elmi tədqiqat işinin müdafiəsi və ən yüksək elmi dərəcənin (adətən doktor) alınması ilə yekunlaşır.
 
ATTESTAT – təhsil müəssisəsini bitirənə hər hansı rütbənin verilməsini bildirən rəsmi sənəd.
 
ATTESTASİYA –  (lat. dilindən attestatio – şəhadətnamə) — hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təlim nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru.
 
AUDİOVİZUAL TƏDRİS VƏSAİTLƏRİ – tədris prosesində çox geniş yayılmış, ekran və səs avadanlıqlarından ibarət olan xüsusi qrup texniki tədris vəsaitləridir. Bu diaproeksiyalar (diafilm və diapozitivlər), epiproeksiyalar (episkoplar vasitəsilə kağızda yazılmış və ya çəkilmiş şəkil, çertyoj və s. ekranda nümayiş olunması), kodproeksiyaları, tədris kinofilmləri, tədris televiziya filmləri, səs ləvazimatı.
 
AXŞAM TƏHSİLİ – təhsillə işi bir arada əlaqələndirən  şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
 
 

B


 
BAZA TƏHSİL – gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir:1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil;
2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin  yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil.
 
BAKALAVR (qədim lat. Baccalaureus), bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi.
 
BAKALAVRİAT — müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını təmin edən ali peşə-ixtisas təhsilinin birinci səviyyəsi.
 
BAL – təhsil alanların (tələbə) təhsil müvəffəqiyyətinin qiymətləndirilməsi üçün biliklərin  yoxlanmasından sonra müəllim tərəfindən qoyulan şərti rəqəmli qiymət. Bizim ölkəmizdə təhsil alanların (tələbə) müvəffəqiyyəti beşballıq qiymət sistemi ilə qiymətləndirilir: «5», «4», «3», «2», «1».
 
BİLİK (geniş mənada) – praktikada təsdiq olunmuş reallığın dərki, onun insan təfəkküründə düzgün əksi; anlayış, qanun, prinsip, mühakimə formasında çıxış edir,  empirik olur, təcrübə, praktika, nəzəriyyə və s. formada olur; (ped.)- anlamaq, elmi  faktların yadda saxlanılması, qaydalar,qanunlar, nəzəriyyə.    
BİLİK DAİRƏSİ –  insanın maraq və biliklərinin əhatəsi.
BƏDƏN TƏRBİYƏSİ  — insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir.
 

D


 
DAHİLİK (lat. genius — ruh) – bacarıqların ümumi inkişaf səviyyəsi, həm ümumi (intellektual), həm də xüsusi. D. olması barədə o zaman danışmaq olar ki, şəxsiyyət tərəfindən yaradıcılıq fəaliyyətində elə nəticələr əldə edir ki, onlar cəmiyyət həyatında, mədəniyyətin inkişafında xüsusi dövr təşkil edir. Qeyri — adi bacarıqları ilə fərqlənən uşağın öz potensialını reallaşdıra bilməsi onun müəllimindən asılıdır.
          DAVRANIŞ MƏDƏNİYYƏTİ — insan birgə yaşayışının ümumi tələb və qaydalarının müəyyənləşməsi, əhatə edənlərlə düzgün münasibət qurmaq  bacarığı.
DEKANAT – dekanın rəhbərlik etdiyi fakültənin idarə edilməsi.
 
DEKAN (lat. Decanus, ilkin mənada on nəfərin rəhbəri), ali təhsil müəssisəsində fakültə rəhbəri. Bir qayda olaraq, professorlar, müəllimlər və fakültənin elmi işçiləri tərəfindən seçilir.
DƏRS – a) məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Bu fəaliyyət zamanı müəllimkonkret zaman daxilində siniflə konkret fənn üzrə məşqul olur. Bu və ya digər vasitələrin istifadəsi ilə əlaqədar olaraq dərsin müxtəlif növləri ola bilər. Məs. açıq, izahlı, mühazirə dərs, virtual dərs.
DƏRS CƏDVƏLİ – siniflər üzrə hər dərs gününə uyğun olan dərslərin keçirilmə yeri, vaxtı və ardıcıllığı haqqında məlumata malik qrafik. Bu cədvəldə hər dərs saatını keçirən müəllimin adı və fənnni qeyd olunur. Dərs cədvəli təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunur.
DƏRSİN KONSPEKTİ  mövzunun, tapşırığın, dərs mərhələsinin xülasəsindən, müəllimin nitqinin hissələrindən və yeni mövzunun tam mətnindən ibarətdir.
DƏRSİN PLANI — dərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün  müəllim və şagird arasında  qarşılıqlı ünasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər, metodlar düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı  konspekt şəklində çıxış edir.
DƏRSİN STRUKTURU — dərsin bütövlüyünə və onun müxtəlif variantlarda əsas xüsusiyyətlərini saxlayan elementlərinin cəmi. Bu elementlərə aiddir: dərsin əvvəlinin təşkili, dərsin məqsəd və vəzifələrinin təyini,  izahat, möhkəmləndirmə, təkrarlama,ev tapşırığı, dərsin nəticəsinin keçirilməsi. Dərsin növü struktur hissələrin müəyyənləşməsi və ardıcıllığı üzrə müəyyən edilir. 
       DƏRSİN EFFEKTİVLİYİ — qoyulmuş məqsədə çatmaq üçün müəllimdən başqa digər faktorların neytrallaşması halında verilmiş və ya mümkün olan tədris məqsədlərinin (məsələn, şagirdin savadsızlıqdan savadlılığa keçməsi) həyata keçirilmə dərəcəsi.
           DƏRSDƏ QRUP İŞİ-dərs zamanı müxtəlif kiçik qrupların müəllim tərəfindən verilmiş eyni, özünəməxsus tapşırığının və elmi idrakının inkişafı işinin təşkili.
 
DƏRS HİSSƏ MÜDİRİ – məktəb direktorunun təlim-tədris işləri üzrə əvəzləyicisi.
 
DİDAKTİKA (yun. didaktikos  alan, tədrisə aid) – təlim-tədris nəzəriyyəsi, pedaqogikanın sahəsi. D. predmeti  tədris insanın təlim və təhsil vasitəsi kimi, yəni tədris və təlimin vahid qarşılıqlı əlaqəsi. D.-nın funksiyaları: nəzəri (diaqnostik və proqnostik) və praktiki (normativ, alət).
 
 DİDAKTİK VƏ ƏQLİ İNKİŞAF ÜÇÜN KOMPÜTER OYUNLAR–tədris və inkişaf xarakterli fərdi kompüterlər üçün oyun proqramları. Bir neçə növdə olur – abstrakt-məntiqi, süjet, rol), kompüter oyunları şagirdlərin dünyagörüşünü artırır, onların  maraqlarını stimullaşdırır, bilik və bacarıqlarını formalaşdırır, psixofiziki inkişafına səbəb olur. Lakin həddən artıq oyunla maralanmaq uşağın sağlamlığına zərər verə bilər.
 
DİDAKTİK PRİNSİPLƏR –ümumi məqsəd və qanunauyğunluqlara əsasən təhsil prosesinin məzmununu, tədris metod və formalarının təşkilinin əsas məqamları.
 
DİDAKTİK QAYDALAR – tədrisin bu və ya digər prinsipinin tətbiqinin müxtəlif cəhətlərinin açılmasında aparıcı mövqe. Məs.əyaniliyin əsas prinsiplərindən biri belədir: müxtəlif növ əyani vəsait işlətmək, amma onların həddini keçməmək şərtilə.  
 
DƏRSİN DİDAKTİKASI – dərsin hazırlanması, keçirilməsi və dərsin nəticələrinin  sistemi
 
DİPLOM (fr. Diplôme, yun. Díplōma – ikiqatlanmış sənəd, diplóō – iki yerə qatlayıram), 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək barəsində, elmi dərəcə və ya ad verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək üçün verilən sənəd (məs. ticarət).3) Müxtəlif məzmunlu müsabiqə,yarış, sərgi və s. nailiyyətlər üçün mükafat.
 
DİPLOM İŞİ – ali təhsil müəssisəsinin məzunlarınınelmi-tədqiqat xarakterli yekunlaşdırıcı işi. D.i. bir qayda  olaraq tələbə tərəfindən seçilmiş sahə üzrə aktual mövzunun tədqiqi, məzunların nəzəri biliklərinin və praktiki bacıqlarının ümumiləşmiş bütöv sistemidir. D.i. tədqiqat mövzusu ilə bağlı ədəbiyyatlardan,qaynaqlardan istifadə etməklə  nəzəri hissənin, nəticənin hazırlanmasıdır. D.i. dövlət  imtahan komissiyası və dövlət ixtisas komisssiyası iclaslarında müdafiə olunur. İctimai-siyasi fənlər üzrə D.i. müdafiə edən və dövlət imtahanını verən məzunlara uyğun ixtisasın verilməsini bildirən diplom verilir.
 
DİPLOM İŞİNİN MÜDAFİƏSİ – tədris müəssisəsini bitirən mütəxəssislərin hazırlıq səviyyəsinin yoxlanması. Müdafiə Dövlət Komissiyasının açıq iclasında keçirilir və müdafiənin nəticəsində məzunlara uyğun ixtisas verilir.
 
 DİREKTOR (lat. Director – rəhbər).
  1. Hər hansı müəssisənin, təşkilatın rəhbəri məs. Fabrik direktoru, məktəb direktoru və s.
  2. Bəzi tarixi dövrlərdə kollegiya üzvlərinin adı, dövlət, direktoriya rəhbəri.
 
DİSSERTASİYA — müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi-tədqiqat işi.
 
DİSSERTANT — dissertasiya işi yerinə yetirən şəxs.
 
DİSTANT (MƏSAFƏDƏN) TƏHSİL – tədris prosesinin elektron, telekommunikasiya, proqram — texniki vasitələrlə yazışmalar əsasında təşkil olunduğu təhsil forması.
 
DOKTORANT – doktoranturada təhsil alan şəxs.
 
DOKTORANTURA – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını təmin edən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı forması.
 
DOSENT (lat. Docens öyrədən), ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə.
 
 
 
 
 

E


 
ELİTAR TƏHSİL — xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil.
 
ELMİ EV İŞİ – tədris prosesinin təşkili forması, müəllimin birbaşa deyil, dolayısı idarəsi ilə şagirdlərin tapşırığı yerinə yetirməsi. E.e.i.-nin növləri: tədris fəaliyyətinin xüsusiyyətinə əsasən – reproduktiv və yaradıcı; tədris hərəkətinə əsasən – məsələ və tapşırıqların yerinə yetirilməsi, dərsliklə iş, əlavə ədəbiyyatın oxusu, hesabat və məlumatların hazırlanması.
ELMİ DƏRƏCƏ VƏ ADLAR – ali təhsilli mütəxəsislərə verilir, onların elmi kvalifikasiyasını, elm və texnikanın inkişafında, mütəxəsis hazırlığında  əldə etdikləri nailiyyyətlərinə görə təqdim edilir.  Hər bir ölkədə elmi kadrların özünəməxsus attestasiya qaydası, özünəməxsus adlandırılması və terminologiyası var. AR-də aşağıdakı elmi adlar vardır: elmlər namizədi, elmlər dokroru, professor və s. Elmi dərəcələr: baş elmi işçi, dosent, baş müəllim, baş laborant. Akademik adlar: mübir-üzv və həqiqi-üzv. 
ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ — yeni tipli təhsil müəssisələrində bilavasitə elmi və metodiki işlərin rəhbər və təşkilatçısı. Bir qayda olaraq, məhz  ixtisası üzrə 5 ildən artıq müddətə staja malik olan yüksək ixtisaslaşmış işçilərdən seçilir.
 
ELMİ- İSTEHSALAT İŞİ ÜZRƏ DİREKTOR MÜAVİNİ — peşə-ixtisas məktəblərində elmi-istehsalat və metodiki işlərin təşkilatçısı hesab olunur. O, tədris və elmi –istehsalat fəaliyyətinə, tədris plan və proqramının icrasına, qabaqcıl elm və istehsalat nailiyyətlərinin elmə tətbiq edilməsinə birbaşa nəzarət edir və cavabdehdir.
 
ELMLƏR DOKTORU — elm sahələri üzrə doktoranturanın ikinci pilləsində verilən ən yüksək elmi dərəcə.
 
EVDƏ TƏHSİL — müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması.
 

Ə


ƏLAVƏ TƏHSİL — vətəndaşların hərtərəfli təhsil tələblərini ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil.
ƏYANİ VƏSAİTLƏR — tədrisdə əyani vəsaitlər. Tədris prosesində ə.v. iki əsas funksiyanı yerinə yetirir: əyani görüntü vasitəsi və məlumat mənbəyi. Ə.v. təbii və təsviri, yəni məxsusi tədris məqsədilə yaradılmış vəsaitlərə bölünür. Natural obyektləri və təsviri birləşdirən kombinə edilmiş Ə.v. xüsusi növ təşkil edir.
 

F


FAKÜLTƏ (alm. Fakultat, lat. Facultas bacarıq), müəyyən ixtisas üzrə tələbə və aspirant hazırlayan ali təhsil müəssisəsinin elmi-tədris və inzibati bölməsi, həmçinin onların birləşdirdiyi kafedraların rəhbərlərinin elmi-tədqiqat və təlim tədris fəaliyyəti. Fakultəyə dekan rəhbərlik edir.
FAKULTATİVLƏR – şagirdlərin elmi-nəzəri və praktiki biliklərinin  genişlənməsinə, onların idrakı maraqlarının, yaradıcılıq qabiliyyətinin və ixtisasa istiqamətlənməsinə yönəlmiş təhsil forması. F. məcburi fənlərin proqramlarına uyğun  xüsusi proqramlar əsasında keçirilir, tədris planında onlara ayrılmış saatlara uyğun olaraq şagirdlərin seçim və istəklərinə uyğun  keçirilir.
FASİLƏSİZ TƏHSİL — ümumi qəbul edilmiş ərifi yoxdur. Bu termin təhsilin sosial effektivliyini artırmaq üçün mövcud təhsil səviyyəsinin müsbət istiqamətdə dəyişilməsinə bildirir. F.t. insanın bütün ömrü boyu bir şəxsiyyət kimi formalaşması üçün fasiləsiz təhsil almasını nəzərdə tutur. F.t.-nin əsas mərhələləri: a) insanın müstəqil həyata daxil olması üçün təlim, tərbiyə və təhsili-uşaq-gənc təhsili; b) insanın müxtəlif praktiki fəaliyyəti ilə bağlı olan yetkin yaşda tədris fəaliyyəti.
 
FƏLSƏFƏ DOKTORU — elm sahələri üzrə doktoranturanın birinci pilləsində verilən elmi dərəcə.
   
 FƏNN — hər hansı elmin və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi. F. Elmə xas olan materialın konkret təqdim edilməsini göstərir. F-in məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlıdır.                                   
 
         FƏRZİYYƏ – səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar. Ped. araşdırmalarda fərziyyənin ifadəsi, bir qayda olaraq, bu və ya digər ped. proseslərin və halların müəyyənləşməsinə yönəlmişdir.
 
FƏRD  — 1) insan vahid  təbiət varlığı, Homo sapiens növünün nümayəndəsi kimi. Fərd  anlayışı özü verilmiş insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrı nümayəndəsi götürülür.
 
FƏRDİ TƏHSİL — müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması.
FƏXRİ PROFESSOR (DOKTOR) — elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professor və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri ad/dərəcə.
 
FORMAL TƏHSİL — dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil.
 

G


 
GİMNAZİYA – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi.
  1. fənlərin daha dərin öyrənməyə şərait yaradır ki, bu da təhsil konkret istiqamətindən asılı olaraq variasiyalılığını, həm də şagirdin ixtisası üzrə seçdiyi ümumtəhsil fənlərinin və əsas kursların mənımsəməsini təmin edir.
 
 

H


 
HƏKİM – ali baza tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi.
 
HƏKİM MÜTƏXƏSSİS – müvafiq təhsil proqramlarına əsasən rezidentura təhsilini bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi
 
HUMANİTAR– insan cəmiyyətinə, insana və onun mədəniyyətinə aid olan.
 
HUMANİTAR TƏHSİL — təhsilin məzmununda təhsil alanların şəxsi yetkinliyinin formalaşmasına yönəlmiş ümummədəni komponentlərin inkişafıdır
 
 

İ


İDRAK –obyektiv qanunauyğunluqların şüur vasitəsilə dərk edilməsi. İdrak təlim-tədris prosesinin əsasını təşkil edir
İLKİN PEŞƏ-İXTİSAS TƏHSİLİ — əsas orta təhsil bazasında ixtisaslaşmış mütəxəsislərin hazırlanması. İ.p-i.t.  peşə-ixtisas məktəblərində alına bilər (ixtisas kollecləri, peşə-ixtisas və s. təhsil müəssisələrində).
İLKİN İBTİDAİ ORTA TƏHSİL –ana dili, riyaziyyat, təbiət və cəmiyyət elmləri barədə, əsas elemetar tədris bacarıq və biliklərini öyrədən ilk təhsil pilləsi.
İLKİN İXTİSAS HAZIRLIĞI – bu termin inistitut hazırlığı olmadan müəyyən ixtisaslar üzrə xüsusi hazırlığı bildirir. O ixtisas (politenik, ümumi texniki, ümumi ixtisas) almaq üçün nəzəri bilikləri  fundamental əsas kimi qəbul edir; müxtəlif fəaliyyət növlərinə aid olan və onun ümumi xüsusiyyətlərini əks etdirən  təcrübi və politexnik bilik və bacarıqları; müxtəlif mütəxəssis qruplarının əlamət və xüsusiyyətlərini; fəaliyyətin (layihələşdirmə, texnoloji prosesə nəzarət, fəaliyyətin qeydiyyat uçotu və s) əks etdirir; fərdin şəxsi keyfiyyətləri — əməksevərlik, intizamlılığı, fəaliyyətinin dəqiqiliyi, düşüncələrində sistemlilik, işdəki səliqəliliyi, təcrübi, yaradıcı fəaliyyətə can atması; ixtisas məktəbinə girməzdən öncə praktik fəaliyətindəki təcrübə.
İMTAHAN (lat. examen — sınaq) – ali və  orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq, təhsilin müəyyən dövrünü bitirdikdən sonra (məs. məktəblərdə keçid və buraxılış imtahanları, aspirant) və aspiranturaya qəbul olunmaq üçün biliklərin yoxlanılması.
İMTAHAN BİLETİ (fr. billet, lat. billeta) – şifahi imtahanlarda təhsil alanın cavablandırmalı olduğu suallar olan bilet.
 
İNFORMAL TƏHSİL — özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması.
 
İNNOVASİYA -  müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
 
İNSTİTUT (ALİ MƏKTƏB) — müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən tətbiqi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.
İSTEHSALAT TƏHSİLİ – peşə-ixtisas təhsilinin mütləq tərkib hissəsi,  təhsil alanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki təcrübəsidir.
İXTİSAS — müvafiq təhsil sənədində təsbit olunan peşə, vahid bir peşə daxilində fəaliyyət növü.
İXTİSASLAŞMA — müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası.
İXTİSASARTIRMA KURSLARI – rəhbərlərin və işçi kolektivinin ixtisasını artırmaq forması. Bu kurslar işçininfəaliyyəti ilə bilavasitə bağlı olan nazirliklərdə, müxtəlif universitetlərdə, onların filialında, müəssisələrdə, kurslarda təşkil olunur.  
İXTİSAS İMTAHANLARI – buraxılış ixtisas sınaqlarının tərkib hissəsidir; tədris zamanı təhsil alanların aldığı xüsusi nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilir; təhsil ocaqlarında və müəssisələrdə keçirilir. İxtisas imtahanlarının keçirilməsi üçün tərkibində müdriyyət nümayəndəsi (məsələn, müəssisənin baş mühəndisi), komissiya sədri-məktəb direktoru, sədr müavini-bəzi sexlərin rəhbərləri, istehsal-texniki tədris bölmələrinin nümayəndələri, texniki, əmək və əmək haqqı nəzarətçiləri, təhlükəsizlik texnikləri, istehsal tədrisin müəllim və təlimçiləri və ictimai təşkilat nümayəndələri olan ixtisas komissiyası yaradılır. Hər bir ixtisas üzrə istehsal tədris və xüsusi fənlərin bütün proqram mövzularına dair əsas sual və tapşırıqları əks etdirən imtahan biletləri hazırlanır.
 
 

K


 
KABİNET- LABORATORİYA SİSTEMİ – təhsilin təşkili sisteminə görə tədris prosesi fənlər üzrə tədris kabinetlərində və laboratoriyalarda keçirilir; tədris kabinetlərində humanitar dərslər, laboratoriyalarda isə təbiət və riyaziyyat, texniki və digər fənlər keçirilir. Kabinet və laboratoriyalar müvafiq tədris ədəbiyyatı, lüğət və soraqçalarla, əyani vəsaitlər və laboratoriya avadanlıqları ilə təchiz olunur ki, bu da öz növbəsində şagirdləri aktiv fəaliyyətə cəlb etməyə, onlarda müsbət tədris motivasiyasının formalaşmasına dəstək olur.
 
KAFEDRA (yunanca Kathédra, hərfi mənada — oturacaq, stul), 1) Qədim Yunanıstan və Romada ritor və fəlsəfəçilərin çıxış etdikləri yer 2) Xristian kilsəsində moizələrin oxunduğu yer 3) İbadət zamanı yepiskopun (arxiyereya) oturacağı, məcazi mənada isə yeparxiya (yepiskop dairəsi). 4) Təhsil müəssisələrində, lektoriya və akt zallarında müəllim, məruzəçilərin çıxış etdikləri yer. 5) Ali təhsil müəssisələrində (fakültədə) kafedra bir və ya bir neçə alt fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, tələbələr arasında tərbiyəvi  işi və həmçinin elmi-pedaqoji kadrların hazırlığını və mütəxəssislərin ixtisaslaşdırılmasının artırılmasını həyata keçirən əsas elmi-tədris bölməsidir. Bir qayda olaraq, kafedraya professor, elmlər doktoru başçılıq edir. Kafedranın tərkibinə professor, dosent, köməkçi, baş müəllimlər, baş və kiçik elmi əməkdaşlar, aspirantlar və digərləri daxildir. Kafedra özünün tədris laboratoriyalarına və kabinetlərinə malikdir. Kafedralara mühazirələrin, laboratoriya, praktiki, seminar və digər tədris məşğələlərin keçirilməsi, tədris və istehsalat təcrübələrə, tədqiqat işlərə, kurs və diplom layihələrə (işlərə) başçılıq etmək, kurs imtahanların və məqbulların keçirilməsi həvalə olunur.
 
KAMPUS — müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi).
 
KART-TAPŞIRIQ – şagirdlərə tapşırıqları təqdim etmə formasıdır. Ümumi texniki və xüsusi fənləri öyrənərkən kart-tapşırıqlar əsasən şagirdlərin biliyinin yoxlanması zamanı istifadə olunur. Kart-tapşırıq əsasən proqramlaşdırılmış sorğu zamanı tətbiq olunur. Kart-tapşırıqların verilməsi elmi namizəd dərəcəsinin təltif olunması üçün mütləqdir. Namizədlik imtahanı fəlsəfə, xarici dil və dissertasiya mövzusuna müvafiq olaraq xüsusi fənlər üzrə tətbiq olunur.
KOLLEC (ing. college) — orta peşə-ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi.
KOLLOKVİUM (lat. colloquium – danışıq, söhbət),1)  tədris növlərindən biri müəllimin şagirdlərlə söhbəti, adətən ali məktəblərdə semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri; 2) məruzələrin müzakirə olunduğu elmi iclas.
KOMPÜTER  BİLİYİ – texnoloji təhsilin hissəsi. K.b-nin tərkibinə  daxildir: hesablama texnologiyasının və informatikanın əsas anlayışlarının bilmək; kompüter texnologiyasının əsas quruluşunu və funksional bacarıqlarını bilmək; müasir əməliyyat sistemlərinin və onların əsas komandalarını bilmək; müasir proqramlar və ümumi təyinatlı əməliyyat vasitələrini(Norton Commander, Windows  və onların fayl genişlənmələrini)və onların funksiyalarını bilmək; ən azı bir mətn redaktorunu bilmək; proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvür; utilitar məqsədli tətbiqi proqramların ilikin istifadə təcrübəsi.
 
KONSERVATORİYA — musiqi sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi.
KONSPEKT – müəyyən bir əsərin, məruzənin, mühazirənin və s. qısa xülasəsi
KONSPEKTLƏŞDİRMƏ (lat. conspectus — baxış) – məruzənin, nitqin qısalmış məzmunu, xülasəsidir. Elmi k. Hər hansı elmi mövzunun sitatlar, tezislər vasitəsilə xülasəsi. Bədii k. öz sözlərinin, fikirlərinin vasitəsilə xülasəsi.
KURS İŞİ -  iqtisadi, humanitar, ümumiyyətlə, bütün  istiqamətlərdə təhsil alanların  fənnin tədrisinin sonunda yerinə yetirdiyi müstəqil iş. K.İ.-nin yerinə yetirilməsi prosesində tələbələrin yaradıcı fikirlərinin də qeyd olunduğu işlər təqdim olunur.
 

L


LİSENZİYA — təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq.
LİSEY — ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri həyata keçirilən ümumtəhsil müəssisəsi.

M


MAARİF PROSESİ –dövlət təhsil standartlarına uyğun təhsil məsələlərinin həllinə və şəxsiyyətin inkişafına yönəlmiş təlim-tədris və özünütəhsil proseslərinin məcmusudur.
MAGİSTRATURA – ali təhsilin ikinci səviyyəsi.
MAGİSTR (lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi.
MƏKTƏB – sos. inistitut, cəmiyyət, şəxsiyyət və dövlətin təhsil tələbatını ödəmək üçün ictimai- dövlət sistemi
MƏKTƏBDAXİLİ İNNOVATİV VƏZİYYƏT  — məktəbin idarə edilməsinə müsbət və ya mənfi təsir göstərən yeni yaranmış qaydaların cəmi. M.i.v.  ölkədə və dünyada baş verən innovativ proseslər təsir edir.
 
MƏKTƏBDƏNXARİC İŞ — mədəni- maaarif, digət təşkilatlar tərəfindən şagirdlər ilə  keçirilən təlim- tərbiyə işləri; şagirdlərin asudə vaxtını dəyərləndirilməsi, nəzarətsizlik ilə mübarizə.M.i. şagirdlərin maraqlarını nəzərə almaqla könüllü iştirakı, aktivliyivə müstəqilliyini üzərində həyata keçirilir.
 
 MƏKTƏBDAXİLİ İDARƏ SİSTEMİ – bir-birilə bağlı elementlərin elə cəmidir ki, onların qarşılıqlı təsiri ilə idarəetmə funksiyalarını və onların idarə edilən obyektə təsirini həyata  keçirtmək mümkündür.
 
MƏKTƏBDAXİLİ İDARƏ – qarşısında duran məqsədlərdən asılı bütün işlərin koordinasiyası, ped. heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və onlara lazımı köməyi göstərmək. M.n.-in prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, nəzəri və metodoloji hazırlıq. olaraq məktəbdə təlim- tədris prosesinin hərtərəfli tədqiqi və analizi. M.n.-in obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi fəaliyyət, uşaq və ped. kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin edilməsi. M.n.-in növləri: nəzarəti  həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, özünüidarəetmə, planlı və planlaşmamış inzibati  idarə etmə); idarə edilən obyektlərin əhatə edilməsinə görə
(sinif ümumiləşdirici –eyni sinifdə oxuyan şagird və müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi və analizi, tematik –təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin  dərin tədqiq edilmədən təhlili. M.i. metodları: dərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s. 
  MƏKTƏB VALEOQOLOGİYASI – uşaq, onların valideynləri və pedaqoqların sağlamlığının möhkəmləndirilməsini öyrənən elm sahəsi. M.v-nın əsas məqsədləri ped. prosesin  iştirakçılarının və onu müəyyən edən faktorların sağlamlıq vəziyyətinin öyrənilməsi; uşaq və böyülərin sağlamlığının qorunması, yenidən bərpası və s., onların bu sahədə məlumatlandrılması və təlimi, təhsilin valoqoloji məzmunlu nəzəri və məsuliyət hissi yaranır.
           MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ – məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmasına, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsi müxtəlif və çoxistiqamətli fəaliyyəti.
           MƏKTƏB MÜHAZİRƏSİ – tədris materialının davamlı şifahi ifadəsi (45-50 dəq).               
 
            MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ – məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmas, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsinin müxtəlif və çoxistiqamətli fəaliyyəti.
 
MƏQBUL – laborator, praktiki, hesabi-qrafiki işlərin, kurs işlərinin və həmçinin seminar məşğələlərində, diplomqabağı hazırlıq zamanı görülən işlərə nəzarət formasıdır. Məqbulun nəticələri həm beşballıq sistemlə, həm də təhsilin formasından asılı olaraq  “məqbul”  qeydi ilə göstərilə bilər.
 
MƏŞĞƏLƏ –müəllim tərəfindən dəqiq müəyyən edilmiş vaxtda, daimi şagird tərkibi olan və elmi tapşırıqların həll edildiyi tədris prosesinin forması.
METOD (yun. methodos – tədqiqat və ya dərketmə yolu) – praktiki və nəzəri biliklərin dərki, müəyyən tapşırığın həllinə istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodlarının probleminin həlli yollarını və klasifikasiyası əsas xüsusiyyət kimi çıxış edir.
   METODİKA — Tədris metodikası barədə elm. Nə isə öyrənmək, nə isə yerinə yetirməyin praktik icra metodlarının  cəmi.
METODİST – Hər hansı fənnin tədrisi sahəsində mütəxəssis.
MÜHAZİRƏ (leksiya) (lat. lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi.
MÜƏLLİM – ümumtəhsil məktəblərində yeni yetişən nəslin tərbiyə, təhsil və tədrisini həyata keçirən pedaqoji işçi..metodoloji problemlərinin işlənib hazırlanması, valeoqoloji baxışları nəzərə almaqla  pedaqoji kadrların hazırlanması
             MÜƏLLİMLƏRİN ATTESTASİYASI – Dövlət və ya özəl təhsil müəssisələrinin işçilərinin bacarığının, pedaqoji profesionallığının və əmək məhsuldarlığının kompleks qiymətləndirilməsi.
    MÜƏLLİMİN DİAQNOSTİK DÜŞÜNCƏSİ – uşağın müxtəlif xüsusiyyətlərinin təhlili və şəxsiyyətin proqnozlaşdırılması ilə vahid şəkildə birləşdirilməsi.
      MÜƏLLİMİN DİDAKTİK SİSTEMİ –müəllimin dərsdə və dərsdənkənar məşğələlərdə istifadə etdiyi  sənəd və didaktik materialların toplusu. Daxildir: təhsil standartı, tədris proqramı, təqvim və tematik planlar, dəslərin konspekti, Tərbiyəvi iş planı, vəsait, əyani vəsaitlər və s.
 
MÜƏLLİMİN İMİCİ (ing. image – surət) – şagirdlərin, həmkarlarının, sosial ətrafının təfəkküründə müəllimin stereotripinin qavranması. İmicin for malaşmasında ona xas olan real xüsiyyətlərlə yanaşı ona ətrafdakıların da aid xüsusiyyətlər təsir göstərir.
 
MÜƏLLİMİN FƏRDİ FƏALİYYƏT VƏ ÜNSİYYƏT TƏRZİ  — ped. fəaliyyət və ünsiyyətin tapşırıq, vasitə və üsullarının cəmi. M.f.f.ü.t dəyişilə bilər.
 
          MÜƏLLİMİN NÜFUZU – şagirdlərə təsirilə seçilən, qərar qəbul etmək, qiymət qoymaq, məsləhət vermək hüququ verən xüsusi peşə mövqeyi. Əsl M.n. vəzifə və yaş üstünlüklərində deyil, tərbiyəçinin yüksək şəxsi və mütəxəsis keyfiyyətlərinə: tərbiyə etdikləri ilə demokratik əməkdaşlıq tərzinə, başqasının dərdinə şərik ola bilmək, açıq ünsiyyət qura bilmək bacarığı, müəllimin müsbət konsepsiyasına, onun daima təkmilləşmək, hərtərəfli biliyə sahib olmaq istəyi, səriştəliliyi, ədalətlilik və mehribanlığına, ümumi mədəniyyətinə əsaslanır. Müəllimin nüfuzunun irradiasiyası –nüfuz təsiri  hüququnun hələ tətbiq olunmadığı sahələrə keçirilməsidir. Nüfuzun spesifikasiyası -  insanın sahələrdən yalnız birində nüfuzunu tanıyır, digər sahədə o, nüfuz sahibi olmur.       
 
MÜƏLLİMİN XİDMƏTİ SƏLAHİYYƏTİ –  müəllimin ped. fəaliyyətini müəyyənləşdirən bilik və bacarıq  səviyyəsinə malik olması, onun müəyyən dəyərlər, ideayalar daşıyıcısı kimi ped.cəhətdən dəyərləndirilməsi
MÜƏLLİMİN MƏNƏVİYYYATI   — müəllimin ped.fəaliyyəti zamanı ətrafındakı insanlarla münasibətinin xüsusi normativ- dəyərlər forması.
MÜHAZİRƏ (leksiya) (lat. lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi.
       MÜHAZİRƏ-SEMİNAR MƏŞĞƏLƏLƏRİ  — müstəqil surətdə tədris materialının öyrənilməsi, dərs materialını təkrarlanmaq və dərinləşdirmək məqsədilə təşkil edilən tədris prosesi növüdür. M-s.m.-də bir qayda olaraq  fənnin ən mühüm və əhəmiyyətli hissəsi öyrənilir. M-s. m.-i 3 mərhələdə keçirilir: birinci – müəllimin mühazirəsi, ikinci – tələbələrin mühazirəyə hazırlaşmaq üçün müstəqil işləri; üçüncü – seminarın keçirilməsi. M-s.m. dərslə müqayisədə daha effektivdir burada müəllim və şagirdlərin funksiyaları dəyişilir; müəllimin təşkilatçılıq fəaliyyəti daha canlı olur. 
      MÜSAHİBƏ — təhsil alanın suallar sisteminə cavab verdiyi tədris metodu. Müsahibənin məqsədi — yeni biliklərin əldə edilməsi və keçilən materialın təkrarlanması
 
MÜSTƏQİL TƏHSİL MÜƏSSİSƏSİ – birbaşa və ya hər hansı təşkilat rəhbərlik edilmədən   təsdiqlənmiş proqram əsasında fəaliyyət göstərən təhsil müəssisəsi. Adətən bu humanitar istiqamətli təhsil verən müəssisədir. Bu təhsil müəssisələri dövlət, özəl qurumlar, yerli özünüidarəetmə orqanları, qeyri-hökümət təşkilatları tərəfindən maliyələşdirilə bilər.
MÜVƏFƏQİYYƏT – təhsil alanların tədris proqramlarının tələblərinə əsasən profesinal  elm, bilik və bacarıqlara yiyələnməsinin xüsusiyyətləri.  Təhsil alanların m. göstəriciləri: cari, cari mövzuya görə, yarımilliklərə əsasən; yekun- bütün il boyu fənn üzrə beşballıq sistem əsasında ol qiymətlər hesab edilir.
    
 
 

N


NAMİZƏDLİK İMTAHANLARI – elmi və elmi-pedaqoji heyətin attestasiyasının tərkib hissəsidir.
NİTQ MƏDƏNİYYƏTİ — yazılı və şifahi nitqin normativliyi, səlisliyi, leksik zənginliyi, həmsöhbətlərlə mədəni davranış və onlara mədəni cavabın və s. əhatə edir.
NOSTRİFİKASİYA — təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi (tanınması) proseduru.

O


ORTA TƏHSİL — uyğun tədris proqramının mənimsənilməsi nəticəsində əldə edilən ümumi və ya profesional təhsil səviyyəsi. Orta təhsildə natamam orta (orta məktəbin IX sinfinədək təhsil) və tam orta (11 illik təhsil) növlər fərqləndirilir. Əksər ölkələrdə  natamam orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir.

Ö


ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan — kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər. 
         ÖZÜNÜTƏHSİL MƏDƏNİYYƏTİ  (öz-özünə təhsilin mədəniyyəti) – özünütəhsilin bütün komponentlərinin yüksək inkişaf və mükəmməllik səviyyəsi. Özünütəhsil tələbatı inkişaf etmiş şəxsin zəruri elementidir. Özünütəhsil nəticəsində insanın iradi keyfiyyətləri, yüksək şüurluluq səviyyəsi və təşkilatçılığı formalaşır.
ÖZ-ÖZÜNƏ TƏHSİL – təhsil müəssisələrindən kənarda, müstəqil surətdə iş  yolu ilə əldə edilir. Qiyabi təhsil növü nisbətən öz-özünə təhsilə yaxındır. Lakin bu tip təhsil bütöv təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Öz-özünə təhsil –bu məqsədyönlü, sistematik, təhsilin təkmilləşməsinə yönəlmiş fəaliyyətdir.  
ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan — kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər. 
 

P


PEDAQOQ (yun. Paidagogós – tərbiyəçi, páis, yiyəlik halı paidós — uşaq и ágo – tərbiyə edirəm), Orta ümumtəhsil,  peşə-ixtisas məktəbinin, ali, orta-ixtisas, internat, uşaq evi, tərbiyə koloniyasında, məktəbdənkənar müəssisənin müəllimi, həmçinin  elmi işçisidir.
PEDAQOGİKA — 1) tərbiyənin konkret-tarixi qanunlarını,  cəmiyyətin bu qanunlarla bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənənelmdir; 2) təlim,təhsil və tərbiyəni öyrənən nəzəri və tətbiqi elmlərin toplusu; 3) ali təhsil müəssisələrində tədris edilən fənn .
PEDAQOJİ QARŞILIQLI ƏLAQƏ – tərbiyə verənlə tərbiyə alanın arasında şəxsi təsadüfi və ya məqsədli, fərdi və ya ictimai, uzunmüddətli və ya qısamüddətli, şifahi  və ya qeyri-şifahi əlaqə formasıdır ki, onların davranışının, fəaliyyətinin,qaydalarının qarşılıqlı dəyişməsinə təsiri müəyyənləşdirir. P.q.ə hər iki tərəfdə qarşılıqlı fəliyyətin məqsədlərinin və onun həyata keçirilməsində həmrəylik əldə edildikdə, qarşılıqlı fəaliyyətdə olan iştirakçılardan bəzilərinin uğurları digər iştirakçıları stimullaşdırması və ya dayandırması zamanı rəqabət formasında özünü göstərə bilər. Humanitar istiqamətli ped. proses yalnız o zaman tərbiyəçi və tərbiyə alanlar arasında p.q.ə ola bilər ki, burada hər iki iştirakçı öz bilik və bacarıqları çərçrivəsində bərabərhüquqlu,paritet partnyor kimi çıxış edir.
 
PEDAQOJİ DEONTOLOGİYA — 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.
PEDAQOJİ ETİKA –bütöv ped. proses şərtində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib hisəsi; müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. P.e.-nın predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyətində əxlaqının əks olunmasıdır.
PEDAQOJİ EKSPERİMENT – ped. problemin həllinin yeni, daha effektiv həlli yollarını axtarmaq məqsədilə tədris və ya tərbiyə sahəsində elmi cəhətdən qoyulmuş təcrübə; ped. hadisə zamanı səbəb-məqsəd əlaqəsinin tədqiqatı, hansı ki, tədqiqatçının ped. hadisəyə aktiv təsirini bildirir, ped. təsir və qarşılıqlı əlaqənin nəticələri barədə  rəyin öyrənilməsi; ped. hadisə və proseslərin fasiləsiz təkrarlanması.
PEDAQOJİ PROSESLƏRİN QANUNAUYĞUNLUQLARI  — ped. prosesin hadisələri, müxtəlif tərəfləri arasında yaranmış obyektiv, təkrarlanan, dəyişməz əlaqələr. P.p.q. sos. şərtlərlə (konkret tarixi  şərtlər daxilində cəmiyyətin, iqtisadiyyatın, milli-mədəni); insan təbiəti (uşağın  şəxsiyyətinin formalaşması yaş və fərdi xüsusiyyətlərdən asılıdı); tərbiyə prosesinin məğzi ilə (təlim, tədris, təhsil prosesləri və şəxsiyyətin inkişafı qarşılıqlı əlaqəlidir; sosial qrup və şəxsiyyətin qarşılıqlı əlaqəsinin inkişafı) və silə bağlıdır.
 
PEDAQOJİ iMPROVİZASİYA — müəllimin dərs və ya ünsiyyət zamanı  ped.həlli tapması və onu ani olaraq həyata keçirməsi. P.i. prosesi 4 mərhələdən ibarətdir: Birinci mərhələ — ped. maarifləndirmə. İkinci mərhələ- ped.ideyanın ani dərki və onun həyata keçirtmək yolunun seçilməsi. Üçüncü mərhələ — ped. ideyanın ictimaiyyət önündə həyata keçirtmək. Bu mərhələ mərkəzi olur ondan effektivlik asılıdır. Dördüncü mərhələ-dərk, yəni ped.ideyanı reallaşdırmağınani təhlili. P.i. ped.texnikanın mükəməlləşdirməyə, yaranan məsələlərə çevik reaksiya vermək imkanı yaradır. 
 
PEDAQOJİ İNVARİANTLAR – dəyişilməyən ped.həqiqətlər. Termin pedaqogikaya S.Fren tərəfindən daxil edilib. O, humanist ped. əsasında 30 invariant prinsip  hazırlayıb. Məs: uşağın təbiəti böyüklərin təbiəti kimidir; uşağın məktəbdəki davranışı onun psi.quruluşundan və sağlamlıq vəziyyətindən asılıdır; heç kim ona əmr edilməsini sevmir və s
 
PEDAQOJİ TAPŞIRIQ – yaranmış ped. vəziyyətin dərki və bu vəziyyətə uyğun qərar qəbulu.
 
PEDAQOJİ TƏDQİQATIN MƏSƏLƏLƏRİ — ped. tədqiqatın konkret və ya daha dəqiq məqsədləri
PEDAQOJi MƏQSƏD –müəllim və şagird arasında qarşılıqlı əlaqənin nəticəsi, müəllimin düşüncəsində olan və sonradan ped.prosesə təkan verən digər təhsil komponentlərinin formalaşması.
PEDAQOJİ TƏDQİQATIN MƏQSƏDİ – ped. hadisələrdə səbəb-məqsəd əlaqəsinin və qanunauyğunluğun müəyyənləşməsi və onların əsasında nəzəriyyə və metodologiyanın işlənib hazırlanması.
PEDAQOJİ PROSESİN FUNKSİYALARI – Məqsədyönlü və təşkil edilmiş ped. prosesin yarandığı məqsəd və rollardan ibarətdir. P.p. f.- təhsil (bilik, bacarıq və qabiliyyətlərin, mədəni dəyərlər sisteminin ötürülməsi), tərbiyəvi (təlim-tədris prosesində dəyərlər və münasibətlər sisteminin ötürülməsi), inkişafını (şəxsiyyətin xüsusiyyətlərinin və hadisələrin şüurlu dərki, məntiqi üsul, əməliyyat, mülahizə, məntiqi nəticələr), sosiallaşdıran ( birgə fəaliyyətin nəticəsində təcrübənin əldə edilməsi, ictimai münasibətlər və sos.uyğun davranışın yaranmasında özünü göstərir).
PEDAQOJİ  TƏSİR – müəllimin şagird və ya tələbələrin düşüncə, iradə, emosiyalarına  təsiri, onlarda tələb olunan keyfiyyətlərin formalaşması və qoyulmuş məqsədlərə müvəffəqiyyətlə çata bilmək kimi bacarıqların yaranması.
 
PEDAQOJİ FƏALİYYƏT — ped. prosesdə şagirdin şəxsiyyətinin tərbiyə, inkişaf və özününinkişafı və azad, yaradıcı özünüifadə üçün profesional fəaliyyət. P.f.-in əsas problemi – müəllimin tələb və məqsədlərinin şagirdlərin arzu, istək və imkanları ilə birləşməsi; P.f.-in uğurlu həyata keçirilməsi müəllimin profesional səviyyəsi, onun ped. texnologiya və texnikaya yiyələnməsi ilə şərtlənir. P.f.-in üç modeli: məcburiyyət pedaqogikası (avtoritar pedaqogika), tam azad pedaqogika, əməkdaşlıq pedaqogikası.   .
 
PEDAQOJİ DİAQNOZ — şagirdlərin xasiyyətlərinin və bacarıqlarının həcminin  müəyyənləşməsi, onların tədris zamanı qarşılaşdığı çətinliklər, davranışlarındakı çatışmazlıqların müəyyənləşməsi. P.d. şagirdlərin tədris proqramını mənimsəməsi, onların tədris, fəaliyyət və onların nəticələrinin əsasında qoyulur.
PEDAQOJİ DEONTOLOGİYA — 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.
PEDAQOJİ DÜŞÜNCƏ – müəllimin bütün pedaqoji fəaliyyətini və və uşaqlara münasibətinin xüsusiyyətlərini bildirən bilik və bacarıqların cəmi. Mütəxəssisin şəxsi və profesional bacarıqları nəticəsində formalaşır.
PEDAQOJİ DƏSTƏK — profesional müəllimlərin və psixoloqların uşaqların fiziki və psixi sağlamlığı, insanlarla ünsiyyəti, təhsildəki problemləri ilə bağlı problemlərinin həlli üçün  profesional fəaliyyəti.
PEDAQOJİ PARADİQMA (yun. paradeigma – nümunə, misal) – ped.elmi ped. cəmiyyət nəzəri, metodoloji və s. qaydaların toplusu. Bu qaydalara ped. problemin həlli zamanı etalon, nümunə kimi əsaslanırlar. “Paradiqma” anlayışı pedaqogika elminə amerikan tarixçisi T. Kun tərəfindən gətirilib. O 3 mərhələni fərqləndirmişdir. Paradiqma öncəsi, paradiqmanın hakimliyi, elmi inqilab zamanı paradiqma.
PEDAQOGİKANIN PREDMETİ — insanın tədris, təlim, tərbiyə zamanı inkişafına xidmət edən  məqsədyönlü proses.
PEDAQOJİ PROSESİN PRİNSİPLƏRİ – bütövüklə pedoqoji prosesin məzmunu, formaları, metodları, vasitələrinin cəmi. Bütün prosesi tənzimləyən ümumi  qayda, göstəriş, normalar məcmusudur. Təlim və tədrisdə mümkünlülük- təlim və tədris prosesi yaş, fərdi və cinsi xüsusuiyyətləri nəzərə almaqla qurulur. Bu prinsipi nəzərə almaqla tədris çətinlik dərəcəsinin sadədən mürəkkəbə, məlum olandan naməluma keçməklə qurulur. Lakin bu prinsip heç də tələblərin azalması kimi qəbul edilə bilməz. Tərbiyədə fərdi yanaşma – şagirdlərin  fərdi qabiliyyətlərini nəzərə almaqla həyata keçirilir. Hər bir şagirdin xasiyyətinin kolektivə uyğun tərbiyəsi və tədrisi şagirdin qrup daxilində bir fərd kim davranış qaydalarını öyrədir. Əyanilik (ped.) – tədrisin konkret əyani və ya hiss edilə bilən vasitlər əsasında qurulması  prinsipidir. Təlim və tədrisdə elmilik prinsipi  – şagirdlərə tədris zamanı yalnız elmlə təsdiqini tapmış, elmə uyğun materiallar verilir. Mədəniyyət prinsipi – tədrisdə maksimal dərəcədə ölkənin, xalqın,  mədəniyyətin dəyərlərini çatdırmaq, mədəni dəyərləri tədris etməkdir. Təbiət prinsipi -  hər bir tərbiyəvi prosesin əsası kimi konkret fərdi xüsusiyyət və bacarıqları kimi təbiətin bir üzvü kimi uşaq əsas götürülür. əməkdaşlıq prinsipi – tədris prosesində şəxsiyyətə üstünlük verilməsi; onun özünütəsdiqi, müəyyənləşməsi; uşaq və böyüklərin birgə fəaliyəti üçün olan prinsipdir. Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi- elmi biliklərin gündəlik həyat təcrübəsi ilə harmonik əlaqəsini bildirir. Bu prinsip dünyanın dərkini, gündəlik həyat hadisələrinə təsir yollarını öyrdir. Sistemlilik və ardıcıllıq-tədris prosesində məntiqi əlaqələrin gözlənilməsi və bu dərs materialını daha asan qavranmasını təmin edir. Bu prinsip az müdddətdə daha çox nəticə əldə etməyə yardım edir. Şagirdin qoyulmuş tələblərdən asılı olmayaraq şəxsiyyətinə hörmət prinsipi- müəllimin şagirdə bir şəxsiyyət kimi hörmətinin tələb edir.  Şagirdlərə qarşı tələbat müəllimin ilk öncə özünə qarşı tələbatını tələb edir
PEDAQOJİ TƏDQİQATIN PREDMETİ – tədqiqatın konkret obyekti və ya onda baş verən proses və ya tədqiq edilən problemin aspektləri.
PEŞƏ MƏKTƏBİ – bir sıra təhsil müəssisələrinin – texniki-peşə, xüsusi orta, bəzi ali məktəblərin adı.
PEDAQOJİ TƏDQİQATIN METODİKASI – ped. tədqiqatın təşkili üçün üsullar, vasitələr cəmi və müəyyən elmi nəticənin alınması üçün qaydaların tətbiqi.
PEDAQOGİKANIN METODOLOGİYASI – ümumi elm metodologiyasından çıxış edərək və ped.nəzəriyyənin inkişaf xüsusiyyətlprini nəzərə almaq, ped.tədqiqat metodlarının öyrənilməsi, ped.halların və tədqiqatların öyrənilməsi prinsiplərinə baxılması, əldə edilmiş praktikanın tərbiyə, təlim, təhsil prosesinə tətbiqi.
PEDAQOJİ DÜŞÜNCƏ –ped. qarşılıqlı əlaqənin tapşırıqlarının hesablanması və həlli üçün  əsas kimi çıxış edən müəllim tərəfindən  şagirdin, onun özünün, ətraf aləmin anlaşılması üsulu.
PRAKTİK- PEDAQOJİ DÜŞÜNCƏ – ped. qarşılıqlı əlaqənin nəzəri qanunauyğunluqlarının inkişafı və bunun əsasında həyata keçirilə bilən real ped. həllin tapılması.
PEDAQOJİ İSTİQAMƏT – müəllim işində bütün maneələri dəf etməkdə yardımçı olan müəllim olmaq və gələcəkdə də bu sənətdə qalmağa can atmasıdır. P. i. Müəllimin bütün professional fəaliyyətində və ayrı-ayrı ped. hallarda  fəaliyyəti.
PEDAQOJİ SƏHVLƏR – müəllim tərəfindən profesional norma, qayda, meyarların pozulmasına gətirib çıxaran vasitələrin istifadə olunması. P.s. həm obyektiv, həm də subyektiv səbəblərlə meydana çıxa bilər.
PEDAQOJİ QİYMƏTLƏNDİRMƏDƏ SƏHV – müəllimin ped. təfəkkürü ilə şərtlənən düzgün olmayan tərbiyə fəaliyyətinin nəticəsi. Yüksək qiymət qoyulması ilə mydana gəlir; şagirdin fərdi keyfiyyətləri, bilik səviyyəsi nəzərə almadan  müəllimin şəxsi münasibətindən asılı olaraq  qiymətləndirilməsi.
PEDAQOJİ USTALIQ – ped. fəaliyyətə yiyələnməyin yüksək səviyyəsi; xüsusi biliklərin, bacarıq və biliklərin, şəxsiyyətin professional mütəxəsis xüsusiyyətlərinin kompleksi.
PLAN-KONSPEKT-  mövzu, dərsin tapşırıqları, dərsin mərhələləri, şagirdlərin tapşırıqları.
PRAKTİKA (yun. prakticos — aktiv, fəal) – insan fəaliyyətinin maddi məqsədyönlü tərəfi; idrakın və insan cəmiyyətininümumi əsası. Müxtəlif istiqamətlərdə əldə edilmiş praktika müəllim praktiki fəaliyyətinin əsası kimi çıxış edir.
PROREKTOR (lat. Pro — əvəzinə) ali təhsil müəsissəsində rektorun əvəzləyicisi və müavini (elmi, təlim-tədris, inzibati-təsərrüfat, qiyabi və axşam təhsil və s ahələrdə olur)
PEŞƏ-İXTİSAS MƏKTƏBLƏRİ – ixtisaslı mütəxəsislər hazırlayan müxtəlif istiqamətli təhsil müəssisələri. İlk peşə-ixtisas məktəbləri Almaniyada XVIII əsrin əvvəllərində, Fransada XIX əsrdə, ABŞ-da  XIX əsrin 70-ci illərində yaranıb. Peşə-ixtisas məktəblərinin növləri: ixtisas gimnaziyası, ixtisas liseyi, xüsusi tip hazırlıq məktəblərində olur.
PEŞƏ TƏHSİLİ — konkret ixtisas və peşə üzrə müəyyən bilik və bacarıqlara yiyələnmək. Peşə təhsili almağın yolları – texniki-peşə məktəbləri, xüsusi orta ixtisas məktəbləri. İşçilərin istehsalatda işə hazırlığı praktika alınır. İşçilər və mütəxəsislər profesional biliklərini yenidən hazırlıq və ixtisasartırma kurslarında artırırlar. 
PROFESSOR (lat. Professor-müəllim) — yüksək elm və təhsil göstəricilərinə nail olan təcrübəli elmlər doktorlarına (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə.
PEDAQOJİ PSİXOLOGİYA (yun. pais (paidos) — uşaq və ago – tərbiyə edirəm)- uşaqların tədris və tərbiyə və müəllimin ped. fəaliyyətinin əsaslarını öyrənən psi.sahəsi.
PEDAQOJİ KOLLEKTİVƏ RƏHBƏRLİK ETMƏK — ped. kollektivin qarşya qoyulmuş məqsədə çatmaq üçün birgə fəaliyyət istiqamətinin koordinasiyası; ped. kollektivin psixoloji durumunun qiymətləndirilməsi, kollektiv üzvlərinin qarşılıqlı əlaqəsinin tənzimlənməsi; kollektiv düşüncə tərzinə və birgə fikir formalaşması prosesinə təsir, əldə edilmiş nəticələrin qiymətləndirilməsi.  
         PEDAQOJİ SİSTEM — şəxsiyyətin formalaşması üçün təşkiledilmiş, məqsədyönlü ped. təsirin qarşılıqlı əlaqəli vasitə, metod və proseslərinin topusu.
PEDAQOJİ MÜHİT — ped. məqsədlərə uyğun olan uşaqların fəaliyyətinin dünyaya, insanlara, insanların bir-birinə münasibət şərtləri sistemidir.
PEDAQOJİ STANDART — profesional təhsil prosesi və fəaliyyəti zamanı əldə edilən və onu dəyərləndirən  meyarlar.
PEDAQOJİ PROSESİN STRUKTURU -  ped. sistemin komponentlərinə uyğun olan vəonu təşkil edən tərkib hissələrinin cəmi. Komponentlər: məqsəd, məzmun, əməliyyat- fəaliyyəti, dəyər-qiymət.
PEDAQOJİ QABİLİYYƏT – məqsəd, prinsip, şərt, forma və uşaqlarla işin təşkil metodları əsasında olan praktik fəaliyyətlərin cəmi; üç növ qabiliyyət fəqləndirilir: məqsədlərin qoyulması və situasiyanın təşkili ilə bağlı olanlar; təsir və qarşılıqlı təsir üsullarını tətbiq edənlər; ped.özünütəhlil istifadə olunanlar
PEDAQOJİ ÜNSİYYƏT TƏRZİ-   pedaqoji fəaliyyətin reallaşmasının fərdi xüsusiyyətləri, üsulları və tərzinin cəmi. 
PEDAQOJİ ÜNSİYYƏT STİLİ-  pedaqoji fəaliyyətin indivudial xüsusiyyətlərin, üsullarının, vasitələri. P.ü.s müxtəlif əsaslar üzərində:  qarşılıqlı birgə yaradıcılıq fəaliyyəti, dost yanaşması, məsafə və s. qurulur.
PEDAQOJİ TAKSONOMİYA – ped. məqsədlərin kateqoriyalarının və ardıcıl səviyyələrinin seçildiyi dəqiq sistemin qurulması.
PEDAQOJİ TAKT — müəllim öz davranış və münasibətində humanizm, şagirdin şəxsiyyətinə hörmət, ədalətlilik,uşaqlarla davranış zamanı dözümlülük tələb edən hissdir.  P.t  ped. etikanın yerinə yetirilmə növlərindən biridir.
PEDAQOJİ TERMİNOLOGİYA — tərbiyə nəzəriyyəsi və praktikasında, təlim və tədrisdə istifadə edilən  leksik vasitələr. P.t. –nı bilmək nitqin  düzgünlüyünü,dəqiqliyini, dürüstlüyünü qurmağa yardım edir.  
PEDAQOJİ TEXNİKA – müəllimin öz psixoloji halı, əhval-ruhiyyəsi, emosiyalrı, nitqi və silə davranmasına yardımçı olan ümumpedaqoji və psixoloji bacarıqlar kompleksi.

R


RƏHBƏRLİK STİLİ rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi.
REKTOR (lat. Rector – rəhbər, idarə edən)- ali məktəbə rəhbərlik edən şəxs. İntibah dövründə çoxsinifli məktəblərə rəhbərlik edən baş müəllimlər adlanırdı. 
REFERAT (lat. refero – məlumat verirəm) — 1. Elmi işin, mövzunun nəticəsi barədə malumatın yazılı və ya şifahi məzmunu. 2. R. müxtəlif növlülüyü — avtoreferat. 3. R. tədqiqatçının erudisiyasını, onun müstəqil şəkildə təhlil etmək, sistemləşdirmək, növlərə ayırmaq və ümumiləşdirmək qabiliyyətinin göstəricilərindən biridir. R. adətən nəşr edilmir. 
RESENZİYA (lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir.
REZİDENTURA — tibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur.
RƏHBƏRLİK STİLİ rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi.

S


 
SAVAD — ədəbi dilin normalarına uyğun olaraq insanın yazılı və şifahi nitq bacarıqlarına yiyələnməsi. Əhalinin sos.-mədəni inkişafının, məktəbdə tətbiqi isə — təhsilin əsas şərt və göstəricilərindən biridir. S. geniş mənada bu və ya digər sahədə biliklərə yiyələnmək və onları tətbiq etmək bacarığını bildirir.
SEMİNAR (lat. seminarium — maarifçi) – a)ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri məşğələ; b)müəyyən bir problem ilə əlaqədaq keçirilən elmi yığıncaq.
SƏRBƏST (EKSTERNAT) TƏHSİL — müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması.
SOSİAL TƏRBİYƏ – insanın yaxın ictimai mühitlə münasibətdə məqsədyönlü tərbiyəsi (ailə, ədəbi-mənəvi, vətəndaş, hüquqi, dini və s.) ilə qarşılıqlı fəaliyyətidir: insanın müəyyən rollara, normativ qaydalara və sos. hadisələrə aktiv uyğunlaşması insanın sosiallaşmasında inkişaf prosesidir.
 
SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ -  müəllim tərəfindən təhsil alanların dərsdənxaric vaxtlarında uşağın şəxsiyyətinin formalaşması üçün zəruri şərtləri təmin edən müxtəlif məşğuliyyət növlərinin təşkil edilməsi.
 
SİNİFDƏNXARİC İŞ – sinifdənxaric iş məktəbdə və ya peşə-ixtisas  məktəbində tərbiyə prosesinin tərkib hissəsidir, təhsil alanların asudə vaxtının təşkili formasıdır. S.i. əksər hallarda sinifdənxaric tərbiyə işləri rəhbərlərinin nəzarəti altında pedaqoji kollektiv və təhsil alanların kiçik bir qismi tərəfindən reallaşır
SİNİF-DƏRS TƏDRİS SİSTEMİ – hazırlanmış tədris proqramı və dərs cədvəli  əsasında tədris fənlərinin məktəbdə dərs məşğələlərinin təşkili.Əsas tədris metodu dərs məşqələsidir.
SİNFƏ GÖRƏ MƏSULİYYƏTLİ ŞƏXS – ped. işçi.Onun vəzifəsinə daxildir: fərdin inkişafı və şəxsiyyətinin inkişafı üçün əlverişlik şəraitin yaradılması; onun tərbiyə sisteminə lazımi düzəlişlərin edilməsi; uşaqların öz aralarında.müəllimlərlə, valideynlərlə, ətraf aləmlə yaranan  ünsiyyət problemlərinin həllində kömək etmək.
SİNİF RƏHBƏRİ – mütəxəssis-müəllim, şagirdlərlə cəmiyyət arasında mədənniyyət mübadiləsinin vasitəçisi, sinfə müxtəlif tərdris üsulları ilə elmlərin aşılanması,  hər bir şagirdin  şəxsiyyət kimi formalaşması və özünü fərdi xüsusiyyətlərinin göstərməsinə yardım edir.  Sinif rəhbərinin fəaliyyəti təlim- tədris prosesində həlledici rol oynayır. Sinif rəhbərinin əsas məqsədi: cəmiyyətə yararlı fərdin formalaşması, onun şəxsiyyət kimi formalaşmasına, fərdi keyfiyyətlərini formalaşdırmaqda, onun tərbiyəsinin formalaşmasında yardım etmək. S.r. şagirdin fərdi inkişafına bilavasitə nəzarət etmək youl ilə həyarta keçirilir. S.r. öz sinfinin ümumi səviyyəsini nəzərə alaraq əlverişli psixoloji şəraiti yaradır,  şagirdlərinin şəxsiyyət kimi fərdi kefiyyətlərinin formalaşdımaq üçün bütün müəllimlərin səylərini birləşdirir.
SUBBAKALAVR — orta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi.
 

T


TEXNİKUM – sənaye sahələri üzrə müxtəlif mütəxəssislər yetişdirmək üçün olan xüsusi təhsil müəssisələri. Bunlar əsasən peşə məktəbləri olur və müəyyən peşə üzrə diplom verilir.
TEST (ing. test – sınaq, imtahan) -  insanın zehni inkişafını, bilik və bacarığını yoxlamaq üçün standart tapşırıqların yerinə yetirilməsi.
TESTLƏŞDİRMƏ METODU – şəxsiyyətin diaqnostikası (psixoproqnostikası) yolu ilə onun psixi vəziyyətinin, hər hansı standart tapşırığın yerinə yetirilməsi zamanı funksiyalarının tədqiqi. 
TƏDRİS – şagirdlərə təhsil aldıqları müddətdə bilik, bacarıq, tərbiyə vermək çəqsədi daşıyan müəllimin pofesional fəaliyyəti; müəllimin öyrətmək məqsədini realaşdırması üçün  fəaliyyəti, biliklərin tətbiq edilməsi.
TƏDQİQAT OBYEKTİ (ped-da.) – daxilində öyrəniləcək əşyanın olduğu ped. mühit, sahədir. T.o. insanların təhsil sferası və tərbiyəsi daxildir, predmetinə isə bu sferada baş verən proseslərin qanunauyğunluqları nəzərdə tutulur.
TƏDRİS FƏALİYYƏTİNİN AKTİVLƏŞDİRİLMƏSİ  — onun intensivləşdirilməsi və effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin cəmidir. Üç istiqamət üzrə həyata keçirilir: a) pedaqoji — idraki maraqları stimullaşdıran forma və metodlardan istifadə etmək; b) sosial-psixoloji – üzvlərinin rəqabətinə və qarşılıqlı öyrənməsinə şərait yaradan tədris qrupu daxilində şəxsiyyətlərarası ünsiyyəti təşkil etmək, pedaqoq və qrup tərəfindən fərdi nailiyyətlərin dəstəklənməsi; c) sosial — iqtisadi – tədris fəaliyyətinin daha yüksək nəticələri üçün şəxsi sosial iqtisadi marağın artması.
 
TƏDRİSİN FƏRDİLƏŞMƏSİ – şagirdlərin şəxsi keyfiyyətlərini, onların intellektual inkişaf səviyyəsini, idrakı maraqlarını, sosial statusnu, təhsilin keyfiyyətinə təsir edən faktorları nəzərə alan didaktik prinsiplərdən biri.
 
         TƏDRİS ALQORİTMİ – ən qısa üsulla istənilən nəticəyə çatmağa kömək edən, real şərtləri nəzərə alaraq fəaliyyətin daha məqsədəuyğun həyata keçirilməsinin yazılı təlimat sənədi. Səmərəli tədrisdə iki əsas T.a. tipi tətbiq olunur: fəaliyyət alqoritmi və axtarış alqoritmi.
TƏDRİSDƏ ƏMƏKDAŞLIQ — müəllim və şagirdlərin demokratik prinsiplər üzərində qurulmuş, həm  müəllim, həm də şagirdlər üçün əhəmiyyətli birgə, qarşılıqlı fəaliyyət növü.
TƏDRİSDƏ ƏYANİLİK(lat. illustratio — əyani təsvir, maarifləndirmək) – dərs məşğələlərində ləvazimat, apparat, maket, müxtəlif tədris filmlərinin nümayişini nəzərdə tutur.
  TƏDRİSİN TƏŞKİLİ FORMALARI – şagird və müəllimlərin müəyyən qayda ilə uyğunlaşdırılmış fəaliyyətinin ifadəsi: dərs, ekskursiya, ev tapşırığı, məsləhətlər, seminarlar, fakultətivlər, praktikumlar, əlavə tapşırıqlar.
TƏDRİS FƏALİYYƏTİNİN AKTİVLƏŞDİRİLMƏSİ — onun intensivləşdirilməsi və effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin cəmidir. Üç istiqamət üzrə həyata keçirilir: a) pedaqoji — idrakı maraqları stimullaşdıran forma və metodlardan istifadə etmək; b) sosial-psixoloji – üzvlərinin rəqabətinə və qarşılıqlı öyrənməsinə şərait yaradan tədis qrupu daxilində şəxsiyyətlərarası ünsiyyəti təşkil etmək, pedaqoq və qrup tərəfindən fərdi nailiyyətlərin dəstəklənməsi; c) sosial — iqtisadi – tədris fəaliyyətinin daha yüksək nəticələri üçün şəxsi sosial iqtisadi marağın artması.
 
TƏDRİS KABİNETİ – müəyyən tədris fənni (və ya bir neçə) üzrə dərs və ya dərsdən kənar məşğələlərin keçirilməsi üçün təhsil müəssisəsində otaq. Tədris planı və proqramlarına əsasən lazımi vəsaitlər, mebel və avadanlıqlarla təchiz olunur. Peşəkar təhsil müəssisələri üçün tədris və əyani vəsaitlərin, tədrisin texniki vasitələrinin və daha kütləvi və tipli tədris kabinetləri üçün tədris avadanlıqlarının standart siyahıları işlənib hazırlanmış və daima yenilənir. Kabinet sistemi peşəkar təhsilin tədris bazasının təşkilində 60-cı illərdə daha geniş yayılmağa başlamışdır, lakin ümumi texniki və xüsusi fənlər üçün tədris kabinetləri istənilən təhsil müəssisəsində daha erkən yaradılmışdır.
TƏDRİS KONSEPSİYASI (lat. conceptio — anlama, qavrama, sistem) – müxtəlif təhsil müəssisələrində əsas tədris fənlərinə baxış sistemi, məqsədlərin,vəzifələrin, tədris proqramlarının təşkili sistemidir.
TƏDRİS KİNO VƏ VİDEOFİLMLƏRİ – tədris məqsədi ilə kino vasitələri və televiziya vasitəsilə yaradılan filmlər. Pedaqoji məqsəd və imkanlara görə bu audiovizual tədris vasitələri praktik olaraq eynidir, ancaq texniki daşıyıcılara görə fərqlənir və buna görə də onlara vahid məfhum kimi baxılır – tədris filmi və videofilm. Son illər ərzində tədris filmi demək olar ki, tədris televiziyası tərəfindən tamamilə çıxarılmışdır. Tədris filmi və videofilmləri aşağıdakı növlərə ayırmaq olar: video kurslar – istənilən fənn üzrə əsas materialı izah edən və vahid tədris materialının qurulması metodikası və tematika ilə əlaqəli olan silsilə filmlər; qısametrajlı filmlər (10 50-yə qədər) – tədris proqramının ayrıca mövzularının materialını izah edən tədris filmləri. Bu cür filmlər yeni materialı keçərkən hissələrlə, ayrıca fraqmentlərlə və ya giriş dərslərdə tam şəkildə, həmçinin keçilən materialı təkrarlayarkən istifadə olunur; film-fraqmentlər – bu istənilən bir mövzuya aid olan 4-5 dəqiqədən çox olmayan qısa tədris filmidir. Bir qayda olaraq, bu filmlər mövzunun izahı üçün istifadə olunur.
TƏDRİS SİNFİ — 1) tədris ili ərzində bir tədris proqramına malik olan təhsil alanların daimi kollektivi; 2) İncəsənət təhsil müəssisələrində istənilən bir fənn üzrə ixtisaslaşan təhsil alanlar qrupu; 3) Məktəbdə dərslərin keçirilməsi üçün otaq.
TƏDRİS PLAKATLARI — əyani tədris materialı növlərindən biri. T.p.-da öyrənilən fənnin obyektləri, predmeti, vasitələri, qanunları və s göstərilə bilər. T.p. adətən əyani tədris materialı növlərinə aiddir.
TƏDRİS PROSESİ – təhsil  məsələləri, şagirdlərin inkişaf və təhsillə bağlı məsələlərinin həll olunduğu müəllim və şagirdin məqsədyönlü fəaliyyəti.
TƏDRİS PLANI -  müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd.
TƏDRİS PROSESİ – təhsil  məsələləri, şagirdlərin inkişaf və təhsillə bağlı məsələlərinin həll olunduğu müəllim və şagirdin məqsədyönlü fəaliyyəti.
TƏDRİS PROSESİNİN NƏTİCƏSİ – şagirdlərin biliklərində, bacarıqlarında, istiqamətlərində, fiziki vəziyyətinndə baş verən dəyişikliklər. T. p.n  dövlət akkreditasiyasına malik olan təhsil müəssisələrində dövlət standartlarına uyğun olmalıdır.
TƏDRİS METODLARI-təhsilin məzmununun mənimsənilməsini, əqli qüvvələrin və şagirdlərin bacarıqlarının inkişafını təmin edən, onların özünütəşkil və özünütəhsil vasitələri ilə yiyələnməsini göstərən sistemdir. T.m. təhsilin məqsədini, mənimsənilmə səviyyəsini və subyektlərin qarşılıqlı təsirini göstərir.
TƏDRİS PLANI METODU –təhsil proqramına uyğun məzmuna malik olan modelİ əks etdirən sənəd. (konkret ixtisasları nəzərə almadan). T.p.m-da. təhsilin son səviyyəsi, təhsil müddəti, dövrləri, kursu, fənnləri, barədə məlumat əks olunur. Modeldə regionun spesifikasına uyğun fənlərin tədris dövrünə, məsləhət, imtahan; ayrılmış saatların təxmini miqdarı əks olunur. T.m.p.36 həftəlik, 16 günlük iş həftəsi üçün yük nəzərdə tutulub.
TƏDRİS METODLARININ TƏSNİFATI – vahid əsas üzrə nizamlanan tədris metodlarının sistemi. Müxtəlif təsnifatlar mövcuddur: məlumat mənbəyi və dərk etmə üzrə, didaktik məqsədlər üzrə, ifadə məntiqi üzrə, təhsil alanların dərk etmə fəaliyyətinin dərəcələri üzrə və s.
TƏDRİS NƏŞRİ – elmi və ya tətbiqi xarakterli, sistemləşdirilmiş, rahat formada olan məlumatlar. Bu nəşrlər tədris və ya təlim məqsədi daşıyır.
 TƏDRİS LƏVAZİMATI — 1) müxtəlif müəllif mövqeyindən müəyyən bir fənnin elmi əsaslarını izah edən kitablar;  2)  metodiki materiallar, izahatlar, müxtəlif fənlər barədə tövsiyyələrdən bəhs edən müəllim və ya şagirdlər üçün kitablar; 3) təlim-tədris prosesində mənbə kimi istifadə edilən xüsusi hazırlanmış və təbii fənn və materiallar.
             TƏDRİS İLİ — təhsil müəssisələrində dərsin başlanmasından tətil müddətinin başlamasına aid olan müddət. T.i. ilk dəfə Qərbi Avropa məktəblərindətətbiq olunub. XVI əsrin sonuna qədər tədris ilboyu gedirdi.   
TƏDRİS SİNFİ — 1) tədris ili ərzində bir tədris proqramına malik olan təhsil alanların daimi kollektivi;2) İncəsənət təhsil müəssisələrində istənilən bir fənn üzrə ixtisaslaşan təhsil alanlar qrupu; 3) Məktəbdə dərslərin keçirilməsi üçün otaq.
TƏDRİSİN TEXNİKİ VASİTƏLƏRİ (TTV) – ped. prosesin təkmilləşməsinə, effektivliyin artmasına, təhsilin keyfiyyətinin audiovizual vasitələrin hesabına artmasına səbəb olan cihaz və qurğular.
TƏQVİM — TEMATİK PLAN – bir tədris fənni üzrə tərtib olunan plandır və burada mövzu və tapşırıqların siyahısı, mövzuya ayrılan saatların sayı, dərs növünün müəyyən olunması, fənlərarası əlaqə və metodik təminat əks olunur. Təqvim planı üzrə iş proqramın həyata keçirilməsinə zəmanət verir və şagirdləri artıq yükdən qoruyur.
 
TƏLƏBƏ (lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə  orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri  adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir.  AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır.
 
TƏHSİL KREDİTİ — fənnin məzmununa və həcminə müvafiq olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi.       
TƏHSİL — sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi.
TƏHSİLLİLİK -  tədris prosesində insanın elm, bilik və bacarıqları mənimsəmə səviyyyəsini fərdi inkişaf sürəti göstəriciləridir. Ümumi və xüsusi təhsilliyi fərqləndirirlər.  Ümumi- istənilən materialın mənimsənilməsi, xüsusi- xüsusi növ materialların mənimsənilməsi (müxtəlif elmlər, incəsənət, praktiki fəaliyyət növləri). Birinci  növ fərdin ümumi, ikinci isə xüsusi qabiliyyəti ilə seçilir. T. anlayışının komponentləri: şagirdin potensial qavrama qabiliyyəti; lazımi biliklərin toplumu; təhsil almaqda inkişaf sürəti; tədris fəaliyyətinin səmərəliliyi; əqli inkişafın yeni səviyyələrinə çatmağa hazır olmaq və
TƏHSİL ALAN — Təhsil müəssisəsində təhsil alan  şəxs. Orta məktəblərin, texnikumların, ali məktəblərin şagirdləri.
TƏHSİL ALANLARIN MÜSTƏQİL İŞİ – şagirdin bütün struktur komponentlərində şagirdin müstəqilliyi əsas götürülür -problemin qoyuluşundan başlamış ona nəzarətədək funksiyaları nəzərdə tutur. T.a.m.i. – şagirdlərin dərketmə bacarıqları, onların öz-özünə təhsilini istiqamətləndirir.
TƏHSİLİN FƏRDƏ YÖNƏLMİŞ MƏZMUNU – peşə-ixtisas  təhsilinin məzmunun layihələşdirilməsində ənənəvi yanaşma şəxsiyyətin tam inkişafına təminat verir. Burada şagirdə tədrisi, tədris materialını, təhsilin məzmununun tam seçmək hüququ verilir. Lakin bu zaman tədris proqramının müxtəlif modulları, istehsalat texnologiyalarının adekvat tətbiq yolları göstərilir.
TƏHSİL FRANÇAYZİNQİ — təhsil məhsullarını müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adı və fərqlənmə nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili, yaxud beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi.
TƏHSİL İNVESTİSİYASI – təhsilin inkişafına müxtəlif istiqamətli sərmayə qoyuluşu.
 
TƏHSİL İŞÇİLƏRİNİN İXTİSASLAŞMA DƏRƏCƏLƏRİ – müəllimin normativ meyarlara müvafiq olan ixtisaslaşma, peşəkarlıq və məhsuldarlıq və (və ya) işçilərə peşəkar məsələləri həll etmə imkanını yaradan idarəedici əmək səviyyəsi.
 
    TƏHSİL KEYFİYYƏTİ – təhsil prosesi və onun nəticələrinin uyğunluğunu, prosesin necə adlandırılmalı və hansı məqsədlərə xidmət etməli olduğu anlayışlarının cəmiyyətdə yayılmasının hüdudunu göstərən inteqral xarakteristikadır. Bu sahədə fikirlər nəzərə çarpacaq dərəcədə ayrıldığına görə bu terminin izahı da üst-üstə düşmür. Bütövlükdə müasir təhsilin keyfiyyəti onun sosial effektivliyinə xidmət edən bir sıra faktorlarla müəyyən olunur. Bu faktorlar aşağıdakılardır:  а) fəaliyyətin bu və ya digər sahəsində təcrübə və mənəvi mədəniyyətin ən yüksək nailiyyətlərinə imkan verən məzmun; b) pedaqoji heyətin və digər maarifçilərin yüksək səriştəliliyi; c) yeni təhsil texnologiyaları və onlara müvafiq olan maddi-texniki təchizat; d) humanist istiqamət; e) əhalinin bilik, anlayış və bacarıq ehtiyaclarının tam ödənilməsi.
 
TƏHSİLİN HUMANİSTLƏŞMƏSİ – tədrisin məzmun, forma və təlim metodlarına  humanizm ideyalarının yayılması, şəxsiyyətin azad və hərtərəfli inkişafının, onun  cəmiyyət ictimai həyatında iştirakının təmini.
TƏHSİLDƏ METODİKA – tədris prоseslərində konkret üsulların, yolların, ped. fəaliyyətin texnikasının təsviri.
TƏHSİL MÜƏSSİSƏSİ — müvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi və məzunlara müvafiq dövlət sənədinin verildiyi qurum.
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ATTESTASİYASI  –  təhsil müəssisəsinin məzunlarının dövlət təhsil standartlarının tələblərinə uyğun məzmununu, səviyyəsinin və hazırlıq səviyyəsinə uyğunluğunu müəyyənləşdirmək.T.m.a.-nın şərtlərinə təhsil müəssisəsinin məzunlarının ən azı. yarısının üç ardıcıl  il ərzində göstərdiyi müsbət nəticələrdir. T.m.a. onların  dövlət attestasiya xidmətinə müraciəti və ya dövlət idarə və ya xidmət orqanlarının, yerli özünüidarəetmə orqanalarının, aparıcı təhsil müəssisələrinin nümayəndələri vasitəsilə həyata keçirilir. Attestasiya qanunla digər hallar nəzərdə tutulmayıbsa 5 ildə bir dəfə keçirilir.
 
TƏHSİL MÜƏSSİSƏSİNİN DÖVLƏT ATTESTASİYASI (attestatio — şahidlik) – lisenziyalı təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, hesabatda təqdim olunmuş  məlumatın dolğunluğu və dəqiqliyinin ekspert qiymətləndirmə prosedurudur. Attestasiyanın məqsəd və məzmunu ,əsasən, təhsil müəssisəsinin məzunlarının səviyyəsinin, biliyinin dövlət təhsil standartlarına uyğun olduğunu müəyyənləşdirməkdir. Attestasiyanın nəticəsinə əsasən attestasiya attestasiy6a nəticəsi çıxarılır. Müsbət attestasiya nəticəsi  dövlət təhsil müəssisəsinin akkreditasiyası üçün zəmin yaradır.
 
TƏHSİL MÜƏSSİSƏNİN MUXTARİYYƏTİ — müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət və bələdiyyə təhsil müəssisəsinə verilən müstəqillik.
 
TƏHSİL MƏHSULU — təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri.
 
TƏHSİLDƏ MƏRKƏZLƏŞDİRMƏ — şəxsiyyətdə idrakı proses mexanizmlərindən biri, onun mənəvi yetkinliyinin və ünsiyyət bacarığının inkişafı; başqa insanların nəzər nöqəsini qəbul etmək əsasında fəaliyyət göstərir. Müstəqil yaradıcı düşüncənin formalaşması və inkişafında mühüm rol oynayır.
 
      TƏHSİLİN MƏQSƏDLƏRİ — adətən, T.m. təhsil alanda elm, bilik və bacarıqların yaranması, insanda mədəniyyətin formalaşması, onun əməyə hazırlanması ilə müəyyən olunur. T.m-də başlıca yeri  şəxsiyyətin individual yaradıcı potensialının açılması tutur. Məktəbdə son zamanlar üstün mövqe əsasən təlim və tədrisdən daha çox şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən ekzistensional dəyərlərə keçmişdir. Lakin burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması nəzərdə tutulur ki,  təhsil alanın şəxsiyyətinin üstünlük və bacarıqlarını açmağa yardım etsin. Beləliklə, T.m. individual üstünlük və bacarıqların açılması prosesi  kimi çox mürəkkəb və çoxşaxəlidir. T.m-nin 2: təhsil alana  və təhsil müəssisəsinə, təhsil siteminə münasibət cəhətdən öyrənəmək lazımdır. Təhsil sistemlərinin fəaliyyətinin  ən mühüm məqsədi müasir istehsalatda xidmət edə bilən sosial öhdəlik daşıyanicilarının hazırlanmasıdır. Təhsil alanın şəxsiyyətinə nəzərən aşağıdakı T.m-i qeyd etmək lazımdır:
 
  • şəxsiyyətin individual keyfiyyətlərinin açılması;
  • elm və mədiyyətin əsası barəd sistemləşmiş biliklər əldə etdikdən sonra təhsil alanın düyəvi və milli mədəniyyətə uyğunlaşması;
  • maddi tərbiyə və dünyaya maddi baxış sistemi, insanın dünyadakı yeri barədə tərbiyə;
  • fiziki və valeoloji tərbiyə;
  • əmək hazırlığına ümumi və peşəkar hazırlıq;
  • şəxsiyyətin özünütərbiyə və özünüinkişaf səviyyəsinə çatması, tədris və peşəkar fəaliyyətin yaradıcı və əxlaqi azadlığın əsası kimi qəbul edilməsi.
TƏHSİL NƏZƏRİYYƏSİ – təhsil fenomeni, onun cəmiyyətdəki rolu, inkişaf qanunauyğunluqları, inkişaf effektivliyi barədə nəzəriyyə. Hər birinin xüsusi predmeti olan 4 tədqiqat sahəsi əsasında formalaşır: a) fəlsəfi- təhsilin mahiyyəti,onun taksonomiyası; b) sosial – iqtisadi- təhsilin cəmiyyət həyatının müxtəlif  sahələri ilə qarşılıqlı əlaqəsi; c) pedaqoji- təhsil fəaliyyətinin məzmunu və texnologiyası; d) sosial- psixoloji- fərdlər və qrupların təhsil fəaliyyətinin subyekti kimi. 
TƏHSİL PİLLƏLƏRİ –təhsil sisteminin müstəqil tərkib hissəsi ( məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbi, ibtidai, əsas orta təhsil müəssisələri).  T.p. bib-birilə üzvi şəkildə bağlıdır və bu, təhsildə inkişçafa səbəb olur.
TƏHSİL PROQRAMMI (KURİKULUM) — təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi.
TƏHSİLİN STANDARLAŞDIRILMASI-  eynitipli təhsil müəssisələrinin fəaliyyətinə dair vahid tələblərin müəyyənləşməsi
TƏHSİL STANDARTLARI — 1) tədris fənni üzrə  son nəticələrin göstərildiyi əsas sənəd. Hər bir təhsil pilləsi üzrə tərtib edilir. Standartın strukturuna daxildir: təhsilin məqsəd və vəzifələri, termin və qanunauyğunluqları, bilik və düşüncələri, bilik və bacarıqları, təhsilin nəticələrinin yoxlanması texnologiyası. 2) tədrisin demək olar ki nüvəsi- tərkibinə daxildir orta məktəb təhsilində nəticə əldə etmək üçün  olur. Təhsilin məzmununun optimal minimumunu göstərir.
TƏHSİL SİSTEMİ — müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət standartlarının qarşılıqlı əlaqəsini cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə malik olan  təhsil müəssisələrini şəbəkəsi;  təhsil idarəetmə orqanları sistemi. T.s-nin növü ölkənin sos-iq inkişaf səviyyəsindən, siyasi rejimindən, mədəni-tarixi və milli-xüsusiyyətləri ilə müəyyən olunur.
TƏHSİL SİSTEMİNDƏ İNNOVATİV PROSESLƏR — ped. yeniliklərin yaranma, qəbul edilmə, dəyərləndirmə, mənimsəmə, tətbiq və s. prosesləri.
TƏHSİL FƏALİYYƏTİNİN SUBYEKTLƏRİ — təhsil sisteminin fəaliyyət və inkişaf məsələləri ilə məğul olan şəxslər və ya şəxs qrupu. 5 növə bölünür: a) təhsil siyasətinin yaradıcıları; b) təhsilin məzmunu, istiqamətləri, həyata keçirilmə üsulları barədə qərar qəbul edən subyektlər; c) təhsilin milli, regional, lokal səviyyədə təşkilatçıları; d) təhsil müəsisələri; д) tədris və digər pedaqoji fəaliyyətlə məşğul olan şəxslər
TƏKRAR –şagirdlərin biliklərini möhkəmləndirmək cə sistemləşdirmək üçün dərs prosesi zamanı keçilmiş mpvzulara yanidən müraciət edilməsi. Təkrar prosesi mövzunun yanidən əzbərlənməsi demək deyildir. Keçilmiş mövzu yeni qaydada, yeni suallar toplsu ilə başqaq şəkildə keçilir.
TƏLƏBƏ (lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə  orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri  adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir.  AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır.
TƏLİM VƏ TƏDRİSİN HUMANİSTLƏŞMƏSİ –Müəllim və şagird arasında əsasında insanlara hörmət və qayğı; uşağın maraq və problemlərinin müəllimin diqqət mərkəzinə alması; uşaqlarda insana dünyada ən yüksək dəyər vermək prinsipləri duran münasibətlərin qurulması. Uşaqların sos. müdafiəsi rol oynayır.
 
TƏLİM PROSESİNİN APARICI QÜVVƏLƏRİ – şagirdin artan, yenilənən tələblərinin müəllim tərəfindən ödənə bilmək qabiliyyəti arasında olan obyektiv ziddiyətlər.Şagirdin özünün aktivliyi hesabına bu ziddiyətlərin həlli onun inkişafına xidmət edir.
TƏLİM VƏ TƏDRİSİN MƏZMUNU – şagirdlərin hərtərəfli əqli və fiziki bacarıqlarını, onların dünyagörüşünü, mənəviyyatını, davranışını, ictimai həyata və əməyə hazırlanmasını formaaşdıran elmi biliklərin, bilik və bacarıqlarının, yaradıcı fəaliyyət münasibəti və təcrübəsi sistemidir.
 
TƏRBİYƏLİLİK – insanın necə fikirləşib əslində necə davranması arasında olan konflikt, şəxsiyyətin böhranına gətirib çıxara bilər. T.- şəxsiyyətin bugünkü inkişaf səviyyəsi tərbiyə olunmaq — şəxsiyyətin potensial səviyyəsi, onun yaxın inkişaf zonası. 
TƏRBİYƏ QAYDALARI – tərbiyənin bu və ya digər prinsipinin reallaşması üçün tətbiqi xarakterli tövsiyyələr.
TƏRBİYƏVİ İŞ – yaşlı və uşaqların həyat fəaliyyətinin təşkili üçün məqsədyönlü fəaliyyət. T. i. vasitəsilə tərbiyə prosesi reallaşır.
 
TƏRBİYƏ OLUNMAQ –insan üçün yeni olan idrakı, emosional və ya davranış qayda və bacarıqlarının nisbətən sürətli formalaşması.
TƏRBİYƏ METODLARI-uşaq həyatının, fəaliyyətinin, münasibətlərinin, ünsiyyətinin,davranış aktivliyinin təşkilinin, böyüklər və uşaqlar arasında ped.qarşılıqlı təsirin üsularının təşkil edilməsi. Tərbiyə metodlarının seçilməsi tərbiyə məqsədlərindən; fəaliyyətin aparıcı növündən; tərbiyə məzmunu və qanunauyğunluqlarından; konkret məqsədlərin və şərtlərin həlli; şagirdlərin yaş, fərdi, cinsi xüsusiyyətlərinin nəzərə alınması, davranış əsaslanmasından asılıdır.
TƏRBİYƏ MÜNASİBƏTLƏRİ – mənəvi, ruhi inkişafa və təkamülə istiqamətlənmiş tərbiyə prosesində insanlar arasında yaranan çoxnövlü münasibətlərdir.
TƏRBİYƏ MÜHİTİ – uşağın həyat fəaliyyəti və şəxsiyyət kimi formalaşmasa təsir edən  təbii və məişət şərtlərinin cəmi. T.m. növləri: qanunauyğun olmayan, avtoritar və optimal.
TƏRBİYƏ PROSESİ – ped. qarşılıqlı təsir prosesi, şəxsiyyət və cəmiyyətin tələbi əsasında şəxsiyyətin formalaşması, tərbiyə edilənlərin sos. və mənəvi təcrübəsinin, dəyərlərinin və münasibətlərinin formalaşması.
TƏRBİYƏDƏ RƏDDETMƏ (terminoloji – ünsiyyətin perseptiv-refleksiv tərəfi) – müəllim tərəfindən şagirdin və özünün qarşılıqlı fəaliyyətinin qavranması, anlaması, dərki və s. T.r.  əks informasiya, əks əlaqə mexanizmidir və  tərbiyə proseslərinin şagirdə olan təsirini göstərir.
TƏRBİYƏ OLUNMAQ –insan üçün yeni olan idrakı, emosional və ya davranış qayda və bacarıqlarının nisbətən sürətli formalaşması.
 
 TƏRBİYƏVİ TƏDRİS  — şagirdin bilik, bacarıq, vərdişlərə yiyələnməsi ilə yanaşı onların dünyaya, bir-birinə, keçilən materiala olan baxışının formalaşması.
TƏRBİYƏVİ TƏSİRİN BÖHRANI – tərbiyə prosesi zamanı yaranan çətinliklər, problemlər: fəaliyyyət böhranı ( inkişaf prosesi dayanır, yəni hər şey artıq durğunlaşır), mühitin böhranı ( uşağı əhatə edən mühit ona müsbət  emosiya vermir), əşyaların böhranı, sözlərin böhranı.
TƏRBİYƏDƏ YAŞ YANAŞMASI – şəxsiyyətin inkişaf qanunauyğunluqlarının (fiziki, psixi, sos. )  nəzərə alınması, həmçinin tərbiyə edilənlər qrupunun yaş tərkibinə əsasən sos-psixoloji xüsusiyyətlərinin nəzərə alınması .
TƏRBİYƏ FƏLSƏFƏSİ – tərbiyənin mahiyyətinin, prinsip və dəyərlərinin şərhi.
TƏRBİYƏNİN MƏQSƏDİ – cəmiyyətin müəyyən tip  şəxsiyyətə olan tələbatının ifadəsi, onun varlığına, induviduallığına, xüsusiyyət və keyfiyyətlərinə, əqli, fiziki, mənəvi, estetik inkişafına və həyata baxışına  dair ideal tələblərin nəzəri ümumiləşməsidir.
TƏRBİYƏ NƏZƏRİYYƏSİ — tərbiyənin məqsədi, qanunauyğunluqları, aparıcı qüvvələrinin, onun əsas struktur elementlərini və metodikasını açıqlayır.
TRAYNİNQ — məqsədi cəmiyyətdə şəxsiyyətlərarası və professional hazırlığı inkişaf etdirmək olan interaktiv təlim növü. Müəllimin professional hazırlığında ən mühüm metodlardan biri hesab olunur.
TYUTOR — ali təhsil müəssisəsində akademik məsləhətçi.
 

V


 
VALEOQOLİK TƏHSİL VƏ TƏRBİYƏ (lat. vale – sağlam ol) – təhsil alanlarda sağlamlığa olan tələbat, onlara sağlam həyat tərzinin elmi anlamını başa salmaq və onu həyata tətbiq etməyi öyrətmək. V.t və t-nin əsasında mənəvi, fiziki, cinsi tərbiyə vasitəsilə sağlam insanın formalaşması konsepsiyası, psixi özünüidarəetmə, gigiyenik, fizioloji, ekoloji, və tibbi  biliklərin verilməsi durur.
 
VAHİD TƏHSİL MƏKANI — dövlət və ictimai təşkilatlar vasitəsilə vahid təhsil səviyyəsinin (standart)  təmin olunduğu ərazi(region).
 
VUNDERKİND – qeyri-adi bacarıqları ilə fərqlənən uşaq.
 

 


Y


 
YAŞLILARIN TƏHSİL NÖVLƏRİ – həyata keçirilən funksiyaların oxşarlıq xüsusiyyətlərini nəzərə almaqla qruplaşdırılan proqramlar və onlara uyğun idarələr. Növlərin cəmi müxtəlif əsaslara əsasən bölünür, onlardan ən əsasları: a) təhsil fəaliyyətinin yaşlıların təhsilinin sosial funksiyalarından irəli gələn bu və ya digər məsələlərin həllinə yönəlməsi -əlavə, kompensator, uyğunlaşdırıcı, qabaqlayıcı; b) əvvəl alınmış təhsil növünün və keçdiyi təhsil pilləsinin xüsusiyyətləri – baza, modernləşdirən, “ təzələyici”,  yenilənmiş. Qeyd olunan əlaqələrin formal, şərtidir. Birinci halda bilik və bacarıqların kəmiyyət artımına yönəlmiş müəssisələr qrupu nəzərdə tutulur; ikinci halda – artıq mövcud olan biliklərin artması; üçüncü halda şəxsiyyətin yaradıcı istiqamətdən bütün cəhətlərdən biliklənməsi.
 
YENİYETMƏLİK DÖVRÜ – insan həyatının uşaqlıqdan böyüklüyə keçid dövrünü 11- 17 yaşları əhatə edən çağı.
YOXLAMA İŞİ (yazılı) – şagirdlərin bilik və bacarıqlarının öyrənilməsi və dəyərləndirilməsi məqsədilə olan nəzarət növlərindən biri. Y.i. tədris prosesində vahid sistemin tərkib hissəsidir. Sinif, ev, məktəbdaxili, illik, imtahan yoxlamayazı işi növləri vardır.
YUXARI SİNİF ŞAGİRDLƏRİNİN ÖZÜNÜDƏRKETMƏYƏ HAZIRLIĞI — şagirdlərin öz peşəsini, profesional istiqamətini seçməyə, şəxsi maraqlarını, şəxsiyyətin fərdi xüsusiyyətlərini öyrənməyə istiqamətlənmiş hazırlıq.
 

U


 
UNİVERSİTET — ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssis hazırlığının, əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi-tədqiqatların aparıldığı çoxprofilli aparıcı ali təhsil müəssisəsi.
 
UŞAĞIN DAXİLİ MÜHİTİ – uşağın yüksək sinir fəaliyyətinin, xasiyyətinin xüsusiyyətləri, həyat təcrübəsi, əxlaqi şüurunun, psixi  hallar, reaksiyalar və uşağın gerçəkliyə münasibəti  zamanı komplekslərinin və s. toplusudur. U.d.m, uşağın fərdiliyini müəyyən edir, müəllim bütün tərbiyə addəmlarında ehtiyatlı davranmalıdır.
UŞAĞIN MƏDƏNİ MÜHİTİ — bütün tədris fənlərinin məzmunundakı mədəni komponentlərin formalaşdırdığı uşağın tədris və həyat fəaliyyəti mühiti: tədrisdə aktivliyi və özünütəhsil fəaliyyətindəki mədəniyyət; tədris müəssisəsinin mədəni səviyyəsi; uşaq və b-ci ildən nəzərdə tutulub. 
UŞAĞIN MƏKTƏBƏ HAZIRLIĞI – tərkibinə şəxsi və intellektual hazırlıq və həmçinin görmə-duyma əlaqəsinin daxil olduğu kompleks anlayışdır. Şəxsi hazırlıq – tədris fəaliyyətinin motivlərinin olması ( sadəcə məktəbə getmək istəyinin olması deyil, həm də oxumaq istəyinin, təhsil vəzifəsinin irəli sürdüyü tapşırıqları yeriə yetirməkdən) xarici mühiti öyrənmək istəyi, kommunikativ vəsait və bacarıqların formalaşması, ünsiyyət istəyi, psixoloji- ruhi vəziyyətin uyğunluğu ilə göstərilir. İntellektual hazırlıq – sistemli tədris prosesinin yaranması üçün tədris prosesləri (hissetmə, yaddaş, düşüncə, təfəkkür və s.), standart uşaq bağçası bilik və bacarıqları səviyyəsində uşağın biliklərə yiyələnməsi. U.m.h. tədqiqi üçün müxtəlif metodikalar kompleksi, şəxsiyyətin dərketməsi və qavrama qabiliyyəti və s. Istifadə edilir.
 
UŞAQLIQ – insanın yaşlılıqdan əvvəlki inkişaf dövrü; orqanizmin sürətli inkişafı və  ali psixoloji funksiyaların formalaşması dövrü xarakterizə olunur. U. BMT-nin uşaq hüquqları haqda konvensiyası, beynəlxalq normalarına əsasən insanın doğumdan yeniyetməlik dövrünə qədər inkişafı ilə xarakterizə olunur  (18 yaşa qədər). Pedaqogikada təyin edilmiş yaş dövrünə uyğun olaraq uşaqlıq 11 yaşa qədər olan dövrü əhatə edir və tərkibinə daxildir: körpəlik-1 yaşa qədər; erkən uşaqlıq – 3 yaşa qədər; məktəbəqədərki dövr – 7 yaşa qədər, aşağı sinif yaşı -10-11 yaşa qədər.
 
 

0 şərh