Daimi yorğunluq və ya maqniy defisiti

Siz də daimi yorğunluq hiss edib, nə edəcəyinizi bilmirsiniz?

Hər xırda şeylər sizi özünüzdən çıxarıb, əsəbi vəziyyətə gətirir? Bunun nəticəsi olan daimi yorğunluq çoxları bunu müasir həyatın nəticəsi sayaraq, bundan xilas ola bilməyəcəklərini düşünürlər. Yalnız bu belə deyil!

Səbəblərdən biri
Hər bir iş qadınının, ev xanımlarının və ümumiyyətlə bütün xanımların daimi yorğunluq və zəifliyinin başlıca səbəbi maqniy çatışmamazlığı ola bilər. Hal hazırda qadınların 50% -i bundan əziyyət çəkir. Sağlamlıq üçün çox önəmli olan yalnız az tanınan bu mineral, əsasən orqanizmin tonusunu müəyyən edir. Maqniy — bədənin hər bir hüceyrəsinin tərkibində olub, energetik prosseslərə təsir edir. Çatışmamazlıq olduqda maddələr mübadiləsi azalır, bu isə hətta səhər saatlarından hiss etdiyimiz bu yoğunluq və halsızlığa səbəb olur.

Maqniy defisitliyi hardan yaranır? 

Son zamanlar xanımların demək olar 50%-dən çoxu sağlam həyat tərzi sürərək, öz görünüşləri və qidasına fikir verib və hətta çoxları idmanla məşğul olurlar.
Bəs maqniy defisiti nədən əmələ gəilr?

Sadəcə olaraq, bizim nə qədər çalışmağımıza baxmayaraq, səhərləri tünd qəhvə ilə ayılan, nahar fasiləsində quru və lazımsız qida qəbul edən, oral kontraseptivləri istifadə edən, məzuniyyət zamanı gözəl bədənə sahib olmaq üçün məzuniyyət qabağı pəhrizə oturan xanımların nəzərinə çatdırmaq istəyirik ki, bunlar hamısı maqninin bədəndən xaric olmasına səbəb sayılır. Bu səbəblərsiz də maqniy orqanizmə lazımi miqdarda çatmır, çünki gündəlik rasionumuzda lazımı qədər təmizlənmiş dənli bitkilər, meyvə və tərəvəz olmur. İndiki dövrün müasir təkmilləşdirmə texnologiyası çox məhsulları dəyərli maddələrdən məhrum edir. Həmçinin nəzərinizə çatdırırıq ki, maqniy çatışmamazlığı, əsasən daimi idman zalları və saunaya gedən xanımlarda daha çox müşahidə olunur. Bu isə o səbəbdəndir ki, bu mineral bədəndən tərlə xaric olunur.


Məhz sadaladığımız hallara görə orqanizm maqniy çatışmamazlığından əziyyət çəkir. Qadınların isə normal hamiləlik və doğuşu, requlyar, ağrısız aybaşı və ümumiyyətlə stabil qadın sağlamlığını bu mineralsız təsəvvür etmək mümkün deyil.

Sonda isə sizə maqni mineralı ilə zəngin olan bəzi məhsulların siyahısını təqdim edirik:


Mənbə: saglamolun.az
 

0 şərh