Narkotikdən fərqi olmayan şəkər

Fransada aparılan araşdırma nəticəsində şəkərin insanı kokain qədər asılığa salması sübut olunub. Şokolad yeməyə başladıqda, beyniniz xoşbəxtlik hissi bəxş edən dopamin və opiathormonlarını ifraz etməyə başlayı. Ancaq bunların hamısı sonda depressiya və orqanizmin narahatlığına səbəb ola bilər. Şəkərin zərəri bununla bitmir. Belə ki, şəkər beyində iltihaba və bədənin artıq çəki toplamasına da birbaşa təsir göstərir. Şəkər, həmçinin dişləri zəiflədir, ürək xəstəlikləri, diabet və xərçəng riskini artırır.

Mütəxəssislər şəkər istəyini azaltmaq üçün bu təklifləri irəli sürür. Beləliklə, "şirin" ölümdən xilas olmağın yollarını sizlərə təqdim edirik.

1. Gözəl səhər yeməyi yeyin.Yumurta, pendir, zeytun, kərə yağı və bal tərkibli nahar edin.
2. Yaşıl tərəvəzlər yeyin. Brokoli, ispanaq kimi yaşıl tərəvəzlər enerjinizi artırır. Tərkibində olan maqnezium kimi minerallar şəkər istəyini azaldır.
3. Tatlandırıcı istifadə Süni dadlandırıcılar şəkər istəyini artırır. Yağ edir.
4. Günəş işığı alın, D vitamini serotonin çıxarmağa köməkçi olur. Xoşbəxtlik hormonu serotonin şəkər istəyini nəzarət altına alır.
5. Yaxşı yağlardan yeyin. Qabıqlı quru yemişlər, omega-3 zəngini balıqlar, zeytun yağı və s. istifadə edin.
6. Zülal alın. Qırmızı ət, ağ ət, yumurta və balıq enerji şəkər istəyini öldürür.

Professor Canan Karatay verdiyi açıqlamada şəkərin tam şəkildə zəhər olduğunu ifadə edib: "Şəkər baş işlədər deyərlər. Ancaq şəkər beyni keyidir. Əlimdə olsa, şəkəri tamamilə qadağan edərdim. Edilən araşdırmalarda şəkərin təhlükəli olaraq bilinən yağdan da daha təhlükəli olduğu aşkar edildi. Üstəlik heç bir qida dəyəri belə yoxdur. Tam bir zəhərdir", — deyə məşhur həkim bildirib.

Mənbə: olke.az

 

6 şərh

Ferbara
Şəkərin asılılıq yaratdığını özümdə də müşhidə eləmişəm. Olmayanda özümü yarımçıq hiss eliyirəm.
Biologiyadan yadımda qalıb ki, karbohidratlar (saxaridlər) beyinin qidasıdı. Mən də sevə-sevə beynimi «qidalandırmışam». :) Bir neçə il əvvəl TV kanalların birində eşitdim ki, qənd ziyanlıdır. Əvəzində bal, kişmiş, əncir və digər şirin meyvə qurularından istifadə olunmasını tövsiyə etmişdilər. Amma mən hələ də qənddən imtina edə bilməmişəm. :)
_BUMERANQ_
Qədərində istifadəni də uyğun hesab etmir, maraqlıdı.

Qənddən mən də imtina edə bilmirəm, amma şirinçaydan çoxdandı imtina etmişəm, həm də istəyərək yox, öz-özünə belə alınıb. )
Gülnar
Şirin sevmirəm o qədər də. Ən sevdiyim şirniyyatlar həmişə kəmşirin olub. Qənd, şəkər tozu, tortlar da mənlik deyil. 
name
:D Canan Karatay! Başqa kim olacaqdı ki? 
 
Ferbara
:) Qəndin stress yaratdığını tvdə eşitdiyim zamanda hələ Canan nənə efirdə heç görünmürdü. :)
name
Qənd yararlıdır deyənlərə mən də razı olmuş gözlərlə baxmaram, amma Canan Karatay hər şeyi çox şişirdir.:)