BMT-nin Qəyyumluq üzrə Şurası

BMT-nin başlıca orqanlarından biri və beynəlxalq sis­temi olan Qəyyumluq üzrə Şurası – QŞ (Council on Truste­eship of the UN) Nizamnaməyə əsasən təsis edilmişdir. Bu Şuraya qəyyumluq altında olan ərazilərin idarə edilməsinə nəzarət üzrə məsələlər həvalə edilmişdir. Sistemin əsas məq­sədi qəy­yum­luqda olan ərazilərin əhalisinin vəziyyətini yax­şılaşdırmaqda onlara yardımçı olmaq, onların müstəqil və özünü idarə etmək kimi mütərəqqi inkişafını yaxşılaşdırma­qdır.
Qəyyumluq konsepsiyası BMT-nin əsasını qoyanlar tə­rəfindən fikirləşərək ilk növbədə əsas məqsədi keçmiş müs­təmləkə ərazilərində müharibədən sonrakı toqquşmaları aradan qaldırmaq idi. Bu ərazilər son müstəmləkə sistemi başa çatana qədər beynəlxalq nəzarət orqanlarının idarə edilməsinə keçməli idi.
BMT-nin Nizamnaməsinə müstəmləkələr haqqında Bəyannamə daxil edilmiş və həmin ərazilər özünü idarə edə bilməyən ərazilər kimi adlandırılmışdır. Bəyannaməyə uyğun olacaq müstəmləkə sistemində olan ölkələr qəyyumluq üzrə Şuraya iqtisadi və sosial şəraiti və onların idarə etdiyi ərazidə təhsilin vəziyyəti haqqında məlumat verirlər.
Şura siyasi, iqtisadi, sosial tərəqqi, həmçinin təhsil sa­həsində tərəqqi haqqında proqramla birlikdə anket işləyib hazırlayır və Baş Assambleyanın səlahiyyətlərinə daxil olan hər bir ərazini idarə edən hökumət hər il bu anket əsasında məruzə təqdim edir. Azadlıq mübarizəsi nəticəsində çoxlu qəyyum­luqda olan ərazilər müstəqillik əldə etdilər. Fəa­liyyətə başladığı ilk vaxtdan Şuranın tabeliyində olan müva­fiq 11 qəyyum ərazidən hazırda biri (ABŞ-nın qəyyum­luğunda olan Sakit Okean adaları) qalmışdır. Şuranın tərki­binə Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin daxildir. Çin faktiki olaraq onun iclaslarında iştirak etmir. Şura Nyu-Yorkda ildə bir sessiya keçirir.
Qəyyumluq üzrə Şura BMT-nin son qəyyum ərazisi olan Palau 1994-cü il 1 oktyabrda müstəqillik əldə etdikdən sonra 1 noyabr 1994-cü ildə öz işini dayandırmış və 1994-cü il 25 mayda qəbul edilmiş bəyannamə vasitəsilə Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, öz sədrinin və özünün hər il iclasların keçirilməsi haqqında öhdəçiliyin ləğv edilməsini nəzərdə tutan qaydalara düzəlişlər etdi.
 

1 şərh

2ral
Bir vacib məqamı qeyd edim.Öz ixtisasımla əlaqədar oxuduğumdan bilirəm ki,Qəyyumluq Şurası artıq ölmüş kimidir. Hazırda heç bir fəaliyyət göstərmir.Onun funksiyalarından çoxunu Təhlükəsizlik Şurası indi həyata keçirir.Gələcəkdə onun fəaliyyətinin dayandırılması nəzərdə tutulur.