Faydalı çay

Çaytikanı C və E vitamini ilə zəngin bir nemətdir. Çaytikanın tərkibindəki C vitamini sitrus meyvlərindən, E vitamini isə buğda yağından daha zəngindir. Çaytikanın tərkibində başqa vitaminlər, antioksidentlər dərinin gözəlliyini qoruyur.

Ballı çaytikanı çayı orqanizmə antidepressant kimi təsir edir. Bunu artıq alimlər öz araşdırmalarında təsdiq etmişlər. Həmçinin çaytikanı güclü iltihab əleyhinə təsir edir.

— 150qr çaytikanı
— 2x.q qara çay
— 2x.q bal
— 500ml su

Çaytikanı giləmeyvələri yuyulur, 2/3 qaşıq əzilir, üzərinə qara çay əlavə edilib dəmlənilir. Bunu həmçinin qara çay atmadan dəmləmək olar. Stəkanlara süzüldükdən sonra ilıq halında bal əlavə edilir. Çünki balı qaynar çaya qatdıqda tərkibi məhv olur.