Heca

Nitqin fonetik  parcası ,sözün hissəsi və fonetik bir vahid olma baxımından  hecanın hərtərəfli  öyrənilməsi  həm nəzəri ,həm də əməli əhəmiyyətə  malikdir.
Nitqin  fonetik parçalarından bəhs edərkən nəzərdən  keçirilən  cümlələrin  ibarə,qitə və heca kimi fonetik parçalara  ayrılmasından  belə bir nəticə çıxarıla bilər ki,heca fonetik axının kiçik parçası olsada  da,bir sıra xüsusiyyətlərinə  görə çox mühüm nitq vahididir  və nitqin fonetik zəncirində  ən çox  yer tutan həlqəcikdir.Belə həlqəciyin parçaları da var və bu parçaların tələffüzündə zərbə, fasilə yox dərəcəsində olur,buna görə də belə fonetik parçalar  bir zərbə ilə qovuşaraq heca halında formalaşır. Belə həlqəcik ,yəni heca ya bircə səsdən ,ya da bir neçə səs qovuşmasından ibarət olur.Bu baxımdan ana və traktor sözlərini təhlil edək.Bu sözlərdən birincisi (a-na)iki hecaya  bölünür, birinci heca  bircə a səsindən ibarətdir ,ikinci heca (na) isə  iki səsin – n və a səslərinin qovuşması ilə  formalaşmışdır.İkinci  söz (trak-tor)  iki hecaya  bölünür, birinci  heca  t, p,a,k, kimi dörd səsin ( trak) halında qovuşması  ilə ,ikinci  isə  t, o, p, kimi  üç  səsin (top) halında   qovuşması  ilə formalaşmışdır,
Bu nümunələri  diqqətlə  və hərtərəfli  nəzərdən  keçirdikdən  sonra  belə  nəticəyə gəlmək  olur ki ,hecanın  tərkibində  hecanı formalaşdıran  səsləri  nitq axınının  fonetik  parçası  halında  birləşdirə,güclənmədən və    zəifləşmədən  uzana bilən ,qısala bilən bir səs hecanın əsasını təşkil edir ki,belə səs ümumiyətlə heca duzəldən səs adlanır,
Bir qayda olaraq hecanın tərkib hissələrini təşkil edən səslərdən bəzisi hecadüzəldən  səsdən   əvvəl gəlir və tədricən  zəifləşmiş halda hecadüzəldən səslə qovuşmuş olur.Buna görədə belə səslərdən əvvəlincisi hecadüzəltməyən  güclənən səs ,sonrakı isə hecadüzəltməyən zəifləşən səs adlanır
Bu baxımdan bir hecadan ibarət olan kənd sözünün  heca qurluşunu nəzərdən keçirək.Burada  ə saiti hecadüzəldən  səsdir ,bundan əvvəl gələn  k və sonra gələn  n ,d  samitləri  isə hecadüzəltməyən   səslərdir .
Buna  görə  də  bu  samitlər  hecadüzəldən  ə  saiti  ilə  qovuşduqda  hecanın  tərkib  hissələrinə  çevrilmiş  olur.Qovuşma prosesində  ə-dən  əvvəl  gələn  k  samiti  ə  saitinə  yaxınlaşdıqca  güclənir,  ə-dən sonra   gələn  n  ,d  samitləri  isə  ə  saitindən  uzaqlaşdıqca  zəifləşir,
Beləliklə  ,tamamıilə  aydın  olur  ki, nitq  prosesində  hər  dəfə  nəfəsalma    zərbəsinə  ya  təkcə  bir  sait , ya da  sait  ətrafında  bir,  yaxud  bir  neçə  samit  qovuşması  əsasında  müəyyən  nitq  vahidləri  ,yəni  sözün  parçaları  formalaşır  ki,  ümumiləşmiş  halda sözün  belə parçaları  heca  adlanır ,Buna  görədə  hecaya  müxtəsir  halda  belə  tərif  vermək  olar.Sözün  bir  sait  əsasında  formalaşmış  parçasına  heca  deyilir.
Dünya  dillərinin  hamısında  sait  səslər  hecadüzəldən  səslər  kimi  tanınır. Lakin bəzi  dillərdə   l  ,n  sonorları  da  hecadüzəldən  səslərdən  sayılır ,
Azərbaycan  dilində  ancaq  saitlər  heca  düzəldən  səslərdir.Buna  görədə   hər  bir  sait  sözün  tərkibində  təkliklə  bir  heca  halında  işlənildiyi  kimi,samitlər  ilə  qovuşma  əsasında  da  müxtəlif  növ   hecanın  formalaşmasında  hecadüzəldən  səs  kimi  iştirak  edir.Buradan  isə  belə  bir  nəticəyə  gəlmək   olur  ki,sözün  tərkibində  neçə  sait  iştirak  edərsə, bir  o  qədər  də  heca  yaranır.Məsələn  al  sözündə  bir  sait  olduğuna  görə  bir  hecalı  ,A zərbaycan  sözündə  dörd  sait  olduğuna  görə  dördhecalıdır .
 

Heca  növləri



Hecadüzəldən  səsin  ,yəni  saitin  mövqeyinə  və  saitlə  qovuşan  samitlərin  yerinə  görə  hecalar  müxtəlif  növlərdə  olur  .
Azərbaycan  dilində    hecalar  fonetik  tərkibinə  görə  əsasən  saf  heca  və  qovuşuq  heca  olmaq  üzrə  iki  qrupa  bölünür  .
1.Təkcə bir  saitdən  ibarət  olan  hecaya  saf  heca  deyilir.Məsələn,ata  sözündəki  birinci  heca  (a-ta)  təkcə  bir  saitdən  ibarətdir.
Azərbaycan  ədəbi  dilində  saf  heca ,əsasən  sözün  başında  ola  bilər. 
2.Sait  və  samit  birləşməsindən  düzələn   hecaya  qovuşuq  heca  deyilir.Məsələn,oğlan  sözündəki  birinci  heca  (of)  bir  saitlə  bir  samitin  birləşməsindən  ,ikinci  heca  (-lan)    isə  bir  samit  ,bir  sait  ,bir  samit  olmaq  üzrə   birsaitlə  iki  samit  birləşməsindən  düzəlmiş  qovuşuq  hecalardır 
Azərbaycan ədəbi  dilində  hecaların  müxtəlif  növləri  vardır  ki ,bunlar  sait  və  samitin  mövqeyinə  görə  iki  qrupa  bölünür       
1)Saitin  mövqeyinə  görə   .Qovuşuq  heca  düzəldən   səsin  ,yəni  saitin  mövqeyinə  görə   iki  növ  olur  :örtüsüz  heca,  açıq  heca.
Saitlə  başlanan  hecaya  örtüsüz  heca  deyilir.Məsələn  ,alma  sözündəki  birinci  heca  (al-ma)  a  saiti  ilə   başlanır,  l  samiti  ilə  bitir.
Saitlə  bitən  hecaya  açıq  heca  deyilir.Məsələn  alma  sözündəki  ikinci  heca  (al-ma)  m  samiti  ilə  başlanır ,a  saiti  ilə  bitir.
2)Samitin  mövqeyinə  görə.  Qovuşuq   hecalar  hecadüzəltməyən  səslərin,  yəni  samitlərin  mövqeyinə  görə  üç  növ  olur  :  örtülü  heca  ,  qapalı  heca   ,örtülü  qapalı  heca.
Samitləbaşlanan  hecaya  örtülü  heca  deyilir.Məsələn  ,baba  sözünü təşkil  edən( ba-ba)  hecaları  b  samiti  ilə  başlanan  örtülü  hecalardır.
Samitlə  bitən  hecaya  qapalı  heca  deyilir,ikincisi  isə  q  samiti  ilə  bitən  qapalı  hecalardır  ,Məsələn,almaq  sözünü  təşkil  edən  (al-maq)  hecalarından  birincisi  l samiti  ilə  ,ikincisi  isə  q  samiti  ilə  bitən  qapalı  hecalardır  .
Samitlə  başlanıb  samitlə  bitən  hecaya   örtülü  qapalı  heca  deyilir.Məsələn  ,yaz-maq  sözündəki  hecalardan  birinci  y  samiti   ilə  başlanır  və  z  samiti  ilə  bitir  (yaz), ikincisi  isə  m  samiti  ilə  başlanır  ,  q  samiti  ilə  bitir  (maq),örtülü-qapalı  hecalardır 
Beləliklə  ,aydın  olur  ki ,  hecaların başındakı  səsə  görə   örtüsüz  ,örtülü  və  sonundakı  səsə  görə  açıq  qapalı  kimi  növləri  vardır .Lakin belə  növlər  ancaq  hecaların  bir  tərəfini  əks  etdirir  ,buna  görə  də  belə  növləri  hecaların  yarımnövləri  hesab  etmək  olar. Hecaların  ,əsasən,aşağıdakı  dörd  növü    aydınlaşır.
1.Saf-örtüsüz-açıq  heca ,yəni  təkcə  bir  saitdən   ibarət  olan  heca :  a-na, ə-zuz,  o-taq və s.
2.Örtüsüz-qapalı  heca ,yəni  saitlə  başlanan, samitlə  bitən   heca:al-ma, el , əl,  iş, və s.
3.Örtülü-qapalı heca, yəni  samitlə  başlanan, samitlə bitəən heca: Qar-tal,  göz-lük, bol-luq,və s
4.Ö rtülü-açıq heca,yəni samitlə  başlanan,   saitlə  bitən heca: ba-la, qa-pa,sa-rı, də-də, ba-ba ,və s .
 

 Heca  tipləri

Müasir  Azərbaycan  dilindəki  müxtəlif   növlü  hecalar  onların  formalaşmasında hecadüzəldən  saitlə  qovuşan samitin sayına  və  mövqeyinə  görə  bir-birindən  fərqlənir  və beləliklə  də  müxtəlif  heca  tipləri  formalaşır  Müasir  Azərbaycan   dilindəki  müxtəlif  növ  hecaların  əsas tipləri   aşağıdakılardır.
ı.Saf  heca: o(a-ta, o-ğul və s.)
ıı.Örtüsüz  qapalı  hecanın  tipləri :
a)Sait+ bir samit-0I(al,ol,ot,üç,uç və s)
b)sait+iki samit—0ıı(alt,üst,eşq,akt və s)
b)sait+üç samit-0ııı(Omsk,ole-andr və s)
ııı.Örtülü-açıq  hecanın  tipləri:
a)Bir samit+sait-ı0(bu,ba-la,) nə-nə vəs
b)ikisamit+sait-ıı0(bri-qadir,qra-fik ,və s)
v)üçsamit+sait-ııı0-(skle-ra,skle-roz,və s)

ıv.Örtülü-qapalı  hecanın  tipləri:
a)bir  samit+sait+bir samit-ı0ı(kəl,bir,can,qan və s).
b) bir samit+sait+iki samit-ı0ıı(kənd,qənd,yurd,dördvə s).
v)ikisamit+sait+bir samit-ıı0ı(plan,plov,trak-torvə s)
q)iki samit+sait+ikisamit-ıı0ıı(frank,spirt,sportvə s).
f)bir samit+sait+üçsamit-ı0ııı(Marks,Çarlzvə s).           D
d)üç samit +sait +bir samit-ııı0ıı(skripka,şprisvə s).
e)üç samit+sait +iki samit –ııı0ıı(sprint,və s).
ə)iki samit +sait +üç samit –ıı0ııı(spektr,Dnestr və s).
j)üç samit +sait +üçsamit- ııı0ııı(Brjansk və s).
z)bir samit + sait dörd samit –ı0ıııı(Boljsk və s).      
loading...

Oxşar məqalələr

0 şərh