Durğu

Mənalı səslənmənin fasilələr halında təzahür edən növünə durğu deyilir.
Durğu ifadənin tərkibindəki sözlər arasında, cümlənin üzvüləri arasında,mürəkkəb cümləni təşkil edən cümlələr arasında ,nəhayət, cümlənin sonunda müxtəlif məna ilə,məqsəd və pisixoloji hal ilə sıx surətdə bağlı olan çox mürəkkəb bir prosesdir.
Doğrudur,durğu hadisəsinin az bir qismi yazıda,xüsusən durğu işarələri adlandırılan şərti əlamətlərlə ifadə olunur.Məsələn, nöqtə, sual işarəsi,nida işarəsi .
Çox nöqtə ,üç nöqtə, hətta bir nöqtə fasiləsindən bəzən daha davamlı fasiləni bildirdiyi kimi ,eyni zamanda hiss və həyacanla bağlı olaraq nitq axınının məna bitkinliyi olmadan qırıldığını ,parçalandığını da ifadə edir,
Vergül işarəsinin vəzifəsi daha çoxdur.Lakin bu müxtəlif məna əlamətləri əslində durğu ilə formalaşır və buna görə də vergül nitq axınında azacıq fasilənin varlığına işarə olaraq işlənir.

TƏLƏ FFÜZ VƏ ORFOEPİYA


Tələffüz.Tələffüz kəlməsi əslində ərəbcə söz mənasında olan ləfz( əl-ləfzun)kökündən düzəldilərək əsasən “söyləmək” mənasında işlənən bi r sözdür Müasir Azərbaycan ədəbi dilində bu söz həm ümumi-əsas mənasına müvafiq işlənilən bir kəlmədir, həm də “söyləyiş” mənası ilə bağlı bir anlayışı bildirən, daha doğrusu “ sğyləmə”prosesi ilə əlaqədar olaraq dil səslərinin müxtəlif təzahürlərini ümumiləşmiş halda ifadə edən termindir.Buna görə də “tələffüz”termini dil səslərinin fonetik sistem ,keyfiyyət və şəraiti ilə əlaqədar olaraq dəyişmə xüsusiyyətləri kimi anlayışları da ifadə edir.
 
Orfoepiya. Orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran,yəni fonetik cəhətdən ümumiləşdirici normaları təzahür etdirən qayda-qanunlarının sistemli məcmusudur .Orfoepiya anlayışını bəzən çox dar ,bəzən də çox geniş mənada başa düşmək olar .Bu isə tələffüz anlayışı ilə (hətta”fonetik sistem” anlayışı ilə )üzvü surətdə bağlıdır.
Orfoepiya anlayışını geniş mənada qəbul etmək məqsədə daha çox uyğundur .Çünkü ədəbi tələffüzün əsas cəhətləri ,xüsusən bu və ya digər səsin müəyyən fonetik şəraitdə, yəni ayrılıqda ,digır həmcins və ya ayrıcins səslə yanaşı olduqda,qrammatik formalarda və söz birləşmələrində yanaşı gəldikdə necə tələffüz edilməsi qayda-qanunları, eləcədə vurğu, intonasiya normaları geniş mənada orfoepiya anlayışı ilə üzvü surətdə bağlı məsələlərdir.
 
Tam üslub.Tam üslubun əlamətdar cəhətləri aşağıdakılardan ibarətdir.Tam üslubdan təlim-tədris prosesində, yəni dərs deyərkən ,mühazirə oxuyarkən,müəyyən məsələni dinləyiciyə başa salmaq məqsədi ilə danışarkən ,yeni bir sözü ,termini ,ifadəni dinləyicinin aydın eşitməsi üçün ,müəyyən elmi məfhumu ifadə edən yığcam tərifin,formulun bütün sözlərini dinləyiciyə dürüst eşitdirmək üçün istifadə olunur.
Sərbəst üslub.Sərbəst üslubun ələmətdar cəhətləri ,əsasən aşağıdakılardır,
Tələffüz normalarına uyğun olmayan bir sıra çalarlıqlara, xüsusən .şivəçilik ,köhnəlik, əcnəbilik çalarlarına sərbəst üslubda az-çox yol verilir.
1)Şivəçilik, məsələn,mana(mənə),sən(sənin),qapıyı(qapını),popaq(papaq),qəpək(qəpik),qərdəş(qardaş),və s.
2)Köhnəlik(yəni bir zaman ədəbi tələffüz normaları baxımından qanuni məcburi sayılan, lakin müasir dövürdə köhnəlmiş kimi səslənən tələffüz ,məsələn, qaidə(qayda),faidə(fayda),cəvan(cavan),adəm(adam),yüzük(üzük), səlam(salam), və s.
Misallardan göründüyü kimi köhnəliyin bir qismi alınma sözlərlə əlaqədardır.Lakin bunlar bir zaman Azərbaycan ədəbi tələffüzü üçün norma sayılmışdır.Buna görə də belə nümunələr “əcnəbilik” qrupuna deyil ,məhz “köhnəlik”qrupuna daxildir.
3)Əcnəbilik(yəni başqa dillərə xas olan çalarliqlar-tələffüz),məsələn, qazeta ,maşina ,stakan ,çaynik, folklor və s
 
Yazı.Ədəbi tələffüzə həm müsbət həm də mənfi təsir göstərən mənbələrdən biri də yazıdır.
Ümumiyyətlə,yazı ədəbi dilin ümumiləşməsi və sabitləşməsi baxımından çox vacivb vasitədir,hətta yazıda –orfoqrafiya qaydalarında sabitlik,vahidlik olmayanda tələffqzdə də vahidlik deyil, məhz müxtəliflik olur.Bu baxımdan bəzi alınma sözlərin müxtəlif variantda tələffüzünün məhz yazı ilə əlaqədar olması diqqəti cəlb edir.
Yazı da danışıq kimi insan cəmiyyəti içərisindəki ictimai qurluşların, müxtəlif siniflərin ünsiyyət və mübarizə silahıdır.Yazının arixi dilin tarixini izləyir və heç bir ümumi inkişaf izində dildən ayrılmır.a)Yazı gözlə görülür,dil isə qulaqla eşidilir
b)Dildə olan hər cür səs yazıda eyni ilə əks olunmur.
v)Dildə jest və əllərin köməyi ndən istifdə olunur,yazıda isə jest və əllər iştirak edə bilmir.
q)Söylənilən söz, ifadə, cümlə tez yaddan çıxar,müyyən dövür keçdikdən sonra unudular, yazılan söz, ifadə ,cümlə isə uzun müddət saxlanıla bilər.
Elm və texnikanın ixtiraları indi müəyyən dərəcədə danışığın da saxlanılmasına imkan yaratmışdır,lakin burada yenə yazı vardır, qramofon maqnitofon və s.
ğ)Danışıq dili hazırda qarşı-qarşıya duran insanlara xidmət edir,yazı isə həm əyani ,həm qiyabi dildir.Elm-texnikanin ixtiraları səsli dili də müəyyən dərəcədə qiyabi dil halına salmışdır,radio, telefon və s.
d)Yazı uzaqda olan insanların arasında ən mükəmməl mədəni əlaqə vasitəsidir,yazının bu xüsusiyyətini nə radio,nə də telefon əvəz edə bilər.
e)Dilin iki təzahür forması vardır. danışıq,yazı.
Buna görədə dilin iki növü formalaşmışdır, şifahi dil ,yazılı dil.Şifagi dilin məxsusi qanunları,yəni ümumi dürüst danışıq normaları-orfoepiyası olduğu kimi, yazılı dilində məxsusi qayda-qanunları, yəni ümumi-dürüst yazmaq normaları-orfoqrafiyası vardır.
 

0 şərh