BMT-nin Beynəlxalq Məhkəməsi

BMT-nin Beynəlxalq məhkəməsi – BM (The Interna­tional Court of the UN)  baş məhkəmə orqanıdır. Bununla da bey­nəlxalq məhkəmənin əsas fəaliyyət sferası müəyyən edilir. Bu orqan özünün çoxsaylı spesifik xüsusiyyətlərinə malikdir. Belə ki, digər beynəlxalq məhkəmələrdən fərqli ola­raq məhkəmənin baxdığı tərəf ancaq dövlət sayılır. BMT-nin bey­nəl­xalq məhkəməsinə müraciət fakültetiv – yəni könü­llülük xarakteri daşıyır. Yəni mübahisəni ancaq onunla bağladığı razılaşmaya – güzəştə getmək əsasında göndərir.
Bir çox dövlətlər bir neçə beynəlxalq müqaviləyə görə bunu hüquqi məhkəmə kimi qəbul edir. Məhkəmə ona təqdim olunan mübahisələri beynəlxalq qay­dalara uyğun olaraq həll etməlidir. Beynəlxalq bəyan­na­mə­ləri qəbul edərək sivilizasiy­alı millətlər tərəfindən qəbul edilmiş beynəlxalq adətləri, ümumi prinsipləri, qaydaları və həmçinin köməkçi vasitələri, məhkəmə qərarlarını, müxtəlif millətlərin bu istiqamətdə hüquqlarını müdafiə edən yüksək ixtisaslı mütəxəssislərin siyasi baxışlarını nəzərə almaqla məsələni həll etməlidir.
Beynəlxalq məhkəmə beynəlxalq hüquq sahəsində qə­bul edilmiş və hörmətə layiq hüquqşünas olan, yüksək mə­nəvi keyfiyyətlərə malik, vətəndaşlığından asılı olmayaraq seçilmiş 15 müstəqil məhkəmədən ibarətdir. Məhkəmə Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən yenidən se­çilmək hüququna malik olmaqla 9 il müddətinə seçilir. Yer­ləşdiyi yer – Haaqadır (Niderland). Məhkəmə fəaliyyəti ilə yanaşı Beynəlxalq Məh­kəmə hüquqi məsləhətlər də  həyata keçirir.
Beynəlxalq Məhkəmə BMT sisteminin bir hissəsi ol­maqla 1945-ci ildə yaradılmışdır. Məhkəmə daimi palatada Millət Cəmiyyətinin beynəlxalq ədalət məhkəməsini əvəz et­mişdir.
Keçmiş Ümumdünya Məhkəməsi cəmiyyətin ən fəa­liyyətdə olan institutlarından biri idi. Işlədiyi 18 ildə 32 ən ağır cinayətlərə dair hökm çıxarmış və 27 məsləhət rəyi ver­mişdir.
Heç bir ölkəni beynəlxalq məhkəmədə başqa tərəfi din­lə­məyə məcbur etmək olmaz, lakin məhkəməyə müraciət edən hər hansı bir ölkə Məhkəmənin qərarını qəbul etməyə hazır olmalıdır. Məcburetmə mexanizmi nəzərdə tutulma­mışdır. Ayrı-ayrı vətəndaşlar onun hökuməti təqdim etdiyi hallarda müraciət edə bilər. Məhkəmə səs çoxluğu ilə qərar qəbul edir. Məhkəmənin səlahiyyətlərini Təhlükəsizlik Şurası təmin edir.
Beynəlxalq Məhkəmə işləri 4 müxtəlif tipdə aparılır:
1.Şərq-Qərb arasında münaqişə;
2.Müstəmləkə əleyhinə mübarizə;
3.Regional daxili mübahisə;
4.BMT hüquqi səlahiyyətlərini müdafiə etmək.
1980-cı illərdən başlayaraq Şimal-Cənub, bir qayda ola­raq ABŞ ilə onun əleyhinə olan ölkələr arasında münaqişələr kimi yeni kateqoriyadan olan işlər baş vermişdir.
Ən kəskin münaqişə kommunist olan və olmayan ölkə­lər arasında münaqişə idi ki, bunun da istintaqı ilə Məhkəmə məşğul olur. Məhkəmə Albaniya ilə Böyük Britaniya ara­sında Korf körfəzi üzrə dinləmələri eşitdi. 1964-cü ildə iki Ingilis hərbi gəmisi Albaniyanın ərazi sularında Korf körfə­zindən ke­çən zaman minaya düşmüş və 44 ingilis dənizçisi həlak olmuş­dur. Iş hər iki tərəfi dinləmək əsasında Beynəl­xalq məhkəməyə təqdim olunmuşdur. Böyük Britaniya təs­diq edirdi ki, Alban hökuməti minanın qoyulmasını bilməli idi. Əks halda Alban hökuməti minanın qoyulmasına özü əmr vermişdir və bunun üçün o cavabdehlik daşıyır. Alba­niya isə Böyük Britaniyanın gəmilərinin onun suverenliyini pozduğunu bildirmişdir.
Məhkəmə 11 səsə qarşı 5 səslə məsələni Ingiltərənin xeyrinə həll edərək Albaniyanın 2,4 mln. dollar kompensa­siya ödəməsi haqqında qərar qəbul etdi. Lakin Albaniya Məh­kəmənin qərarını yerinə yetirməkdən imtina etdi və nə Məhkəmə, nə də Ingilis hökuməti onu məcbur edə bilmədi­lər.
Məhkəməyə müstəmləkə xarakterli yeganə məsələ Cə­nubi-Qərbi Afrikadan (indiki Namibiya) daxil olmuşdur ki, bu da keçmişdə Millətlər cəmiyyətinin tabeliyində olan ərazi idi. Məhkəmə 1950-ci ildə bu məsələni qaldırdı və Baş As­sambleya həqiqətən həmin ərazinin Cənubi Afrikanın əsas hissəsi olmaqla idarə edilməsi haqqında məsləhət sorğu apardı.
Axırıncı – yəni Cənubi Afrikanın həqiqi ərazisi haq­qında beynəlxalq nəzarətin hər hansı bir formasından tam imtina etdi. Məhkəmə bir səslə keçmiş Millətlər cəmiyyətinin ərazisinin idarə edilməsinin BMT-nin ixtiyarına verilməsini qəbul etmiş və Cənubi Afrikanın qeyd olunan ərazi haqqında beynəlxalq statusu dəyişməyə ixtiyarı yoxdur. 1962-ci ildə Həbəşistan və Liberiya Cənubi Afrikaya qarşı iddia qaldır­mışdılar ki, bu da çox böyük olmayan üstünlüklə kənar edildi.
Belə halda Baş Assambleya Cənubi-Qərbi Afrikanın Cənubi Afrika Respublikasından ayrılıb Baş Assambleya tərə­findən idarə olunması hüququ haqqında Qətnamə qəbul etdi. Məhkəmə həmçinin xırda regionlarda daxili münaqişələrin, xüsusilə Qərb yarımkürəsində həll edilməsində də iştirak etdi.
Məhkəmənin ən vacib qərarlarından biri hüquqi və siy­asi təşkilat olan BMT-ni gücləndirmək idi. 1947-ci ildə BMT-nin Fələstində vasitəçisi qraf Folke Bernadott sionist ter­rorçu qrup tərəfindən öldürülmüşdü. Onda BMT «ola bil­məzmi beynəlxalq təşkilat ərazisində onun tapşırığı ilə hərə­kət edən nüma­yən­dəsinin onun ərazisində öldürülən dövləti məsuliyyətə cəlb edə bilərmi» sualı ilə Məhkəmədən məslə­hətçi qərar tələb etdi. Məhkəmə müsbət qərar qəbul etdi. Bu qərapa əsasən BMT Israildən Bernadottun ölümü əvəzini və BMT-nin digər nümayəndələrinə dəymiş ziyanı ödəməyi tə­ləb etdi. Israil hökuməti bu tələbi ödədi.
Beynəlxalq məhkəmə BMT-nin beynəlxalq maliyyələş­dirilməsinin işlənib hazırlanmasında da az rol oynamamışdır. Beynəlxalq Məhkəmə Assambleyadan öz üzvlərinin qanuni əsaslandırılmış səlahiyyətlərini təsdiq etdi. 3/2 iki səs çox­luğu, bu və ya digər aksiyaların əleyhinə səs verən hər hansı bir dövlətin nümayəndəsi Katibliyin tərkibinə daxil olan za­man mütləq onun BMT-yə sadiq olmasına və hər hansı bir dövlətin marağını kənarda qoymamalıdır.
Katibliyin yerinə yetirdiyi vəzifələr Birləşmiş Millətlər Təşkilatının yerinə yetirdiyi vəzifələr kimi çoxsahəlidir. Bu vəzifələrə sülhməramlı əməliyyatlardan başlayaraq beynəl­xalq mübahisələrdə vasitəçiliyə qədər, iqtisadi və sosial meyllər, insan hüquqları haqqında tədqiqatlar aparmaq və sabitlik prob­lemləri haqqında əməliyyatlar və s. aiddir. Bun­dan başqa, Katib­liyin əməkdaşları Birləşmiş Millətlər Təşki­latının işi haq­qında dünya informasiya vasitələrini məlu­matlandırır, istiqa­mətləndirir, dünya problemləri üzrə əhə­miyyətli beynəl­xalq konfranslar təşkil edir və Birləşmiş Mil­lətlər Təşkilatının qərarlarının yerinə yetirilməsinə nəzarət edir, çıxışların və sənədlərin Təşkilatın əsas dillərinə tərcümə­sini həyata keçirir.

0 şərh