Sağlığında qiymət verin insanlara!

O öləndə mənim 18 yaşım var idi. Çox pis təsir etdi ölümü mənə.Qəlbimdə o qədər "kaşki"-lər var idi ki...Çox sıxılırdım,bəzən peşmançılıq hissləri məni boğurdu.Bəlkə də onun sağlığında daha yaxşı ola bilərdim.Qəlbinə dəyməzdim.O isə o qədər yaxşı insan idi ki.Bilirəm ki,o da məni çox istəyirdi.Amma nə etməli,o vaxtdan çox keçib.Sonrakı peşmançılıq həqiqətən də fayda vermirmiş.Bəlkə də bu peşmançılıgın özündə də bir fayda var.Artıq bilirəm ki,bu peşmançılığın sayəsində bir daha səhv buraxmayacağam.Bir daha məni sevənlərə qarşı diqqətsizlik etməyəcəyəm.

Hərdən də fikirləşirəm ki,ola bilər o vaxt yaşımın indikinə nisbətən az olduğundan o qədər də həyatı dərindən başa düşməmişəm.Yəni gəncliyin ən coşqun vaxtlarında fikrim daha çox təhsilimin ,dostlarımla əyləncənin,deyib-gülməyin yanında olub.Elə bu üzdən də bəzi xırdalıqları bir o qədər yaxşı qavraya bilməmişəm.

Sağlığında qiymət verin, insanlara!

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...

Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.

Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...

Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...

Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...

Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...


Cabir Novruz.


Amma indi hər şey çox dəyişib,həyatım da,elə mən özüm də.İndi əvvəlki vaxtlara görə hər şeyə daha diqqətlə,daha həssaslıqla yanaşıram.Kiminsə qəlbini sındırmamaq üçün çox ehtiyatlı rəftar edirəm.Bəzən isə kiminsə xətrinə dəyəndə tez ondan üzr istəyirəm.Və yaxud fikirləşirəm,bəlkə dünən etdiyim zarafat onun qəlbinə dəydi.Elə buna görə də tez həmin insandan bunu soruşuram.Çünki həyat çox qısadır.Ölüm qocaya,cavana baxmır.Yenədə əvvəlki tək peşmançılıq çəkmək istəmirəm.

Sonda isə sözlərimi bu yaxında Çarlz Dikkensin "Oliver Tvistin macəraları"adlı romanından oxuduğum bir hissə ilə sözümü sona yetirmək istərdim.


"Biz insanlar,gərək öz ətrafımızdakı insanlarla münasibətdə çox ehtiyatlı olaq,çünki ölüm hər dəfə bu insanlardan birini aparanda,sağ qalanları düşünməyə məcbur edir.Onlara xatırladırki,yadınıza salın və görün o mərhumun sağlığında siz nələr edə bilərdiniz,amma etməmisiniz,nə qədər fürsəti əldən buraxmısınız,nə qədər az iş görmüsünüz,,nə qədərini unutmusunuz,zərərli,düzəlməyi mümkün olmayan əməlləriniz isə daha çox olubdur! Vicdan üçün gecikmiş və heç bir əhəmiyyəti olmayan peşmançılıqdan ağır bir şey ola bilməz;əgər biz özümüzü belə bir peşmançılığın verdiyi vicdan əzabından xilas etmək istəyiriksə,bunu gərək həyatda olduğumuz vaxt yadımızda saxlayaq,nə qədər ki,yaşayırıq,gec deyil-bunu untmayaq!"
 

3 şərh

Leyla
Çox gözəl şer.İnsanlara vaxtında qiymət vermək lazımdır.
bloqçu

Üzüldüm((

Sonrakı peşmançılıq həqiqətən də fayda verməz, amma, gələcək üçün bir dərs olur bəlkə də. İnşallah həyatında hər şey yaxşı olar.