Hipnoz

Hipnoz sözünü ilk dəfə ingilis doktoru Braid işlətmişdir.Yunan mifologiyasında hipnos sözü bu şəkildə işlənir.Yunan mifologiyasının yuxu tanrısı Hipnoz gecənin oğlu və ölümün (Thanatas) qardaşıdır.Qardaşı ilə birlikdə Hadesin ölülər diyarında yaşayır.Qanadlı bir gənc şəklində təsvir olunan Hipnoz,yorğun insanları anılarına sehirli dəyənəyi ilə dəymək,qaranlıq qanadları ilə yelləmək,ya da bir buynuzdan insanların üstünə yuxu verici bir maddə tökmək sürətiylə onlara yuxu verir.Thanatosda qanadlı bir ruh şəklində təsvir edildiyindən,hipnoza oxşayır.Qipnozun oğlanlarından biri isə yuxu tanrısı Morheusdur.Hipnozun tanrılar üzərindən böyük təsiri vardır.Homerə görə Hipnoz,Heravın xahişi ilə bir gecə quş şəklində Zeusu İda dağının üstündə yuxuya vermişdir.





Hipnoz vaxtı bir şəxs, digər bir şəxsin hərəkətlərinə nəzarət edərək onu dərin bir yuxuya salır.
Başlıca üç hipnoz halı vardır:

1 Halsızlıq (şarm, təlqin, inanclılıq halı): Neo-spiritüalizm, hipnozun bu mərhələsini "özbaşına imajinasiya" mərhələsi olaraq görür. Hipnozun bu halının ən diqqətə çarpan xüsusiyyəti süjenin təlqinə şüursuzca uyğunluq xüsusiyyətidir. Bu haldakı süjedə təlqin yoluyla, beş duyğunu maraqlandıran hipnotik halüsinasyalar yaradıla bilər.
2 Katalepsi (donma halı): Süjenin gözləri açıq olmaqla birlikdə, əzələləri donma deyilən dərəcədə uzun müddət sabit qalır. Orqanlarını buraxıldığı mövqedə saxlayır. Ətrafdakı səs-küyləri eşitməməklə birlikdə, musiqidən təsirləndiyi müəyyən olunmuşdur. Təlqin götürmə qabiliyyəti azaldığından, əmrlər cavabsız qalır. Hipnozda təhlükəli bir mərhələdir. Xəstənin oyandırıla bilinməməsi ola bilər. Hipnoz edən, hipnozun bu mərhələyə keçməsinə icazə verməz.
3 Somnambülizm (yuxudagəzmə halı): Süje özü üzərindəki idarə qabiliyyətlərini bir az daha şüurlu və əhatəli olaraq təkrar istifadə etməyə başlayır. Təlqin birbaşa mümkün deyil, ancaq razısalma yoluyla mümkündür. Süjedə adi halda görülməyən bir zəka və mühakimə qabiliyyəti meydana çıxır. Bu şüur halı "superconscience" olaraq adlandırılmışdır. Somnambülizm halı da əlamətlərinə və dərinlik dərəcələrinə görə öz içində siniflərə ayrılır. Hipnozdaki bu süni somnambülizm (somnambulisme provoqu halı "təbii yuxudagəzən" deyilən insanlarda özbaşına meydana gəlməkdədir ki, təbii yuxudagəzənlər bu haldaykən, zəka tələb edən qarışıq fəaliyyətlərdə ola bilərlər, lakin oyandıqdan sonra, etmiş olduqları bu fəaliyyətlərin heç birini xatırlamırlar.





Hal hazırda hipnos bir sıra xəstəliklərin müalicəsində də istifadə olunmaqdadır.Ingilis qastroenteroloqlarının fikrincə hipnoz terapiyası mədə bağırsaq xəstəliklərinin simptomlarını yüngülləşdirməsi həmçinin bu xəstəliyin birdəfəlik müalicəsi üçün çox effektlidir.Təhqiqiatlar nəticəsində məlum olmuşdur ki,mədə bağırsaq xəstəliyindən əziyyət çəkən 100 xəstənin üzərində professional şəkildə aparılan hipnoterapiya nəticəsində,bir neçəsi özünü yaxşı hiss etmiş,40 nəfər tamamilə sağalmış,qalanları isə xəstəliyin yaxşılığa doğru getməsinin şahidi olmuşlar.
 

2 şərh

2ral
Hipnozu yaxşı öyrənib pul qazanmaq olar. Qaraçılar hipnozun təsiri ilə yaxşı qazana bilirlər:






İndi isə əsas məsələyə keçək.Canlı şəkildə hipnoz.Həkim-psixoterapevt Elman Osmanov bir otaqda olan adamların hamısını yatızdırır.Kim hipnoza inanmırsa baxsın:




konFidaNsial
А где ссылка?