Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll

Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini "en hundur zirve" yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim.

Səhifənin ünvanı http://cavablar.net/m  - dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər saytı telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.
 

5 şərh

Elvin85

Səhifəyə sırf kayzen.az daxili axtarış da əlavə edə bilərik yaxın zamalarda, çünki kayzen-in kontenti sürətlə böyüməkdədir.

2ral
Elvin,təbrik edirəm.Deyəsən sırf Aznet üçün işləyək bir sənsən,bir də biz:)
Amma bu yeni xidmət elə də xoşuma gəlmədi.
Əvvəla səhifə gec açılır.Mobil telefon üçün olan saytda Google Analytics quraşdırmaq nə dərəcədə düzgündür?
Belə xidmət gərək gör qırpımında açılsın.
Servisdə JavaScript olması nə dərəcədə düzgündür? İnternet texnologiyalarını o qədər yaxşı bilməsəm də deyə bilərəm ki,belə saytlarda JavaScript olması yaxşı deyil.
Hal-hazırda tənbəllik və vaxt çatışmazlığına görə fəlaiyyət göstərməsə də,kayzenin mobil versiyasını mən bu sahədə çox mükəmməl sayırdım. Mobil versiyada bir dənə də olsun Java skripti yox idi,səhifə çox tez açılırdı,saytdaxili axtarış sistemi orda da işləyirdi.
Elvin85

Təşəkkür edirəm. :)
Google Analytics-i indicə qoymuşdum test üçün, yəqin ki götürəcəm.
Javascriptə gəldikdə isə bir neçə mobil telefonla yoxlamışam sürət kifayət qədər normal olub. Müasir telefonların default brouzerləri belə javascripti normal dəstəkləyir. Opera Mini yükləndiyi halda isə lap əla işləyir. Amma səndən başqa bir nəfər də lənglik ilə bağlı irad bildirdi, deməli nəsə var. Postda da qeyd etdiyim
«Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.» 
sonluğunu məhz buna görə yazmışdım. Səhifə istifadəçilər tərəfindən test olunduqca qüsurlar deyiləcək və aradan qaldırılacaq.

HTML

Başqa yerlərdə də oxumuşdum.Amma səhifəni açan kimi bir gördüm ki,yazılar şəkil kimi verilib.
O dəqiqə saytı bağladıb.İdeyası yaxşı,amma işin görülməsi pis.

Elvin85
Yazılar şəkil kimi ona görə verilib ki, bəzi mobil telefonlarda milli hərflərimiz ümumiyyətlə görsənmir. image-in alt-ında şəkildəki mətn yazı olaraq yerləşdirilib, kimdəki images=off-dur, o yazını görəcək. 
«O dəqiqə saytı bağladıb» 
Demək ki sayt sizə gərəkli olmadı. Heç eybi yox, çünki səhifə ondan bəhrələnmək istəyənlər üçün düzəldilib. Əgər siz yolda,imtahanda və.s. başqa yerdəsinizsə və misal üçün sizə hansısa məcəllənin mətninə baxmaq lazımdırsa, bu halda saytın yazısının şəkil və ya mətn olması sizi maraqlandırmamalıdır, NƏTİCƏLİLİK maraqlandırmalıdır.