Ağladır

Ağlayar

Mən bu ayrılıqdan nəsə yazdıqca,
Barmaqlar ağlayar, qollar ağlayar.
Biz bir, birimizə qovuşmadıqca,
Küçələr ağlayar yollar ağlayar.

Qəlbimə hər dəfə yeni qəm gəlir.
Görüb qəmlərimi qəm də ağlayır
Vallah heç bu qədər mən ağlamıram
Masanın üstündə şəm də ağlayır.

Ağlayır ürəyim ağlayır qələm.
Könlümdə dolaşan qəmi ağladır.
Bax-- bax gözlərimə Ağlamıram mən,
Bəlkə bu qələmdir şəmi ağladır,?


Getdi... Hədər getdi o gənclik çağım.
Ağlayır saçımın dəni ağlayır.
Bəlkə əşyalarla dolu otağım,
Hələ mən ölməmiş məni ağlayır?

Elə üzübür ki bizi bu həsrət.
Göydə pərvaz edən quşu ağladır.
Bizi ağlatmayan, bu acı qismət,
Sən demə torpağı daşı ağladır.

Ayrılıb o köhnə eşq məktubların,
Bir dəfə heç açıb-bağlamamışıq.
Bizim ayrılığa yer-göy ağlayıb.!
Biz daşürəyik ki, ağlamamışıq...!


Hüseyn Atəş

Oxşar məqalələr

 

2 şərh

BaRLeLiTa
super weirdi .. 
 Getdi... Hədər getdi o gənclik çağım.
Ağlayır saçımın dəni ağlayır.
Bəlkə əşyalarla dolu otağım,
Hələ mən ölməmiş məni ağlayır?
Huseyn-Atesh
Təşəkkür edirəm oxuyan gözləriniz dərd görməsin.