İnsanın heçi yox,heçin insanlari...

"İnsanmı? Bağışlayın! Eşidə bilmədim!"
-İnsanların telefonları yerinə, telefonun insanları var artıq!
-İnsanların televizorları yerinə, televizorun axmaq insanları var artıq!
-İnsanların kompüterləri yerinə, kompüterin pirat insanları var artıq!
-İnsanların kresloları yerinə, kresloların məzar insanları var artıq!
-İnsanların paltarları yerinə, paltarların fikirsiz və zikrsiz insanları var artıq!
-İnsanların mədələri yerinə, mədənin doyumsuz insanları var artıq!
-İnsanların sevgiləri yerinə, sevgisizliyin kölələri qəribə əcaiblər var artıq!
-İnsanların eşqləri yerinə, eşqsizliyin alçaq insanları var artıq!
-İnsanların iş həyatı yerinə, iş həyatının iş beyinli insanları var artıq!
-İnsanların pulları yerinə, pulun insansız insanları var artıq!
-İnsanların evləri yerinə, evlərin ayaqaltı insanları var artıq!
-İnsanların avtomobilləri yerinə, çıxan tüstü insanları var artıq!
-İnsanların kasıblığı yerinə, kasıblığın təcavüzkar insanları var artıq!
-İnsanların zənginliyi yerinə, zənginlərin soysuz insanlığı var artıq!
-İnsanların modası (özlərinə xas) yerinə, modanın rüsvay insanları var artıq!
-İnsanların mədəniyyəti yerinə, mədəniyyətin olmayan insanları var artıq!
-İnsanların ağılı və ağıllıları yerinə, ağılçılığın ağılsız insanları var artıq!
-İnsanların imanı yerinə, bütlərin qapqaranlıq insanları var artıq!
-İnsanların günahları yerinə, günahların tövbəsiz insanları var artıq!
-İnsanların kompleksləri yerinə, komplekslərin axmaq insanları var artıq!
-İnsanların çoxluğu yerinə, kobudluğun və kütlənin insanları var artıq
-İnsanların ədəbsizliyi yerinə, ədəbdən nəsibsizliyin insanları var artıq!
-İnsanların bir sifət olaraq nifrətlərinin yerinə, nifrətin sifətsiz insanları var artıq!
-İnsanların xəstəlikləri yerinə, xəstəliklərin xəstəlik xəstəsi insanları var artıq!
-İnsanların alçaqlığı yerinə, alçaqlığın rüşvətdən alınma insanları var artıq!
-İnsanların şəxsiyyəti yerinə, şəxsiyyətsiz insanların xarakterləri var artıq!
-Kitabların insanları yerinə, insanların kitabları və kitabsızları var artıq!
-Əşyaya ad verən insanlar yerinə, əşyanın adsız və formasız insanları var artıq!

 

5 şərh

seyidova
Teessüfler olsun :(( qeweng yazıdı.
pascal
«Başqa saytdan oğurladı...» imzası yoxdursa, demək bu yazı sizindir. :) Gözəldir. +
JAVIER_ZANETTI
Salam olsun sizə. Pascal qardaşim yox dünən internet kafedeidim qalxdiğim zaman lap axirda koprivat elədim dünən yazdiğim yazilarin hamisini və hərkəsdən üzür istiyirəm kimsə mənim yazimdı kimi anlamasinlar başqalarinin da haqqina girmiş olmuyum beləcə. Dünən çatdira bilmədim yazmağı, Oxuduğlarinizin hamisini başqa saytan oğurladi Alixan İmətli))) oxuyan gözlər ağri görməsin yazan əlləridə unutmuram təbii ki ) çox sağolun
BaRLeLiTa
Bu yazıya daha öncə başqa bir saytda rastlamışam :)
heyatin-ellerinde

Maraqlı və təəssüf doğuran yazıdı
Təşəkkürlər