mən heçnə bilmirəəəəəəəəəəəəəm!

spam olmasın!
Həyat heç də asan deyil. Başlamamış deyim, yazmaqda məqsəd qorxutmaq deyil.
Əksinə fikirləşirəm ki, çətinliklərə hazır olmaq lazımdır və bizə öyrədilən bütün nağılları yola vermək lazımdır.
Beləliklə başlayaq. =)
Düşünürəm ki, bizim ən təmiz dövrümüz cizgi filmlərə baxan dövrümüz olub.
Bəlkə də bizim ölkədə normal cizgi filmə baxan uşaqlığın ən son dövrünü elə biz yaşadıq.
Amma bizdə şou-biznes zərbələrindən tam yaxa qutara bilməmişdik. Çox sağ olsunlar. =)
İndi uşaq olmaqsa vallah çox çətindir. Şou-biznes cizgi filmlərinin də evini yıxıb.
Və bir şey var ki, bizim cəmiyyət də get-gedə həmin şou-biznes modelini mənimsəyir.
Və bizə lazım olmayan və olmayacaq informasiyaların axını başlayır.
Başlayaq həmin bu şou-biznesin reklamları, qalmaqalları, plagiatları, tərzləri, fanatları, formatları, səviyyələri - beyin təsir altındadı.
Sonra..
Məhlə xalaları, məhlə uşaqları, qohumlar və onlar haqqında olan müzakirələrimiz.
Biraz da burdan itiririk.
Sanki lazım olmayan hərşey haqqında düşünməyə məcburuq.
Davam..
Məktəbdəki bomba oğlan, qısa yubka, ən ağıllı, ən tapşırıqlı, ən pullu uşaqlar.
Eyni sıralama ilə həmin müəllimlər gəlir.
Və hamının bu mühitdə bir-birinə paxıllığı, həsəd aparması.
Hamımız yuxardakilar haqda nə vaxtsa fikirləşmişik.
Yəni doğurdan bizim buna vaxtımız olub?
Qəbul edə bilmirik bəlkə də indi, amma belə olub.
Televiziya haqda yazmağı isə fikirləşmirəm.
Bizə məktəbdə keçilən fənlər hələ..
Deyəsən problem oları icad edənlərdə olub..
Misal üçün: bir adamın x və y`lə nə qədər problemi olmalıdır ki,
onların başına o cür oyunlar gətirsin.
Ya da ki, bunları fikirləşən insanlar çox xoşbəxt olublar.
Başqa dərdləri yox imiş, zövq almağa nəsə axtarırlarmış.
Internetlə bağlı isə yeni abzasdan. =)
Əminəm ki, hamımız yatanda feysbukda nə edəcəyimiz, gələn dostluqlar, yazacağımız statuslar, commentlər, "like"lar haqda, "azerbaycanda azerbaycanca danışaq", "filankəs filankəsovdan zəhləsi gədən 100000000000000000000000000000000000 adam axtarıram" qrupları haqda fikirləşirik.
Sonra özümüzü başa düşə bilməsək də, biz onlar haqda fikirləşirik. Bəli, bəli. =)
Ya da ki.. bekarçılıqdandı hamısı.
Siz təsəvvür edin ki, Nyuton həmin gün ağacın altında oturanda, qabağında noutbuku var və feysbuka girib, statusuna hansısa alimdən aforizm copy-paste edir. Məncə elə həmin an onun başına düşən almanı isə o uzağı yeyərdi və ən uzağı - "başıma ağacdan alma düşdü :D:D" statusunu yazacaqdı feysbuka.
Hansısa mənim üçün və bunu oxuyanların 99%-i üçün əhəmiyyətsiz olan cazibə qanunu da olmazdı bugün.
Əəslində, olmağında da elə böyük əhəmiyyət yoxdu, çünki o yalnız xüsusi insanlar üçündü.
1. - 7`ci sinifi keçmiş və universitetdə 1`ci və 4`cü qruplara hazırlaşan uşaqlar üçün.
2. - Alimlər üçün.
3. - Doğrudan da bu qanuna həyatlarını bağlayan axmaqlar üçün.
Və bu kimi zir-zibillər.

Universitet dövrünün əhəmiyyətini də balaca bir mətnlə başa salacam.
"Əl Biruni ilk dəfə olaraq, yerin həm öz oxu, həm də günəş ətrafında fırlanması nəzərriyyəsini irəli sürmüş, Əbül-Abbas Əhməd Fərqani isə günəşin üzərində ləkələr olduğunu müəyyənləşdirmişdir".
Bundan sənə nə? Mənə nə? Bizə nə?
Bütün bu lazımsız informasiyalarla nəyi həll edəcəm axı mən gələcək həyatımda?
Və üstəlik, yuxardakıları oxuduqca adam söydüyü x və y`lər üçün belə darıxa bilir.
Sanki hərşey bu qədər nisbi olmağa məcbur idi.
Yenə bir nəticə əldə etmədik.
Amma mən yazdıqca bir şey fikirləşdim ki, sizin vaxtınızı aldım və özüm lazımsız informasiyaya qarşı olan bir yazıda sizə nə qədər lazımsız inforasiya ötürdüm.
Bağışlayın və biraz fikirləşin.
Amma çox da fikirləşməyin, olduğu kimi qəbul edin bəzi şeyləri.

thank u brainstorm[in]Babylon!
 
 

0 şərh