Zərərsiz siqaret

Bu fikir əslində düzgün deyil,sadəcə bəşəriyyətin artıq aludə olmuş siqaret həvəsini tam ortadan götürmək mümkün olmadığından xüsusilə qərb sənayesi onu qismən də olsa mümkün səviyyədə təkmilləşdirməyə və zərərsizləşdirməyə çalışır. Beləki,filtr tətbiq olunması ilkin addım hesab oluna bilinər.Keçən əsrin 70-ci illərində isə filtr önü ventilyasion dəliklərin tətbiqi isə daha bir addım idi.Onun funksiyası ciyərlərə çəkilən təmiz havanın payını artırmaq idi.Əlbəttə ki,bura tütünün təmiz və keyfiyyətli olması faktı aid edilmir.Bütün bunların tətbiqi hər bir addımda tütün sənayesinə 20mlrd dollar gəlir gətirmiş olduğundan onu tərk etmək yox məhz təkmilləşdirmək üzərində düşünən mütəxəssislər tütünü molekulyar səviyyədə araşdıraraq məhz kanserogen  N-nitrozonornikotinin əmələ gəlməsinə səbəb ola biləcək geni xüsusi mühəndislik metodları ilə çıxarılmasına nail ola biliblər.Bunun sənayə tətbiqi isə yaxın illərdə tətbiq olunacaqdır.
 

0 şərh